Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

istehsala  və  məşğulluğa  tə’sir  göstərəcəkdir.  Ikinci,  investisiyalar  kapital  yığımına  səbəb 
olurlar.  Avadanlıq  və  tikililərin  artımı  ölkənin  potensial  istehsalını  genişləndirir  və  uzun 
müddətə iqtisadi artımı tə’min edir. 
Beləliklə, investisiyalar ikili rol oynayırlar: 
qısa perioda istehsala məcmu tələb ilə tə’sir göstərməklə və uzun müddətli periodda 
kapitalın  yaranmasının  potensial  istehsala  və  məcmu  təklifə  tə’sir  göstərməsi  yolu  ilə. 
Bildiyimiz  kimi  kapital  əsas  istehsal  amillərindən  biridir.  Yə’ni  bu  elə  resursudur  ki, 
məhsul  istehsalında  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  baxımdan  kapital  bir  neçə  konkret 
forma alır. 
Ə
mələ  gəlmə  mənbələrinə  gürə,  kapital  düvlət  və  şəxsi  kapitala  bölünür. 
Dövlət  (rəsmi)  kapitalı  –dövlət  büdcəsindən  ayrılan  vəsaitlər  və  ya  hökümətin  qərarı  ilə 
xarici  mənbələrdən  əldə  olunan  vəsaitlərdir.  Bu  kateqoriya  bir  ölkə  tərəfindən  digərinə 
təqdim  edilən  bütün  dövlət  borcları,  ssudaları,  qrantları,  yardımları,  müxtəlif  sahələrə 
qoyulan investisiyaları və s. aid etmək olar. Rəsmi (Dövlət) kapitala həmçinin beynəlxalq 
hökümətlərarası təşkilatlar tərəfindən təqdim edilən vəsaitlər də aid edilir. (Məsələn, BVF-
investisiya  kreditləri,  Dünya  Bankının  kreditləri,  BMT-nin  sülhün  saxlanmasına  çəkdiyi 
xərclər və s.) 
Düvlət  kapitalının  mənbəyini  büdcə  vəsaitləri  təşkil  etdiyindən,  kapital  qoyuluşu 
həqda  qərar  hökümət  səviyyəsində  qəbul  edilir.  Iri  layihələr  ratifikasiya  olunmalıdır. 
 
Şə
xsi  (qeri-düvlət)  kapital  isə  ayrı-ayrı  şəxsi  firma,  bank  və  digər  qeyri-düvlət 
təşkilatlarının  vəsaitləridir.  Bu  kateqoriyaya  şəxsi  firmalar  tərəfindən  həyata  kezirilən 
investisiya qoyuluşları, ticarət kreditlərinin təqdim olunması, banklararsı kreditləşmə və s. 
aid edilir. Bunların mənbəyini firmaların, bankların üz vəsaitləri, bir süzlə düvlət bьdcəsi 
ilə əlaqədar olmayan vəsaitlər təşkil edir. Lakin firmalar tərəfindən həyata kezirilən kapital 
qoyuluşlarında  iqtisadi  mьstəqillik  olsa  da,  həmin  qoyuluşların  tənzimlənməsi  və  onlar 
üzərində 
nəzarət 
mütləq 
dövlət 
orqanları 
tərəfindən 
həyata 
keçirilir. 
 
Istifadə  xarakterinə  gürə  isə,  kapital  sahibkar  və  ssuda  kapitalına  bölünür. 
 
Sahibkar  kapitalı-Mənfəət  əldə  edilməsi  məqsədilə  istehsala  qoyulan  birbaşa  və  dolayı 
vəsaitlərdir. Sahibkar kapitalı qismində adətən şəxsi kapital çıxış edir. Lakin dövlətin özü 
və 
ya 
dövlətə 
məxsus 
müəssisələr 
də 
istehsala 
vəsait 
qoya 
bilərlər. 
 
Ssuda  kapitalı  isə  faiz  əldə  etmək  məqsədilə  borca  verilən  vəsaitlərdir.  Beynəlxalq 
miqyasda  ssuda  kapitalı  qismində  adətən  rəsmi  dövlət  kapitalı  çıxış  edir.  Lakin  şəxsi 
mənbələrdən  verilən  ssuda  kapitalı  da,  artıq  əhəmiyyətli  həcmə  çatmışdır. 
 
Qoyulma  mьddətinə gürə kapital  ortamüddətli  və uzunmüddətli  kapitala  və  qısamüddətli 
kapitala bölünür. 
Ortamьddətli  və  uzunmьddətli  kapital-1ildən  artıq  müddətə  qoyulan  vəsaitlərdir. 
Birbaşa  və  portfel  investisiyalar,  o  cümlədən  ssuda  kapitalı  uzunmüddətli  kapital 
qoyuluşları hesab edilir. Qısamüddətli kapitalı isə 1 ildən az müddətə qoyulan vəsaitlərdir. 
 
Investisiya  qoyuluşunda  birbaşa  və  portfel  investisiyaları  daha  böyük  əhəmiyyət  kəsb 


edirlər. Kapitalın qoyulma məqsədinə görə bölgüsü investisiya qoyuluşu sahəsində böyük 
praktik  əhəmiyyətə  malikdir.  Bu  bölgüyə  əsasən  birbaşa  investisiyalar  və  portfel 
investisiyaları mövcuddur. 
Birbaşa  investisiyalar-bu  elə  kapital  qoyuluşudur  ki,  investora  kapital  qoyulmuş 
obyekt üzərində nəzarət imkanı verir. Birbaşa investisiyalar uzun müddətə iqtisadi maraq 
ə
ldə etmək məqsədilə həyata keçirilir. Bu investisiyalar əsasən şəxsi sahibkar kapitalı ilə 
ə
laqədardılar. 
 
Portfel  investisiyaları-xarici  qiymətli  kağızlara  qoyulan  kapitaldır.  Bu  investisiyalar 
investorat  kapital  qoyuluş  obyekt  üzərində  real  nəzarət  hüququ  vermir. 
 
2. Dövlətin investisiya siyasətinin məqsəd və vəzifələri. 
Bazar iqtisadiyyatı şəraitində investisiya siyasətinin ən səciyyəvi xüsusiyyətlərindən 
biri mövcud müəssisələrin texnika ilə təchizinə və yenidən qurulmasına yönəldilən əsaslı 
vəsait  qoyuluşunda  avadanlıq  və  maşınlar  üçün  məsrəfin  xüsusi  çəkisini  yüksəltməkdən 
ibarətdir. Bu istiqamətdə xərclərin getdikcə artması əsas istehsal fondlarının yeniləşməsinə 
səbəb olur. 
Müasir  dövrdə  bu  istiqamətdə  ölkə  iqtisadiyyatında  əhəmiyyətli  keyfiyyət 
dəyişiklikləri aparılır. Belə ki, əsas investisiya siyasətinin formalaşmasına diqqət daha da 
artırılır.  nvestisiya qoyuluşları vasitəsilə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsində 
ə
həmiyyətli  keyfiyyət  dəyişiklikləri  həyata  keçirilir.  Bu  məqsədlə  əsasən  investisiya 
siyasətinin  formalaşmasına  diqqət  artırılır,  çünki  investisiya  sferası  təsərrüfat 
mexanizminin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. 
nvestisiya  siyasəti  dedikdə,  investisiya  qoyuluşlarının  əsas  istiqamətlərini 
iqtisadiyyatın aparıcı sahələrində cəmləşdirilməsi üzrə kompleks tədbirləri müəyyən edən 
təsərrüfat qərarlarının məcmusu başa düşülür.  nvestisiya vasitəsi ilə respublikanın makro-
mikro iqtisadiyyatının yüksək inkişafına nail olunur. Eyni zamanda iqtisadiyyatın tarazlığı, 
onun səmərəliliyinin yüksəldilməsi və milli gəlirin artımı təmin edir. 
nvestisiya  siyasətinin  ən  mühüm  vəzifəsi  mövcud  ehtiyatlardan  səmərəli  istifadə 
etməklə  vəsaiti  ETT-nin  sürətləndirilməsini  təmin  edən  sahələrin  xeyrinə  yenidən 
bölüşdürülməsindən ibarətdir. 
Respublikada  investisiya  prosesinin  inkişafına  dövlət  təsirinin  gücləndirilməsi 
məqsədilə  büdcədə  investisiya  layihələrinə  dövlət  təminatlarının  verilməsi  nəzərdə 
tutulmuşdur. Qeyd etmək lazımdır ki, 1997-ci ildən etibarən dövlət təminatları üzrə xərclər 
«Dövlət  borcuna  xidmət  edilməsi»  bölməsində  öz  əksini  tapmışdır.  Bu  təminatlar  xarici 
investisyanın  qorunması  haqqında  Azərbaycan  respublikasının  qanununda  öz  əksinin 
tapmışdır. 
 
Dövlət xarici investisyalar üçün aşağıdakı təminatları verir : 
Xarici investisiyanın hüquqi müdafiəsiAzərbaycan Respublikasının ərazisində xarici 
investisiya hüquqi cəhətdən tam və qeyd-şərtsiz müdafiə olunur. Belə müdafiə Azərbaycan 
Respublikasının  bu  Qanunu,  başqa  qanunvericilik  aktları  və  beynəlxalq  müqavilələri  ilə 
təmin 
olunur.Qanunvericiliyin 
dəyişdirilməsi 
ilə 
bağlı 
təminatlarAzərbaycan 
Respublikasının sonrakı qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə on il 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə