Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə129/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   125   126   127   128   129   130   131   132   ...   145

__________________________________________ 

445


rəhbər xadimləri ilə olan görüşlərimdir. Xanım Olbraytla çox 

geniş müzakirə apardıq. Təbiidir, Sestanoviç, Kavano bu işdə 

iştirak edirdilər. 

Prezident Klintonla qısa bir görüş oldu və  mənim üçün çox 

əhəmiyyətli danışığımız oldu. Hər halda, mən çox məmnunam. 

Orada çox məsələlər müzakirə olundu. Maraqlansanız, mən sizə 

bu barədə məlumat verə bilərəm. 

Stenli  Eskudero: Çox sağ olun, cənab prezident. Sizin həm 

Moskvada, həm də Davosda keçirdiyiniz görüşlər barədə mənə 

deyəcəklərinizə çox böyük maraq göstərirəm. Məndə olan 

məlumatlara  əsasən onu deyə bilərəm ki, Sizin həm prezident 

Clinton ilə, həm də xanım Olbraytla keçirdiyiniz görüşlər çox 

məzmunlu olub və çox mühüm məsələlər müzakirə edilibdir. 

Biz ümid edirik ki, yaxın gələcəkdə belə görüşlər üçün imkanlar 

daha çox olacaqdır. Bu baxımdan mən çox məmnunam. Sizə 

bildirirəm ki, prezident Klinton Sizinlə Vəşinqtonda görüşüb bu 

söhbətləri davam etdirmək  əzmindədir. Ümid edirik ki, 

prezident Klintonla Vaşinqtonda keçirəcəyiniz görüşdən  əlavə, 

xanım Olbraytla da çox ətraflı  və  məzmunlu görüşünüz 

olacaqdır. Ümidvarıq ki, bu görüş çox tez bir zamanda baş 

verəcəkdir. 



Heydər  Əliyev: Təşəkkür edirəm. Mən də bunu arzulayıram. 

Bu barədə Davosda bizim danışığımız olmuşdur. Güman edirəm 

ki, yaxın zamanda mənə belə bir fürsət nəsib olacaq və 

Vəşinqtonda prezident Bill Klinton ilə  və dövlət katibi xanım 

Olbraytla görüşlərimiz zamanı  əvvəl apardığımız danışıqları 

davam etdirmək Mənim üçün çox ahəmiyyətli olacaqdır. 

Təbiidir ki, bizim qarşımızda duran problemlərdən birincisi 

Dağlıq Qarabağ. Ermənistan-Azərbaycan münaqişəsinin sülh 

yolu ilə  həll edilməsidir. Xəzər dənizi hövzəsindəki işlər

problemlər və o cümlədən Bakı-Ceyhan neft kəmərinin 

tikintisinə başlanması 

məsələsidir. Azərbaycan-Amerika 

ikitərəfli münasibətləri və bu    münasibətlərin inkişaf 

etdirilməsidir. 

  



__________________________________________ 

446


Təbiidir ki, səkkiz illik «yubileyi» olan 907-ci maddə  də 

gündəlikdə olacaqdır. Bu barədə Davosda danışdıq, yəqin ki, 

orada davam etdirərik. Mən çox məmnunam. 

Stenli  Eskudero: Çox gözəl. Cənab prezident, onu da 

bildirmək istəyirəm ki, Amerika Birləşmiş Ştatlarını təmsil edən 

daha bir enerji şirkətinin ən yüksək rəhbərləri sabah regiona və 

Azərbaycana ilk səfər edəcəklər. Bu şirkət «Devon enerji»dir. 

Yəqin məlumatınız var ki, «Devon enerji» şirkəti əsasən Şimali 

Amerikada fəaliyyət göstərir. O, «Pennzoyl» şirkətini alıdbır. 

Onu aldıqdan sonra, təbii ki, «Pennzoyl»un Azərbaycan 

Beynəlxalq  Əməliyyat  Şirkətindəki payının və Azərbaycandakı 

digər layihələrdə iştirak payının sahibi kimi ölkənizdə fəaliyyət 

göstərəcəkdir. Buna görə onlar Sizdən gorüş xahiş edirlər. Mən 

xahiş edərdim ki, imkanınız daxilin-də onlarla görüşüb «Devon 

enerji»  şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi 

barədə fikir mübadiləsi aparmaq üçün imkan verəsiniz. 

Heydər  Əliyev: Bunu edərəm. Çünki biz vaxtilə «Pennzoyl» 

şirkəti ilə çox sıx  əməkdaşlıq etmişik. Mən «Pennzoyi»un 

prezidentini dəfələrlə  qəbul edib onunla danışıqlar aparmışam. 

Əgər dediyiniz şirkət indi «Pennzoyl»u alıbsa, təbiidir ki, biz bu 

əməkdaşlığı da davam etdirməliyik. Güman edirəm ki, bizim 

əməkdaşlığımız daha da uğurlu ola bilər. Çünki bilirdim ki, son 

illər «Pennzoyl»un müəyyən problemləri vardı. Ona gorə 

Azərbaycanda fəaliyyəti istənilən kimi apara bilmirdilər. Vaxtını 

deyərsiniz, mən imkan taparam, görüşərik. 

 

  




__________________________________________ 

447


QEYDLƏR 

 

1. ATƏT-in Minsk qrupu - 1992-ci il martın 24-də yaradılmışdı. 1997- 

ci ildə Minsk qrupunun tərkibinə aşağıdakı dövlətlər daxil olmuşdur: 

Azərbaycan,  Ermənistan,   Belarus,  Almaniya,   İtaliya.   Rusiya,  ABŞ, 

Fransa, Türkiyə, Danimarka və  İsveç. 1994-cü ilin dekabrından Minsk 

qrupuna iki sədr - Rusiya və İtaliya rəhbərlik edirdi. 1996-cı ilin dekabrından 

onun üç - Rusiya, ABŞ  və Fransa həmsədrləri var. Qrupun əsas vəzifəsi 

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və 

Dağlıq Qarabağ probleminin dinc vasitələrlə  həll edilməsinə bilavəsitə 

kömək etməkdir. 20, 60, 170, 178, 206, 237, 256, 257, 258, 264, 276, 337, 

338, 340,  343, 347, 351, 352, 357, 363, 364, 366, 411, 413, 414, 442. 

 

2. ATƏT-in  İstanbul Zirvə görüşü - 1999-cu il noyabrın 18-20-də 

Türkiyənin  İstanbul  şəhərində ATƏT-in üzvü olan ölkələrin dövlət və 

hökumət başçılarının iştirakı ilə keçirildi. Bu ATƏT-in son toplantısı idi. 

İstanbul sammitində 3 sənəd qəbul olundu. Birincisi - İstanbul xartiyası - 

dünyada sülhün və  təhlükəsizliyin təmin olunması, ölkələrin  ərazi 

bütövlüyünün qorunması, baş vermiş münaqişələrin sülh yolu ilə  həll 

olunması və s. İkinci sənəd Avropada adi silahlar haqqında idi. Üçüncü sənəd 

isə siyasi bəyannamə idi. -5, 18, 60, 141, 183, 340, 343, 349, 351, 352, 362, 

372. 

 

3. ATƏT - Avropada Təhlükəsizlik və  Əməkdaşlıq Təşkilatı.  Əsası 



1975-ci il iyulun 3-9-da Helsinkidə qoyulmuşdur. Burada Avropanın 33 

dövlətinin, ABŞ vs Kanadanın dövlət və hökumət rəhbərləri iştirak edirdi. 

ATƏT «soyuq müharibə»nin qurtarmasından sonra ümumavropa 

təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi 

həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası 

münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe 

istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. 

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və 1993-cü ilin ikinci 

yarısından ATƏT-in zirvə görüşlərində Azərbaycan nümayəndə heyəti faal 

iştirak edir.- 6, 60, 141, 171, 173, 205, 276, 337, 340, 379.  

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə