Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə114/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   110   111   112   113   114   115   116   117   ...   145

__________________________________________ 

398


gələcəkdə bu müəssisənin tamamilə azərbaycanlılar tarəfindən 

idarə olunmasına   gətirib çıxaracaqdır. 

Şirkətin rəhbərləri burada bəyan etdilər ki, onlar istehsal 

olunan siqaretlərin bir qismini ixrac edəcəklər. Demək, 

Azərbaycanın öz istehsalı yaranır, bu istehsal Azərbaycan 

əhalisinin bu mallara olan tələbatını ödəyir, eyni zamanda 

istehsal o səviyyəyə çatır ki, respublikamız bu siqaretləri idxal 

etmir, ixrac edir. 

Bizim yeni iqtisadi siyasətimizin, bazar iqtisadiyyatının, özəl 

sektorun inkişaf etdirilməsinin  əsas prinsipləri budur. Biz artıq 

bu müəssisədə bunu real görürük. 

Mən bu şirkətin bir öhdəliyini də çox əhəmiyyətli hesab 

edirəm. Onlar çalışacaqlar ki, Azərbaycanın tütün istehsal edilən 

bölgələrinda tütünün keyfiyyətini artırsınlar. Belə ki, -burada 

dedilər, - kənd təsərrüfatında tütünçülüklə  məşğul olan 20 min 

insan bu işə  cəlb olunacaqdır. Mən bunu arzu edirəm,  şirkətin 

başçılarına da dedim, bunu bir daha deyirəm ki, gələcəkdə bu 

müəssisənin xammalının  əksəriyyəti Azərbaycanda istehsal 

edilən yüksək keyfiyyətli tütündən ibarət olmalıdır. Mən bütün 

bunlara görə bu gün çox məmnunam. «Evropean tobako» 

şirkətinin rəhbərlərini bu hadisə münasibətilə  təbrik edirəm, 

onlara bu işdə uğurlar arzulayıram. 

Məni  ən çox sevindirən odur ki, bu kombinatın kollektivi 

yerində qalır, amma onlar əvvəlkilərə nisbətən daha da yaxşı iş 

şəraiti  əldə ediblər, daha da çox maaş alacaqlar, daha da 

səmərəli iş görəcəklər. Beləliklə, bizim əhalimizin bir qisminin 

rifah halı bununla da yaxşılaşacaq. 

Bu müəssisənin yaranması nə qədər çətin yollardan keçibsə, 

nə qədər maneələri dəf edibsə, onun sonra işləməsinin qarşısında 

da hələ çox çətinliklər vardır. Mən bu çətinlikləri deyərkən 

bizim respublikada ayrı-ayrı 

nəzarət, hüquq-mühafizə 

orqanlarının özəl sektorun işinə müdaxilə etməsini nəzərdə 

tuturam. Azərbaycanda bu qüsur da, nöqsan da 

  



__________________________________________ 

399


mövcuddur. Bu da Azərbaycanda özəl sektorun inkişaf etməsinə 

çox böyük maneçilik törədir. bizim dövlətin, hökumətin 

siyasətinə zərər gətirir. Ona görə mən bu gün bəyan edirəm ki, 

bu müəssisənin işinə polis, prokuror, bu kimi başqa nəzarət 

orqanları qarışmamalıdırlar. Təkcə bu müəssisəni demirəm, 

mənim bu sözlərim bütün özəl sektora aiddir. Tələb edirəm ki, 

hüquq-mühafizə orqanları, başqa nəzarət orqanları özəl sektorun 

işinə qarışmasınlar, maneçilik törətməsinlər və buralarda özləri 

üçün qanunsuz qazanc axtarmasınlar. Təkcə Baş Dövlət Vergi 

Müfəttişliyi burada öz işini görməlidir. Buraya, eləcə  də başqa 

özəl sektorlara polis, prokuror daxil olmamalıdır. Onların burada 

işi yoxdur. Bu, artıq şirkətin mülkiyyətidir. Özü nə istehsal edir, 

nə cür satır - bu, onun öz işidir. 

