Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə37/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   33   34   35   36   37   38   39   40   ...   56

 
 
139
zaman həll olunar və bu günə qalmazdı. Xalq yaxşı 
deyib:  "Mərd, namuslu ağanın həyətinə daş atmazlar
bağ-bostanına inək və qoyun buraxmazlar". Buna görə 
mən bilə-bilə Kazımı Novruz ağa  əvəzinə Novruz kişi 
yazıram. Həm də "KİŞİ" kəlməsini böyük hərflərlə 
yazıram. 
 Ey xalqımızın comərd oğlu, sən torpağının və vətə-
ninin yolunda şəhidlik camını başına çəkdin. Allah 
sənə  qəni-qəni rəhmət etsin! Qoy sənin itkin düşən 
məzarın nurla dolsun! Amin!).  
Novruz Kişi sonadək kəndi tərk etmir və sonra er-
mənilərin mühasirəsinə düşür. Qohumları onu azad et-
mək üçün səy göstərsələr də, düşmən sayca qat-qat  
çox olduğundan, bu, mümkün olmur. Novruz Kişi öz 
qoşalülə tüfəngi ilə evinə yaxınlaşan ermənilərdən biri-
ni vurur, digərləri qorxub geri çəkilirlər...  
Bütün bu rəvayətləri bir erməni danışıb. Bir az ke-
çəndən sonra ermənilər yenidən evin üzərinə hücuma 
keçiblər. Novruz Kişi yenə də onlardan birini öldürüb, 
digərləri qaçmağa məcbur olub. Həyəcanlı Novruz Ki-
şinin gülləsi qurtarandan sonra o, tüfəngini seçmə ilə 
dolduraraq düşmən tərəfə yüyürüb. Düşmənlər çətin-
liklə  də olsa onu əsir götürə biliblər. Onlar kəndin 
bütün evlərinə, o cümlədən məscidə, minbərə, müqəd-
dəs kitablara od vuraraq, Novruz Kişini qolubağlı 
Tirjabat kəndinə  gətiriblər. Burada  ona uzun müddət 
işgəncələr verdikdən sonra başını  kəsiblər. Həmin er-
məninin dediyinə görə, Novruz Kişinin başını Ayrapet 
adlı  kənd keşişi kəsib. Çünki Kuzəcikdə Novruz 
Kişinin evinə hücum edənlərdən biri həmin keşişin 
oğlu olub. Novruz Kişi bir güllə ilə onu qanına qəltan 
eləmişdi. Beləliklə, Novruz Kişinin başı "1500 müsəl-


 
 
140
manın sərkədəsi" adı ilə əvvəlcə Aleksandropola, sonra 
isə Bakıya göndərilib. 
İyunun 2-nə aid məlumatlar - İyunun ikisində 
ermənilər həmin günə qədər müsəlmanların pənahgahı 
olan Məkus kəndinə hücum edirlər. Bu dəfə erməni 
dəstələrindəki silahlıların sayı 10 min nəfərə  qədər 
olub. Hər dəfə  də  kəndin üzərinə beş min tüfəngdən 
atəş açılırdı. Kəndin müsəlmanlarının çoxunun silahı 
olmadığından, onlar fürsət tapan kimi arvad-uşağını 
götürüb aradan çıxırdılar. Bütün kənd boşalandan 
sonra hərəkət etməyə taqəti olmayan səksən yaşlı 
şikəst bir qoca ermənilərin əlinə keçir. Deyilənə görə
ermənilər onun gözlərinə, qarnına təndir şişi soxmaqla 
qətlə yetiriblər.  
Kuzəcik qırğını zamanı müsəlmanlar  ətrafdan kö-
mək diləyəndə, həmin kəndin 15 fərsəngində yerləşən 
Qaladibi kəndinin ağsaqqalı Cahanbaxş bəy iki atlı ilə 
birgə Xunqus kəndində idi. Onlar bu fəryadı  eşidən 
kimi, tüfənglərini götürüb, kəndin  şimali-şərqində 
yerləşən dağın zirvəsinə qalxaraq qadınları təqib edən 
erməniləri atəşə tutublar. Nəticədə iki ermənini məhv 
ediblər. Beləliklə  də qadınlar və  uşaqlar qaçaraq 15 
fərsəngdə yerləşən Təzəkənd kəndinə  gəlib çıxa 
biliblər. Həmin vaxt yaxınlıqdakı 12 kəndin didərgin 
düşmüş müsəlman əhalisi bu kəndə yığışmışdı. 
1905-ci ilin 3 iyunu - İyunun üçündə ermənilər 
mərkəzdə yerləşən və 150 evi olan Güllücə  kəndinə 
hücuma başlayırlar... 
Qırğının başlanması - İyunun 3-də sübh vaxtı 
Güllücə  kəndinin  şimalında yerləşən və  hər birində 
dörd yüz ailə olan 12 kəndə 10 min erməni könüllüsü 
toplaşır. Onlar cənub tərəfdə – dağın arxasında yerlə-
şən və beş yüz ailəsi olan Başkən erməni kəndindən 


 
 
141
Güllücəni atəşə tuturlar. Ermənilərin məqsədi müsəl-
manları ya öz hakimiyyətləri altına almaq, ya da onları 
məhv etmək idi. İstəyirdilər ki, bu yolla uzun müd-
dətdən bəri beyinlərində dolaşdırdıqları ideyanı ger-
çəkləşdirsinlər. Buna görə  də  bütün ermənilər silah-
lanıb, müsəlmanlar əleyhinə müharibəyə başlamışdılar.   
Beləliklə, camaat qaçandan sonra 15 nəfər nüfuzlu 
şəxs, o cümlədən Məşədi Qəmbər, Mahmud, Hacı Hü-
seyn və başqaları öz var-dövlətlərini  qorumaq üçün 
kənddə qaldılar. Onlar silaha sarılaraq ermənilərə 
müqavimət göstərməyə başladılar.  İlk qarşılaşmadaca 
8 ermənini məhv etdilər. Ancaq ardı-arası kəsilməyən 
erməni hücumları  nəticəsində Mahmud öldürüldü.  
Onun kənddə sahibsiz qalmış arvadını bir erməni 
əsgəri 8 güllə ilə qətlə yetirdi. Qalan müsəlman silah-
lıları birtəhər aradan çıxıb, 1,5 fərsəngdə yerləşən 
Tutiya, Damagirməz və Kamal kəndlərinə  sığındılar.  
Bu qırğında hamıdan sonra kəndi tərk edən Seyid 
Mustafanın oğlu Mirsüleymanın atını ermənilər güllə 
ilə vurub öldürdülər. Ancaq o, bir ermənini öldürərək 
canını qurtara bildi. 
1905-ci il 4 iyun - Düz ortada yerləşən 150 evlik 
Kamal kəndinin sakinləri yaşadıqları yerin təhlükəli 
olduğunu görüb, arvad-uşaqlarını götürərək, hücumdan 
qabaq cənub səmtdə yerləşən Damagirməz kəndinə 
qaçdılar. Sonra bu kəndin də adamları onlara qoşulub, 
yuxarıda adı  çəkilən iyirmi verstlikdə yerləşən 
Təzəkənd kəndinə üz tutdular.  
Bu hadisələrdən 18 gün sonra İrəvanda sülh 
bağlandı. Hökumət  ətraf kəndlərə qoşun göndərdi. Bir 
qrup  əsgər də Güllücədə yerləşdirildi. Bundan sonra 
müsəlmanlar öz yerlərinə qayıtdılar. 
 


 
 
142
İrəvan müsəlmanlarının soyqırımı 
 
“Böyük Ermənistan” röyası ilə yaşayan ermənilər 
1918-ci ilə qədər Qafqazın heç bir bölgəsində əksəriy-
yət təşkil etmirdilər.  Ter Minasyan yazır: "Tiflis kon-
fransının  əsas nigarançılıqlarından biri Qafqazda  er-
məni əhalisinin sayca az olması idi. Onlar muxtariyyət 
əldə etmək istəyir və belə bir xahişlə konfransa müra-
ciət etmişdilər. Pərakəndə erməni cəmiyyətlərini əhatə 
etmək üçün əyalət vahidlərindən məhdud bir miqyasda 
zemstvolar təsis etmək planı  ətrafında fikirlər səs-
ləndi".
1
 
Daşnak partiyası milli tərkib problemini istismarçı 
dövlətlərin,  əsasən də ingilis müstəmləkəçilərinin kö-
məyi ilə cinayətkarcasına həll etdi. Yeri gəlmişkən, sö-
zü "Mərkəzi Asiyada və Qafqazda dəyişikliklərin ma-
hiyyəti" kitabının müəlliflərinə verək və görək onlar bu 
barədə nə deyirlər: "Müttəfiqlərin strateji məqsədlərin-
dən biri böyük Osmanlı dövlətini parçalamaq idi. Bu 
məqsədlə onlar Osmanlı  ərazisi daxilində yaşayan 
millətləri  və islam əleyhinə qüvvələri qızışdırmağa ça-
lışırdılar. Bu zaman qərb ölkələrinin, xüsusilə də Fran-
sanın siyasi və  mənəvi dəstəyini qazanan, Rusiyanın 
hərbi himayəsi altında fəaliyyət göstərən daşnaklar 
ifrat millətçilik və  işğalçılıq hisslərinə qapılmışdılar. 
Onlar Rusiya Ermənistanını, Gəncə-Qarabağ bölgəsini, 
Şərqi Türkiyənin 6 vilayəti, Güney Azərpbaycanın bir 
hissəsini  qəsb edərək "Böyük Ermənistan" yaratmaq 
xülyası  uğrunda mübarizəyə başlamışlar. Formalaş-
                                                 
1
 Anahid Ter Minasyan. Enqelab-e 1905dər Qəfqaz. Tərcümə 
edən: Kavə Bayat, səh. 63 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə