Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 2,42 Mb.
Pdf görüntüsü
səhifə35/56
tarix03.08.2018
ölçüsü2,42 Mb.
#60709
1   ...   31   32   33   34   35   36   37   38   ...   56

 
 
132
oyanmağa başladı. Onlar artıq bu şəkildə    yaşamağın 
mənasız olduğunu düşünməyə, çarə axtarmaq barədə 
fikirləşməyə başlamışdılar. Necə deyərlər, müvəqqəti 
də olsa milli şüurları oyanmışdı.  
İrəvan müsəlmanları özlərində güc taparaq bir yerə 
toplaşdılar.  Şəhərdə könüllülər dəstəsi yarandı.  İs-
lamiyyət adı ilə bir yerə  yığışan müxtəlif millətlərin 
nümayəndələri silaha sarıldılar. Onlar gecə ikən ermə-
nilərə qarşı yürüşə  çıxmaq qərarına gəldilər. Ancaq 
müsəlman  ağsaqqalları bu məsələdən xəbər tutan kimi 
onları nəsihət və məsləhət yolu ilə hücumdan çəkindir-
məyə çalışdılar. Bu zaman hələ də erməni məhəlləsin-
də 30-40 müsəlman ailəsi qalmışdı. Döyüşlərin beşinci 
günü onlar hökumətin və məmurların mühafizəsi altın-
da  şəhərin müsəlman hissəsinə köçürüldülər. Ancaq 
yenə də tərəflər arabir bir-birlərinə atəş açırdılar. 
Bəzi yerlərdə ermənilər səngərlərdə gizlənib mü-
səlmanları güdür,  müsəlmanlar da erməniləri izləyərək 
hədəfə alırdılar. Səngər döyüşlərində ermənilər daha 
öndə idilər. Çünki onların  əksəriyyəti hərbi xidmət 
keçmiş, silahla düzgün rəftar etməyi öyrənmişdilər. 
Daşnak döyüşçüləri  ən müasir silahlara malik idilər. 
Müsəlman könüllülərinin bəzilərinin, ümumiyyətlə, si-
lahı yox idi. Silahların isə  əksəriyyəti işləmirdi... An-
caq onların arasında  ətraf kəndlərdən gəlmiş bir neçə 
mahir atıcı da var idi. Bu döyüşlərdə ermənilər daha 
çox itki verdi. Onlar  mumdan düzəldilmiş oyuncaq 
kimi bir zərbə ilə yerə  sərilirdilər. Döyüşün gedişində 
məlum oldu ki, ermənilər qorxaq və  cəsarətsizdirlər. 
Belə ki, onların  əksəriyyəti Bakıdakı, Naxçıvandakı 
hadisələr zamanı canlarını götürüb İrəvana gəlmiş  və 
döyüşlərə  təsadüfən düşmüşdülər. Ruhən sındırılmış 


 
 
133
bu insanlar  qorxa-qorxa döyüşə girir və məhv olurdu-
lar.   
Ermənilərin itkilərinin çox olmasının başqa bir 
səbəbi isə onların sərxoşluq etmələri ilə bağlı idi. Belə 
ki, erməni əsgərlərinə əvvəlcədən istənilən qədər  araq
çaxır və s. alkoqollu içkilər verilmişdi. Hər öldürülən 
müsəlmana görə erməni  əsgəri alkoqollu içki ilə "mü-
kafatlandırılırdı". Buna görə  də onlar hərdənbir bayıra 
çıxaraq havaya bir atəş açır və yalandan "bir müsəlman 
vurdum" deyib, içki tələb edirdilər. Beləliklə, onların 
bütün güllələri havayı gedir, məzhəkə  qəhrəmanına 
çevrilirdilər.  Bu gün də ermənilərin  İrəvan 
davasındakı “qəhrəmanlığı”  xalq lətifəsi kimi səslənir.  
Xülasə, səngər davaları başa çatdı. Naxçıvanda 
sülh və barışıq  elan olunması  xəbəri  İrəvan erməni-
lərinə  və müsəlmanlara çatdı. Hökumət də yuxudan 
oyandı, tərəflərin yorulduğunu və onların ovqatını gö-
rüb,  İrəvan  şeyxülislamına və yepiskopa teleqraf 
göndərərək hər ikisini eyni vaxtda şəhərə  dəvət etdi. 
May ayının 31-də onlar şəhərə gəldilər.  
1905-ci il 31 may tarixində çap olunan bir qəzetdə 
deyilir: "May ayının 31-də erməni və müsəlmanların 
ali qonaqlarından ibarət barışıq heyətinin gəlişi 
münasibətilə şəhər bəzədildi. Yüksək rütbəli şəxslər və 
yerli böyüklər tərəfindən qarşılanan qonaqlar Abbas-
qulu ağa İrəvanskinin evinə yollandılar. Bu məhəllədə 
müsəlmanlar az idi, onların  əksəriyyəti  şəhərin digər 
hissələrinə köçmüşdü. Bazarın böyük hissəsi erməni 
məhəlləsində yerləşdiyindən, burada alış-veriş dayan-
mış və müsəlmanlar  bir nəfər kimi həmin bazardan üz 
döndərmişdilər. 
1905-ci ilin iyun ayının  əvvəllində  şeyxülislam və 
yepiskop bulvara çıxaraq camaatın qarşısında moizə 


 
 
134
oxuyub nəsihət verməyə başladı. Yalnız bundan sonra, 
daha doğrusu, müvəqqəti sülh bağlanandan sonra əhali 
bazara çıxıb alış-veriş etməyə başladı. Bağda qalan bir 
neçə bağban da şəhərə qayıtdı.  
Amma bu barışıq uzun çəkmədi. Bir neçə gündən 
sonra yenidən bazar və dükanlar bağlandı, gediş-gəliş 
kəsildi. Sanki bütün şəhər donmuşdu. Hamı qorxu və 
həyəcan içində idi. Müsəlmanların məhəlləsində ermə-
nilərin bir neçə anbarı çapılmış, erməni məhəlləsində 
isə müsəlmanların evləri yağmalanmışdı. Üstəlik, er-
məni komitəsi tərəfindən azərbaycanlıların yaşadıqları 
kəndlərə hücum etmək əmri verilmişdi. 
Son xəbərlər - İrəvan  ətrafında iğtişaş yaratmaq 
üçün ermənilər Baş  Qərargah yaratdı.  İğtişaş planı 
hazırlandı. Bölük komandirləri təyin olundu və hansı 
dəstənin hansı  məntəqəyə hücum edəcəyi müəy-
yənləşdi.  İrəvan müsəlmanları yenə qorxu və vahimə 
içindəydi. Qırğının baş verəcəyi anı gözləyirdilər. 
Arabir şəhərin ayrı-ayrı nöqtələrindən güllə səsi eşidi-
lirdi  (İrəvandan gələn xəbərlərdən və  İrəvan  əyan-
larının hərbi bilgilərindən məlum olur ki, ermənilər 
müsəlmanları aldadıblar. Onlar müsəlmanların başını 
qatıb, nəzərdə tutulmuş hücuma keçmək üçün müxtəlif 
nöqtələrdən tüfənglərlə atəş açıblar ki, müsəlmanlar 
çaşbaş düşsünlər. Bu, müharibələrdə  sınaqdan keçmiş 
üsuldur;  əgər komandir düşmənin bir cinahından 
hücuma keçmək istəyirsə, düşmənin digər cinahından 
seyrək atəşlərə başlayır ki, onu başqa tədbirlərə  əl 
atmaqdan çəkindirsin).  
Buna görə  də müsəlmanlar həmin atəşlərə fikir 
vermədən öz işləri ilə  məşğul idilər. Digər tərəfdən, 
müsəlmanlar bir-biri ilə dil tapa bilmir və onların 
arasında ciddi ixtilaflar hökm sürürdü. Bu zaman 


 
 
135
İrəvan əyan-əşrəfi də xalqı  firqələrə parçalayır, hər kəs 
özü başçı olmaq istəyirdi. Onların arasında gedən 
şiddətli mübarizə hadisələri proqnozlaşdırmaq imkanı 
vermir, camaatı  işindən-gücündən ayırırdı. Buna görə 
də  şeyxülislam xanlara və  əyanlara xitabla oxuduğu 
moizəsini lənətlə tamamlamalı olmuşdu: "Cəmaat, biz 
bu  şəhərə  gəldik ki, bir-birinə kin bəsləyən iki milləti 
barışdıraq, lakin əyanlar rəhbərlik və firqəbazlıq 
xatirinə münaqişənin qarşısını almağa imkan vermirlər. 
Lənət olsun İrəvan  əyanlarına! Lənət!"  (Tarixi məlu-
matlardan aydın olur ki, öz ata-babalarından təkəbbür 
xəstəliyini miras almış  İrəvan  əyanları indi də o 
cürdürlər. Ermənilər onları aradan götürmək fikrində 
idilər, onlar isə bəylik, xanlıq iddiası ilə baş qatırdılar. 
Ar olsun, o şəxslərə ki, atalarının səhvlərini  təkrar-
layır və  qurumuş ağacları  göyərtmək istəyirlər). 
Həmin günlərdə milli məsələləri həll etmək 
məqsədi ilə  fərmandarın yanına getmək üçün rəhbər 
seçilirdi... Məclisdə  iştirak edənlərin hər biri öz 
namizədliyini irəli sürür və xalqın rəhbəri olmağa 
çalışırdı.  Layiqli bir iş görməyənlər dəridən-qabıqdan 
çıxır, ağzı köpüklənə-köpüklənə millətdən, xalqdan 
danışırdı. Xalqa ağalıq etmək kimi xam xəyala düşən 
bu insanlar əməl paltarı geyinmək istəyirdilər. Onların 
hər biri özünü tayfasının böyüyü kimi tanıdaraq, layiq 
olmadığı surətdə, xalqın da böyüyü olmaq fikrindəydi 
(Əziz müxbirim! İrəvanda hər kəsin özünü rəhbər 
gördüyü üçün xalqa rəhbər olmaq  fikrinə düşməsindən 
darılma. Çünki islam dünyasının harasına baxsan, bu 
cür insanları görəcəksən. Bu da bəzi müsəlmanlarda 
hümmət, insanpərvərlik olmamasından irəli gəlir. 
Bizim bu xüsusiyyətlərimiz XI əsrdə baş verən 


Yüklə 2,42 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə