Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə3/49
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55675
1   2   3   4   5   6   7   8   9   ...   49

Èëéàñ Òàïäûã 
 
10 
Oxucuların və  tədqiqatçıların işini yüngülləşdirmək məqsə-
dilə biblioqrafiyada İlyas Tapdığın əsərləri nəşr olunduqları tarixi 
ardıcıllıqla düzülmüş, kitablara daxil olan əsərlərin tam siyahısı 
verilmişdir. 
Biblioqrafiyanın müsbət cəhətlərindən biri də tarixi ardıcıllıq 
prinsipinə əməl olunmasıdır. Müəlliflər burada “Kitablarda, məc-
muələrdə, dövri mətbuatda dərc edilmiş  əsərləri”, “Dövri mət-
buatda dərc edilmiş  məqalələri”, “Sözlərinə musiqi bəstələmiş 
bəstəkarlar”, “Redaktoru olduğu kitablar” bölmələri vermişlər ki, 
bu da şairin nəşr olunmuş  əsərləri və redaktə etdiyi kitablar 
barədə bütöv təsəvvür yaradır. 
İlyas Tapdığın  əsərlərini tədqiq edən tədqiqatçılar bu kitab-
dan yararlana biləcəklər. Müəllif haqqında biblioqrafiyada 
 
“Kitablarda”, “Elektron resurslarda”, “Filmoqrafiya”  bölmələri 
verilmişdir.  Şairin digər dillərdə çap olunan əsərləri də tarixi-
xronoloji ardıcıllıqla verilmişdir. Kitab oxucular, tədqiqatçılar və 
tələbələr üçün dəyərli bir vəsait olacaqdır. 
 
Zahid XƏLİL, 
filologiya elmləri doktoru,  
professor 
 
                                                                
 
Áèáëèîãðàôèéà 
 
11 
 
 
İlyas Tapdığın həyat və fəaliyyətinin  
əsas tarixləri 
 
1934 - 
Tapdıqov İlyas Oruc oğlu noyabr ayının 30-da 
Gədəbəy rayonunun Əli  İsmayıllı  kəndində 
anadan olmuşdur.  
 
1952-1956 - 
Gədəbəyin kiçik Qaramurad kəndində orta 
məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji 
İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil 
almışdır. 
 
1953 - 
Azərbaycan jurnalında dərc edilən “Bakının ge-
cələri” adlı şeirlə ədəbi yaradıcılığa başlamışdır. 
 
1955 - 
Şairin ilk kitabı “Kəndimizin çobanı” çap 
olunmuşdur. 
 
1957-1962 - 
Uşaqgəncnəşrdə redaktor vəzifəsində çalış-
mışdır. 
 
1958 - 
SSRİ Yazıçılar  İttifaqının üzvlüyünə  qəbul 
edilmişdir. 
 
1962-1968 - 
Azərnəşrdə redaktor, böyük redaktor vəzifələ-
rində işləmişdir. 
 
1968-1976 - 
“Gənclik” nəşriyyatında böyük redaktor, 
redaksiya müdiri və baş redaktor olmuşdur. 
 
1976-1978 - 
Azərbaycan Baş  Mətbuat Müvəkkilliyində 
qrup rəhbəri vəzifəsində çalışmışdır. 


Èëéàñ Òàïäûã 
 
12 
1978-1983  
- Azərbaycan Televiziya və Radio Verilişləri 
Komitəsində televiziya gənclər baş redaksiyası-
nın baş redaktoru vəzifəsində işləmişdir. 
 
1972 
 - Sovet uşaq ədəbiyyatı və incəsənəti nümayən-
də heyətinin tərkibində Çexoslovakiyada ol-
muşdur; 
- “Aşıq  Ələsgər” sənədli filminin ssenarisini 
yazmışdır. 
 
1973 - 
“Meşənin mahnısı”  şeirlər kitabına görə Res-
publika Lenin komsomolu mükafatı laureatı 
olmuşdur. 
 
1977 - 
 “Çimnaz 
oynayır” kitabı Moskvada rus di-
lində çap olunmuşdur. 
 
1979  
- Sovet uşaq ədəbiyyatı və incəsənəti nümayən-
də heyətinin tərkibində Macarıstanda olmuşdur. 
 
1980  

Azərbaycan komsomolunun XXX-XXXI qu-
rultaylarına nümayəndə seçilmişdir. 
 
1984 - 
“Özümlə görüş”  şeirlər kitabı “Yazıçı” nəş-
riyyatında çap olunmuşdur. 
 
1985 - 
Kiçikyaşlı  məktəblilər üçün “Nağıllı  ağac-
lar”  şeirlər, yanıltmaclar və  mənzum nağıllar 
kitabı “Gənclik” nəşriyyatında çap olunmuşdur. 
 
1987  

Kiçikyaşlı  məktəblilər üçün  “Şıltaq günəş” 
şeirlər, yanıltmaclar, poemalar kitabı “Gənclik” 
nəşriyyatında çap edilmişdir.  
 
1989  

“Gənclik” nəşriyyatı redaksiya şurasının 
üzvü, Azərbaycan komsomolu Şöhrət  şurasının 
Áèáëèîãðàôèéà 
 
13 
üzvü və bir sıra respublika festival və müsabi-
qələrində münsiflər heyətinin üzvü olmuşdur. 
 
1989  

 Azərnəşr bədii  ədəbiyyat  şöbəsinin müdiri 
vəzifəsində çalışır. 
 
1990 - 
“Məhəbbət yolları” şeirlər kitabı “Yazıçı” nəş-
riyyatında çap edilmişdir. 
 
1992-1995  
Türkiyənin Ankara şəhərində işləmişdir. 
 
1992-1995  
-   Ankara şəhərində Türk Standartları İnstitu-
tunda və Xarici İşlər Nazirliyi və kalkınma 
ajansında müəllim, “Azərbaycan” qəzetinin 
Türkiyə üzrə xüsusi müxbiri olmuşdur. 
 - 
Ankarada “Azerbaycan” dərgisinin redaksiya-
sında çalışmışdır.  
 
1994 
- Anadan olmasının 60 illiyi Ankarada İLESAM 
tərəfindən təntənəli şəkildə qeyd edilmişdir. 
 
1994  
-   Türkiyənin  İzmir  şəhərində I Uluslararası 
Türk dünyası Turizm və Kültür Simpoziumunda 
iştirak etmişdir. 
 
2003  

Azərbaycan Respublikası Prezidentinin 5 iyul 
2003-cü il tarixli Fərmanı ilə Prezident təqaü-
dünə layiq görülmüşdür. 
2005  
“Şeir sevən balalar” şeirlər və poemalar kitabı 
“Turan Nəşrlər evi”ndə çapdan çıxmışdır.  
 
2009  

“Seçilmiş  əsərləri”nin birinci cildi “Şur” 
nəşriyyatında çap edilmişdir. 
 
2010  
-  “Seçilmiş  əsərləri”nin ikinci cildi “Şur” nəş-
riyyatında çap edilmişdir.  


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə