Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə34/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   30   31   32   33   34   35   36   37   ...   64

                                                                                                                                                    
133
Qaldırdı balıqdan Aya bayrağı
201

O, Məqduniyyədən yola düşərək 
İskəndəriyyəyə gəlib çatantək, 
Orda o möhtəşəm təxti ucaldı, 
Neçə gün şadlıqla orada qaldı. 
Fateh Keyxosrovtək görüb baxtını, 
Gedib düz Sərirdə qurdu taxtını. 
Əmr edib o uca bir mil düzəltdi. 
Başına bir parlaq güzgü bənd etdi. 
Güzgüdə bir-aylıq bir məsafədən 
Görünür dənizdə hər gəlib, gedən. 
Təxti düşmənlərdən qorumaq üçün 
Keşikçi dururdu orda bütün gün. 
Güzgü əyan etsə bir sirri əgər, 
Gəlib hökmdara bildirərdilər. 
Düşmənlər çal-çapa gəlsələr, işdir, 
Saray adamları görərdi tədbir. 
Olub paytaxtından arxayın, yenə 
Şah mindi vüqarla öz köhləninə. 
Ilk əvvəl yolunu Məğribə saldı. 
Misrə gəlib, orda iki gün qaldı. 
Sonra çıxıb ordan, qəlbində dilək, 
Allahın əmrinə əməl edərək, 
Bir xeyli yol gedib, dərələr keçdi. 
Ötüb zəmiləri, çölə yetişdi. 
Məqdəsdən dəstəylə bir neçə adam 
Hakimin zülmünə etməyib davam, 
Yolda düzüldülər, o qadir şahdan 
Belə dilədilər mərhəmət, aman: 
"Pak etdin dünyanı, sən, ey hökmüdar, 
Gəl, bu pak evi də paklığa çıxar. 
Ucalt bayrağını şəhərimizdə, 
Yox et bədxahları, dincələk biz də. 
O paklar yurdunda var bir əhrimən, 
Allah dostlarıyla düşməndir, düşmən. 
Müqəddəs binada itaətkarlar 
Olub o zalimin zülmündən bezar. 


                                                                                                                                                    
134
Tərk edib sitayiş yolunu hakim, 
Bütün din əhlinə zülm edir daim. 
Başını dik tutub, tökür nahaq qan, 
Çoxunun başını kəsib nahaqdan. 
Hamımız qorxuruq o əhriməndən, 
Divlər qənimisən, dadə yetiş sən!" 
İskəndər onları belə görəntək, 
O göz yaşlarına rəhm eləyərək, 
Əsla incimədi fəryadlarından. 
Çatdı məzlumların dadına o an. 
Dinləyib onların ah-fəryadını, 
Beytülmüqəddəsə sürdü atını. 
Dünyanı hasardan qurtarsın deyə, 
Beytülmüqəddəsdən başladı səyə. 
Orda qoymamaqçün fitnədən əsər 
Rumdan düz Məqdəsə gəldi İskəndər. 
Bu vaxt hər tərəfdən - dağdan, dərədən 
Ədalət səsini eşidib düşmən, 
Tədarük görərək döyüşə çıxdı, 
Bilmirdi ki, şahın bəxti açıqdı. 
İskəndər vuraraq ona şəbxunu, 
Yolkəsən ağzının kəsdi yolunu. 
Onu zalim görüb, qanını tökdü, 
Qüdsün qapısında çarmıxa çəkdi. 
Carçılar bir neçə müddət çəkib car, 
Elədiyi zülmü bir-bir saydılar, 
Dedilər: "Bu evə zülm etsə hər kəs, 
Belə aqibətdən qurtara bilməz!" 
Pak evi napakdan azad eylədi, 
Şadlıq sevənləri o şad eylədi. 
O dinclik məkanı asudə oldu, 
Nakəsin torpağı göyə sovruldu. 
Zalimin zülmünü şah məhv elədi, 
Müti olanlara verdi məbədi. 
Beytülmüqəddəsi nizama saldı, 
Sonra da Məğribə tərəf yol aldı. 
Çəkdi Əfrəncəyə qoşunu ordan, 


                                                                                                                                                    
135
Sonra Əndülüsə oldu o rəvan. 
Həm dəvət edərkən, həm hökm edərkən 
Əql ilə, ədl ilə iş gördüyündən, 
Müdrik bir hökmdar görərək onu, 
Hamı qəbul etdi doğru yolunu. 
Hamını düz dinə elədi dəvət,  
Tikdirdi hər yerdə bir yeni məbəd, 
Yenidən qoşunla yola çıxaraq 
Dünyanı tutmaqçün ucaltdı bayraq. 
Sürətlə keçirdi dağdan, dərədən, 
Çəmənlik görəndə salırdı məskən. 
Dincəlib bir qədər, oldumu aram, 
Yenidən edirdi yoluna davam. 
O keçdi çölləri sahilə qədər. 
Yetişib dənizə saldı gəmilər. 
Üç ay gecə-gündüz üzdü dənizlə, 
Ancaq dənizdə ov keçmədi ələ. 
Sürətlə gedirdi Məğribə sarı 
Yanında qoşunu və yoldaşları. 
Keçirdi bir yerdən o başqa yerə, 
Insan yaşamayan cəzirələrə. 
Çıxdı qarşısına minlərcə insan, 
Cürbəcür canlılar, cürbəcür heyvan, 
Ancaq heç yaxın da gəlməyib ona, 
Qaçıb dağıldılar hərə bir yana. 
Bir xeyli yol gedib İskəndər yenə, 
Enişdən qalxdı bir geniş düzənə. 
Bu çölün sapsarı qumları vardı, 
Yerindən sarı gil tozu qalxardı. 
O qumun üstündə atlar çaparkən 
Həmişə od-alov qopurdu yerdən. 
Başqaymış torpağın tərkibi yəqin, 
İçində kükürd də varmış o yerin. 
Bir ay o çöllərdə etdilər səfər, 
Nəhayət, ordan da ötüb keçdilər. 
Çöllər qurtaranda, gördü uzaqdan 
İskəndər önündə əngin bir ümman. 


                                                                                                                                                    
136
Yunanlar Okyanos deyərdi ona
202

Qəribə gəlirdi dəniz insana. 
Dəhşətlə döyürdü ətrafı dalğa, 
Yol yoxdu keçməyə burdan uzağa. 
Günəş batan zaman bütün dünyada, 
Yenə görünürdü həmin dəryada. 
Atəşpərəst kimi güdürdü odu, 
Odu heç gözündən iraq qoymurdu. 
Fələk də heç gecə-gündüz bilmədən 
Ona nur saçırdı odlu çeşmədən. 
Qürubu dəryada seyr edən zaman 
Sanırıq çeşmədə gün olur nihan. 
Sanki odlu çeşmə axır dənizə, 
Şəfəqli yol kimi görünür bizə. 
Axıb çuxurları doldursa sular, 
Böyüyə-böyüyə bir dərya olar. 
Müəyyəb adlanar çuxura dolsa, 
Müəlləq deyilər yer üstə olsa
203

Baxsaq Mühit adlı böyük dənizə, 
Suları müəlləq görünər bizə. 
Su qalxıb oyanar günəş batanda, 
Günəş də boylanar sular yatanda. 
Ucalan günəş də ordan keçərək 
Dəniz rənglərindən bürünər ipək. 
Günəş endirərsə zirvədən bayraq, 
Dalğalar ardında görünər ancaq. 
Örtüyə bürünər bir az gedərək, 
Çünki yer altından keçsə o gərək
204

Bilik belə verir bunu nəzərə, 
Başqa rəhbər də var yol bilənlərə. 
Şah isti görəndə dəniz suyunu, 
Çox dərin bir heyrət götürdü onu. 
Alimdən soruşdu: "Deyin, bu nədir? 
Kimdir gözətçisi, bu nə çeşmədir?" 
Alim cavab verdi: "Həmin isti su 
Çoxunun abrını tökmüş, doğrusu
205

Çox olub bu sirri açmağa həvəs. 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə