__________________________________________
404
bildirdik. Bununla əlaqədar sizin səfərinizin əhəmiyyətli
olduğunu bir daha vurğulayıram.
Şadam ki, siz bizim iqtisadi imkanlarımızla,
iqtisadiyyatımızın vəziyyəti ilə müəyyən dərəcədə tanış ola
bilmisiniz. Cənab nazir, siz doğru qeyd etdiniz ki, Azərbaycan
Avropa ölkəsidir. Lakin Azərbaycan Avropanın ən ucqarında
yerləşir. Azərbaycanın coğrafi-strateji mövqeyini də ümumən
elə bu müyyənləşdirir, yəni Azarbaycan Qərblə Şərqin, Avropa
ilə Asiyanın qovuşuğunda yerləşərək, onların arasında
münasibətlərin inkişafında çox mühüm rol oynayır. Bu
baxımdan bizim kommunikasiya imkanlarımızı, TRASEKA
proqramına uyğun olaraq Böyük İpək yolunun bərpasına dair
gördüyümüz tədbirləri, böyük neft və qaz ehtiyatlarına malik
olduğumuzu bilirsiniz.
Azərbaycan qədim neft diyarıdır, lakin son vaxtlar biz
Azərbaycan dövlətinin yeni, müasir neft strategiyasını
müəyyənləşdirmişik. Bu strategiya Xəzər dənizinin Azərbaycan
sektorundakı və təbii ki, qurudakı, - belə ki, bizdə olduqca çox
ehtiyatlara malik köhnə yataqlar var, - neft və qaz
ehtiyatlarından fəal istifadə edilməsini nəzərdə tutur.
Beləliklə, bizim bir cür, sizin digər üstünlükləriniz var.
Slovakiya Avropanın mərkəzində yerləşən ölkədir, hərçənd
Şərqi Avropa ölkəsi sayılırdı. Bir vaxtlar sosialist sisteminə, -
onda biz bunu qarşılıqlı iqtisadi yardım şurası və ya Varşava
müqaviləsi adlandırırdıq, - daxil olan ölkələrə Şərqi Avropa
ölkələri deyilirdi. Lakin Slovakiya coğrafi cəhətdən Avropanın
mərkəzindədir. Mən özüm bilirəm və bizdə, Azərbaycanda da
yaxşı məlumdur ki, hətta o illərdə - sosializm dövrü illərində də
Çexoslovakiya yüksək inkişaf etmiş sənayesi, istehsal olunan
malların yüksək keyfiyyəti, Çexiyada da, Slovakiyada da iri
sənaye müəssisələrinin cəmləşməsi ilə fərqlənirdi. Ona görə də
bütün bunlar fəal əməkdaşlığımıza əsas verir.
__________________________________________
405
Biz sizinlə əməkdaşlıq etməyə, eləcə də İpək Yolu
proqramına - TRASEKA proqramına daha fəal qoşulmağınıza
hazırıq. Yeri gəlmişkən, Davosda buna bir sessiya həsr
olunmuşdu və biz orada çıxış edərək bu yolun verdiyi
imkanlardan danışdıq. Həqiqətən, dünyanın qloballaşması
baxımından, - ABŞ prezidenti cənab Klinton Davosda öz
nitqində bu barədə ətraflı danışdı, - Şərq və Qərb problemi indi
çox böyük əhəmiyyətə malikdir. Bu mənəda bizim sizinlə
əməkdaşlığımız böyük aktuallıq kəsb edir.
Doğrudur, mənə dedilər ki, bu sahədə bizim uğurlarımız
hələlik çox azdır. Axı, biz yenicə başlayırıq və bu baxımdan
bizim imkanlarımızı öyrənməkdən ötrü səfərinizin sizin üçün də
böyük əhəmiyyəti var. O, sizin imkanlarınızı öyrənmək, bu
əməkdaşlığı hansı sahələrdə
həyata keçirməyi
müəyyənləşdirmək baxımından bizim üçün də əhəmiyyətlidir.
Baş nazir mənə məlumat verdi ki, siz bu məsələləri ətraflı
müzakirə etmisiniz və mən bununla tam razıyam. Düşünürəm ki,
fəal əməkdaşlığı təmin etmək üçün böyük imkanlar var.
Sizdə olduğu kimi, bizdə də bazar iqtisadiyyatının inkişafı ilə
bağlı problemlər var, yəni biz eyni yolla - ölkələrimizi
demokratik ölkələrə çevirmək, demokratik dövlət quruculuğu,
bazar iqtisadiyyatını inkişaf etdirmək, özəlləşdirməni həyata
keçirmək və s. yolu ilə gedirik. Sizdə bu proseslər gedir. Ola
bilsin, bir qədər çox irəliləmişdir. Bu proseslər bizdə də gedir.
Biz xüsusən neft və qaz sektoruna xarici sərmayələrin cəlb
edilməsində yaxşı uğurlar qazanmışıq. Özü də təkcə bu sektora
yox. Bizdə iqtisadiyyat olduqca çoxsahəlidir, ona görə də başqa
sektoralara da sərmayə qoyulur. Məsələn, bu gün mən siqaret
istehsalı üzrə tamamilə yeni bir müəssisənin açılışında oldum.
Bu müəssisəyə 50 milyon dollar məbləğində sərmayə
qoyulmuşdur. Doğrudur, onun məhsulu mənim o qədər də
ürəyimcə deyildir, çünki mən siqaret çəkmirəm və hamını da
təbliğ edirəm ki, siqaret çəkməsinlər. Lakin bu,
__________________________________________
406
bizdən açılı deyildir. Siqaret çəkənlər onsuz da çakəcəklər.
Spirtli içkilər içən insanlar onsuz da içəcəklər.
Mən Moskvada işləyərkən, - bilirsiniz ki, mən Siyasi
Büronun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini idim,
- Qorbaçov və Siyasi Büronun bəzi digər üzvləri Sovetlər
İdtifaqında adamların spirtli içkiləri tərgitməsi vəzifəsini qarşıya
qoymuşdular. Ancaq bütün bunlar elə kobud, inzibati və
mənasız xarakter daşıyırdı ki, iqtisadiyyata xeyir əvəzinə, böyük
zərər gətirdi.
Yeri gəlmişkən, onda mən Qorbaçova dedim, bilin ki, mənim
xalqım, Azərbaycan xalqı içən xalq deyildir, çünki etiqad
etdiyimiz islam dini spirtli içkiləri haram buyurub. Ona görə də
bir azərbaycanlı, Azərbaycan xalqının nümayəndəsi kimi,
şəxsən məndən ötrü içmək və ya içməmək problemi yoxdur.
Xalqımız əsasən içmir, lakin Sovetlər İttifaqında biz başqa
xalqlarla çox yaxınlaşdığımıza görə, təbii ki, araq Azərbaycana
da yol tapmışdır.
Eduard Kukan: Sizdə pivə də spirtli içki hesab edilir?
Heydər Əliyev: Bəli. Bilirsiniz, o vaxt iş cəfəngiyyata gəlib
çıxmışdı. Mən Siyasi Büronun bu komissiyasının üzvü idim,
lakin Nazirlər Soveti sədrinin birinci müavini olaraq ticarətə də
kuratorluq edirdim. İş o yerə gəlib çıxdı ki, pivəni də spirtli içki
hesab etdilər, ona görə də Moskvada bütün pivə zavodlarını
bağlamağa başladılar. Halbuki, bundan bir neçə il əvvəl pivə
zavodları, pivə istehsalı texnologiyaları satın almışdılar, o
cümlədən Çexoslovakiyadan, onları da bağladılar. İş o yerə
gəlib çıxdı ki, bir akademikin başçılıq etdiyi bir qrup
Leninqradlı alim yazdı ki, demə, uşaq kefirinin tərkibində də
alkoqol var və kefir istehlakını qadağan etmək lazımdır.
Siz öz ölkənizin təcrübəsindən bilirsiniz ki, konyunktura
həmişə özünü göstərirdi. Bax, onda da dedilər ki, «gəlin, spirtli
içkiləri ləğv edək». Azərbaycan bundan ziyan çəkdi. Ona
Dostları ilə paylaş: |