Biz buradan vergi almalıyıq. Təbiidir, bu cür təcrübəli 

şirkətlər çalışacaqlar ki, həm istehsalı artırsınlar, həm itkiyə yol 

verməsinlər, həm də keyfiyyətİ yüksəltsinlər. Çünki bu şirkət 

buraya özü üçün gəlir götürməyə  gəlibdir.  Şirkət öz istehsalını 

inkişaf etdirməlidir, gəlirini artırmalıdır, vergini vaxtlı-vaxtında 

verməlidir. 

Bu gün dedilər ki, burada çox elektrik enerjisi sərf olunur. 

Şirkət elektrik enerjisinin, suyun və istehsal üçün lazım olan bu 

cür vəsitələrin dəyərini ödəməlidir. Bizim başqa tələbimiz 

yoxdur. Polisin, prokurorun, eləcə də başqa təşkilatların buraya 

girməsinə ehtiyac yoxdur. Yenə də deyirəm, mənim bu sözlərim 

bu müəssisənin timsalında bütün özəl sektora aiddir. 

Bu gün bir daha bəyan edirəm ki, Azərbaycan prezidenti 

kimi, mən Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi və bu 

inkişafın sürətləndirilməsi üçün hər cür tədbirlər görürəm və 

görəcəyəm. Özəlləşdirmə proqramı həyata keçiriləcəkdir. 

Keçmiş 


Əmlak Komitəsinin rəhbərliyi tərəfindən 

özəlləşdirmədə buraxılan kobud səhvlər bundan sonra Dövlət 

Əmlakı Nazirliyi tərəfindən buraxılmamalıdır. Xarici 

investisiya- 

  

 



__________________________________________ 

400


  

nın cəlb olunmasına heç kəs maneçilik törətməməlidir. Bütün 

hökumət, dövlət orqanları,  əksinə, onlara əlverişli  şərait 

yaratmalıdırlar. Mən xarici investorlara müraciət edərək deyirəm 

ki,  əgər siz burada mən dediyim bu əncəllərlə, maneçiliklərlə 

rastlaşsanız, mənə müraciət edin. Mənim işim nə qədər çox olsa 

da məsələ ilə şəxsən məşğul olmağa söz verirəm. 

Müəssisənin kollektivini təbrik edirəm. Onlar artıq  şikayətə 

gəlmirlər. Ayrı-ayrı  təxribatçı qüvvələr bundan sonra onları 

toplayıb Prezident Sarayının, Nazirlər Kabinetinin qarşısına 

şikayətə göndərə bilməzlər. Çünki əməkçilər indi burada yaxşı iş 

şəraiti  əldə ediblər, yaxşı maaş alacaqlar, alırlar və öz 

ixtisaslarını daha da artıracaqlar. 

Mən bu gün buranı  gəzərkən, keçmişdən burada işləyən 

şəxslərlə danışarkən gördüm ki, onlar bu dəyişikliklərdən nə 

qədər razıdırlar. Sözümü qurtararaq yenə də demək istəyirəm ki, 

mən siqaret çəkən deyiləm.İstəmirəm ki, insanlar siqaret 

çəksinlər. Çünki bu zərərlidir. Filtrləri nə qədər çox qoysalar da 

bu, yenə də insan üçün zərərlidir. Onu bilirəm ki, siqaret çəkəni 

tərgitmək mümkün deyil. Ona görə  də  mən arzu edirəm bu 

müəssisə ən yüksək keyfiyyətli siqaretlər istehsal etsin ki, həmin 

siqaretdən istifadə edən adamlar heç olmasa az zərər çəksinlər. 

- Mən «Evropean tobako» şirkətinin gördüyü işləri bir daha 

yüksək qiymətləndirirəm, ona, bu müəssisənin bütün 

kollektivinə yeni-yeni uğurlar arzulayıram. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

  



 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə