Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

edilməsindən  əldə  olunan  məbləğ  onun  qalıq  dəyərindən  artıqdırsa  yaranmış  fərq  gəlirə 
daxil  edilir.  lin  sonuna  əsas  vəsaitin  qalıq  dəyəri  100  manat  və  ya  ilkin  dəyərin  5 
faizindən  az  olduqda,  qalıq  dəyərinin  məbləği  gəlirdən  çıxılır.  Əsas  vəsaitlərin  təqdim 
edilməsindən əldə olunan məbləğ onların qalıq dəyərindən azdırsa, yaranmış fərq gəlirdən 
çıxılır.  
3. Əsas vəsaitlərin təmirinin maliyyələşdirilməsi və kreditləşdirilməsi 
Təmir  -  obyektlərin  ilk  istehsal  güclərinin,  texnikanın  iş  qabiliyyətinin  və  çoxillik 
ə
kmə plantasiyaların bərpasına yönəldilən təşkilati, texniki və digər tədbirlər sistemindən 
ibarətdir.  Təmir  işlərinə  və  məsrəflərinə  aiddir:  təmir  işlərinin  aparılması  ilə  əlaqədar 
layihə-smeta  və  axtarış  işləri;  avadanlıqların  sökülməsinə  və  quraşdırılmasına,  obyektin 
təmirə  aparılmasına  xərclər;  avadanlığın  qismən  və  tam  sökülməsi,  qırılmış  və  ya 
köhnəlmiş  konstruksiya  və  digər  hissələrin  dəyişilməsi;  yaşayış  evlərinin  təmiri  və  s. 
Müəssisə  və  təşkilatların  mülkiyyət  formasından  və  tabeçiliyindən  asılı  olmayaraq  əsas 
istehsal  fondlarının  bütün  növ  təmirinə  məsrəflər  istehsalın  və  məhsulların  satışına  (iş, 
xidmət)  xərclərin  tərkibinə  aid  edilir.  Müəssisə  və  təşkilatlarda  təmirə  məsrəfləri 
məhsulların  maya  dəyərinə  bərabər  səviyyədə  aid  etmək  üçün  təmir  (ehtiyat)  fondu 
yaradıla bilər.Təmir fonduna ayırmalar təsdiq edilmiş normativ üzrə yerinə yetirilir. Qeyri-
istehsal  təyinatlı  fondların  təmirinə  məsrəflər  məhsulların  maya  dəyərinə  aid  edilmir. 
Yerinə  yetirilməsi  isə  müəssisənin sərəncamında  qalan  mənfəət  və digər xüsusi  vəsaitlər 
(istifadə  edilməyən  təmir  fondunun  qalığı)  hesabına  həyata  keçirilir.  Əsas  istehsal 
fondlarının təmirinə xərclərin maliyyələşdirilməsini müəssisələr iki formada həyata keçirə 
bilərlər.  Birinci  formada  faktiki  məsrəf  maya  dəyərinə  aid  edilir;  ikinci  formada  sərbəst 
müəyyən  edilmiş  normativ  ayırmalar  üzrə  təmir  fondu  yaradılır.  Birinci  halda  təmirə 
xərclərin azaldılmasına maraq olur. Lakin təmir üzrə xərclərin faktiki maya dəyərinə aid 
edilməsi  il  ərzində  maya  dəyərinə  əhəmiyyətli  təsir  edir.  Təmir  fondu  yaradılarkən,  bu 
fonddan ayırma il ərzində bərabər həcmdə maya dəyərinə aid edilir. Təmir işlərinə edilən 
xərclər il ərzində bərabər olmasa da maya dəyəri dəyişir. Belə halda ola bilsin maya dəyəri 
real xərci əks etdirməsin. Həm də təmir fonduna ayırma yerinə yetirilən 49 işdən çox və ya 
az  ola  bilər.  Amma  təmir  işini  aparmaq  üçün  müəssisənin  etibarlı  mənbəyi  olur,  lazım 
gəldikdə  həmin  vəsaitin  qalığından  digər  lazımi  tədbirlərə  istifadə  edilə  bilər.  Təmir 
fonduna ayırmanın normativini təsərrüfat hər məhsul, iş və xidmətin maya dəyərinə uyğun 
faizlə müəyyən edir. Təmir fondunun vəsaiti təmir üçün lazım olan material qiymətlilərin 
ehtiyatının  (ehtiyat  hissələri,  hissələri  dəyişilən  birləşmələr,  materiallar  və  s.) 
yaradılmasına  yönəldilir.  Təmirə  vəsaitlər  təsərrüfatın  özündə  təsdiq  edilmiş  maliyyə 
planına  aid  edilən  təmirin  maliyyələşdirmə  planına  uyğun  sərf  edilir.  Smeta  dəyəri  üzrə 
məsrəfin  həcmi  təmirə  dayanan  obyektin  təlimatına,  hər  obyektin  nöqsan  cədvəlinə, 
fəaliyyətdə olan norma və qiymətə görə müəyyən edilir.  carəyə götürülən əsas fondların 
təmiri müqavilə şərtindən və fəaliyyətdə olan qanunvericilikdən asılı olaraq icarədarın və 
ya  icarəçinin vəsaiti hesabına  yerinə  yetirilir.  Əgər  təmiri  icarəçi  yerinə  yetirərsə xərclər 
təsərrüfatın  təmir  planına  aid  edilir.  Təsərrüfatda  təmirin  maliyyələşdirilməsi  planının 
ümumi məbləği planlaşdırılan ilə təmirin plan dəyərini, planlaşdırılan ilə keçirilən kreditor 
borcunun  qaytarılmasına  xərcləri,  ilin  əvvəlinə  ödənilməyən  mənbələr  üzrə  xərcləri, 
dövriyyə vəsaitləri normativinin artımını, planlaşdırılan ilin axırına təmir üçün vəsaitlərin 
qalığını  (gələn  ilin  əvvəlində  təmir  işlərini  yerinə  yetirmək  üçün)  təmin  etməlidir. 
Təsərrüfat  təmir  fondunun  vəsaitini  özünün  hesablaşma  hesabında  saxlayır.  Təmiri  başa 


çatmış  obyekt  üzrə  podratçı  təşkilatla  hesablaşma,  yerinə  yetirilmiş  işin  qəbulu  aktına 
ə
sasən  (2b№ li  forma)  hesablaşma  hesabından  yerinə  yetirilir. Podrat  üsulu ilə  müqavilə 
və ya naryad sifarişi əsasında maşınların, avadanlıqların və nəqliyyat vasitələrinin təmirinə 
görə hesablaşma təsdiq edilmiş preyskuranta, smetaya və ya kalkulyasiyaya əsasən təmirin 
dəyərinə uyğun yerinə yetirilir. Haqq-hesaba yerinə yetirilmiş işin qəbulu aktı əlavə edilir. 
Hansı ki, orada preyskuranta, smetaya və ya kalkulyasiyaya istinad edilir, müqavilənin və 
ya  naryad  sifarişinin  tarixi  və  nömrəsi  qeyd  edilir.  Maşınlar,  avadanlıqlar  və  nəqliyyat 
vasitələrinin  təmiri  təsərrüfat  üsulu  ilə  yerinə  yetirildikdə,  materiallara,  yüklərin 
daşınmasına  görə  ödəmə  hesabların  ödənməsi  yolu  ilə  yerinə  yetirilir.  Təmir  obyektinin 
smeta dəyəri həddində maşınların, aqreqatların, avadanlıqların, binaların, qurğuların təmiri 
üzrə  yerinə  yetirilən işlərin  dəyəri haqqında  arayışa  əsasən  əmək haqqı ödənilir.  Arayışa 
təsərrüfatın baş mühəndisi və baş mühasibi imza edir. Yerinə yetirilmiş iş haqqında arayış 
təmir  obyektinin  plan  dəyərindən  çox  olmamaqla  faktiki  işə  görə  doldurulur.  Əgər 
təsərrüfat üsulu ilə aparılan maşınların, avadanlıqların və nəqliyyat vasitələrinin təmirinin 
preyskurant qiyməti yoxdursa, onda təmirin dəyəri əmək haqqına məsrəflərə, materialların, 
ehtiyat  hissələrinin  dəyərinə,  qaimə  xərclərinə,  köməkçi  istehsal  xidmətlərinin  və  kənar 
təşkilatların xidmətlərinin dəyərinə əsasən müəyyən edilir. Təmir olunan obyektin qəbul-
təhvil  aktına  əsasən  son  hesablaşma  aparılır.  Aktda  digər  göstəricilərlə  yanaşı  faktiki 
yerinə  yetirilən  təmirin  həcminin  smeta  dəyəri  də  göstərilir.  Təmirə  illik  plandan  artıq 
məsrəf  təmir  fondundan  və  digər  mənbələrdən  nəğd  ödənilir.  Təmir  üçün  təmir  olunan 
obyektin sökülməsindən alınan materiallardan və avadanlıqlardan istifadə edilərsə mədaxil 
edilən  materialların  və  avadanlıqların  dəyəri  təmir  işlərinə  xərci  azaldır.  Mövsümlə 
ə
laqədar olaraq təmir fondunun vəsaitində çatışmazlıq olduqda təsərrüfat kredit ala bilər. 
Kredit I, II və III rüblərdə rüblük plandan artıq təmir üzrə təcili işləri yerinə yetirmək üçün 
vəsait  çatışmadıqda  alınır.  Kredit  növbəti  ildə  təmir  fonduna  ayırmalar  daxil  edildikdə 
ödənilir. Kreditin qaytarılma vaxtı çatdıqda kredit hesablaşma hesabında axtarılır. Hesabda 
vəsait olmadıqda o vaxtı uzadılmış kredit hesabına keçirilir. 
 
MÖVZU 6. 
 INVESTISIYA 
FƏALIYYƏTI 
ILƏ 
BAĞLI 
VALYUTA 
HESABLAŞMALARININ HÜQUQI TƏSBITI 
 
1.
  Beynəlxalq valyuta sisteminin inkişaf mərhələləri. 
2.
  Valyuta sistemi. 
3.
  Beynəlxalq valyuta və maliyyə kredit bazarı. 
 
XX  yüz  illiyin  münasibətləri  yeni  inkişaf  vüsəti  alır.  Açıq  iqtisadiyyat  quruculuğu 
yaradılmasının  ümumi  istiqamət  götürməsi  genişlənir.  Bu  vəziyyət  əmtəə  mübadiləsinin 
intensivləşməsinə,  beynəlxalq  maliyyələşdirmənin  inkişafına  güclü  zəmin  yaradır. 
Buradanda  yeni  valyuta  bazarlarının  əmələ  gəlməsinə  müxtəlif  ölkələr  arasında  valyuta- 
maliyyə münasibətlərinin genişlənməsinə obyektiv qanuna uyğun zərurət yaranır.  
Valyuta  münasibətləri  pulun  dünya  pulu  kimi  fəaliyyət  ilə  bağlı  iqtisadi 
münasibətlərin  məcmusundan  ibarətdir.  Pul  dünya  pulu  olmaqla  xarici  ticarətə  və 
xidmətlərə, kapitalın hərəkətinə, mənfəətlərin investisiyaya çevrilməsinə xidmət edir. Borc 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə