Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə22/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   18   19   20   21   22   23   24   25   ...   179

66 

qızıl  əşrəfi göndərmişdi. Eyni zamanda Hüseynəli xan da Kartli-

Kaxetiyaya qarşı sultandan hərbi kömək gözləyirdi. O, Osmanlı 

paşaları ilə və xüsusən də Qars paşası ilə də əlaqə saxlayırdı (48, 41, 

43-44). 

Hüseynəli xan bölgənin  ən güclü hakimlərindən olan qubalı 

Fətəli xanla da sıx əlaqə saxlayırdı. Rus arxiv sənədlərində göstərilir 

ki, 1769-cu ilin fevralında Hüseyn xanın adamları  hədiyyələrlə 

Fətəli xanın sarayında olmuş, onu İrəvanı öz himayəsinə almağa 

çağırmışdılar. Lakin Fətəli xan şəkili Hüseyn xanla müharibə 

apardığından bu plan baş tutmamışdı (75, 59) 

Sultandan hərbi kömək alacağına ümid edən Hüseynəli xan 

Kartli-Kaxetiyaya vergi verməyi dayandırdı. Xanın bu hərəkəti II 

İraklinin 1769-cu ildə yenidən İrəvana hücumuna səbəb oldu (187, 

111). Qalaya sığınan Hüseynəli xan bu dəfə II İrakliyə güclü 

müqavimət göstərmişdi. Bu yürüşdən Kartli-Kaxetiya çarı  əliboş 

qayıtdı. 

Lakin Hüseynəli xan Osmanlı dövlətindən gözlədiyi hərbi 

köməyi ala bilmədi. Çünki bu dövrdə rus qoşunu ilə müharibə apa-

ran osmanlıların vəziyyəti ağır idi. Məhz ona görə də, o, II İraklinin 

yenidən İrəvana hücum edəcəyindən ehtiyat edərək Kartli-Kaxetiya 

çarı ilə sülh bağlamağa məcbur oldu. 1771-ci ilin mayın 23-də rus 

zabiti kapitan Yazıkov qraf N.İ.Paninə yazmış olduğu məktubda 

İrəvan xanının atdığı addımı belə  şərh edirdi: «İrəvan xanı öz 

adamını çarın yanına göndərərək ondan sülh xahiş edir. Elə ki, 

bizim qoşunlar (rus qoşunu – E. Q.) Gürcüstana daxil oldu, İrəvan 

xanı çar İraklidən üz döndərərək sultana məktub göndərdi. 

Məktubda o, sultandan Gürcüstana hücum etmək üçün qoşun və pul 

xahiş edirdi. Lakin sultan bu köməyi etmədikdə, o, qorxudan 

yenidən çar İraklinin təbəəliyinə keçir. Ona söz verir ki, keçən ilki 

vergini ödəyəcəkdir» (158, 301-302). Beləliklə, 1771-ci ilin yayında 

İrəvan xanlığı ilə Kartli-Kaxetiya çarlığı arasında sülh bağlanır. 

İrəvan xanlığının Kartli-Kaxetiya çarlığına ödəyəcəyi təzminatın 

miqdarı 30.000 rubl həcmində müəyyən edilir (293, 187). 




67 

Əlacsızlıqdan II İrakliyə yenidən təzminat vermək məcbu-

riyyətində qalan Hüseynəli xan bu vəziyyətlə barışmaq fikirində 

deyildi. O, vəziyyətdən çıxmaq üçün bölgədə baş verən hadisə-

lərdən yararlanmağa çalışır, Kartli-Kaxetiya çarlığının təsirindən 

çıxmaq üçün yollar axtarırdı. Tezliklə, onun bu istəyi baş tutdu. 

Belə ki, XVIII yüzilliyin 70-ci illərin ortalarında Kartli-Kaxetiya 

çarlığının qonşu dövlətlərlə münasibətləri pisləşdi. Bunun bir neçə 

səbəbi vardı. Belə ki, Rusiya-Osmanlı müharibəsinin gedişində II 

İraklinin ruspərəst siyasəti İsfahan hakimi Kərim xan Zəndlə onun 

arasında düşmənçiliyə  səbəb oldu. Hətta Kərim xan Zənd Kartli-

Kaxetiyaya yürüş etmək niyyətində idi. Lakin onun ölümü bu 

yürüşün baş tutmasına imkan vermədi (247, 143, 154-156; 78, 116-

117). 


İkinci  ən mühüm amil bölgədə qubalı  Fətəli xanın güclən-

məsi, Azərbaycan xanlıqlarını bir mərkəz  ətrafında birləşdirmək 

siyasəti, II İrakli ilə  rəqbəti, bu mübarizədə  İrəvan və  Gəncə 

xanlıqları ilə yaxınlaşması idi. Digər  ən mühüm amil Osmanlı 

dövləti ilə bağlı idi. Müharibədə  məğlub olmasına baxmayaraq, 

sultan gizli surətdə öz nümayəndələrini bölgəyə göndərərək, 

Azərbaycan xanlarını rus-gürcü birliyinə mübarizəyə çağırmaqda 

davam edirdi (57, 37-38; 55, 167-168). İrəvan xanlığı ilə həmsərhəd 

olan Osmanlı dövləti anlayırdı ki, burada Kartli-Kaxetiya çarlığının 

möhkəmlənməsilə, osmanlılara qarşı mübarizə aparmaq üçün rus-

gürcü bloku əlverişli meydan əldə edə bilər. Azərbaycan xanlarına 

göndərilən məktublarda sultanı narahat edən məsələlərdən biri də

İrəvan xanlığını  hər hansı  təhlükədən qorumaq idi. Məhz Osmanlı 

siyasəti nəticəsində  şəkili Məhəmmədhəsən xan, ərdəbilli Nəzərəli 

xan, xoylu Əhməd xan sultana yazdıqları  məktublarda Kartli-

Kaxetiya çarı  İrəvana hücum edəcəyi halda ona qarşı ittifaqa 

girəcəklərinə söz verirdilər (55, 168). 

İrəvan xanlığı ilə Kartli-Kaxetiya çarlığı arasında münasi-

bətlərin gərginləşməsində II İraklinin apardığı siyasətin də böyük 

rolu olmuşdu. Belə ki, II İrakli çarlığın bərbad halda olan iqtisadi 

vəziyyətini düzəltmək, xəzinəni doldurmaq üçün hər dəfə  İrəvan 



68 

hakiminə təzyiq göstərərək təzminatı artırmağa çalışırdı (249, 419). 

P.Butkov yazır ki, Hüseynəli xan II İrakliyə ildə 30.000 rubl məb-

ləğində  təzminat verməyi öhtəsinə götürsə  də, sonralar bu 

təzminatın miqdarı 40-50 min rubla çatdırıldı (107, c.2, səh, 75). 

Bölgədə baş verən hadisələrin  İrəvan xanlığı üçün əlverişli 

olduğunu düzgün qiymətləndirən Hüseynəli xan 1776-cı ildə 

yenidən Kartli-Kaxetiya çarlığına təzminat verməyi dayandırdı. 

Onlar arasında yenidən düşmənçilik yarandı (213, 67; 187, 387). İlk 

illərdə beynəlxalq vəziyyətin onun üçün əlverişli olmadığını  dərk 

edən II İrakli müvəqqəti olaraq gözləmə mövqeyində qaldı. 

Lakin II İrakli çox gözləməli olmadı. 1779-cu ildə Kərim xan 

Zənd vəfat etdikdən sonra Mərkəzi İranda qarışıqlıq yarandı. Digər 

tərəfdən, Qarabağ xanı İbrahimxəlil xanla birləşən II İrakli 1779-cu 

ildə iki dəfə qubalı Fətəli xanın qoşunlarını məğlub edə bildi (211, 

432). Qubalı  Fətəli xanı müəyyən müddətə  zərərsizləşdirməyə 

bacaran II İrakli onun müttəfiqi  İrəvan xanlığına yürüş etmək 

qərarına gəldi. İlk əvvəl İrəvan xanından təzminat tələb etdi. Lakin 

Hüseynəli xan rədd cavabı verdi (86, 22). Xanın vergi verməkdən 

imtina etdiyini görən II İrakli oğlu Levonla birlikdə 1779-cu il 

sentyabrın 5-də 20 minlik qoşunla, bəzi məlumata görə isə 12 min-

lik qoşunla İrəvan xanlığına yürüşə başladı (218, 68; 90, 156). Onun 

qoşununun tərkibində dağıstanlılardan ibarət 5 min nəfər muzdlu 

döyüşçü də vardı (107, c.2, səh.73). Erməni tarixçisi T.X.Akopyan 

II  İraklinin qoşununun sayının 40 min nəfərə çatdığını  və onun 

çoxsaylı xalqlardan ibarət olduğunu qeyd edirdi (80, 54). 

Hüseynəli xan bu dəfə  də II İrakliyə müqavimət göstərmək 

qərarına gəlmişdi. O, müdafiəni gücləndirmək məqsədilə  İrəvana 

yaxın kəndlərin əhalisini yenə də qalaya köçürtdürmüşdü. Əhalinin 

müəyyən hissəsi isə Qars və  Bəyazid paşalıqlarına qaçmışdı (215, 

68-69; 86, 22). Müdafiəni möhkəmləndirdikdən sonra Hüseynəli 

xan  əvvəlcə Kartli-Kaxetiya qoşunlarına hələ  sərhəddə ikən 

müqavimət göstərmək qərarına gəldi. Lakin çoxsaylı qoşunun 

qarşısında tab gətirə bilməyən  İrəvan qoşunu qalaya çəkilərək 

mübarizəni davam etdirdi. Kartli-Kaxetiya qoşunları sentyabrın 10-



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə