Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə29/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   25   26   27   28   29   30   31   32   ...   56

 
 
109
yeni məhəlləsindəki, yəni rus məhəlləsindəki iqamət-
gahımıza qayıtdıq. Beləliklə, çox şeylərin  şahidi 
olduğumuz gündüz gəzintisinə son verdik".
1
 
Bu illərdə hələ Daşnaksütyun partiyası təşkil olun-
mamış, ifrat erməni iddiaları qarşıdurmalara səbəb 
olmamışdı. Arazın o biri sahilində və İrəvan şəhərində 
yaşayan millətlər, o cümlədən müsəlmanlar və ermə-
nilər dinc şəraitdə yaşayırdılar. Üstəlik,  İran mühacir-
lərinin çoxu həmin şəhərlərdə işləyirdilər. 
Mirzə Həsən Rüşdiyyə Təbrizi yeni üsullu məktəbi 
ilk dəfə İrəvan şəhərində təsis etdi. Fəxrəddin Rüşdiy-
yə bu barədə yazır: "Rüşdiyyə yeni üsulla əlifbanın 
təlim edilməsinin metod və üslubunu tam müəyyənləş-
dirdikdən sonra əvvəlcə  İrəvana getdi və hicri-qəməri 
tarixi ilə 1301-ci ildə ögey qardaşı Hacı Axundun 
köməyi ilə Qafqazın zadəgan müsəlmanları üçün yeni 
üsullu mədrəsəni (ibtidai məktəb) təsis etdi. Onun öz 
kəşfi olan bu üsulla (fonetik əlifba) tədrisə başladı. 
"Vətən dili" kitabını türkcə öz üsulu ilə tədris edərək
60 saat ərzində ibtidai sinif şagirdlərinə oxumağı  və 
yazmağı öyrətməyə nail oldu.   
İrəvan müsəlmanları onu ləyaqətlə qəbul etdilər və 
mədrəsənin  şagirdləri günbəgün artırdı. Bu mədrəsə 
dörd il müddətində onun nəzarət və  rəhbərliyi altında 
fəaliyyət göstərdi.  
"Vətən dili" kitabı ta 1917-1918-ci ilə  qədər 
Qafqaz və Türküstanın məktəblərində ibtidai sinif 
vəsaiti kimi tədris olundu. Rüşdiyyə bu 4 il ərzində 
tədrisdə böyük təcrübə əldə etdi".
2
 
 
                                                 
1
 Doktor  Fövriyyə. “Se sal dər dərbar-e  İran”. Tərcümə edən: 
Abbas İqbal Aşiyan, səh. 105-110 
2
 Fəxrəddin Rüşdiyyə. Zendeginame-ye pir-e maaref-e Rüşdiyye, 
səh.20 


 
 
110
 
 
Mirzə Həsən Rüşdiyyə              İrəvanda Darülmüəllimin 
 
Nəsrəddin  şah Qacar Avropadan qayıdarkən  İrə-
vandakı bu mədrəsəyə baş  çəkdi və onu bəyəndi. Bu 
görüşdən sonra Mirzə  Həsən Rüşdiyyə  Təbrizdə yeni 
üsullu mədrəsə təsis etmək üçün Nəsrəddin şahla birgə 
Vətənə qayıtmaq icazəsi aldı  və öz yurduna qayıt-
dıqdan sonra Təbrizin  Şeşgilan məhəlləsində ilk 
mədrəsəni yaratdı. 
Lakin Rüşdiyyədən qabaq Mirzə Kazım Qazi 
Əskərzadə İrəvanda bir mədrəsə təsis etmiş və onun ilk 
dərsliklərini yazmışdı. Qulamrza Budaqi bu barədə 
yazır: "Mirzə Kazım Qazi Əsgərzadə miladi tarixi ilə 
1823-cü ildə  Təbrizin "Alan Bərağuş" məhəlləsində 
dünyaya göz açmışdı.  Ənənəvi təhsil aldıqdan sonra 
İrəvan konsulluğunda katib kimi çalışmağa başlamışdı. 
Mirzə Kazımın mədəniyyətə, elmə  hədsiz marağı onu 
dövlət işindən uzaqlaşdırdı. Yeni təlim, tərbiyənin 
alovlu və  fəal təbliğatçısı olan Qazi Əsgərzadə 
İrəvanda bir mədrəsənin bünövrəsini qoydu və orada 
tədrisə başladı. Adı  çəkilən  şəxs bir neçə  dərsliyin, o 
cümlədən "Hesab elmi", "Sərf və  Nəhv", "Bəlağət 
elmi"nin  və s. müəllifidir. Mirzə Kazım 1892-ci ildə 
İrəvanda vəfat etmişdir. Mirzə Kazımın şeirlərinin dili 


 
 
111
çox sadədir. Onlara yazıldığı dövrü nəzərə almadan 
(130 il əvvəl), bu günkü uşaq ədəbiyyatının meyarları 
ilə yanaşsaq, bir qədər monoton görünəcək. Lakin 
unudulmamalıdır ki, həmin sadə  şeirlər bugünkü 
Azərbaycan uşaq  şeirinin ilk nümunələrindəndir. Bu 
adsız, nişansız maarif xadiminin şeirlərindən birini 
təqdim etməklə onun  xatirəsini yad edirik: 
 
Oğlum, oğlum, naz oğlum,  
Dərsindən qalmaz oğlum.  
Bülbül kimi dərs oxu 
İstər çox, ya az, oğlum. 
Qələmin al əlinə,  
Bir yaxşı zad yaz, oğlum. 
Oğlum gedir məktəbə,  
Oxur, çatar mətləbə. 
Dərsin oxur, rəvanlar, 
Nə oxuyubsa, anlar. 
Daş üstə çiçək qazar, 
Məşqini göyçək yazar. 
Mənim oğlum candı, can. 
Dərslərin oxur rəvan. 
Gümüşdəndi davatı,  
Qələmi var beş-altı. 
Qələmdanı şəkilli 
Qələmi xallı, milli. 
Dəftəri var tər-təmiz 
Kitabı ondan əziz. 
Kağızları rəngbərəng 
Oğlum, gətir yaz görək.
1
 
 
                                                 
1
 “Əsr-e azadi”, 19.1.1378,  səh.2 


 
 
112
 
 
Bağçaban Mirzə Cabbar (1885-1966). İranda ilk uşaq                            
bağçası və lal-karlar məktəbinin təsisçisi, ilk uşaq kitabının                        
müəllifi və naşiri 
 
Sonralar Təbrizdə ilk lal-kar mədrəsəsinin  əsasını 
qoymaqla adını bu ölkənin mədəniyyət tarixinə yazmış 
Mirzə Cabbar Əsgərzadə Bağçaban da İrəvanda doğu-
lub, orada böyümüşdü. O öz tərcümeyi-halında yazır: 
"Mənim babam Rza Təbriz  əhli idi. Atamın adı  Əsgər 
idi və İrəvan şəhərində memarlıq və qənnadı işi ilə məş-
ğul olurdu. Mən 1264-cü şəmsi ilində İrəvan şəhərində 
doğuldum. Məscidlərdə  qədim üsulla təhsil almışdım. 
15 yaşımda təhsili atmaq zorunda qaldım. Dolanışığım 
atamın sənəti ilə  məşğul olmaqdan çıxırdı. Cavanlıq 
dövrümdə gizli şəkildə evlərdə  qızlara dərs keçirdim. 
Qafqaz qəzetlərinin müxbiri, "Molla Nəsrəddin" 
jurnalının felyeton yazanlarından və  şairlərindən idim. 
Şəmsi tarixi ilə 1291-ci ildə  İrəvanda "Leylək" yumor 
jurnalının müdiri oldum. Bu jurnal Birinci Dünya 
müharibəsi başlayandan sonra fəaliyyətini dayandırdı".
1
 
                                                 
1
 Cabbar  Əsgərzadə Baxçaban. Öz əli ilə yazdığı  tərcümeyi-hal, 
səh. 16 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə