Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə112/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   108   109   110   111   112   113   114   115   ...   145

__________________________________________ 

392


  

hektar ərazidə tütün əkilməsini qərara aldıq və bunu təmin etdik. 

Təbiidir ki, 500 hektar o qədər də böyük sahə deyildir. Ancaq 

iki-üç ildən sonra bu rayonun rəhbərləri və  kəndliləri, yəni 

sakinləri onlara bu imkan yaradıldığına görə çox böyük təşəkkür 

edirdilər. Çünki 500 hektar sahədə  əkilən tütündən onlar 

həddindən çox gəlir götürmüşdülər. 

Beləliklə, Azərbaycanda tütün istehsalının artması bir 

tərəfdən SSRİ dövlətinin tələbi ilə idisə, ikinci tərəfdən, bu sahə 

gəlirli olduğuna görə tütünçülüklə  məşğul olan təsərrüfatlar, 

insanlar buna çox həvəsli idilər. Bunlar hamısı birlikdə qısa bir 

müddətdə tütün istehsalını artırmağa imkan vermişdi. Biz tütün 

fermentasiya zavodları tikdik. Ancaq məlumdur ki, hər bir malın 

ən yüksək dəyəri onun son məhsulundan yaranır. Tütünün də 

son məhsulu siqaretdir. 

Mən bunu da deməliyəm ki, o vaxtlar bizdən tütün xammalını 

tələb edirdilər, alırdılar, ancaq Azərbaycanda bu xammalı son 

məhsula çatdırıb siqaret istehsal etməyə imkan vermirdilər. 

Bəhanə edirdilər ki, SSRİ-nin bir çox yerlərində - Moskvada, 

Leninqradda, başqa  şəhərlərdə böyük siqaret fabrikləri var, 

Azərbaycanda yeni siqaret fabriki tikməyə ehtiyac yoxdur. 

Beləliklə, bizim gördüyümüz işin və hasil etdiyimiz xammalın 

ən çox gəlirini siqaret istehsal edən həmin fabriklər 

götürürdülər. 

Biz tütünün keyfiyyətini də artırmağa çalışırdıq. 

Xatirimdədir, Amerikadan dəvət olunmuş mütəxəssislər 

vəsitəsilə o illərdə Zaqatala rayonundakı bir neçə  təsərrüfatda 

«Virciniya» sortunun Azərbaycanda yetişdirilməsi sahəsində 

işlər aparıldı. Bizdə isə kiçik bir siqaret fabriki var idi. O vaxt 

ona siqaret yox, papiros deyirdilər. Xatirimdədir, həmin fabrik 

şəhərin mərkəzində yerləşirdi. Biz respublika sarayını tikəndən 

sonra orada olan binaları dağıtdıq, meydan yaratdıq. İndi orada 

Milli Bankın binası yerləşibdir. Həmin illərdə orada İnşaat 

Bankı da tikilmişdi. O bina da sizə məlumdur. Bax, 

  



__________________________________________ 

393


təxminən o yerdə kiçik bir siqaret, papiros fabriki var idi. Hətta 

biz o vaxt bu fabrikin istehsalını genişləndirmək istəyirdik. Buna 

da imkan vermirdilər. Nəhayət, biz nail olduq, bu tütün 

kombinatı tikilməyə başlandı və tikildi. 

Mən sadəcə, müəyyən bir tarixi dövr ilə sizi tanış etmək 

istəyirəm. Təbiidir ki, bu tütün kombinatında da o vaxtlar 

Sovetlər İttifaqının çərçivəsində olan aşağı keyfiyyətli siqaretlər, 

papiroslar istehsal edilirdi. Amma insanların tələbatı  təmin 

olunurdu.  İndi xaricdən gətirilən «Filip morris» və başqaları - 

mən bu siqaretlərin adlarını bilmirəm, çünki bununla 

maraqlanmıram - o vaxt yox idi. Əgər kimsə xaricdən bir qutu 

gətirirdisə, hamı ona çox təəccüblə baxırdı. 

O vaxt insanlar bu siqaretdən, papirosdan istifadə edirdilər. 

Beləliklə, mən bu tütün kombinatının tarixi barədə sizə bir neçə 

məlumat verdim. 

Azarbaycan dövlət müstəqilliyini  əldə etdikdən, ölkəmizdə 

bazar  İqtisadiyyatı siyasəti həyata keçiriləndən sonra, təbiidir, 

biz çalışırdıq hər bir müəssisə yeni texnika, yeni texnologiya ilə 

təchiz olunsun ki, istehsalın keyfiyyəti artsın. O cümlədən, bu 

tütün kombinatı da bizim diqqət mərkəzimizdə idi. Ancaq siz 

indi qısa bir müddətdə hazır olan yeni istehsal müəssisəsini 

görəndən sonra yəqin təsəvvür edirsiniz ki, biz o vaxt onu 

həyata keçirə bilməzdik. Çünki birinci növbədə çox böyük 

investisiya lazım idi, ikincisi də bizə məlum olmayan və əlimiz 

çatmayan müasir texnika, texnologiya lazım idi. 

Bu gün hər şeyi açıq demək lazımdır. Deyə bilərəm ki, son 3-

4 il içərisində bu tütün kombinatı bizə çox başağrısı verdi. Mən 

məmnunam ki, bu müəssisəni alıb indi işlədən  şirkət vaxtilə 

burada çalışanların hamısını saxlayıbdır. Güman edirəm, onların 

da nümayəndələri burada iştirak edirlər. Ancaq onlar da 

xatırlamalıdırlar, mənim də heç yadımdan çıxmayacaq ki, son 2-

3 il içərisində bu tütün kombinatı müəyyən 

  

 

  




__________________________________________ 

394


mafioz qrupların  əlində cürbəcür məqsədlər üçün istifadə 

olunurdu. 

Bir xarici şirkət gəldi, burada müştərək müəssisə yarandı, biz 

buna inandıq, bu barədə mənə məlumatlar verdilər. Güman etdik 

ki, həmin o xarici şirkətin imkanları ilə müştərək müəssisə 

burada istehsalı yenidən qurub, müasir səviyyəyə çatdıra bilər. 

Təəssüf ki, onlar öz üzərlərinə götürdüyü öhdəlikləri yerinə 

yetirmədilər. Doğrudur, buraya müəyyən avadanlıq, filan 

gətirmişdilər, az miqdarda vəsait də qoymuşdular. Amma iş 

görmədilər. Yenə  də deyirəm, burada bəzi mafioz qruplar bir 

tərəfdən bu kombinatdan özləri üçün gəlir götürməyə, ikinci 

tərəfdən Azərbaycanda ictimai-siyasi vəziyyəti pozmağa 

çalışırdılar. 

Həmin o şirkət və onun buradakı nümayəndələri bu 

kombinatın işçilərinin demək olar ki, əksəriyyətini işdən 

çıxartmışdılar, onlardan şikayət edirdilər. Xatirimdədir, 1999-cu 

ildə biz bu şirkət də işə başlayana qədər 10 gündən-15 gündən 

bir bu kombinatdan 100,150,200 nəfər adamı öyrədirdilər, 

Nazirlər Kabinetinin, Prezident Sarayının qarşısına 

göndərirdilər. Gəlib orada saatlarla dumrdular ki, nə üçün onları 

işdən çıxarıblar, maaş ala bilmirlər, vəziyyətləri pisdir, şikayət 

edirlər. Təbiidir ki, bu adamların şikayət etməyə haqqı da, əsası 

da var idi. Amma iş burasındadır ki, bəzi qüvvələr bundan 

istifadə edirdilər, sadəcə olaraq aranı qarışdırmaq istəyirdilər. 

Hüquq-mühafizə orqanlarının bəzi nümayəndələri də bu 

kombinata yol tapmışdılar, buradan sui-istifadə edirdilər, 

qanunsuz gəlirlər götürürdülər. Hətta müxalifət partiyalarına 

mənsub olan bəzi qüvvələr də, mən belə hesab edirəm ki, bu 

kombinatda maraqlı idilər. Yəqin, onların da burada özlərinə 

məxsus gəlirləri var idi. Ona görə də insanları qızışdırıb şikayətə 

göndərirdilər. Hətta bir neçə  dəfə bu məsələni Milli Məclisin 

iclaslarında qaldırıb - guya hökumət bu kombinatı  nə üçün 

işlədə bilmir, filan - bu cür çıxışlar edirdilər. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə