Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə125/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   121   122   123   124   125   126   127   128   ...   145

__________________________________________ 

432


canın o vaxt da rəhbəri olaraq, indi də prezident olaraq bu 

mənim borcumdur, mən bunu etməliyəm. Ancaq borçalılar bunu 

qiymətləndirdiklərinə görə  və  məni o ağır illərdə 

unutmadıqlarına görə mənim onlara məhəbbətim daha da artır. 

Bu günlərdə Moskvada prezident Şevardnadze ilə görüşdüm, 

onunla danışdım. Gürcüstan parlamentinə seçkilərdə keçmişdə 

də azərbaycanlı deputat seçilmişdi. İndi Gürcüstan parlamentinə 

8 nəfər azərbaycanlı seçilibdir. Onların  əksəriyyəti də 

Borçalıdandır. Mən ondan xahiş etmişəm və danışmışıq ki, 

deputatlıqdan  əlavə, Gürcüstanda yaşayan azərbaycanlılardan 

icra orqanlarında vəzifələrə də daha çox götürsünlər. O da mənə 

söz vermişdir. 



Canpolad  Budaqov: Çox sağ olun, cənab prezident. 

Möhtərəm prezident, Borçalıda yaşayan  əhalinin böyüyündən 

kiçiyinə qədər hamısı yeri gələndə Sizin uğrunuzda vuruşan bir 

əsgərə çevrilməyə hazırdır. Sizin siyasətdə atdığınız hər bir 

addımı çox diqqətlə izləyirik və alqışlayırıq. 

Heydər  Əliyev:  Sağ olun. Hədiyyələrinizə görə 

minnətdaram. Məni bağışlayın, indi sizə  hədiyyəm yoxdur. 

Amma güman edirəm ki, sizə dediyim bu sözlər və məsləhətlər 

sizin üçün müəyyən qədər hədiyyə ola bilər. Sağ olun. 

 

  



__________________________________________ 

433


 

XALQ ARTİSTİ BƏSTƏKAR  

POLAD BÜLBÜLOĞLUYA 

 

Əziz Polad Bülbüloğlu! 

Sizi - Azərbaycan müsiqi mədəniyyətinin görkəmli xadimini 

yubileyiniz münasibətilə  təbrik edir, Sizə  səadət, cansağlığı  və 

xoşbəxtlik arzulayıram. 

Azərbaycan mahnı  sənətinin zəngin  ənənələrini özündə  əks 

etdirən nəğmələriniz estrada tarixinə  həmişəlik daxil olmuşdur. 

Əgər XX əsrin birinci yarısında sizin atanız, Azərbaycanın 

peşəkar vakal sənətinin banisi böyük Bülbül öz yaradıcılığında 

Azərbaycan muğam sənəti ilə Avropa ifaçılıq məktəbinin 

əvvəllər misli görünməmiş  vəhdətini yaratmağa nail ola 

bilmişdisə,  əsrin ikinci yarısında sizin yaradıcılığınız müasir 

estrada mahnı sənətinin milli xalq melodiyalarımızın ritmləri ilə 

birləşməsinin rəmzinə çevrildi. 

Siz həm bəstəkar, həm də öz mahnılarınızın təkrarolunmaz 

ifaçısı kimi keçmiş Sovet İttifaqı  gəncləri içərisində tez bir 

zamanda böyük uğur qazana bildiniz. Pərəstişkarlarınız 

tərəfindən həmişə Azərbaycan bəstəkarlıq məktəbinin 

İnkişafında mühüm bir mərhələ kimi qəbul edilən sənətiniz bu 

gün də gənc nəsil tərəfinadən olduqca yüksək qiymətləndirilir. 

Siz müxtəlif janrlarda əsərlər yaratmaqda böyük uğurlar 

qazana bilmisiniz. Onların içərisində kinofilmlərə yazdığınız 

musiqi xüsusilə seçilir. Çoxşaxəli istedadınız kino aktyoru kimi 

fəaliyyətinizdə də özünü göstərir. 

Sizi yubiley münasibətilə bir daha təbrik edir və yeni 

yaracılıq uğurları diləyirəm. 

 

HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 4 fevral 2000-ci il 



  


__________________________________________ 

434


 

 

XALQ ARTİSTİ ƏLİBABA MƏMMƏDOVA 

 

Hörmətli Əlibaba Məmmədov! 



Sizi - Azərbaycan musiqi mədəniyyətinin görkəmli 

nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən 

təbrik edirəm. 

Siz xalq musiqimizin incəliklərini, klassik Azərbaycan 

poeziyasının nümunələrini gözəl bilən və öz orijinal ifa üslubu 

ilə milli musiqi xəzinəmizi zənginləşdirən sənatkarlardansınız. 

Muğam, təsnif və xalq mahnılarımızın mahir ifaçısı kimi sizin 

əlli illik yaradıcılıq yolunuz milli xanandəlik məktəbinin 

ənənələrinin qorunub saxlanılması  və inkişaf etdirilməsi işinə 

xidmətin gözəl nümunəsidir. Klassik musiqimizin bir çox 

incilərinə yeni nəfəs, yeni həyat verməklə fitri istedadınızı, 

novatorluq bacarığınızı  və böyük işgüzarlığınızı  əyani  şəkildə 

nümayiş etdirmisiniz. Yüksək səhnə mədəniyyəti, məlahətli səsə 

və  bənzərsiz ifa tərzi ilə  səciyyələnən sənətiniz xalqımızın 

böyük rəğbət və məhəbbətini qazanmışdır. 

Uzun illər rəhbərlik etdiyiniz «Humayun» xalq çalğı alətləri 

ansamblı milli musiqimizin təbliğ olunmasında və ölkəmizdə 

yeni istedadların üzə çıxarılmasında mühüm rol oynamışdır. Öz 

repertuarının rəngarəngliyi və  zənginliyi ilə seçilən bu 

ansamblın fəaliyyəti musiqi ictimaiyyətimiz tərəfindən həmişə 

yüksək qiymətləndirilmişdir. 

El musiqisi əsasında yaratdığınız mahnı və təsniflər çoxşaxəli 

yaradıcılığınızın yeni çalarlarıın aşkar etmişdir. Vətən, xalq 

sevgisi, yüksək  əxlaqi dəyərləri tərənnüm edən bu əsərlər 

ölkəmizin musiqi həyatında öz layiqli yerini tutmuşdur. 

Sizin Asəf Zeynallı adına Musiqi Texnikumu və Bülbül adına 

Orta İxtisas Musiqi Məktəbindəki pedaqoji fəaliyyəti- 

  



__________________________________________ 

435


 

niz də  təqdirəlayiqdir. Respublikada istedadlı ifaçıların yeni 

nəslinin yetişdirilməsində sizin zəhmətiniz böyükdür. Onların 

bir çoxu artıq öz yaradıcılığı ilə xalq arasında böyük hörmət 

qazanmış adlı-sanlı sənətkarlardır. 

İnanıram ki, zəngin təcrübənizdən istifadə edərək yeni 

xanəndələr nəslinin yetişdirilməsi yolunda bundan sonra da 

əlinizdən gələni asirgəməyəcək və muğam ifaçılığı  məktəbinin 

daha da inkişaf etdirilməsi üçün səylərinizi davam 

etdirəcəksiniz. 

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları 

arzulayıram. 

 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 4 fevral 2000-ci il 



 

  

 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə