Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə126/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   122   123   124   125   126   127   128   129   ...   145

__________________________________________ 

436


RUSİYANIN DAXİLİ İŞLƏR NAZİRİ  

VLADİMİR RUŞAYLO İLƏ  

GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  



 

4 fevral 2000-ci il 

 

Heydər  Əliyev:  Şadam ki, siz təklifimizi qəbul edərək 

Azərbaycana gəlmisiniz. Buna böyük ehtiyac vardı. 

Bu başdan qeyd etmək istəyirəm ki, Azərbaycanın və 

Rusiyanın daxili işlər nazirlikləri arasında  əməkdaşlığı biz 

müsbət qiymətləndiririk. Bu baxımdan son illərdə çox işlər 

görülmüşdür. Mən buna çox şadam. Azərbaycanın və Rusiyanın 

xarici işlər nazirlikləri arasında olan səviyyədə  əməkdaşlıq, 

təəssüf ki, ölkələrimizin digər müvafiq güc strukturları arasında 

yoxdur. Odur ki, bu, bir nümunədir. 

Onu da dərhal demək istəyirəm ki, Azərbaycanda cinayət 

törədərək Rusiya ərazisində gizlənən təhlükəli dövlət 

cinayətkarlarının, Azərbaycan vətəndaşlarının axtarışı  və 

yaxalanması üçün çox işlər görüldüyünə görə sizə, nazirliyinizə, 

sizin orqanlara minnətdarıq. 

Lakin məsələ  təkcə bunda deyildir. Məsələ  həm də ondadır 

ki, nazirliklərimiz arasında da, nazirlərimiz arasında da prinsipcə 

çox xeyirxah, çox səmimi münasibətlər var. Mən buna şadam. 

Əlbəttə, biz sizin buraya gəlməyinizi çox istəyirdik.  Şadam 

ki, siz imkan tapıb gəldiniz. Ümidvaram ki, siz peşəkar 

fəaliyyətinizlə bağlı konkret məsələləri müzakira etmisiniz və 

yenə  də müzakirə edəcəksiniz. Siyasi baxımdan, Rusiya ilə 

Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi 

  



__________________________________________ 

437


baxımından isə mən bunu mühüm addım kimi qiymətləndirirəm. 

Bu yaxınlarda Moskvada sizinlə  qısa görüşümüz oldu. Bu 

yaxınlarda MDB dovlət başçılarının iclası ilə  əlaqədər 

Moskvada olmağını və Rusiya prezidentinin vəzifəsini icra edən 

Vladimir Vladimiroviç Putinlə  şəxsi görüşüm mənə çox yaxşı 

təsir bağışladı. Mən MDB-nin iclası haqqında təəssüratımı bu 

iclasdan sonra keçirilmiş  məlbuat konfransında açıq  şəkildə 

bildirdim. Vladimir Vladimiroviç Putinlə görüşümün, təkbətək 

söhbətimin 

əhəmiyyətindən sonra kütləvi informasiya 

vasitələrində də danışdım. Biz bir çox məsələlər barəsində fikir 

mübadiləsi apardıq və Azərbaycanla gələcək əməkdaşlığa böyük 

arzu olduğunu eşitməyimə, ölkələrimiz arasında münasibətləri 

hər hansı  dərəcədə mürəkkəbləşdirməyə can atan qüvvələrin, 

xüsusən kütləvi informasiya vasitələrindəki qüvvələrin nə 

Rusiyanın, nə  də Azərbaycanın dövlət siyasətinə heç bir təsir 

göstərə bilməməsinə çox şad oldum. 

Buna görə  də sizin səfərinizə ümumi konteksdə - takcə 

Rusiyanın və Azərbaycanın daxili işlər nazirlikləri arasında 

əlaqələr və  əməkdaşlıq kimi deyil, həm də Rusiya ilə 

Azərbaycan arasında münasibətlərin və  əməkdaşlığın daha da 

inkişaf etdirilməsi və  dərinləşdirilməsi baxımından yanaşıram. 

Odur ki, sizi bir daha salamlayıram. 

Vladimir  Ruşaylo: Hörmətli Heydər Əliyeviç, Azərbaycana 

gəlmək barədə  dəvətinizə görə  və sizinlə görüşmək imkanına 

görə sizə minnətdarlığımı bildirmək istərdim. 

Bu gün biz Azərbaycanın daxili işlər naziri ilə bir sıra 

mühüm idarələrarası sənədlər imzaladıq. Bunlar terrorizmə qarşı 

mübarizə, - bu, bizim ölkəmiz üçün də, zənnimcə, sizin ölkəniz 

üçün də mühümdür, - sərhədyanı  ərazilərdə qarşılıqlı  fəaliyyət 

haqqında sənədlər və 2000-ci ildə  əməkdaşlıq haqqında 

protokoldur. 

Azərbaycan DİN ilə qarşılıqlı fəaliyyətimizi biz də yüksək 

  

 

  




__________________________________________ 

438


qiymətləndiririk. Biz uzun müddətdən bəri birgə tədbirlər həyata 

keçiririk. Bu gün biz Azərbaycan DİN-də olarkən xüsusən ötən 

il gördüyümüz işə bir daha diqqəti cəlb etdik. Azərbaycanın 

daxili işlər naziri Ramil İdrisoviç Usubov Rusiya ərazisində 

gizlənmiş 500-dək cinayətkarın axtarılmasında göstərilmiş 

köməyə görə bizə  təşəkkürünü bildirdi. Biz də konkret işlərdə, 

bizim üçün əməliyyat marağı doğuran  şəxslərin axtarışı  işində 

Azərbaycan DİN-in bizə göstərdiyi köməyi yüksək 

qiymətləndiririk. 

Biz sərhədyanı  ərazidə birgə  tədbirlər görürük. Ötən il iki 

dəfə birgə «Sərhəd-sipər»  əməliyyatı aparmışıq, onun axırıncı 

mərhələsi yanvarın 25-dən 29-dək keçirilmişdir. Bu əməliyyat 

zamanı yaxşı  nəticələr  əldə etdik. Buna görə  də  mən 

cinayətkarlığa qarşı mübarizə  işində bizə göstərdiyiniz köməyə 

görə sizə təşəkkür etmək istərdim. 

İstintaq bölmələrimizin işi nəzəraçarpacaq dərəcədə 

canlanmışdır. Bu gün mən nazirə  məlumat verdim ki, 1999-cu 

ilin 11 ayı ərzində Azərbaycana 439 istinltq tapşmğı göndərilmiş 

və onların, demək olar, hamısı yerinə yetirilmiş, bu tapşırıqlarla 

əlaqədər böyük iş görülmüşdür. Nəqliyyat bölmələrimizin işi 

canlanıb, bir sıra birgə  tədbirlər həyata keçirilmiş, nəticədə 

silahların, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə  məşğul 

olan qruplar yaxalanmışdır. 

İqtisadi cinayətkarlığa qarşı mübarizə bölmələrimizin də  işi 

canlanır. Bu gün mən Ramil İdrisoviçə dedim ki, oktyabr ayında 

bizdə hüquq-mühafizə orqanlarının iki ciddi müşavirəsi 

olmuşdur. Onları prezident vəzifəsini icra edən Vladimir 

Vladimiroviç Putin keçirmişdir. Yanvarın 21-də kollegiyamızda 

o, ötən il ərzindəki,  əməliyyat-xidmət fəaliyyətinə yekun 

vurmuşdur. O, qarşımızda vəzifələr qoymuş, öncül istiqamətləri 

göstərmişdir - bunlar terrorizmə qarşı, iqtisadi cinayətkarlığa və 

korrupsiyaya qarşı, narkotik maddələrin qanunsuz dövriyyəsinə 

qarşı mübarizədir. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə