Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə10/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   6   7   8   9   10   11   12   13   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
38 
 
İbadətxanaya olardı rəvan. 
Tacını götürüb, bir xeyli müddət 
Elərdi ürəkdən haqqa ibadət. 
Üzünü sürtərək təmiz torpağa 
Başlardı tanrıya o yalvarmağa. 
Keçmiş günlər üçün şükr eləyərək, 
Gələcək işlərə dilərdi kömək. 
Bütün qazandığı qalibiyyəti 
Sanardı allahın bir inayəti. 
Allaha şahanə dua edərdi, 
Özü də duaya layiq bir ərdi. 
Könüldən gəlməyən dua, yaxşı bil, 
Mənasız bir işdir, ibadət deyil. 
Sidq ilə ibadət eləsə insan 
Naümid qayıtmaz haqq dərgahından. 
İskəndər belə bir düz yolla getdi, 
Odur ki, cahanı tamam fəth etdi. 
Qafil şahlar kimi keyfə dalaraq, 
Yaxşını, yamanı gözündən iraq 
Qoymazdı... O, zülmə verməzdi imkan, 
Saxlardı dünyada daim bir mizan. 
Qocalar, cavanlar, uşaqlar üçün 
Açıqdı qapısı onun bütün gün. 
Özünə düzlüyü eləyib şüar, 
O, yeddi ölkəyə oldu hökmüdar. 
Tədbir soruşardı iş bilənlərdən. 
Odur ki, olmuşdu özü işbilən. 
Yoxsa rum papaqlı bir türk nə sayaq 
Çinə, Hindistana basardı ayaq?
79
 
Deyirlər, getsəydi o bir yer üstə, 
Yanında hazırdı bu altı dəstə: 
Minlərcə ən möhkəm, mərd qılıncvuran 
Durardı əmrində onun hər zaman
Əfsunda Harutu vurub keçənlər, 
Neçə əfsun quran, neçə cadugər
80

Elə nitqlər ki, dilləri atəş, 
Heyrandı onlara səmada günəş. 


               _______________  
Milli Kitabxana
  ________________ 
39 
 
Alim, uzaqgörən hikmətşünaslar, 
Saysız, hesabsızdı qiymətşünaslar, 
Qoca zahidlər də vardı bir qədər, 
Dua elərdilər onlar gecələr. 
Peyğəmbərlərə də gətirib pənah. 
Almışdı orduya onlardan da şah. 
Bir işi düyünə düşsə, hər zaman 
Kömək istəyərdi daim bunlardan. 
Bu altı dəstədən məclis qurardı, 
Onlardan iş üçün tədbir sorardı. 
Hər kəs bildiyini açıb deyərək, 
Ona öz işində edərdi kömək. 
Bu qədər köməkçi edib məsləhət. 
Düyünü açardı onlar, nəhayət. 
Yaşlı kişilərin məsləhətilə, 
Xoştale ulduzun hərəkətilə 
Gördüyü tədbirlər düz çıxan zaman, 
Çatardı məqsədə qadir hökmüran. 
Ona rast gələndə bir qatı düşmən, 
Vuruşda işləri bərkə düşərkən, 
Qızılı salardı işə ən əvvəl, 
Qızıltək eylərdi işi təmiz həll. 
Qızıl iş görməsə, iş olsa mahal, 
Qılınca atardı əlini dərhal 
Qılınc etməsəydi bu işə çara, 
İşi tapşırardı əfsunçulara. 
Bir iş görməsəydi onlar da əgər, 
Köməyə gələrdi onda natiqlər. 
Söz də etməsəydi düşmənə təsir, 
Alimlər yığışıb görərdi tədbir. 
Onlar da qalsaydı tədbirdə naçar, 
Zahidlər allaha yalvarardılar. 
Bu da verməsəydi əgər səmərə, 
Həvalə edərdi peyğəmbərlərə. 
İşə gəlməsəydi heç biri hərgah. 
Haqqa gətirərdi axırda pənah. 
Bəxti yar olardı o şaha müdam, 


               _______________  
Milli Kitabxana
  ________________ 
40 
 
İşinə verərdi xeyr ilə əncam. 
Keçdiyi yollara edərdi diqqət, 
Gördüyü şeylərdən alardı ibrət. 
Kefdən, əyləncədən ovçuluğadək 
Heç şeyə baxmazdı bir oyuncaqtək.. 
Şah içki məclisi düzəltdi bir gün
Şadlığa qərq etdi dünyanı bütün. 
Müğənnilər gəldi, çalanlar gəldi, 
Ucsuz-bucaqsız bir məclis düzəldi. 
Məclisdə bir gözəl oxuyan vardı, 
Şah ona daima nəzər salardı: 
Libası yeddi rəng zərif ipəkdən. 
Ərişi, arğacı güldən, çiçəkdən, 
O qəşəng paltara edib tamaşa, 
Heyran qalmış idi xanəndəyə şah. 
Paltar günəş kimi par-par yanırdı, 
Ancaq ki, xam bezdən astarı vardı. 
O paltar sahibi bir xeyli müddət 
Ömr etdi, hər yanda qazandı şöhrət. 
Soldurdu, toz-torpaq vermədi aman. 
O zərif paltarı köhnəltdi zaman. 
Tikişlər sökülüb, bəndlər boşaldı, 
Xanəndə oxuyub çalmaqdan qaldı. 
Gördü çox köhnədir əynində paltar. 
Astarı üz etdi, üzü də astar. 
Bu bədrəng paltarı şah görən zaman 
Ona acıqlanıb dedi: "Anadan, 
Atıb qızılgülün ləçəklərini, 
Bəzədin tikanla ətəklərini
Niyə palaz oldu geydiyin ipək? 
Gövhərşünaslara şəvə nə gərək?" 
Xanəndə baş əyib təzim eylədi, 
Başına, canına and içib dedi: 
"Haman o libasdır bu, ey hökmüdar, 
Diqqətlə nəzər sal, özüdür ki, var. 
Dəyişməyib ovda, inan ki, heç nə, 
Astarı çevrilib ancaq üzünə. 


               _______________  
Milli Kitabxana
  ________________ 
41 
 
Üzü köhnəlmişdi, gizlətdim mən də, 
Çünki utanardım şahım görəndə..." 
Bu sözlər o şaha eylədi əsər. 
Heyrətlə dayanıb baxdı bir qədər. 
Şaha xoş göründü ondakı xislət, 
Ona bəxş elədi hədiyyə-xələt. 
Söylədi, təsirdən qəhərlənərək: 
"Sirrimiz gizlində saxlansın gərək! 
Bizim iç-üzümüz açılsa əgər, 
Dünyanı üfunət basar, bürüyər! 
Madam ki, o rumi ipək bir rəngmiş. 
Içdən belə çirkin, üzdən qəşəngmiş, 
Gümüş məcməidə gərək biz nahaq 
Bir qara ud kimi coşub daşmayaq
81

Ud, söyüd külüylə yoxsa gözəllər 
Dişini ağardıb bizə gülərlər..."
82

 
 
İSKƏNDƏRİN BAŞQIRXAN 
QUL İLƏ ƏHVALATI 
 
Ey müğənni, çal bir könül nəğməsi
Titrətsin göyləri ərğənun səsi. 
Elə bir hava ki, ürəyi açsın, 
Qaranlıq gecəyə şəfəqlər saçsın! 
 
Gözəl söz nəqqaşı məharət ilə 
İskəndər adını nəqş etmiş belə: 
"İki qərn sahibi" qoymuş namını, 
Çünki Şərqdən, Qərbdən almış kamını
83

Deyirlər ki, qoşa hörüyü varmış, 
Onu kürəyinə daim atarmış
84

Deyirlər, görübmüş bir belə röya, 
Gündən iki qərni alıbmış guya
85

Başqa rəvayətdə deyirlər yenə: 
İskəndər yaşamış iki qərinə
86

Dünya filosofu Əbu Məşər də 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə