Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə15/64
tarix19.07.2018
ölçüsü1,48 Mb.
#57345
1   ...   11   12   13   14   15   16   17   18   ...   64

               _______________  
Milli Kitabxana
  ________________ 
58 
 
Alimin sirrini tapmadı kimsə. 
Bir gün də yığışıb gəldilər onlar, 
Dedilər: şərh etsin bu sirri təkrar. 
Qoyub aşağıda o gələnləri, 
Çıxdı eyvanına vüqarla pəri. 
Həmin xəzinədən söhbət edərək, 
Sehirli sözlərə vurdu min bəzək: 
"O laləzar dağlar, sirli nəbatat, 
O sehirli sözlər, o rəmz, o büsat, 
O qızıl mədəni - o "Səngi-əzəm" - 
Nağıldır... Kimyasa başqa bir aləm!.." 
Hökmdar sirli bir xəznə göstərdi, 
Dəmir qıfıl vurdu, zər açar verdi. 
Ariflər bu sözdən tapdı xəzinə, 
Nadanlar dərd, əzab çəkdilər yenə. 
Bitkidə kimyanın varsa əsəri. 
Qələmdir əslində onun cövhəri! 
Bu qədər var ikən elmdə imkan. 
Əfsus, pay almamış hamı kimyadan. 
Kim əsil kimyaya verərsə ürək, 
O, saxta kimyaya uymasın gərək!" 
 
Deyirlər: Bağdada etmişdi səfər 
Zirək xorasanlı, kasıb bir nəfər. 
O, xeyli dolanıb çəkdi əziyyət, 
Özünə bir peşə tapdı nəhayət. 
Hamıya məlumdur, əhli-Xorasan 
Bağdadda fənd ilə yaşayar asan
98

Min misri qızılı vardı onun, saf, 
Rumda da tapmazdı bunları sərraf. 
Qızılı yeyəylə ovub sürtərək, 
Sarı palçıq qatıb, etdi xəmirtək. 
Bundan neçə möhrə qayırdı qoçaq, 
Indi gəl qurduğu oyuna bir bax! 
Gəlib bir əttarın yanında sayıb, 
Bir-bir möhürləyib, əmanət qoyub 
Söylədi: "Bunları saxla sən bir az. 


               _______________  
Milli Kitabxana
  ________________ 
59 
 
(Əcəb möhrələrdir, əcəb möhrəbaz!) 
Satıram bunları bir dinara mən
Çox pul qazanarsan sən bu alverdən. 
Vaxt olar, qayıdıb bu möhrələri 
Birə on qiymətə alaram geri." 
Əttar soruşdu ki: "Bunlar nədir bəs?" 
Dedi: "Təbərrikdir, bilməsin heç kəs!" 
Əttarın yanından dönüb geriyə, 
Başladı əfsunla kimyagərliyə. 
Darülxilafətə
99
 yaydı bir xəbər 
Ki, gəlib bir nəfər usta kimyagər, 
Deyir ki: "Kimyada baş ustayam mən, 
Yoxdur mənim kimi bu sirri bilən. 
Istəsəm iksirlə edərəm, yəqin, 
Biri - on, onu - yüz, yüzü də ki - min. 
Yüz dinar pul verin siz əvvəlcədən, 
Min dinar eləyim yüz dinarı mən. 
Qoyun üstümdə də mənim bir nəfər 
İşbilən, yetirsin işimə nəzər. 
Əgər hünərimi təsdiq eləsə, 
Daha söz deməsin mənə bir kimsə. 
Yox, əgər görsəniz yalançıyam mən, 
Baş məndən, təşt ilə qılınc da sizdən"
100

Xəlifə eşidib, bərk tamahlandı, 
Guya qızıl verib, qızıl qazandı. 
Qurd özün bir tülkü cildinə saldı, 
Xam şərab içirib, saf qızıl aldı. 
Vur-tut on qızılı qalanda onun, 
Düşünüb o, qurdu başqa bir oyun: 
Zərgər qaydasıyla bir kürə qurdu, 
Bir qaba cürbəcür dərman doldurdu. 
Şəhərdə hər yana adam salaraq, 
Təbərrik axtardı, tapmadı ancaq. 
Müştərilər gəzib dükan-bazarı, 
Axır ki, tapdılar həmin əttarı. 
O qızıllı gilə verib zər dinar, 
Gətirib ustaya çatdırdı onlar. 


               _______________  
Milli Kitabxana
  ________________ 
60 
 
Mahir xorasanlı göstərib tədbir, 
Həmin möhrələri doğradı bir-bir, 
Sonra da alovlu kürəyə saldı, 
Gil yanıb töküldü, saf qızıl qaldı. 
Ərimiş qızılı qalıba tökdü, 
Dibinə yaquttək saf qızıl çökdü. 
Xəlifə tez xəbər tutdu bu işdən: 
Təzə qızıl verir o köhnə mədən. 
Gördü ki, qızılı o mahir ustad 
Sehrlə, əfsunla artırır on qat. 
Gövhər xəzinəsi qazansın deyə, 
Hədsiz hörmət etdi həmin kişiyə. 
Aldanıb hərifin bu oyununa, 
On min misri qızıl göndərdi ona. 
Tapşırdı: "Bunları tez işə sal sən, 
Ey usta, çıxaram xəcalətindən. 
Daha gözətçilər səndən əl çəkər, 
Məlumdur səndəki sədaqət, hünər. 
Düz çıxdın işinlə sən bu sınaqdan. 
Təmiz olduğunu göstərdi mizan". 
Alıb qızılları naz eyləyərək, 
Qurdu hindu kimi yenə bir kələk. 
Tədbirlə iş görüb xəlvət, gizlicə 
İçdi qafillərlə bir neçə gecə. 
Hamısı məst olub düşdü torpağa.- 
Zirək xorasanlı qalxdı ayağa, 
Bir neçə qul tapdı o,dayanmadan, 
Atları yükləyib çıxdı aradan. 
Gizlin bir yol ilə ordan birtəhər 
Əkildi, görmədi onu bir nəfər. 
Xəlifə bu işdən xəbər tutanda, 
Onun qaçdığını bilcək, bir anda 
Təbərrik söhbəti düşdü yadına, 
O biri söhbətlər puç gəldi ona. 
Danışdı sirləri təbərrik satan, 
Güldü bu hiyləni eşidən zaman. 
Bir təbərrik yazıb versə kim sənə. 


               _______________  
Milli Kitabxana
  ________________ 
61 
 
Aç, oxu, məna tap, uyma cildinə. 
Bir əfsun eşitsən bir əfsungərdən. 
Ayıq ol, əfsuna düşməyəsən sən. 
Dünyada görmədim elə kimyagər 
Kimya oyunundan çəkməsin zərər. 
 
İskəndər bir xəbər aldı Yunandan: 
Olub xəzinəyə Mariyə ilan
101

Şaha dedilər ki: "O dişi aslan 
Bir şikar fikrinə düşəcək, inan! 
İşbilən qadındır, dünyada heç kəs 
Onun dövlətinin sayını bilməz. 
Xəzinə sirrindən olub xəbərdar. 
Onun dünya qədər xəzinəsi var. 
Əfsunla daşları saf qızıl eylər, 
Sədəfdən çıxarar zərif incilər. 
O qədər qızıl var, dövlət var onda, 
Qarunun dövləti heçdir yanında. 
Şah onun başını kəsməsə əgər, 
Çox çəkməz, dünyanı o əldə edər. 
Düşmənə qoşundur verən əziyyət
Qoşun da qızılla düzələr, əlbət.* 
Şah yandı qəzəbdən odlu günəştək, 
Düşündü: Mən onu məhv edəm gərək. 
Onu yox etməkçin bu pak torpaqdan, 
Tədbir görülməli vermədən aman." 
Artdı, alovlandı şahın qəzəbi, 
Müdrik vəziri də bildi mətləbi. 
Şahın hüzurunda baş əyib vəzir, 
Ona ehtiramla göstərdi tədbir. 
Dedi ki: "Gövhərtək safdır o qadın, 
Kiçik bir kənizdir yanında şahın. 
Şamda hökmüdara eyləyir xidmət, 
Kənizin olmağa çəkir o minnət. 
Bir müddət olmuşdur mənə xidmətkar
Yaxşı fərasəti, yaxşı elmi var. 
Onu elmə, fənnə məftun etmişəm, 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə