Microsoft Word informatika cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix11.10.2017
ölçüsü0,53 Mb.
#4435
1   2   3   4   5   6   7   8   9   ...   22

serverləri,  relevant  informasiya,  spam,  provayder,  host,  çat,  meynfreym,  LAN, 

WAN,  XML, HTTP və s. göstərmək  olar.  



  nformatikanin və IKT-nın yeni elm   sahəsi  kimi  inkişafi. Hazırda   KT 

müstəqil  və  yeni  elm  sahəsi  kimi  formalaşır.  T-ın  tədqiqat  obyekti  informasiya 

proseslərinin səmərəli təşkili üsullarıdır, tədqiqat pedmeti isə  T-ın nəzəri əsasları 

və yaradılması üsullarıdır. 



 

2. “ nformatika” fənninin   əhəmiyyəti və vəzifələri 

Informatikanın    ən  mühüm  və  vacib  fənlərdən  biri  kimi  əksər  dünya 

ölkələrinin  təhsil  sistemlərində  öyrənilməsinə  xüsusi  diqqət  yetirilir.  Informatika 

insanın  zehni  inkişafına  kömək  edir,  məntiqi  təfəkkürün  formalaşmasında, 

mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsində əhəmiyyətli rol oynayır.  

nformatika bir elm sahəsi kimi gündəlik həyatda, dəqiq  və humanitar elm 

sahələrinin  inkişafında,  texnika  və  müasir  texnologiyaların  təkmilləşdirilməsi 

prosesində  ortaya  çıxan  problemlərin  həllində  insanların  yaxın  köməkçisinə 

çevrilir.  nformatika  insanların  elmi,  praktiki  biliklərinin  genişlənməsində,  yeni 

ixtisaslara yiyələnməsində mühüm rol oynayır.   

  nformatika  fənni  insanları  informasiyalaşmış  cəmiyyətdə  praktik  həyati 

fəaliyyətə  hazırlayır.  O,  dünyadakı  elektron  informasiya  resurslarını  təhlil  etmək 

bacarıqlarını formalaşdırır.  

nsanların  praktiki  fəaliyyətə,  əməyə  və  öz  təhsillərini  fasiləsiz  davam 

etdirmələrinə  hazırlanması  informatikanın,  kompyuter  savadlılığının  və 

informasiya  mədəniyyətinin  aparıcı  rol  oynamasından,  gənclərrin  nformasiya 

cəmiyyətinə  nəzəri  və  praktiki  hazırlığından,  onlara  müasir  şəraitdə  dərketmə 

üsulları və vasitələrindən istifadə etməyə şərait yaradılmasından bilavasitə asılıdır. 

nsanlar  informasiya  mədəniyyətinə,  kompyuter  savadına  yiyələndikcə  əmək 

bacarıqlarını  müəyyənləşdirir,  gələcəkdə  həyat  şəraitini  daha  səmərəli  qurmaq 

imkanı əldə edirlər.  

 

3. “ nformatika”   fənninin əsas tərkib hissələri 

nformatika  fənni  üzrə  ümumi  təlim  nəticələrinin  reallaşdırılmasını  təmin 

etmək üçün fənnin əsas məzmununun zəruri hesab edilən aşağıdakı tərkib hissələri 

mövcuddur: 



a) nformasiya və informasiya prosesləri.  nformasiya öyrənilən obyektlər 

və hadisələr haqqında olan bilik və məlumatları göstərir. Həmin biliklər müəyyən 

faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur.  

   nformasiya  prosesləri  informasiyalar  üzərində  yerinə  yetirilən  müxtəlif 

proseslərin  məcmusu  kimi  başa  düşülür.  nformasiya  proseslərinə  müxtəlif  təlim 

prosesində,  idarəetmədə  qərar  qəbul  etmədə  texniki  layihələrin  işlənməsi  və  s. 

zamanı baş verən informasiya çtvrilmələri də aiddir. 



nsan    öz  fəaliyyəti  prosesində  ətraf  aləmdən  informasiya  almadan  keçinə 

bilməz  və bu əsasda onu əhatə edənlərlə  informasiya mübadiləsində olur, həmin 

proseslərə şüurlu, hərtərəfli  və məntiqi yanaşır.   

b)Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdirma.  

Kompyuterlərdən  istifadə  etməklə  obyektin  modelinin    qurulması  bir  neçə 

zəruri  mərhələləri  əhatə  edir.  Formallaşdırma    mərhələsində    tədqiqat  obyekti 

haqqında  olan  nəzəri  fikirlər,  müvafiq  anlayışlar,  əsas  təsiredici  amillər,  inkişaf 

göstəriciləri, asılılıqlar, qanunauyğunluqlar və s. əsasında onun konseptual modeli 

qurulur. Konseptual modelin izahı riyazi simvolların dilinə çevrilir: yəni obyektin 

riyazi modeli yaradılır. Riyazi modelin reallaşdırılması üçün həll alqoritmi  işlənilir 

və həmin alqoritm proqramlaşdırma dillərinin köməyi ilə  kompyuter proqramına 

çevrilir.  Alınmış  kompyuter  modelinə  tədqiqat    obyektinə  aid  real  informasiyalar 

daxil edilir və nəticədə obyektin informasiya modeli alınır. Məhz bu model imkan 

verir ki, müəyyən dəqiqliklə obyektin vəziyyəti haqqında real situasiya  öyrənilsin, 

onun nəticələri proqnoz edilsin və müəyyən eksperimentlər aparılsın.  

Proqramlaşdırma  dillərinin  köməyilə  intellektual  xüsusiyyətlərə  malik  olan 

bütün kompyuter proqramlarının yaradılması da riyazi üsul və vasitələrdən istifadə 

etməklə  həyata  keçirilir.  Məhz  bu  cür  proqramların  meydana  gəlməsi  ilə  də  süni 

intellekt anlayışı formalaşır. Bu istiqamətdə yaranan intellektual sistemlər insanın 

yaradıcı fəaliyyətinin, təxəyyülünün nəticəsi olan biliklərin emalına əsaslanır.  

Qeyri-səlis məntiq və çoxluq əsasında qurulan həmin modellər, demək olar 

ki,  bütün sahələrdə tətbiq olunur. Qeyri-səlis modelin giriş informasiyaları qeyri-

dəqiq  qiymətlər  çoxluğudur.  Ona  gürə  də  həmin  modellər  mürəkkəb    və  qeyri-

müəyyən şəraitdə özünü yaxşı apara bilir və bir çox sahələrdə tətbiq olunur.  

       Qeyd edilənlər onu deməyə əsas verir ki,  ətraf aləmdəki müxtəlif tipli, 

formalı  proseslərin  formallaşdırıla  bilməsi  və  onun  əsasında  obyektin  kompyuter 

modelinin  qurulması,  müəyyən  proseslərin  başvermə  ardıcıllığının  öyrənilməsi,  

məsələlərin həlli ardıcıllığının  müəyyənləşdirilməsi vacibdir və onsuz kompyuter 

vasitəsi ilə yeni məsələlərin həlli mümkün deyildir.  



c)Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri. 

Müasir  kompyuterlər  bir-birini  tamamlayan  iki  -  texniki  təminat  hissəsindən 

(qurğulardan)  və  proqram-informasiya  təminatından  ibarətdir.  Kompyuter  hər 

hansı işi özünün texniki qurğuları vasitəsi ilə proqram əsasında yerinə yetirir. Onun  

proqram  təminatı  kompyuterin  yaddaş  qurğularında  saxlanılan  və  kütləvi  istifadə 

olunan proqramlar toplusundan ibarətdir.  

  KT  kursuna  mətn  və  qrafiki  redaktorlar,  elektron  cədvəllər,  verilənlər 

bazası,  telekommunikasiya  vasitələri,  multimedia  texnologiyaları,  audio-video 

konfrans,  Internet,  informasiya  sistemləri  və  s.  daxildir    və  onların  öyrənilməsi  

praktik istifadə baxımından böyük əhəmiyyət kəsb edir.  



d)Cəmiyyətin informasiyalaşdırılması. Cəmiyyətin inkişaf tarixində üçüncü 

qlobal  sosial-texniki  inqilab  kimi  qeyd  olunan    müasir  KT    ictimai  həyatın 

informasiyalaşdırılması prosesi kimi reallaşır. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə