151
prezidenti cənab Vilsonun "hər millətin öz müqəddəra-
tını həll etmək hüququ vardır" fikrinə əsaslanacağıq.
Naxçıvanın müsəlman vəkilləri: Cəfərqulu xan,
Bəhram xan, Mehdiqulu xan, Mirzə Həsrullah, şeyx
Cabbar”.
Naxçıvan əhalisi bu teleqrafdan əlavə, Xoy cama-
atına da yardım xahişi ilə müraciət etmişdi. Xoy əhalisi
də öz növbəsində kömək üçün hər an hazır
olduğunu
bildirmişdi. Mükərrəmül Mülkün bu barədəki
məktubunda deyilir:
“Sizin bəndəniz Xoy əhalisinin
hazırlığı barədə xəbər tutan kimi onların qarşısını aldı.
Xoylulara açıq şəkildə yazdım ki, onların atdığı addım
dövlət əleyhinədir. Əgər sizlər hər hansı bir tədbirə əl
atsanız, dövlət qarşısında məsuliyyət daşıyacaqsınız.
Naxçıvan əhalisinə də teleqrafla bildirdim ki, onlara
rəsmi cavab verilənə qədər sakit oturub, gözləsinlər.
İndi tədbir görmək üçün tezliklə qərar qəbul etməyinizi
xahiş edirik. Rəbiüləvvəl ayının 11-i. 9926 nömrəli
məktub. Mükərrəmül Mülk. Azərbaycan əyaləti".
Naxçıvan camaatına qarşı erməni silahlı qüvvələri-
nin təcavüzləri ilə bağlı Nazirlər Kabinetinin dəftərxa-
nasından Təbrizdəki vəliəhd aparatının əməkdaşlarına
müraciətlə bir məktub göndərilib. Həmin məktubda de-
yilir:
“Qüdrətli sərhədçilərdən sayılan Maku sərdarı
İqbalüs-səltənədən və başqa xanlardan öz könüllü dəs-
tələrindən istifadə etməklə erməni təcavüzkarlarının
qarşısını almağı və ermənilərdən Naxçıvan camaatına
qarşı təcavüzdən əl çəkməyi tələb etməliyik. Əks halda,
İran daxilində xalq ermənilərlə pis rəftar edəcək və
intiqama əl atacaq. Bu barədə erməni rəhbərləri ilə
müzakirələr aparmaq üçün Təbrizdən də bir nüma-
yəndə heyəti göndərmək lazımdır...”.
152
Həmin məktubun bütöv mətni belədir:
"Əzəmətli,
şan-şöhrətli əlahəzrət vəliəhdin kargüzarlarının mü-
barək hüzuruna!
Əvvəlki teleqraflara və müqəddəs əlahəzrətin son
teleqrafına cavab olaraq bildiririk: Əvvəla, sərdar İq-
balüs-səltənəyə, digər rəhbərlərə, xanalra əmr verilsin
ki, tezliklə öz qüvvələrini səfərbər edib, hər hansı si-
lahlı qüvvənin İran torpağına girməsinin qarşısını
dərhal alsınlar.
İkincisi, bu fərmanda göstərildiyi kimi, Təbriz və
Tehranda möhtərəm şəxslərdən ibarət bir heyət yara-
dılaraq xüsusi təlimatla təlimatlandırılıb döyüş və hü-
cum bölgələrinə göndərilsinlər. Onlar erməni silahlıla-
rının böyükləri və komandanları ilə görüşüb əlahəzrə-
tin və İran dövlətinin adından onlarla danışıq aparsın-
lar. Desinlər ki, İran torpaqlarında sizin çoxsaylı həm-
məzhəbləriniz məskunlaşıb və uzun illər asayiş içində
yaşayıblar. Əgər onlar müsəlmanlara qarşı təcavüzkar
hərəkətlərinə son qoymasalar, xüsusilə də İran təbəələ-
rinin malına və canına ziyan toxundursalar və bu
barədə xəbərlər İran dövlətində yayılsa, onda dövlət
rəhbərliyi İranın erməni sakinlərinin təhlükəsizliyi ilə
bağlı heç bir hadisənin məsuliyyətini üzərinə götürmə-
yəcək. Biz dövlət olaraq sizin həmməzhəblərinizə qarşı
müsəlmanların düşmənçilik hisslərinin qarşısını alma-
ğa qadir olmayacağıq. Bundan əlavə, İran dövləti Nax-
çıvanda öz təbəələrini mühafizə və himayə etməyə məc-
bur olacaq. Buna görə də, intiqam hissini bir kənara
qoyub sülhlə rəftar etmək və müsəlmanlarda canlarına,
mallarına və öz gələcəklərinə inam yaratmaq lazımdır.
Bütün bunlarla bərabər, qorxu və dəhşətdən qaçqı-
na çevrilərək İran torpağına pənah gətirmiş şəxslərlə
imkan daxilində mehribanlıqla rəftar edilməlidir. Yerli
153
əhalini onları yaxşı qəbul etməyə təşviq etmək lazımdır
ki, onlar özlərinə qarşı soyuqluq hiss etməsinlər".
Naxçıvan camaatının vəliəhdə göndərdiyi və nəticə
görmədiyi teleqraflardan üç ay keçəndən sonra Naxçı-
van, Ordubad, Şərur camaatı tərəfindən
baş nazir Vu-
suqəddövləyə aşağıdakı məzmunda məktub göndərilir.
Bu zaman İran dövləti gizlində ingilislərlə müqa-
vilə bağlamışdı. 1919-cu ildə bağlanan bu müqavilə ilə
İran olan-olmaz müstəqilliyini də itirmişdi. Naxçıvan
camaatı isə bundan xəbərsiz idi. Onların baş nazirə ün-
vanladığı məktubda deyilirdi:
"Əzəmətli və şövkətli baş
nazirin yüksək məqamına!
Üç ay əvvəl təkrar-təkrar müqəddəs əlahəzrətin
mübarək hüzuruna və ali məqamına İrana birləşmək
barədə öz çoxdankı arzumuzu ərz etmişdik. Bildirmiş-
dik ki, Naxçıvan və Ordubad vilayətlərinin əhalisi rus
imperiyasının istibdadı və qəsbkəranə istilasından son-
ra bütün vətənpərvərlik hissləri ilə ümid gözlərini Kəbə
timsallı ali İran dövlətinə dikib. Onlar gözləyirdilər ki,
millətlərin azadlığının bütün dünyada sülhün əsası ki-
mi qəbul olunduğu, imperializm hərisliyinin ədalətə
məğlub olduğu indiki zamanda yenidən ali dövlət bu
ayrı düşmüş xalqı öz idarəçiliyi altına alaraq, üç yüz
minlik İran müsəlmanlarının həyatını təmin edəcəkdir.
Təəssüf ki, əhalinin bu barədə xahişi dövlət başçıları
tərəfindən qulaqardına vurulmuş, nəticədə İrəvandakı
müvəqqəti erməni hökuməti bu gün bəyan etdiyi kimi
istilaçılıq fikrinə düşmüşdür. Onlar istəyirlər ki, bütün
ədalət və azadlıq ölçülərinin əksinə olaraq Naxçıvanı
işğal edib, İrəvan müsəlmanlarının başlarına gətirdik-
ləri qanlı olayları bizim də başımıza gətirsinlər. Canı-
mızı, malımızı qətl-qarət etsinlər.