Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

tutuşdurulmalıdır.  Normal  bazar  iqtisadiyyatına  malik  olan  ölkələrdə  firmaların 
fəaliyyətinin  maliyyə  təhlilinə  daha  çox  diqqət  yetirilir.  Bu  zaman  konkret  firmanın 
hesabat məlumatları əsasında hesablanan əmsalları, həmin firmanın əvvəlki göstəriciləri və 
firmanın aid olduğu sahənin orta göstəriciləri ilə tutuşdurulur.  
       nvestisiya  mühitinin  qiymətləndirilməsində  siyasi  və  iqtisadi  sabitlik, 
qanunvericiliyin  mükəmməllik  dərəcəsi,  vergi  sisteminin  səmərəliliyi  infrastrukturun 
inkişaf  səviyyəsi  və  s.  göstəricilər  istifadə  edilir.  Keçid  iqtisadiyyatlı  ölkələrdə  torpaq 
üzərində  mülkiyyət  ,  girov  mexanizminin  reallaşması  kimi  prinsipial  məsələlərdə  
investorlar  birmənalı  cavab  almadıqda  investisiya  cəlb  edilməsində  ciddi  problemlər 
meydana çıxır.  
       nvestisiya mühitinin formalaşmasında sığorta sistemi böyük rol oynayır.  nkişaf 
etmiş  ölkələrin  sığorta  təşkilatlarında  külli  miqdarda  maliyyə  ehtiyatlarının  toplanması 
sığortanı  fəal  investisiya  yolu  ilə  iqtisadiyyatın  inkişaf  etdirilməsinin  mühüm  amilinə  
çevirir.  
      Xarici  investisiyaların  cəlb  edilməsinin  başlıca  şərti  investisiya  mühitinin 
yaxşılaşdırılmasıdırsa,  bu  prosesin  təmin  olunmasının  əsas  amili  hüquqi  bazanın 
möhkəmləndirilməsidir.  Bu  zaman  –  hüquqi  normalarda  nəzərdə  tutulan  dəyişikliklər 
haqqında  sahibkarların  qabaqcadan  məlumatlandırılması  və  investorların  fəaliyyətinə 
ekoloji reqlament qoyulması məsələləri diqqət mərkəzində olmalıdır. Artıq sirr deyildir ki, 
xarici  investorların  ekoloji  reqlamentlərdəki  boşluqlardan  sui-istifadə  etməsi  nadir  hal 
deyildir.  
      Əlbəttə  nəzərə  almaq  lazımdır  ki,  xarici  investisiyalaşdırma  münasibətlərinin 
özünəməxsusluğu  bu  münasibətlərə  hüquqi  vasitələrin  böyük  qismini,  yəni  həm  milli 
hüquq, həm də beynəlxalq hüquq tənzimlənməsini, başqa sözlə , hüququn iki sisteminin – 
milli və beynəlxalq hüququn tətbiqini zəruri edir.  
       nvestisiya  monitorinqinin  milli  sisteminin  yaradılması  əlverişli  investisiya 
mühitinin təminatında az rol oynamır.  
      Monitorinq  investisiya  fəaliyyətində  qoyuluşların  artmasının  onlardan  əlavə 
edilən  gəlirlərin  artması  ilə  müşayiət  olunması  faktını  aşkara  çıxarmaq  və  təsdiqləmək 
vəzifəsini yerinə yetirməlidir.  
       nvestisiya  mühitinin  qiymətləndirilməsində  daxili  qurumların  daha  fəal  iştirakı 
yalnız işin xeyrinədir. Belə ki, bu halda xarici investorlar əcnəbi ekspertlərin və konsaltinq 
firmaların qiymətləri ilə kifayətlənməzlər.  
      Keçid  iqtisadiyyatlı  ölkələrdə  investisiya  mühitinə  həlledici  dərəcədə  təsir  edən 
amillərdən  biri  özəlləşmədir.  Bu,  ölkələrdə    qiymətli  kağızlar  bazarının  real  sektorla 
ə
laqəsini təmin edən səmərəli kapital bazarının təşkili xüsusi aktuallıq kəsb edir. Belə ki, 
özəlləşdirmənin  sistemli,  kompleks,  düşünülmüş  gəlirlərin  kapitallaşdırılması  prinsipləri 
gözlənilməlidir.  
       nvestisiya  mühitinə  təsir  edən  amillər  çoxsaylı  və  müxtəlif  miqyaslıdır.  Bu 
ölkənin  liderlərinin  investorlar  üçün  əlverişli  şərait  yaratmaq  sahəsində  görüləcək  işlər 
barədə  bəyanatlardan  tutmuş,  müəyyən  regionlarda  iqtisadi  cəhətdən  geridə  qalmış 
rayonlarda  tikintiyə,  yenidənqurmaya  və  istehsalın  modernləşməsinə  kapital 
qoyuluşlarının stimullaşdırılmasına qədər geniş spektri əhatə edir.  
      Nəhayət  ,  ölkəmizdə  xarici  investisiyaların  əlverişli  şərtlərlə  cəlb  edilməsinin 
aşağıdakı perspektivləri aşağıdakılardır :  


      - infrastrukturun inkişafına yanaşmaların optimallaşdırılması ; 
      -  idxalı  əvəz  edən  məhsulların  istehsalı  üçün  iqtisadi  və  institusional  mühitin 
dəstəklənməsi ; 
      - investisiyaların ölkənin əmək resurslarının bol olduğu rayonlara yönəldilməsi; 
      -  ixrac  potensialının  genişləndirilməsi  üçün  tədbirlər  kompleksinin  hazırlanması 
və həyata keçirilməsi. 
3. nvestisiya siyasəti və onun elementləri 
      Qloballaşma və onun ilkin nəticələri belə göstərir ki, XXI əsrdə dünya təsərrüfat 
sisteminin  dinamik  inkişafında  mühüm  rol  oynayacaq  investisiya  axınlarının  dövlət  və 
regionlararası idarəedilməsi mühüm rol oynayacaqdır.  
       nvestisiyalar  mühüm  struktur  əmələgətirmə  vəzifəsini  yerinə  yetirir  və  görmək 
çətin  deyildir  ki,  investisiya  siyasəti  iqtisadiyyatın  perspektiv  strukturunun 
formalaşmasında aparıcı rola malikdir.  
      Kapital  qoyuluşlarının  təmərküzləşməsi,  müxtəlif  maliyyələşdirmə  mənbələrinin 
səfərbər  edilərək  daha  əhəmiyyətli  və  təxirəsalınmaz  regional  problemlərin  həllinə 
yönəldilməsi struktur – investisiya siyasətinin əsas elementlərindəndir.  
      Xarici  investorlara  münasibət  çoxsaylı  və  müxtəlif  səviyyəli  amillərin  təsiri 
altında  formalaşır.  Lakin  dünyada  hazırki  iqtisadi  reallıq  inteqrativ  əlaqələrin  xüsusilə 
kapital  axını  baxımından  əlaqələrin  intensivləşdirilməsinin  əlverişliliyi  haqqında 
arqumentlərə malikdir. Belə ki, xarici şirkətlərin iştirakı ölkəyə ən müasir texnologiyanı və 
müvafiq  idarəetmə  vərdişlərini  gətirir.  Bu,  xarici  bazara  çıxmağı  da  asanlaşdırır, 
məşğulluğu artırır və yerli istehsalın inkişafına səbəb olur.  
      Müasir  dünyada  investisiya  prosesi  transmilli  korporasiyaların  iştirakı  olmadan 
demək  olar ki,  baş  vermir.  Hazırda  investisiya  proseslərinin  xüsusiyyətlərindən  biri odur 
ki,  istehsalat  və  kommersiya  fəaliyyəti  üçün  sadəcə  investisiyalar  deyil,  elmi-texniki 
innovasiya  nailiyyətləri,  ətraf-mühitə  zərər  verməyən  tullantılarsız  texnologiyaları 
reallaşdıran  investisiyalar  tələb  olunur.  Təsadüfi  deyildir  ki,  investisiya  siyasəti  elm  və 
texnikanın  ən  mühüm  nailiyyətlərinə  əsaslanır.  Məhz  buna  görə  də  investisiyaların  cəlb 
edilməsi ümumi dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri sayılır.  
      Ölkəmizin  iqtisadi  təhlükəsizliyi  və  tərəqqisi  xeyli  dərəcədə  neft  sektoru  ilə 
ə
laqədardır və bu sahənin inkişafı böyük xarici investisiya qoyuluşları ilə təmin edir. Neft 
bölməsində  layihələrin  reallaşdırılması  üçün  ayrılan  böyük  maliyyə  qoyuluşları  zəngin 
karbohidrogen  resursları  hasilatı  hesabına  ödəniləcəkdir.  Təbii  ki  bu  sahə  daha  çox 
investisiyaları  geri  qaytarmaq  imkanındadır.  Lakin  təbii  sərvətlərin  hesabına  əlvetrişli 
investisiya  siyasəti  yeritmək  iddiası  həmişə  özünü  doğrultmur.  Buna  mane  olan 
ə
həmiyyətli  amillərə  :  investisiya  bazarında  kredit  riskini  aşağı  salan  qanunvericilik 
sistemində boşluqları, maliyyə vəsaiti kasadlığını və s. aid etmək olar.  
       nvestisiya siyasəti investisiyaların təhlükəsizliyinə yönəldilir ki, bu təhlükəsizlik, 
investisiyaların  investisiya  bazarında  baş  verən  proseslərdən  asılı  olmamasını  və  gəlirin 
sabitliyini nəzərdə tutur.  
       nvestisiya  risklərin  idarə  olunması,  daha  doğrusu,  onların  aşağı  salınması 
tədbirləri  kompleksinin  həyata  keçirilməsi  investisiya  siyasətinin  mühüm  elementidir. 
Keçid  iqtisadiyyatı  ölkələrində  investisiya  mühiti  daha  riskli  olması  ilə  səciyyəvidir. 
Bununla belə, həmin ölkələrdə təbii sərvətlərin, iş qüvvəsinin ucuzluğu kimi amillər xarici 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə