Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə118/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   114   115   116   117   118   119   120   121   ...   145

__________________________________________ 

410


Orta Avropa ölkəsi deyilməsinə üstünlük veririk, - biz sübuta 

yetirmək istəyirik ki, əgər bizim, Mərkəzi Avropa ölkələrinin, 

ikitərəfli münasibətlərdə hətta bəzi problemlərimiz varsa da, biz 

onları normal şəkildə, sivil qaydada həll edə bilərik. Ona görə də 

biz ümumi Avropa ailəsinə qarşılıqlı problemlər gətirməyəcəyik, 

sübut etmək istəyirik ki, bura orta Avropa zonasıdır, tarixə nəzər 

salsaq görərik ki, ikinci dünya müharibəçi bu zonadan 

başlamışdır. Doğrudur, bizdə heç də  həmişə belə yaxşı 

olmayıbdır, amma indi sübut etmək istəyirik ki, bu bölgə 

sabitdir və Avropa Birliyinin gələcək inkişafına heç bir təhlükə, 

siyasi risk törətmir. 

İqtisadiyyatın inkişafı barədə.  Əlbəttə, biz böyük 

dəyişikliklər etməliyik, çünki keçmiş Çexoslovakiyada 

iqtisadiyyatın strukturu tamam başqa cür idi. İndi Slovakiya 

müstəqil ölkə  kimi    inkişaf edir.   Bizdə  böyük  müəssisələr,  

ağır  sənaye, müdafiə  sənayesi var, onlar burada hələ 

Çexoslovakiya dövründə cəmləşdirilmişdir. İndi biz konversiya 

keçiririk. Odur ki, məsələlərimiz olduqca çoxdur.  Siyasi 

düzəlişlər etmək olar, qanunları nisbətən asanlıqla qəbul etmək, 

müxtəlif tədbirlər görmək mümkündür, lakin iqtisadiyyatı 

yenidən qurmaq, əlbəttə, daha çətin vəzifədir. Buna 

baxmayaraq, biz bu vəzifəni yerinə yetiririk. Çexiya, Polşa və 

Macarıstan nə vaxt Avropa Birliyinin üzvləri olacaqsa, biz də 

təxminən həmin vaxtda bu təşkilatın üzvü olmaq niyyətindəyik. 

Çünki biz, -vışeqrad dördlüyü adlandırdığımız dörd ölkə, - bu 

regional strukturda çox sıx  əməkdaşlıq edirik və siyasi 

məsələlər, müdafiə  məsələləri və digər bütün xətlər üzrə xarici 

siyasət fəaliyyətimizi  əlaqələndiririk. Bir sözlə, az-çox eyni 

səviyyədə olan dövlətlərin bu   əməkdaşlığı bizim hamımıza 

kömək edir və hamıya göstərir ki, həqiqətən çox səmərəli işləyə 

bilərik, Orta Avropa indi sabitlik zonasıdır. 

Biz   buradakı   bütün   danışıqlarımızda   Dağlıq   Qarabağ 

problemini xatırlayırdıq.    Başa düşürük ki, bu, çox böyük 

  



__________________________________________ 

411


problemdir, ölkənizin bütün inkişafını 

çətinləşdirir, 

mürəkkəbləşdirir. Cənab prezident, biz erməni həmkarınızla 

Sizin bütün siyasi əlaqələrinizi izləyirik. Ümidvarıq ki, Siz hər 

halda, problemin həlli yolunu tapacaqsınız.  Əgər problem sülh 

yolu ilə həll edilərsə, məncə, bütün Avropa və bütün dünya bunu 

alqışlayardı. Başa düşürəm ki, bu, çox ağır, çox mürəkkəb və 

çox uzun sürən bir işdir. Ancaq, zənnimcə, bu, həmin məsələnin 

həllinin ən yaxşı üsuludur və biz Ermənistan prezidenti ilə Sizin 

görüşlərinizi müsbət əlamət kimi qiymətləndiririk. Minsk qrupu 

artıq 12 ildir çalışır, nəticələr isə azdır. Məncə, belə ikitərəfli 

danışıqlarda bu son dərəcə ağır vəziyyətdən çıxış yolunu tapmaq 

imkanları daha çoxdur. 

Cənab prezident, Sizdən MDB-nin gələcəyini necə  təsəvvür 

etdiyinizi soruşa bilərəmmi? Çünki bu, bizim üçün də çox vacib 

məsələdir. Biz aydın bəyan etmişik ki, Avropa Birliyinin üzvü 

olmaq istəyirik, NATO-ya daxil olmaq istəyirik. Digər tərəfdən, 

biz Rusiya ilə normal münasibətlərin inkişafına həvəs göstəririk, 

axı bizim qarşılıqlı  əməkdaşlığımızın, xüsusən iqtisadi sahədə 

əməkdaşlığımızın böyük tarixi var. Odur ki, biz bu əməkdaşlığı 

davam etdirməyə  həvəs göstəririk. Bizim siyasi sahədə  də 

imtiyazlı deyil, əksinə, ölçülüb-biçilmiş münasibətlərimiz var. 

Biz bu münasibətləri gələcəkdə də saxlamaq istəyirik. 

Əlbəttə, Rusiyada tezliklə yeni rəhbərlik olacaq - mart ayında 

orada prezident seçkiləri keçiriləcəkdir. Təbii ki, biz hamımız 

bunun gedişini izləyirik və istəyirik ki, Rusiya öz problemlərini 

həll etsin, beynəlxalq həyatın müsbət iştirakçısı olsun, 

beynəlxalq münasibətlərdə özünə məxsus yeri tutsun. Bir sözlə, 

Müstəqil Dövlətlər Birliyinin necə inkişaf edəcəyi çox mühüm 

məsələdir. 



Heydər Əliyev: Bunu eşitmək xoşdur ki, sizin qonşularınızla 

mehriban, yaxşı münasibətləriniz var, həqiqətən indi Avropada 

bu vaxtadək olmayan sabitlik və əminlik möv- 

  

 




__________________________________________ 

412


cuddur. Məsələn, mən hesab edirəm ki, bu, bütün Avropa 

ölkələrinin inkişafı üçün həlledici amildir. Sizin qonşularmızla 

mehriban, yaxın münasibətləriniz ölkənizin gələcək inkişafı 

üçün çox mühüm amildir. Mən Ermənistan - Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsi ilə  əlaqədər məruz qaldığımız ağır 

vəziyyəti nəzərə alaraq bunu deyirəm. 

Bizim də qonşularımızla münasibətlərimiz yaxşıdır. Rusiya 

bizim qonşumuzdur - aramızda mehriban və yaxşı münasibətlər 

var və istəyirik ki, bu münasibətlər belə  də olsun. Doğrudur, 

kimsə bu münasibətlərə kölgə salmaq istəyir, kimsə fitnəkarlığa 

əl atır, kimsə Çeçenistanda indiki vəziyyətdən istifada edərək 

Moskvanın kütləvi informasiya vəsitələrində yalan məlumatlar 

yayır, mən axırıncı  dəfə Moskvada olarkən buna etirazımı 

bildirdim. Rusiya prezidentinin vəzifəsini icra edən cənab Putin 

də açıq bəyan etdi ki, mətbuatda yazılanlar və ya televiziya ilə 

deyilənlər Rusiya dövlətinin rəsmi mövqeyi deyildir. Buna 

baxmayaraq, bu, bizi narahat edir, o mənada ki, Rusiya sizin 

üçün olduğu kimi, bizim üçün də böyük əhəmiyyətə malikdir. 

Biz bir çox onilliklər və yüzilliklər  ərzində Rusiya ilə bağlı 

olmuşuq. Bundan başqa, iqtisadiyyatda böyük inteqrasiyamız 

olmuşdur, özü də  təkcə Rusiya ilə deyil, həm də keçmiş Sovet 

İttifaqının bütün ölkələri ilə. 

Qonşumuz olan Türkiyə ilə çox mehriban, yaxşı 

münasibətlərimiz var. Çox mehriban. 

Bizim Gürcüstanla çox yaxşı, mehriban münasibətlərimiz 

var. Siz yəqin ki, orada olacaqsınız? Dostum Eduard 

Şevardnadzeyə - Gürcüstan prezidentinə məndən salam yetirin. 

Bizim  İranla da yaxşı münasibətlərimiz var, hərçənd, bu 

münasibətləri mürəkkəbləşdirmək istəyən qüvvələr də var. 

Çünki bəzi məqamlar var. Azərbaycan demokratik, dünyəvi 

ölkədir, məhz dünyəvi xarakterli inkişaf yolu ilə gedir. İranın 

isə,  əlbəttə, öz xarici və daxili siyasəti var, biz bunun əleyhinə 

heç nə deyə bilmərik. Ümumiyyətlə, biz bir-birinin işlərinə, 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə