Microsoft Word Investisiya f?aliyy?tini huquqi t?nziml?nm?si docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/57
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38174
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

dövlətə  keçir.  Qeyd  etmək  lazımdır  ki,  alman  və  yapon  təminat  sistemi  nəzəri-praktik 
baxımdan  beynəlxalq  müqavilə  qaydasını  istisna  etməsə  də,  subroqasiya  üçün  əsas  kimi 
dövlətdaxili qanunvericilik çıxış edir.  
 AFR-in  bağladığı  sazişlər  ABŞ  müqavilələrindən  daha  geniş  məzmuna  malik 
olduğundan,  sonradan  ABŞ  və  AFR  modelinə  üstünlük  verməkdədir.  Nəticə  etibarilə 
alman modeli investisiyaların daha geniş və xüsusi ad altında beynəlxalq hüquqi təminat 
sistemlərinin (investisiya mübahisələrinin həlli ilə bağlı beynəlxalq mexanizmlərin, qeyri-
kommersiya  risklərinin,  beynəlxalq  sığorta  sisteminin  və  s.)  yaradılmasını  da 
sürətləndirmiş oldu. Nisbətən zəif inkişaf etmiş ölkələr üçün Amerika modelinin təhlükəsi 
ondan  ibarətdir  ki,  “investisiya  anlayışı”  özündə  qanunauyğun  verilimiş  lisenziyaları, 
ə
mtəələrin istehsali və satışı, o cümlədən (faydalı qazıntıların hasilatı, kəşfiyyatı və s. ilə 
bağlı), qanunla və müqavilə ilə verilən hüquqları ifadə edir  
  nvestisiya anlayışının müvafiq ABŞ modeli xarici investisiyaların daxil olmasında 
icazəli sistemi təsis etmiş ölkələrin qanunvericiliyə uyğun olmadığından və bir çox sahələr 
xüsusi  icazə  tələb  edən  fəaliyyət  kimi  qiymətləndirildiyindən  təşviq  edilmir.  ABŞ 
modelinə  görə  investisiya  fəaliyyəti  publik-hüquqi  xaraqter  kəsb  etdiyindən  qəbul  edən 
dövlət tərəfindən onun geri çağrılması mümkün deyil və belə olduqda, müvafiq fəaliyyət 
beynəlxalq hüququn insan (əmlak) hüquqları ilə bağlı normalarla tənzimlənməlidir  
  Problemin  əhəmiyyətini  nəzərə  alaraq  dövlətlər  daha  az  tutumlu  investisiya 
anlayışını əks etdirən sazişlərə üstünlük verir. Belə sazişlərin predmetini qarşılıqlı hüquqi 
təminatlar, təsərrüfat subyektlərinin tanınması və müdafiəsi, mübahisələrin həlli qaydaları 
və s. məsələlər təşkil edir.  
  kitərəfli  investisiya  sazişləri  müvafiq  sahədə  müəyyən  davranış  qaydalarının, 
beynəlxalq iqtisadi hüquq normalarının formalaşdırılmasında mühüm rol oynayır.  
  AR  ilə  də  ikitərəfli  investisiya  sazişləri  bağlamış  AFR-ın  beynəlxalq  sazişlərində 
xarici  kapitalın  milliləşdirilməsi  və  ondan  təminat,  kapitalın  köçürülməsi,  milliləşdirmə 
zamanı  verilən,  kompensasiyanın,  eləcə  də  digər  gəlirlərin  sərbəst  xarici  köçürülməsi, 
qeyri-kommersiya risklərindən təminatlar və s. məsələlər ətraflı tənzimlənir. Milliləşdirmə 
müstəsna  hallarda  və  ancaq  ictimai  maraqlar  naminə  ekvivalent  kompensasiya  veriləcək 
məbləğdə  istənilən  digər  dövlətə  onun  valyutasında  və  hər  hansı  bir  xüsusi  formal 
problemlər  yaradılmadan  köçürülmə  imkanına  malik  olmalıdır.  Ekspropriasiyaya  görə 
kompensasiya,  mənfəət  və  gəlirlər,  bir  sözlə  investorun  hüquqi  ilə  bağlı  olan  bütün 
ödəmələr Beynəlxalq Valyuta Fondu haqqında Sazişin müddəalarına uyğun olaraq valyuta 
paritetinin gözlənilməsilə həyata keçirilməlidir.  
  Müvafiq  beynəlxalq  müqavilələrdə  hüquq  tətbiqetmə  prosesində  anlaşılmazlıq 
yaranmasın  deyə,  beynəlxalq  investisiya  münasibətləri  üçün  əhəmiyyət  kəsb  edən 
(investisiya, kompaniya, investor, mənfəət gəlir və s.) anlayışların definisiyası verilir.  
  Beynəlxalq hüquqla xarici investisiyaların xüsusi halda milliləşdirilməsi yol verilir 
ki, bu da ikitərəfli investisiya sazişlərində də öz əksini tapıb. Burada ikitərəfli investisiya 
sazişləri yenilik təqdim etmir. Lakin bəzi ikitərəfli investisiya sazişləri, xüsusən də, ABŞ 
modeli  ekspropriasiyaya  və  ya  milliləşdirməyə  bərabər  istənilən  tədbir  və  ya  tədbirlər 
sistemi ilə bağlı müddəaları əks etdirir.  stər ekspropriasiya ilə bağlı tədbirlər sistemində, 
istərsə də ödəniləcək kompensasiya formulasının ifadə tərzində ilk tendensiya diqqəti cəlb 
edir. Belə ki, əsasən inkişaf etmiş dövlətlərin öz aralarında bağlanan sazişlərdə (məsələn, 
AFR  ilə  Hollandiya  arasında  bağlanan  sazişdə  “əsaslandırılmış  kompensasiya”  kimi) 


ümumi  ifadə  formulası  təsbit  edilirsə,  iqtisadi  inkişaf  baxımından  fərqli  ölkələr  arasında 
bağlanan  sazişlər  də  isə  (“çevik,  adekvat,  effektiv,  ədalətli  kompensasiyanın”  verilməsi 
kimi) daha dəqiq formuladan istifadə olunur. Sonuncu variant AR ilə bağladığı beynəlxalq 
sazişlər üçün də xaraqterikdir. Ekspropriasiya edilmiş əmlakın ödənilməsi meyarı da xarici 
kapitalın  təhlükəsizliyi  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  bəzi  beynəlxalq 
sazişlərdə  (məsələn,  taliya  və  Kakidoniya  arasında  bağlanan  ikitərəfli  investsiya 
sazişində)  götürülən  əmlakın  bazar  qiymətilə  ödənilməsi  formulasından  istifadə  edilirsə, 
digərlərində  milliləşdirmə  anında  götürülmüş  əmlakın  real  dəyəri  ilə  ödəmə  nəzərdə 
tutulur.  
  nvestisiya fəaliyyətində meydana çıxan xüsusi məsələlərdən biri də mübahisələrin 
həlli mexanizmilə bağlıdır.  nvestorlar bir qayda olaraqq mübahisələrin həlli vasitəsi kimi 
qəbul  edən  dövlətin  məhkəmə-arbitraj  orqanlarına  deyil  milli  mənsubiyyəti  olmayan 
beynəlxalq kommersiya arbitraj məhkəmələrinə müraciətə üstünlük verirlər . 
  Müxtəlif  iqtisadi  inkişaf  səviyyələri  qaldıqca  və  beynəlxalq  hüquqda  formal 
bərabərliyi  faktiki  iqtisadi  bərabərliklə  əvəz  edən  institut  və  normalar  tam  bərqərar 
olmadıqca,  həmçinin  xarici  investisiyaların  vahid  beynəlxalq  hüquqi  rejimi  müəyyən 
edilməyincə  beynəlxalq  investisiya  münasibətlərinin  tənzimlənməsində  ikitərəfli 
investisiya sazişləri özünün əhəmiyyətini itirməyəcək. 
 
2  Beynəlxalq  investisiya  münasibətlərinin  regional  beynəlxalq  hüquqi 
tənzimlənməsi 
 
Beynəlxalq investisiya münasibətlərinin regional tənzimetmə mexanizmləri bir qayda 
olaraq  maneə  və  məhdudiyyətlərin  xaraqterindən,  xarici  investorların  daxilolma  və 
fəaliyyət  rejimindən  asılı  olaraq  fərqləndirilir.  Avropa  ttifaqı,  qtisadi  Əməkdaşlıq  və 
nkişaf  Təşkilatı  (OECD),  Asiya-Sakit  okean  qtisadi  Əməkdaşlıq  Təşkilatı  (ASEAN), 
Ş
imali Amerika Azad Ticarət Zonası (NAFTA) istisna olmaqla əksər inteqrasiya qrumları 
xarici  investisiyaların  daxil  olmasında  liberallaşdırmanı  nəzərdə  tutmurlar.  Regional 
inteqrasiya  sazişləri  üçün  xaraqterik  məsələlərdən  biri  də  ondan  ibarətdir  ki,  bəzən 
investisiya  məsələləri  təsis  sazişinə  daxil  edilirsə,  bəzən  də  sonradan  əlavə  saziş  və 
protokol  bağlamaqla  investisiya  məsələləri  üzrə  müstəqil  tənzimetmə  sistemi 
formalaşdırılır.  
  nvestisiyaların  tənzimlənməsinin  daha  təkmil  regional  sistemi  Qərbi  və  tədricən 
Mərkəzi Avropa ölkələrinin iqtisadi və siyasi mərkəzi kimi çıxış edən Avropa  ttifaqı və 
onunla  sıx  əməkdaşlıqda  olan  digər  Avropa  sturukturlarına  məxsusdur.  Azad  ticarət 
zonasından ümumi bazara kimi inkişaf mərhələsi keçmiş Avropa  ttifaqı iqtisadi siyasətin 
həyata keçirilməsində dövlətüstü mexanizmlər də təsis etməklə investisiya fəaliyyəti üçün 
də  mühüm  form  kimi  çıxış  edir.  Avropa  ttifaqı  ilə  yanaşı  Avropa  Azad  Ticarət 
Assosasiyası  investisiya  problemlərini  də  əks  etdirən  yeni  konvensiya  imzalayıb.  Həmin 
konvensiyaya görə xarici investisiyaların daxilolma proseduruna münasibətdə milli rejim 
təqdim  edilir.  Eyni  zamanda  əqli  mülkiyyət  hüquqlarının  müdafiəsi,  maliyyə  bazarının 
tənzimlənməsi  qaydalarının  unifikasiyası,  Avropa  Azad  Ticarət  Assosasiyası  üzvü  olan 
dövlətin  müəssisəsinin  digər  üzvünün  ərazisində  sərbəst  müəssisə  yaratmaq  hüququ  və 
digər müəssisələrin beynəlxalq hüquqi tənzimlənməsi təmin edilib.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə