Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə137/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   133   134   135   136   137   138   139   140   ...   145

__________________________________________ 

469


XX  əsrin sonunda Azərbaycan Respublikasının Prezıdenti Heydər 

Əlıyevin Böyük İpək yolunun yenidən dirçəldilməsi ideyasını irəli sürməsi 

bütün dünyada, xüsusilə də Böyük İpək yolu üstündə yerləşən ölkələrdə ciddi 

maraqla qarşılandı. Bu məqsədlə 1998-ci ilin sentyabrında Bakıda 33 

dövlətin və Avropa Birliyinin iştirakı ilə beynəlxalq konfrans keçirildi; 

TRASEKA proqramı  çərçivəsində  nəzərdə tutulan Asiya-Qafqaz-Avropa 

ticarət dəhlizinin - Boyük İpək yolunun bərpasının və onun imkanlarından 

hamılıqla bəhrələnməyin vacibliyi qeyd olundu. - 162. 323, 329, 330, 338, 

364, 376, 404, 405. 

 

111. Avropa Şurası (AŞ) - Avropada hökumətlərarası təşkılat. 1949- cu 

ildə yaradılmışdır. Qərargahı Fransanın Strasburq şəhərində yerləşir. AŞ-nın 

əsas məqsədi Avropada sülhü və  təhlükəsizliyi qorumaq, seçki sistemində 

çoxpartiyalılığa riayət etmək, demokratiyanı  və insan hüquqlarını müdafıə 

etmək, möhkəmləndirmək, Avropa ölkələrinin mədənıyyətlərinin 

yaxınlaşmasına çalışmaq və s. ibarətdir. AŞ-nın aid orqanları Nazirlər 

Komitəsi, Məsləhət Assambleyası, Sahə Nazirliklərinin Müşavirəsi və 

Katiblikdır. Azərbaycan 2001-ci ildən AŞ-nın üzvüdür. - 165. 



 

112. Gövhərqala - burada Qroznı şəhəri nəzərdə tutulur. - 167. 

 

113. Mustafa Kamal Atatürk, Qazi   Mustafa   Kamal (1881-1938) -

Türkjyə dövlət, siyasi və hərbi xadimi, Türkiyə Respublikasının banisi və ilk 

prezidenti (1923-38). Birinci dünya müharibəsi zamanı Dardanel boğazının 

müdafiəsində (1915) şücaət göstərmişdir. 

Atatürk 1919-cu ildə «kamalçılar hərəkatına» - milli azadlıq hərəkatına 

başçılıq etmişdir. 1920-ci ildə Atatürk Ankarada yeni parlament - Türkiyə 

Böyük Mıllət Məclisini (TBMM) yaratdı, məclisin və təşkil edilən hökumətin 

sədri seçildi. Sakarya çayı yaxınlığında qələbəyə görə TBMM Atatürkə 

marşal rütbəsi və «Qazi» fəxri adını vermişdir. 1922-cı ildə Atatürkün 

komandanlığı ilə türk ordusu Türkiyəni xarici müdaxiləçilərdən tamamilə 

azad etdi. 

Atatürk soy adı ona 1934-cü ildə TBMM tərəfindən verilmışdir. -174. 

  

 

  



 

  

 



  


__________________________________________ 

470


114. Bülənd Ecevit (1925-2006) - Türkiyənin siyasi və dövlət xadimi. 

1974, 1978-79 və 1997-2003-cü illərdə Türkiyə Respublikasının Baş naziri 

olmuşdur. 1972-80-ci illərdə Respublika Xalq Partiyasının, 1978-88-ci illərdə 

Türkiyə Demokrat Sol Partiyasının Baş katibi olmuşdur. -179, 184, 186, 347, 

380, 381. 

 

115. Qurban bayramı - Müsəlman dünyasında  ən  əziz bayramlardan 

biri. Qurban bayramı zilhiccə ayının 10-cu günü başlayır. Müsəlmanlar bu 

bayramı islamın  əsas  şərtlərindən biri - həcc mərasimlərinin yerinə 

yetirilməsi və böyük Allahın bəndələrinin günahının bağışlanması günü kimi-

qeyd edirlər. - 180, 373. 

 

116.  İsmayıl Cəm - (1940-2007) - Türkiyənin siyasi və ictimai xadimi, 

1997-2003-cü illərdə Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində 

işləmişdir. Türkiyə-Yunanıstan münasibətlərinin yaxşılaşmasında mühüm 

rolu olmuşdur. - 186, 329, 362. 



 

117.  «Turan»  informasiya  agentliyi  -   1990-cı    ildə    yaradılmışdır. 

Agentlik tərəfindən KİV-lər, digər hüquqi və fiziki şəxslər üçün 

informasiyaların toplanması və yayılması həyata keçirilir. -188- 

 

118. Özbəkistan, Özbəkistan  Respublikası - Orta Asiyanın mərkəzində 

dövlət. Sahəsi 447,4 min km

2

,  əhalisı 23 206 min nəfərdir. Özbəkistanın 



torkiləinə Qarakalpak Muxtar Respublikası  və 12 vilayət daxildir. Dövlətin 

başçısı - prezident, qanunverici orqanı - Məclisdir, Paytaxtı Daşkənd 

səhəridir. - 189, 330. 

 

119.  İslam Kərimov,  İslam   Əbduqənioğlu (d. 1938) - Özbəkistanın 

siyasi və dövlət xadimi. 1989-90-cı illərdə Özbəkistan KP MK-nın birinci 

katibi olmuşdur. 1990-cı ildən Özbəkistan Respublikasının prezidentidır. - 

189, 281-297. 

 

120. Qvatemala Respublikası - Mərkəzi Amerikada dövlət. Sahəsi 108.9 

min km

2

,  əhalisi 10,9 milyon nəfərdir.  İnzibati  ərazisi 22 departamentə 



bölünür. Dövlət və hökumət başçısı prezidentdir. Qanun-vericısi orqanı 

birpalatalı Milli Konqresdir. Paytaxtı Qvatemala şəhəridir. -190. 

 



__________________________________________ 

471


 121. Xoşbəxt Yusifzadə, Xoşbəxt    Bağı    oğlu (d.1930) - neftçi-geoloq, 

geologiya-minerologiya elmləri doktoru. Azərbaycan Milli Elmlər 

Akademiyasının akademiki.   1994-2000-ci illərdə Azərbaycan Respublikası 

Dövlət Neft Şirkətinin vitse-prezidenti. 2004-cü ildən isə birinci   vitse-

prezidentdir.   Azərbaycan   Respublikasının   «Şöhrət»      və  «İstiqlal» 

ordenləri ilə təltif olunmuşdur. - 191. 

 

122.  Cənnət  Səlimova,      Cənnət   Əlibəy   qızı (d. 1940) - rejissor. 

Azərbaycan Respublikasının xalq artisti. - 199. 

 

123.  Zəlimxan Yaqub,  Zəlimxan   Usub   oğlu (d.1950) – xalq şairi. 

«Könlümün səsi», «Yolun eldən başlanıb», Od aldığım ocaqlar, «Ziyarətin 

qəbul olsun» və s. kitabların müəllifidir. 1996-2005-ci illərdə Azərbaycan    

Respublikası    Milli    Məclisinin    deputatı        olmuşdur. Azərbaycan 

Respublikasının «Şöhrət» ordeni ilə təltif olunmuşdur. -201. 

 

124.  İTAR - TASS - Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə 

SİTA-nın bazası əsasında yaradılmışdır. - 205. 

 

125. Vilayət Quliyev, Vilayət Muxtar    oğlu (d.1952) – filoloq, diplomat. 

Filologiya elimləri doktoru. 1996-2000-ci illərdə Milli Məclisin deputatı 

olmuşdur. 1999-2004-ci illərdə Azərbaycan Respublikası xarici işlər naziri 

vəzifəsində çalışmışdır. Hazırda Azərbaycanın Polşa Respublikasında 

fövqəladə və səlahiyyətli səfiridir. - 205. 

 

126.  «Ramko» - İngiltərənin aparıcı neft kompaniyalarından biri. 1977-ci 

ildə yaradılmışdır. Dünyanın bir çox ölkələrində neftin çıxarılması, emalı və 

satışı ilə  məşğuldur. 1994-cü ildən «Bı-Pi» və  «Şell» ilə birlikdə «Azəri- 

Çıraq» yatağında kəşfiyyat işləri aparmışdı. - 208. 

 

127. «Morzison Kaspian LTD» - Bakı nümayəndəliyi 1993-cü ildən 

fəaliyyət göstərir. Şirkətin əsası 1948-ci ildə qoyulmuşdur. Xidmətlərin geniş 

spektri, o cümlədən mülki və kommunal tikililərin, yolların 

layihələşdirilməsi, tikilməsi və icarəsi xidmətləri göstərir. - 213-215. 

 

128.  Çili  Respublikası - Gənubi Araerikanın cənub-qərbində dövlət. 

Sahəsi 756,9 min km

2

, əhalisi 14,4 milyon nəfərdir. İnzibati ərazi bölgüsü 13 



vilayətə bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı ikipalatalı 

Milli Konqresdir. Paytaxtı Santyaqo şəhəridir. -216. 

 

 

 

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə