Microsoft Word informatika cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix11.10.2017
ölçüsü0,53 Mb.
#4435
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

olunur. Nöqtədən soldakı rəqəmin artması sistemdə mühüm dəyişikliyin, nöqtədən 

sağdakı rəqəmin artması isə sistemdə cüzi dəyişikliyin edilməsini göstərir. Versiya 

nömrəsinin böyük olması, sistemin daha çox imkanlara malik olmasını göstərir. 

 

32. Fayl anlayışı, faylların atributları, fayl sistemləri və funksiyaları. 

Kompüterlə iş prosesində diskin məzmunu dəyişir. Yəni, yeni fayllar əlavə 

olunur, lazımsız fayllar silinir, faylların tutumu dəyişir və s. Bu əməliyyatları 

yerinə yetirmək üçün fayllar arası disk yaddaşının paylanmasına fasiləsiz nəzarət 

olunmalıdır. Bu məsələ faylların yerləşmə cədvəlinin (FAT -File Allocation Table) 

köməyi ilə həll olunur. Hər bir fayl üçün FAT-da elementlərin (klasterlərin) zənciri 

yaradılır. Bunların hər biri sabit uzunluqlu sahəni göstərir ki, diskdə faylın bir 

hissəsi burada yerləşir. Faylın adı yerləşən kataloqda zəncirin başlanğıc göstəricisi 

(1-ci klasterin nömrəsi) olur. Faylın silinməsində FAT-ın elementləri və onlara 

ünvanlanan verilənlər sahəsi boşalır ki, bu sahədən digər fayllar üçün istifadə 

etmək mümkündür. 

Bu cür təşkilin əsas üstünlüyü ondadır ki, fayllara birbaşa müraciət mümkün 

olur. Çatışmayan cəhəti isə faylların silinməsi, yaradılması və tutumunun 

dəyişdirilməsində diskin fraqmentasiyasıdır (boş sahələrin yaradılması). 

Fraqmentasiya diskdəki verilənlərə müraciət vaxtının artmasına səbəb olur. 

Fraqmentasiyanı aradan qaldırmaq üçün DEFRAG proqramından istifadə olunur. 

Verilənlər sahəsi diskin baş kataloqunun sonundan sonuncu sektora kimi olan 

böyük bir sahəni tutur. Fayl sistemi verilənlər sahəsindən bir və ya bir neçə ardıcıl 

sektorlar qrupunu ayırır ki, bu da klaster adlanır. Sektorun ölçüsü 512 bayt təşkil 

edir. 


Klasterin ölçüsü, yəni sektorların sayı məntiqi diskdən asılı olaraq ƏS 

tərəfindən təyin olunur. Böyük ölçülü klasterlərdən istifadə diskin 

fraqmentasiyasını azaldır. Bundan başqa bu FAT-ın ölçüsünün kiçilməsinə və 

sürətin artmasına səbəb olur. Digər tərəfdən isə olduqca böyük ölçülü klasterlər 

disk sahəsindən səmərəsiz istifadəyə gətirir. Məntiqi diskin ölçüsü böyük olduqda 

klasterin də ölçüsü böyük olur. Klasterin ölçüsünün kiçildilməsini sərt diski bir 

neçə məntiqi disklərə bölməklə həyata keçirmək olar. 

Faylların yerləşmə cədvəlinin elementlərinin uzunluğu 12, 16 və 32 bit olur. 

Cədvəl 1-də MS DOS və Windows ƏS üçün FAT16 və FAT32 fayl sistemindən 

istifadə edərkən müxtəlif ölçülü disk sahələri üçün klasterlərin ölçüsü göstərilib. 



FAT16 fayl sistemi. FAT fayl sistemli disk 512 baytlı sektorlardan təşkil 

olunur. Sektor – verilənlərin oxunub/yazılmasında istifadə olunan ən kiçik 

vahiddir. 

Faylı verilənlər sahəsində yerləşdirmək üçün istifadə olunan ən kiçik vahid 



klasterdir. Klasterin ölçüsü bölmənin ölçüsündən asılı olaraq 64 Kb-a kimi ola 

bilər. 


FAT cədvəlinin hər sətri bir klasterə uyğun gəlir və orada aşağıdakı əlamətlər 

qeyd olunur:. 

•  istifadə olunmayan klaster; 

•  istifadə olunan klaster (bu halda həmin sətirdə faylın sonrakı klasterinin nömrəsi 




yazılır); 

•  xarab olmuş klaster; 

•  faylın sonuncu klasteri. 

FAT32 fayl sistemi. FAT32 fayl sisteminin əsas üstünlüyü FAT16-ya nisbətən 

böyük həcmli məntiqi diskləri dəstəkləməsidir. FAT32 2047 Qb-a qədər ölçülü 

məntiqi diskləri dəstəkləyir. 

Mövcud proqramlarla, şəbəkələrlə və qurğuların drayverləri ilə uyuşanlığı 

üçün FAT32 fayl sistemi FAT 16 fayl sisteminin arxitekturasından çox az 

fərqlənir. 



NTFS fayl sistemi. Bu fayl sistemi FAT-la müqayisədə yüksək sürətli 

xarakteristikası, etibarlığı və uyuşanlığı ilə fərqlənir. NTFS – də verilənlərin 

strukturu Active Directory xidmətinin reallaşmasına imkan verir. NTFS - ə 

həmçinin korporotiv fayl-serverlər və yuxarı sinifli fərdi kompüterlər üçün 

mühafizə funksiyaları daxil edilib. 

Məntiqi diskin NTFS - üçün formatlaşdırılmasında faylların baş cədvəlini 



(MFT - Master File Table) 

özündə saxlayan fayl yaradılır. Cədvəldəki hər bir yazı 

ölçüsü 1 Kbayt olan bir faylı təsvir edir. MFT-də fayllar haqqında  saxlanılan  

informasiya əməliyyat  sisteminin  məhsuldarlığının artırılmasını  təmin  edir.  

NTFS-in tomu  (məntiqi  diski)  haqqında əsas informasiya tomun yükləyici 

sektorunda (Partition Boot Sector) saxlanılır.  

      NTFS-in FAT-la müqayisədə əsas üstünlükləri aşağıdakılardır: 

•  verilənlərin mühafizəsinin müasir texnologiyasından istifadə imkanı; 

•  fayl və qovluqların sifrələnməsi, sıxılması və bərpası imkanı; 

•  tranzaksiya  texnologiyasının  tətbiqi ilə  fayl  sisteminin  yüksək  etibarlılığı. 

Bu texnologiyaya əsasən jurnalda disklərlə iş avtomatik olaraq fayl və qovluqların 

tərkibindəki bütün dəyişikliklər qeyd olunur ki, bu da sistemin nasazlığı və ya qida 

mənbəyindən açılmasında sona çatmayan əməliyyatların təkrarına və ya imtinasına 

imkan verir; 

•  nasaz  sektorların  meydana  çıxmasında  klasterlərin  əvəz  olunmasının 

(cluster remapping) təmin edilməsi. Klasterdən təkrar istifadə etməmək üçün onun 

ünvanı yadda saxlanılmır; 

•  böyük  ölçülü  fayl  və  bölmələr  dəstəklənir.  Nəzəri  olaraq  fayl  və  ya 

bölmənin  ölçüsü  16  Eksabayta  kimi  ola  bilər.  NTFS  bölməsinin  ölçüsü  50 

Mbaytdan az olmamalıdır; 

•  fayl, qovluq və disklərin avtomatik sıxılmasını və açılmasını dəstəkləyir; 

•  diskin  bölməsində  faylın  maksimal  imkanla  kəsilməz  yazılması 

texnologiyası hesabına faylların fraqmentasiyası azalır; 

•  hər bir istifadəçi ayrıca zibil səbəti (Resusle Bin) ilə təmin olunur. 

Faylların yerləşməsi haqqındakı verilənlər cədvəl şəklində yadda saxlanılmasına 

baxmayaraq, istifadəçi üçün iyerarxik struktur şəklində təsvir olunur. Fayl 

strukturuna xidmət funksiyaları əməliyyat sisteminin idarəsi altında baş verir ki, 

bunlar aşağıdakılardır: 

•  faylların yaradılması və onların adlandırılması; 

•  kataloqların yaradılması və onların adlandırılması; 

•  fayl və kataloqların adlarının dəyişdirilməsi; 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə