Microsoft Word informatika cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix11.10.2017
ölçüsü0,53 Mb.
#4435
1   ...   14   15   16   17   18   19   20   21   22

Express

,  Microsoft  Outbook,  Netscape  Communikator  və  digər  proqramlardan  istifadə 

etmək olar. 

Şə

bəkə yenilikləri Usenet və ya telekonfrans da  nternetin geniş yayılmış xidmətlərindəndir. 



Bu halda xəbər alan şəbəkə düyünü həmin xəbəri siyahıda olan bütün düyünlərə translyasiya 

edir.  Beləliklə,  bir  xəbər  çoxqat  təkrarlanaraq  qısa  müddətdə  bütün  dünyaya  (Usenet 

konfrans iştirakçılarına) yayılır.  

nformasiya yayımı siyahıları elektron poçtla işləyən sadə  nternet xidmətidir. Bu halda bir 

məktub siyahıda qeydiyyata düşmüş bütün abonentlərə ötürülür. Bu yayımı hansı təşkilat 

icra edirsə, o da yayıma nəzarət edir. Halbuki belə nəzarət Usenet xidməıtində yoxdur.  



FTP

  xidməti  xüsusi  serverlərdə  saxlanan  fayllara(  həmçinin,  arxiv  fayllarına)  müraciəti 

təmin edir.  

Ümumdünya hörümçək toru (World Wide Web – WWW)  nternetin ən populyar xidmətidir. 

Bu xidmət hipermətn anlayışına əsaslanır. Mətn informasiyasının ardıcıl, xətti formada deyil, 

bir-biri ilə iqtibaslar şəklində bağlı olan mətnlər çoxluğu kimi təşkil edilməsinə hipermətn 

deyilir.  Bir mətn daxilindəki iqtibas digər mətnə keçidə imkan verir.  qtibas edilən mətn 

başqa kompüterdə, başqa ölkədə, başqa kontinentdə ola bilər. Hipermətn ideyası əsasında 

mulyimediya  texnologiyasına  əsaslanan    hipermediya  yaradılmışdır.  Hipermətn  sənədi 

HTML

 (Hyper Text Markup Language) dilində tərtib edilir. HTML formatını ötürmək üçün 



HTTP

  (Hyper  Text  Transfer  Protocol)  protokolundan  istifadə  edilir.  WWW    sənədindəki 

iqtibaslar  elə  təşkil  edilmişdir  ki,  hər  bir  informasiya  resursu  nternetdə  birmənalı 

ünvanlaşdırılır.  nternetdə  informasiya  resursuna  iqtibaslar  UTL-ünvanlar  (Uniform 



Resource Locator

) adlanır. 



WWW

 xidmətinin köməyi ilə  istifadəçi öz informasiya fəzasını vahid bütöv kimi qəbul edir. 

qtibaslar WWW müştərisi olan brauzer adlanan proqramlar vasitəsilə dərk edilir.  

Telnet

 xidməti məsafədəki kompüterlərə terminal müraciətini təmin edir.  



Proxy

-server  (əlaqələndirici  server)  tez-tez  müraciət  edilən  informasiyanın  üzünü  özündə 

saxlayır və təkrar müraciətlərdə uzaq qoşmalara ehtiyac qalmır.   

 

48. Ümumdünya hörümçək toru (www)  nteraktiv öyrənmə

Ümumdünya hörümçək toru (World Wide Web – WWW)  nternetin ən populyar xidmətidir. 

Bu xidmət hipermətn anlayışına əsaslanır. Mətn informasiyasının ardıcıl, xətti formada deyil, 

bir-biri ilə iqtibaslar şəklində bağlı olan mətnlər çoxluğu kimi təşkil edilməsinə hipermətn 

deyilir.  Bir mətn daxilindəki iqtibas digər mətnə keçidə imkan verir.  qtibas edilən mətn 

başqa kompüterdə, başqa ölkədə, başqa kontinentdə ola bilər. Hipermətn ideyası əsasında 

mulyimediya  texnologiyasına  əsaslanan    hipermediya  yaradılmışdır.  Hipermətn  sənədi 

HTML

 (Hyper Text Markup Language) dilində tərtib edilir. HTML formatını ötürmək üçün 



HTTP

  (Hyper  Text  Transfer  Protocol)  protokolundan  istifadə  edilir.  WWW    sənədindəki 

iqtibaslar  elə  təşkil  edilmişdir  ki,  hər  bir  informasiya  resursu  nternetdə  birmənalı 

ünvanlaşdırılır.  nternetdə  informasiya  resursuna  iqtibaslar  UTL-ünvanlar  (Uniform 



Resource Locator

) adlanır. 



WWW

 xidmətinin köməyi ilə  istifadəçi öz informasiya fəzasını vahid bütöv kimi qəbul edir. 

qtibaslar WWW müştərisi olan brauzer adlanan proqramlar vasitəsilə dərk edilir.  

Telnet

 xidməti məsafədəki kompüterlərə terminal müraciətini təmin edir.  




Proxy

-server  (əlaqələndirici  server)  tez-tez  müraciət  edilən  informasiyanın  üzünü  özündə 

saxlayır və təkrar müraciətlərdə uzaq qoşmalara ehtiyac qalmır.   

 

49.  Verilənlər  bazası.  Verilənlər  bazasının  təsnifatı.  Verilənlər  bazasının 

 

elementləri.Verilənlər modelinin növləri. 

Verilənlər  bazası  (VB)  bir-birilə  qarşılıqlı  əlaqələndirilmiş,  eyni  prinsiplərlə  və 

vasitələrlə təsvir olunan, saxlanan və idarə olunan, müxtəlif istifadəçilər tərəfindən 

müxtəlif  məqsədlər  üçün  istifadə  olunan  verilənlər  toplusudur.  Verilənlər  adətən 

fayllarda (cədvəllərdə) saxlanır. Verilənlər bazası konsepsiyasının əsas prinsipləri 

aşağıdakılardır [4]: 

1. Saxlanan  verilənlərdə  təkrarlanmaların  aradan  qaldırılması.  Eyni  verilənlər 

bir  neçə  faylda  aşkar  edildikdə  həmin  verilənlər  bir  faylda  saxlanılmaqla,  digər 

fayllardan  çıxarılır  və  fayllar  arasında  əlaqə  yaratmaqla  onlara  müraciət  təmin 

olunur. 


      2.Verilənlərin mərkəzləşdirilmiş idarə olunması. Faylların fərdi emalından 

fərqli olaraq, mərkəzləşdirilmiş idarəolunma verilənlərin bazaya daxil edilməsi, 

dəyişdirilməsi, silinməsi və axtarışı əməliyyatlarının VB daxilində eyni üsul və 

vasitələrlə (proqramlarla) aparılmasını nəzərdə tutur. 

3. 

Verilənlərin müstəqilliyi. 



Verilənlərin tətbiqi proqramlardan və əksinə, tətbiqi proqramların verilənlərdən asılı 

olmaması çox vacib məsələdir. VB-də bu məsələ verilənlərin çox səviyyəli müstəqil 

təsviri  və  bu  təsvirlərin  yaradılma  mexanizmlərinin  müstəqilliyi  ilə  əldə  edilir. 

Nəticədə,  verilənlərin  məntiqi  və  fiziki  səviyyələrdə  dəyişdirilməsinin  tətbiqi 

proqramlara təsiri aradan qaldırılır. 

4. 


Verilənlərin tamlığının təmin edilməsi. 

Təkrarlanmaların  aradan  qaldırılması  eyni  verilənlərin  müxtəlif  fayllarda  yol 

verilən  uyğunsuzluqlarını  aradan  qaldırmağa  imkan  verir.  Lakin  bəzi  hallarda 

təkrarlanmaları  tam  aradan  qaldırmaq  mümkün  olmur.  Bu  halda  eyni  verilənlərin 

müxtəlif  fayllardakı  qiymətləri  arasında  uyğunluğun  təmini  üçün  VB-da  lazımi 

vasitələr nəzərdə tutulur. 

5. 

Verilənlərin təhlükəsizliyinin təmin edilməsi. 



Verilənlərin  təhlükəsizliyi  dedikdə,  bir  tərəfdən  onların  təhriflərdən  və 

zədələnmələrdən  qorunması,  digər  tərəfdən,  səlahiyyətsiz  müraciətlərdən  mühafizə 

edilməsi  nəzərdə  tutulur.  Bunun  üçün  VB-da  lazımi  metodlar  və  vasitələr  nəzərə 

almır. 


      6.  Verilənlərdən 

müxtəlif 

məqsədlərlə 

istifadə 

olunması. 

      Mərkəzləşdirilmiş  idarə  olunma  verilənlərin  müxtəlif  istifadəçilər  tərəfindən 

müxtəlif məqsədlər üçün istifadə olunmasına zəmin yaradır. 

7. 


Optimallaşdırma və standartlaşdırma imkanları. 

Müasir  proqramlaşdırma  texnologiyaları  yaddaş  sərfinin  və  informasiya  axtarış 

vaxtının minimallaşdırılmasını təmin edən strukturların və metodların seçilməsinə 

və tətbiqinə imkan yaradır. 




Verilənlərin  və  sorğuların  təsviri  üçün  standart  üsullardan  və  dillərdən  istifadə 

olunduğundan,  IS-in  istismarı  və  digər  sistemlərlə  verilənlər  mübadiləsi  sadələşir, 

verilənlərin yoxlanması və bərpası əməliyyatları asanlaşır. 

1. 


Xərclərin minimallaşdırılması.  

Sübut edilmişdir ki, VB konsepsiyası ilə qurulan IS faylların fərdi emalı ilə qurulan 

sistemlərdən təxminən 1,5 dəfə ucuz başa gəlir. 

Verilənlərin  struktur  modelləşdirilməsində  aşağıdakı  tip  modellərdən  istifadə 

olunur: iyerarxik, şəbəkə, relyasiya və obyektyönlü. 

Iyerarxik  model  verilənlərin  qraf  şəkilində  təsvirinə  əsaslanır.  Sxemin  qraf 

diaqramında  təpələr  (düyünlər)  mahiyyətlərin  tipini,  budaqlar  isə  mahiyyətlər 

arasındakı  əlaqələri  göstərir.  Əsas  daxili  məhdudluqlar  bunlardır:  a)  əlaqələrin 

bütün  tipləri  funksional  xarakterlidir  və  yalnız  aşağıdakı  əlaqələr  mümkündür: 

"birin-birə" (1:1), "birin-çoxa" (1:M), Şəbəkə tipli modellədə iyeraxik modellər 

kimi  verilənlərin  qraf  diaqramı  şəklində  təsvirinə  əsaslanır.  yerarxik  modeldən 

fərqli  olaraq,  şəbəkə  modelində  (1:1),  (1:M),  (M:l)  funksional  əlaqələrlə  yanaşı 

(M:N) (çoxun-çoxa) əlaqəsi də həyata keçirilir.  



Relyasiya      modelinin      və      ümumiyyətlə      relyasiya        modelli        VBIS-in 

yaranması  IBM  firmasının  əməkdaşı  Edqar  Koddun  adı  ilə  bağlıdır.  Relyasiya 

modelinin əsasını "nisbət" (ingiliscə "relation") riyazi anlayışı təşkil edir və bu tip 

modelin adı həmin terminlə bağlıdır. Müəyyən şərtlərə əməl etdikdə, nisbəti insan 

üçün  adi  olan  ikiölçülü  cədvəl  kimi  təsvir  etmək  olar.  Fərdi  kompüterlər  üçün 

mövcud olan VBIS-in böyük əksəriyyətində relyasiya modelindən istifadə olunur. 



Obyektyönlü  model  iki  modeli  özündə  birləşdirir  (relyasiya  və  şəbəkə 

modellərini)  və  mürəkkəb  strukturlu  böyük  VB-lərin  qurulması  üçün  istifadə 

olunur. 

 

50. Relyasion verilənlər modeli . 

Verilənlərin  struktur  modelləşdirilməsində  aşağıdakı  tip  modellərdən  istifadə 

olunur: iyerarxik, şəbəkə, relyasiya və obyektyönlü. 

         Relyasiya   modelinin   və   ümumiyyətlə   relyasiya    modelli    VBIS-in 

yaranması  IBM  firmasının  əməkdaşı  Edqar  Koddun  adı  ilə  bağlıdır.  Relyasiya 

modelinin əsasını "nisbət" (ingiliscə "relation") riyazi anlayışı təşkil edir və bu tip 

modelin adı həmin terminlə bağlıdır. Müəyyən şərtlərə əməl etdikdə, nisbəti insan 

üçün  adi  olan  ikiölçülü  cədvəl  kimi  təsvir  etmək  olar.  Fərdi  kompüterlər  üçün 

mövcud olan VBIS-in böyük əksəriyyətində relyasiya modelindən istifadə olunur. 

Relyasiya  modelinin  əsas  üstün  cəhətləri  aşağıdakılardır:  sadəliyi,  proqram 

reallaşdırılmasının  asanlığı,  verilənlər  üzərində  müxtəlif  riyazi  və  məntiqi 

ə

məliyyatların aparılmasının mümkünlüyü, istənilən tip sorğuya cavabı təmin edən 



çevik VB sxeminin qurulmasının mümkünlüyü. 

Relyasiya modelindən əsasən orta ölçülü VB-lər üçün istifadə olunur. Cədvəllərin 

sayı  artdıqca  VB  ilə  işləmə  sürəti  aşağı  düşür.  Mürəkkəb  strukturlu  verilənlərin 

emalı  sistemlərinin  (məsələn,  layihələndirmənin  avtomatlaşdırılması  sistemləri) 

yaradılmasında  relyasiya  modelindən  istifadə  olunması  müəyyən  çətinliklər 

yaradır. Relyasiya modeli haqqında daha ətraflı məlumat sonrakı paraqrafda verilir. 




 Relyasiya  modeli (RM) mövzu sahəsini əhatə edən nisbətləri və onlar arasındakı 

ə

laqələri  əks  etdirir.  Relyasiya  modelində  VB-in  məntiqi  sxemi  nisbətlər  sxemi 



şə

klində  tasvir  olunur.  Həmin  sxemdə  ayrı-ayrı  nisbətlər  və  oxlu  xətlərlə  onlar 

arasındakı  əlaqələr  göstərilir.  Relyasiya  modelinin  elementləri  və  onların  təsvir 

forması cədvəl 1-də göstərilmişdir. 

RM elementlərindən ən mühümü nisbətdir. 

Nisbət  –  hər  hansı  mahiyyət  haqqında  verilənləri  VB-də  saxlayan  cədvəlin 

başlığını təsvir edir. 



Mahiyyə– verilənləri nisbətdə saxlanan istənilən təbiətli informasiya obyektidir. 

Atribut – mahiyyəti xarakterizə edən xassədir. 

                                                                                                    

 

Relyasiya modelinin elementəri 



     Relyasiya modelinin      

elementləri 

Təsvir forması 

Nisbət 


Cədvəl (fayl) 

Nisbətin sxemi 

Nisbətin adı və atributların siyahısı 

Nisbətlər sxemi (relyasiya 

sxemi) 

VB-dəki nisbətlərin sxemləri və onlar 



arasındakı əlaqələr 

Mahiyyət 

Informasiya obyekti 

Kortej 


Cədvəlin sətri (yazı) 

Atribut 


Cədvəlin sütununun başlığı (adı) 

Domen 


Cədvəlin sütunu 

Açar 


Bir və bir neçə atribut 

Verilənin tipi 

Domendəki  elementlərin 

qiymətlərinin tipi 

Relyasiya  modelinin  riyazi  əsası  sonlu  riyaziyyatın  bölməsi  olan  nisbətlər 

(relyasiya)  cəbrindən  götürülmüşdür.  Nisbəti  riyazi  olaraq  belə  şərh  etmək  olar. 

Tutaq  ki,  n  sayda  D

1

,D



2

  ,...,D


n

  çoxluqları  var.  Onda  R  nisbəti  nizamlanmış 



1

,d



2

,d

3



,...,dn> kortejlərinin çoxluğudur. Burada d

i

∊D



i

 və D


1

,D

2



,...,D

n

 R nisbətinin 



domenləridir. Şəkil 4-də misal kimi işçi nisbətinin təsviri verilmişdir. 

                                                  ŞÇ  nisbəti (cədvəl) 

 

Atributlar                                    Domen 




kortej 

                                 

Göstərilən misalda nisbətin sxemi belə ifadə olunur: 

Ş

Ç  (Tabel nömrəsi, Soyadı- nisialı, Şöbə, Vəzifəsi, Doğum tarixi). 



Ş

Ç  nisbətinin 3 korteji var. Hər bir kortej 5 elementdən ibarətdir və hər bir 

element uyğun domendən götürülür. 

Nisbətin  kortejlərinə  (cədvəlin  sətirlərinə),  başqa  sözlə,  faylın  yazılarına  birbaşa 

müraciət etmək üçün açardan istifadə olunur. 

Nisbətin  açarı və  ya əsas  açar  (ingiliscə "primary  key")  hər  bir korteji birmənalı 

təyin  edən  atributdur.  Məsələn,  ŞÇ   nisbətində  əsas  açar  kimi  "tabel  nömrəsi" 

atributundan istifadə etmək olar. Аçar tərkibli, yəni bir neçə atributdan ibarət ola 

bilər (məsələn, "soyad+ şöbə"). 

Bundan əlavə, xarici açar (ingiliscə "foreign key") anlayışı da mövcuddur. Xarici 

açar  vasitəsilə  nisbətlər  arasında  əlaqələr  yaradılır.  Məsələn,  ŞÇ   nisbəti  ilə 

VƏZiFƏ-MAAŞ  (vəzifə,  maaş)  nisbəti  arasında  əlaqə  "vəzifə"  atributu  vasitəsilə 

qurulur (Şəkil 5). Burada "vəzifə" atributu  ŞÇ  nisbətində xarici açar, vəzifə-maaş 

nisbətində isə əsas açar kimi çıxış edir. 

 

Ş

Ç       



 

 

 

 

 

VƏZ FƏ-MAAŞ 



 

Verilənlərin  tamlığını  təmin  etmək  üçün  xarici  açarlara  istinad  tamlığı  adlanan 

məhdudluq  qoyulur.  Bu  о  deməkdir  ki,  xarici  açarın  hər  bir  qiyməti  üçün 

ə

laqələndirilən nisbətlərdə kortejlər olmalıdır. 



Ə

ksər  hallarda  hər  bir  nisbət-cədvəl  ayrıca  faylda  saxlanır.  Bəzi  VBIS-lərdə  isə, 

məsələn, MS Access, bir faylda bütöv VB saxlanır. 

Relyasiya  modelində  nisbətə  müəyyən  tələblər  qoyulur.  Odur  ki,  cədvəlin  nisbət 

hesab olunması üçün o, aşağıdakı şərtlərə və məhdudluqlara cavab verməlidir. 

1.  Cədvəldə  təkrarlanan  sətirlər  ola  bilməz,  başqa  sözlə  eyni  qiymətli  əsas  açara 

malik bir neçə sətir ola bilməz. 

      2.Cədvəldə təkrarlanan adla sütunlar ola bilməz. 

      3.Cədvəlin bütün sətirləri eyni struktura malik olmalıdır. 

      4.Cədvəlin sütünları tərkibli ola bilməz. 

      5.Cədvəldə 

sətirlərin 

ardıcıllığı 

istənilən 

qaydada 

ola 


bilər. 

      Nisbətlər  üzərində  əməliyyat  aparmaqla  digər  nisbətləri  almaq  olar.  Məsələn,  

relyasiya VB-уə verilən sorğunun nəticəsi kimi bazada saxlanan nisbətlər əsasında 

 



hesablanmış yeni nisbət almaq olar; Odur ki, emal olunan verilənləri saxlanan və 

hesablanan hissələrə ayırmaq olar. 

Relyasiya  modelli  VB-lərin  əksəriyyətində  verilənlərin  emalının  əsas  vahidi 

ə

nənəvi  proqramlaşdırma  dillərində  olduğu  kimi,  kortej  (yazı)  yox,  nisbət  qəbul 



olunmuşdur. 

Nisbətlər  üzərində  aparılan  əməliyyatları  iki  qrupa  bölmək  olar.  1-ci  qrupa 

çoxluqlar  üzərində  aparılan  əməliyyatlar  aiddir:  toplama,  kəsişmə,  çıxma,  bölmə, 

dekart  hasil.  2-ci  qrupa  nisbətlər  üzərində  aparılan  xüsusi  əməliyyatlar  aiddir: 

proyeksiya,  birləşdirmə,  seçmə.  Imkanlarından  və  mürəkkəb  sorğulara  cavab 

vermək qabiliyyətindən asılı olaraq, müxtəlif VBIS-lərdə bu əməliyyatların hamısı 

və ya müəyyən hissəsi reallaşdırılır. 

Relyasiya  VBIS-lərdə  nisbətlər  üzərində  əməliyyatların  aparılması  üçün  2  qrup 

dillərdən  istifadə  olunur.  1-ci  qrup  dillər  relyasiya  cəbrinə,  2-ci  qrup  dillər  isə 

relyasiya  hesablamalarına  əsaslanır.  Relyasiya  cəbrində  operandlar  və 

ə

məliyyatların  nəticələri  nisbətlər  olur.  Sorğunun  nəticəsi  olan  nisbət  saxlanan 



nisbətlər  üzərində  ardıcıl  aparılan  əməliyyatlardan  alınır.  Bu  cür  dillər  əsasən 

prosedur dillər olur. Bu dillərə misal olaraq dBase dilini göstərmək olar. 

Relyasiya hesablamalarına əsaslanan dillər isə qeyri-prosedur dillərdir. Bu dillərdə 

VB-уə verilən sorğu yalnız tələb olunan nəticə haqqında informasiyaya malik olur. 

Bu qrup dillərə misal olaraq SQL dilini göstərmək olar. 

Relyasiya  cəbri  ilə  relyasiya  hesablamaları  arasında  reduksiya  proseduru  adlanan 

vasitə  ilə  əlaqə  yaradılır.  Bu  prosedur  relyasiya  hesablamasının  istənilən  ifadəsini 

relyasiya cəbrinin standart əməliyyatlarına və əksinə çevirir. 



 

 

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə