Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə133/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   129   130   131   132   133   134   135   136   ...   145

__________________________________________ 

457


47. Sirus Təbrizli, T ə b r i z l i    S i r u s    X u d a d a t o ğ l u (d.1942) - 

Azərbaycan yazıçı  və rublisist. Birinci (1995) və ikinci (2000) çağırış 

Azarbaycan Respublikası Milli Məclisinin deputatı. 1996-2001-ci illərdə 

Respublika Mətbuat və İnformasiya naziri olmuşdur. - 69, 73, 74. 

 

48.  Brejnev Leonid İliç (1906-1982) - SSRİ-nın partiya və dövlət 

xadimi. 1964-82-ci illərdə Sov. İKP MK-nın Baş katibi, 1977-ci ildən 

həmçinin SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olmuşdur. - 69, 101. 

 

49. Andropov Yuri V l a d i m i r o v i ç (1914-1984) - SSRİ-nin partiya 

və dövlət xadimi.  1967-ci ildən SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin 

sədri, 1982-1984-cü illərdə Sov.İKP MK-nın Baş katibi olmuşdur. - 70. 

 

50. Çernenko Konstantin Ustinoviç (1911-1985) - SSSR-in partiya və 

dövlət xadimi. 1978-ci ildən Sov. MK Siyasi Bürosunun üzvü, 1984-cü ildə 

Sov. İKP MK-nın Baş katibi və SSRİ Ali Sovetinin sədri olmuşdur. - 70. 

 

51. Mircəfər Bağırov, M i r c ə f ə r  A b b a s  o ğ l u (1896-1956) - 

1933-53-cü illərdə Azərbaycan KP MK-nın birinci katibi olmuşdur. Bütün 

SSRİ-də olduğu kimi Azərbaycanda da inzibati-amirlik idarəetmə sisteminin 

möhkəmləndirilməsinə, totalitar Stalin rejiminin bərqərar olmasına, partiya 

sıralarını «təmizləmə» adı ilə baş verən repressiyaların həyata keçirilməsinə 

bilavəsitə rəhbərlik etmişdir. - 70. 

 

52. Stalin, 

İosif   Vissarionoviç (1879-1953) - 1922-53-cü illərdə SSRİ-

nin partiya və dövlət rəhbəri. Sosializm quruculuğuna dair Lenin planını. 

SSRİ-nin Böyük vətən mühariləəsində (1941-45) müdafiə qabiliyyətinin 

möhkəmləndirilməsində və s. rəhbər kimi iştirak etmişdir. 

Fəaliyyətində  nəzəri və siyasi səhvlərin çoxluğu, kobud qanun 

pozuntuları, bəzi mənfi xüsusiyyətləri Stalinin şəxsiyyətinə  pərəstişin 

yaranması ilə  nəticələndi. 30-cu illərdə baş verən və milyonlarla insanın 

repressiyasına səbəb olan qanlı cinayətlər məhz onun səhvlərinin nəticəsidir. 

Təkcə 1937-ci ildə Azərbaycanda «xalq düşməni» kimi 29 min nəfər 

güllələnmiş və ya sürgün edilmişdi. - 70, 98. 

 

53.  İkinci dünya müharibəsi (1939-45) - Almaniya, İtaliya və 

Yaponiya tərəfindən başlanmış böyük müharibə. İkinci dünya müharibəsi 

  

 



 


__________________________________________ 

458


1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya girməsi ilə başlandı. 

Sentyabrın 3-də Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 

1940-ci ilin ortalarından alman qoşunları Danimarka, Norveç, Belçika, 

Niderland, Lüksemburq, sonra İsə Fransanı işğal etdi. 

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibə elan etdi. 

1942-43-cü illərdə Sovet ordusunun Stalinqrad və Kursk vuruşmalarında 

qələbəsi Almaniyanı qəti surətdə sarsıtdı. 

1945-ci il mayın 2-də Sovet ordusu Berlini aldi. Mayın 8-də Karls-xorstda 

(Berlin yaxınlığında) Almaniyanın danışıqsız təslim olması haqqında akt 

imzalandı. 

Yaponiyanın təslim olması haqqında sənəd isə sentyabrın 2-də imzalandı. 

Bununla ikinci dünya müharibəsi qurtardı.  İkinci dünya müharibəsində 72 

ölkə  iştirak etmişdir. Müharibədə  iştirak edən ölkələrin silahlı qüvvələrinə 

110 milyon adam çağırılmışdı. Müharibədə 62 milyon adam həlak olmuş, 

minlərlə şəhər, qəsəbə və kənd dağılmışdı -70, 218, 410. 

 

55. Murtuz Ələsgərov, M u r t u z N ə c ə f o ğ l u (d. 1928) – 

Azərbaycanın dövlət xadimi, hüquq elmləri doktoru, professor. 

Respublikanın  əməkdar hüquqşünası. Yeni Azərbaycan Partiyasının sədr 

müavini və partiyanın Siyasi Şurasının üzvüdür. 1993-cü ildə Bakı Dövlət 

Universitetinin rektoru olub. 1995-ci ildə Azərbaycan Respublikası Milli 

Məclisinin deputati seçilib. 1996-2005-ci illərdə    Azərbaycan Respublikası 

Milli Məclisinin sədri olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» 

ordeni ilə təltif edilmişdir. - 73, 74. 

 

55.  Əli Nağıyev, Ə l i   T e y m u r   o ğ 1 u (d.l954J - 1996-2006-cı 

illərdə      Azərbaycan Respublikasının  Əmək və  Əhalinin Sosial Müdafiəsi 

naziri olmuşdur. 2006-cı ilin mayında Azəıbaycan Respublikasının Belarus 

Respublikasında fövqəladə  və  səlahiyyətli səfiri təyin edilmişdir. I çağırış 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. – 71, 74. 

 

56. Rəfael Allahverdiyev,  R ə f a e l  X a n ə l i o ğ l u    (d.1945) - 

1993-2001-ci illərdə Bakı  Şəhər  İcra Hakimiyyətinin başçısı. 1995-2000-ci 

illərdə Milli Məclisin deputatı olmuşdur. - 73, 74, 246, 247, 248, 249, 251, 

315, 319. 

  

 



__________________________________________ 

459


57.  İlham  Əliyev,  İ l h a m H e y d ə r  o ğ l u (d. 1961) - görkəmli 

ictimai-siyasi və dövlət xadimi, diplomat, siyasi elmlər doktoru; professor. 

2003-cü ildən Azərbaycan Respublikasının prezidenti. Prezident Heydər 

Əliyevin oğludur. 1994-cü ildən Azərbaycan Respublikası Dövlət Neft 

Şirkətinin vitse-prezidenti. 1997-ci ildən birinci vitse-prezidenti. Azərbaycan 

Respublikasının neft strategiyasının həyata keçirilməsində mühüm xidmətləri 

vardır. 

2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri olmuşdur. Siyasi və 

dövlət xadimi kimi İlham Əliyev beynəlxalq aləmdə böyük hörmət və nüfuz 

qazanmış, bir neçə ölkənin yüksək mükafatlarına layiq gorülmüşdür. 

Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlar  əldə etməsində 

də AMOK-un prezidenti kimi İlham  Əliyevin böyük xidmətləri var. Onun 

şəxsi təşəbbüsü ilə Bakıda, Naxçıvanda, Gəncədə,  Şəkidə  və respublikanın 

digər rayonlarında dünya standartlarına cavab verən böyük olimpiya 

kompleksləri tikilib istifadəyə verilmiş, güclü maddi-texniki baza 

yaradılmışdır. 

İlham Əliyevin doğma Azərbaycanımızın İnkişafında müstəsna xidmətləri 

var. Onun dövründə ölkə iqtisadiyyatı, qeyri neft sektoru sürətlə inkişaf 

etmiş, eyni zamanda ölkəyə qoyulan xarici investisiyalar xeyli artmışdır. 

İlham  Əliyev tarəfindən irəli sürülmüş «Regionların inkişafı haqqında 

dövlət proqramını» əsasən respublikanın şəhər və rayonlarında onlarla sənaye 

müəssisəsi açılmış, yüz minlərlə iş yerləri yaradılmış və böyük abadlıq işləri 

görülür. Məhz bunun nəticəsidir ki, bir çox sənaye müəssisəsi yenidən təmir 

edilib istifadəyə verilmişdir. 

Ölkədə demokratik islahatlar aparılmasında, hüquqi dövlət 

quruculuğunda, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 

möhkəmlənməsində  uğurlu xidmətlər göstərən  İlham  Əliyev Yeni 

Azərbaycan Partiyasının I qurultayında partiya sədrinin müavini, II 

qurultayında sədrini birinci müavini vəzifəsinə seçilmişdir. 2005-ci ilin 

martından isə Yeni Azərbaycan Partiyasının sədridir. 1995-ci ildən 

Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı, Avropa 

Şurası Parlament Assambleyasında Azərbaycan Parlamenti daimi nümayəndə 

heyətinin başçısı olmuşdur. Azəıbaycan haqqında, xüsusilə Ermənistanın 

ölkəmizə  hərbi təcavüzü və onun nəticələri, erməni terrorizmi haqqında 

həqiqətlərin ən mötəbər beynəlxalq təşkilatlar vasitəsilə dünya ictimaiyyətinə 

çatdırılmasında müstəsna xidmətləri var. «Heydər  Əliyev» və Fransanın 

«Fəxri legionun böyük xaç komandoru». Rusiya və Ukraynanın ali ordenləri 

ilə təltif olunmuşdur. Bir çox xarici akademiyaların və universitetlərin fəxri 

üzvüdür. - 73, 74, 127, 150, 365, 420, 421, 422, 430. 

  

 



 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə