Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə120/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   116   117   118   119   120   121   122   123   ...   145

__________________________________________ 

416


  

belə  də olacaqdır. Mən bunun alternativlərini görmürəm. Daim 

düşmənçilikdə, daim münaqişədə olmaq, görünür, ermənilər 

üçün də  ağır olacaq, Azərbaycanlılar üçün də asan 

olmayacaqdır. Ona görə də biz yol tapmalıyıq. 

Təkrar edirəm, mən çox şadam ki, bütün ölkələrdə, bəyan 

etdiyiniz kimi, o cümlədən sizin ölkənizdə bu münaqişənin 

dincliklə nizama salınmasını gözləyir, bizim birbaşa 

dialoqumuzu alqışlayırlar. Hesab edirəm ki, biz buna nail 

olacağıq. Siz Gürcüstanda, Ermənistanda olacaqslınız. 

Ümidvaram ki, siz orada vəziyyəti görəcəksiniz. Ümidvaram, 

siz bu arzuları Ermənistandan da bildirəcəksiniz ki, biz sülhə 

yaxınlaşa bilək. Hər halda, Azərbaycan bu mövqelərdə möhkəm 

dayanmışdır və biz bu mövqelərdə axıradak dayanacağıq. 

MDB-yə  gəldikdə, o, lap əvvəldən hansısa bir mütəşəkkil 

təşkilata çevrilmədi. Bunun səbəbləri var, onların üzərində 

dayanmaq istəmirəm. Lakin biz, MDB-nin üzvləri bir yerə 

toplaşanda hamımız eyni bir şeydən danışır və deyirik ki, MDB-

yə daxil olan ölkələrin bütün imkanlarından  əməkdaşlıq üçün 

həqiqətən istifadə olunmasından ötrü MDB-ni daha mütəşəkkil, 

dinamik təşkilata çevirmək lazımdır. 

Amma vəziyyəti çətinləşdirən məsələlər də var. Məsələn, 

mən hələ 1993-cü ildə  bəyanat vermişdim, sonra onu daha bir 

neçə dəfə təkrar etdim. Başa düşürsünüzmü, beynəlxalq təşkilat 

olan MDB-də onun üzvü olan iki dövlətin bir-biri ilə müharibə 

aparması, hərbi münaqişədə olması  ağlasığmazdır. Siz 

Avropada, Avropa Birliyində  və ya hər hansı digər ittifaqlarda 

belə  şeyə rast gələ bilərsinizmi? Rast gələ bilməzsiniz. Burada 

isə belə şey var və bu, bizim vəziyyətimizi çətinləşdirir. 

Lakin təkcə bu deyil. MDB-nin daxilində başqa ziddiyyətlər 

də var. Biz hesab edirik ki, MDB yaradıldığı  məqsədə xidmət 

edən təşkilata çevrilə bilər. Amma bundan ötrü Rusiyanın geniş 

fəaliyyəti gərəkdir. Çünki Rusiya özünün həm iqtisadi, həm 

siyasi, həm hərbi potensialına görə, ərazisinə və 

  



__________________________________________ 

417


əhalisinin sayına görə MDB ölkələri arasında çox böyük yer 

tutur. Ona görə  də bu baxımdan Rusiya öz daxilində  vəziyyəti 

sabitləşdirməli, bununla da MDB ölkələrini sıx birləşdirmək 

üçün müsbət rol oynamalıdır. 

Biz - MDB başçıları axırıncı  dəfə yanvarın 24-25-də 

Moskvada görüşdük. Yeri gəlmişkən, bilirsinizmi, hamı belə bir 

əhval-ruhiyyədə idi ki, - bu, çıxışlarımızda da öz əksini tapdı, - 

əgər MDB dövlət başçıları yanvarın 25-də Moskvada 

görüşərkən yaranmış ruhu saxlaya bilsək, MDB-nin həyatında 

yeni mərhələyə başlamaq üçün real imkana malikik. Lakin, 

görünür bunu Rusiyada prezident seçkiləri keçirildikdən sonra 

daha konkret şəkildə hiss edə biləcəyik. Yəqin ki, bundan sonra 

biz yenidən görüşəcəyik. 

Azərbaycanın mövqeyi belədir ki, MDB-nin yaradıldığı 

məqsədə xidmət edən təşkilat olması üçün real, qarşılıqlı surətdə 

faydalı, səmimi, mehriban əməkdaşlıq etmək lazımdır. 



Eduard Kukan: Bu, iki məsələ üzrə  həqiqətən çox dərin 

təhlildir.  Əlbəttə, biz arzu edirik ki, Siz Ermənistanla 

danışıqlarda problemin dincliklə  həllinə nail olasınız. Bu işi 

uğurla axıra çatdırmaq üçün Sizə səbr arzulayırıq. 

MDB haqqında dedikləriniz barədə.  Əlbəttə, məncə, bütün 

Avropa ölkələri istəyirlər ki, Rusiyada daxili siyasi vəziyyət 

sabit olsun. Sabit Rusiyanın olması çox mühüm və çox yaxşıdır. 

Biz istəyirik ki, Rusiya islahatlar yolu ilə inkişaf etsin, ancaq bu

onların daxili işidir və onu özləri həll etməlidirlər. Biz buna 

hörmət edəcəyik. Lakin Avropada daha sakit vəziyyət üçün 

Rusiyada vəziyyətin sabit olması vacibdir ki, biz bu ölkənin 

gələcək inkişafının necə olacağını yəqin edə və müəyyənləşdirə 

bilək. 

Cənab prezident, Siz ikitərəfli aməkdaşlığımız haqqında 



doğru dediniz ki, Baş nazirin yanında söhbət zamanı biz çox 

konkret layihələrdən danışdıq. Mənə verilmiş məlumata görə, bu 

danışıqlardan təxminən bir neçə gün sonra biz müqavilə 

bağlanması və 

  



__________________________________________ 

418


 

ölkələrimiz arasında qarşılıqlı  əməkdaşlığa, ticarətə  və biznesə 

başlanması üçün buraya konkret təkliflər göndərəcəyik. Əminəm 

ki, bu əməkdaşlıq gələcəkdə genişlənəcəkdir. 

Bu söhbətə görə çox sağ olun. Ölkənizin gələcək inkişafı 

barədə bütün bu ideyaları, fəlsəfəni Sizdən eşitmək mənim üçün 

çox mühüm idi. İcazə verin, Slovakiya hökuməti adından Sizə 

müstəqil Azərbaycanın inkişafı yolunda ən xoş arzularımı 

bildirim. Arzu edirəm ki, Siz bütün məsələlərin həlli yollarını 

tapasınız, hərçənd, onlar çox mürəkkəbdir, ağırdır, ölkələrimizə 

arzu etmək istəyirəm ki, yaxşı  gələcəyimiz olsun, bir-birimizi 

tədricən daha yaxşı tanıyaq, çünki daha uğurlu  əməkdaşlığın 

şərtlərindən biri də budur. 

Nümayəndə heyətimizin ölkənizə səfərinə, əməkdaşlığımızın 

gələcəkdə daha fəal inkişafı  məqsədi ilə bütün bu danışıqların 

həqiqətən nəinki səmimi, həm də konkret, - bu isə xüsusilə 

vacibdir, - olması üçün çox yaxşı şərait yaratdığmıza görə Sizə 

bir daha təşəkkür etmək istəyirəm. 



Heydər  Əliyev: Azarbaycana göstərdiyiniz diqqətə görə, 

səfərinizə görə sizə  təşəkkür edirəm. Ümidvaram ki, bu səfər 

münasibətlərimizin inkişafında mühüm rol oynayacaqdır. 

Xalqmıza, ölkənizə arzu edirəm ki, qarşınıza qoyduğunuz 

bütün vəzifələr uğurla hayata keçirilsin. Xüsusilə arzu edirəm ki

siz öz məqsədinizə çata biləsiniz - Avropa Birliyinin üzvü 

olasınız, NATO-ya daxil olasınız və Avropa cəmiyyətinin tam 

hüquqlu üzvü olasınız. Xalqınıza ən xoş arzularımı bildirirəm. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə