Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə58/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   54   55   56   57   58   59   60   61   ...   139

___________________________________________________201 

ları ilə ixrac edirik. Doğrudur, indi Şimali Qafqazdakı hadisələrlə 

əlaqədar  şimal marşrutunda çətinliklər var. Digər marşrut Bakı-

Supsadır. Lakin böyük neftin ixracı üçün bizə əsas, böyük neft kəməri 

lazım idi. Biz bu işlə beş il məşğul olduq və onu axıra çatdırdıq, 

təntənəli şəraitdə sənəd imzaladıq. Onu Klinton da imzaladı. Bütün bu 

illər  ərzində o, bizi nəinki dəstəkləmiş, həm də bu layihənin real 

olması üçün hər şey etmişdir. Biz onu imzaladıq, bu, böyük hadisədir. 



Mstislav Rostropoviç:  Yəni, ümid edirəm ki, pul daha çox 

olacaqdır. 



Heydər Əliyev: İndi biz bu boru kəmərinə 2 milyard 400 milyon 

dollar vəsait qoyacağıq. Gələcəkdə isə, şübhəsiz... Yeri gəlmişkən, biz 

iri qaz yatağı aşkara çıxarmışıq. Yəqin ki, bir neçə ildən sonra biz həm 

də qaz ixracısı olacağıq.  İmzaladığımız müqavilələrdə Azərbaycana 

15 il ərzində təxminən 60 milyard dollar sərmayə qoyulması nəzərdə 

tutulur. Təbii ki, bu qədər vəsait qoyulduğu halda, daha çox gəlir 

götürmək lazımdır. Əks təqdirdə sərmayə qoymağın nə mənası var? 

Biz bütün bunları  gələcək üçün edirik. Ola bilsin ki, mən bütün 

bunları görməyəcəyəm, çünki vaxt gedir, yaş özünü göstərir. Amma 

mən bunu özüm üçün etmirəm, xalq üçün, gələcək nəsillər üçün, 

müstəqil Azərbaycan üçün edirəm. Bu işlər uğurla gedir və mən buna 

şadam.  


Mstislav Rostropoviç: Sizi ürəkdən təbrik edirəm. 

Heydər Əliyev: Sağ olun. 

  

 



 


___________________________________________________202 

ABŞ-ın KEÇMİŞ DÖVLƏT KATİBİ 

LƏRİ İQLBERGER İLƏ GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  

 

22 noyabr 1999-cu il 

 

Heydər  Əliyev:  Mən çox məmnunam ki, siz fürsət tapıb 

Azərbaycanı heç olmasa bir neçə saatlığa ziyarət edirsiniz. Mənə 

dünən dedibr ki, siz Küveytdəsiniz və  gəlib bizimlə görüşməyə 

imkanmız vardır. Mən bundan çox şad oldum. Ancaq təəssüf ki, ikinci 

dəfədir sizin Azərbaycana ziyarətiniz çox qısamüddətli olur. 

Mən keçən dəfə sizi və xanımınızı - hamınızı birlikdə Azərbaycana 

uzunmüddətli ziyarətə  dəvət etmişdim.  İndi bu dəvət öz qüvvəsində 

qalır. Bugünkü görüşümüz isə növbədənkənar bir görüşdür. Çox sağ 

olun. Xoş gəlmisiniz! 



Ləri  İqlberger: Sizi görməyimdən  şad olduğumu və Sizinlə 

görüşməyimdən böyük şərəf duyduğumu bildirirəm. 

Cənab prezident, sağ olun. Gələn dəfə  gələndə Azərbaycanda o 

qədər qalacağam ki, arzu edəcəksiniz mən tez gedim. 



Heydər Əliyev: Siz gəlin, qoy olsun. 

Ləri İqlberger: Gərək havanın yaxşı olmasını gözləyəm. 

Heydər  Əliyev: Yox, biz təmin edərik. Bu, sadəcə, sizin 

gözlənilməmiş ziyarətinizdir. Ona görə. Amma siz əvvəldən vaxtını 

təyin etsəniz, biz havanı təmin edəcəyik. 

Ləri  İqlberger:  Cənab prezident, ölkənizə belə  gəlməyimin, 

gözlənilməz səfərimin  əsas məqsədlərindən biri Sizin son sammit 

zamanı göstərdiyiniz liderliyi necə heyranlıqla 

  

 



 


___________________________________________________203 

izlədiyimizi Sizə deməkdən ibarətdir. Mən onu da Sizə deməliyəm ki, 

Amerika Birləşmiş  Ştatlarının kütləvi informasiya vasitələri  şəxsən 

Sizi həddindən çox göstərdilər. Doğrudan da Siz buna layiq idiniz. Bu 

sammit zamanı çox məlumatlar yayıldı  və Siz ictimaiyyət üçün 

həddindən çox əlavə məlumat verdiniz. Mən fürsətdən istifadə edərək, 

bu sammitdə oynadığınız rola görə Sizi təbrik edirəm. 

Mənim anladığıma görə, bu ziyarətiniz zamanı bir çox məsələlərdə 

böyük irəliləyişlər  əldə olunubdur - boru kəmərləri, Sizin 

qonşularmızla olan münasibətləriniz barədə.  Əminəm ki, prezident 

Klinton da Sizin şəxsən oynadığınız rolu çox yüksək 

qiymətləndirilədir.Cənab prezident, bilmək istərdim, - Siz özünüz bu 

sammiti necə qiymətləndirirsiniz? Siz də o fikirdəsinizmi ki, bu, 

uğurlu bir sammit oldu? 



Heydər  Əliyev: Çox təşəkkür edirəm, hörmətli dostum. Bu son 

sammitdə  mənim haqqımda, fəaliyyətim haqqında dediyiniz xoş 

sözlərə görə təşəkkür edirəm. 

Ləri İqlberger: Cənab prezident, bu, səmimi sözlərdir. 

Heydər Əliyev: Mən bilirəm, siz qeyri-səmimi söz deməzsiniz. 

Ləri  İqlberger:  Mən artıq diplomat deyiləm. Ona görə sözü, 

həqiqəti düz üzə deyirəm. 



Heydər  Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Həqiqətən, mən 

sizə deyə bilərəm ki, bu sammit ATƏT-in bütün keçmiş 

sammitlərindən çox fərqlidir. Birinci növbədə, sammitin qəbul etdiyi 

sənədlərin həm məzmununa, həm də  əhəmiyyətinə görə. Çünki bu 

sənədlər artıq XXI əsrə yönəldilmişdir və XXI əsrin demək olar ki

Avropa və ATƏT çərçivəsində yaşamaq, yaratmaq, inkişaf etmək 

Konstitusiyası kimi bir sənədlərdir. 

Xartiya- indi onun adına biz İstanbul xartiyası deyirik -Çox 

əhəmiyyətli bir sənəddir və həqiqətən bu gün də, yaxın 

  

 



 


___________________________________________________204 

gələcəkdə  də,  əlbəttə, uzaq gələcəkdə  də ölkələrin təhlükəsizliyini 

təmin etmək, sülhü təmin etmək, demokratiyanı inkişaf etdirmək, 

insan haqlarını qorumaq və terrorizmə, separatizmə, ekstremizmə  və 

başqa bu kimi hallara yol verməmək sahəsində bu xartiyada çox ciddi

çox əhəmiyyətli müddəalar əks olunubdur. 

İkinci sənəd - siyasi bəyannamə  də bugünkü reallığı  əks etdirir, 

Avropada, ümumiyyətlə, dünyada olan reallığı əks etdirir və ATƏT-in 

əhatə etdiyi ərazidə  məsələlərin həll olunması üçün çox əhəmiyyətli 

müddəaları özündə əks etdirir. 

Mən  şəxsən çox xoşbəxtəm ki, Azərbaycan xalqı, Azərbaycan 

dövləti adından, müstəqil Azərbaycan adından  İstanbul xartiyasını 

imzaladım. Bu, Azərbaycanın müstəqil və dünya dövlətləri ilə bərabər 

hüquqa malik olan bir dövlət olduğunu bir daha nümayiş etdirdi. Bu 

xartiyanın bizim üçün ən mühüm əhəmiyyəti bir də ondan ibarətdir ki, 

burada dövlətlərin  ərazi bütövlüyünün və dövlət müstəqilliyinin 

qorunması çox ciddi maddələrlə əks olunubdur. 

Yenə də deyirəm, bilirsiniz ki, ATƏT 25 il bundan öncə Helsinkidə 

ilk xartiyanı qəbul edibdir. Sonra - 1990-cı ildə Paris xartiyası qəbul 

olunubdur.  İndi isə - 1999-cu ildə  İstanbul xartiyası  qəbul edililbdir. 

Amma Paris xartiyası qəbul olunanda ATƏT-ə daxil olan dövlətlərin 

sayı bu qədər deyildi. Ondan sonra dünyada böyük dəyişikliklər baş 

verdi: Varşava paktı dağıldı, Sovetlər  İttifaqı dağıldı, Sovetlər 

İttifaqına mənsub olan 15 respublika öz müstəqilliyini elan etdi. 

Varşava paktına daxil olmuş  Şərqi Avropa ölkələrində  də çox ciddi 

dəyişikliklər baş verdi. Hətta vaxtilə Varşava paktına daxil olmuş üç 

ölkə indi NATO-nun tərkibindədir. Bunlar hamısı qısa bir tarixdə, qısa 

bir zamanda dünyada baş vermiş müsbət nəticələrdir. Mən fəxr edirəm 

ki, indi Azərbaycan da bu birliyin  içindədir.  Azərbaycan  bir  

müstəqil  dövlət  kimi,  öz 

  

 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə