Microsoft Word isk?ND?Rnam?-iqbalnam?-nizami doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə49/64
tarix15.07.2018
ölçüsü1,75 Mb.
#55736
1   ...   45   46   47   48   49   50   51   52   ...   64

                                                                                                                                      
193
İSKƏNDƏRİN ANASINA 
    MƏKTUB YAZMASI 
Müğənni, rudunu bir dindir barı, 
Yada sal nəğmənlə o yatmışları! 
Mənim dərdimə qal, sazımı sazla, 
Bəlkə rahat yatım o xoş avazla!.. 
Gülə hücum etsə payız ruzgarı
Körpəykən quruyar tər budaqları. 
Ölüm bir bəladır, çarə edilməz, 
Onun çarəsini tapmayıb heç kəs. 
Əcəl qızdırması yetişən zaman 
Qalar həkimdən də əlacı pünhan. 
Gecə köçüb getdi, ağladı şəbnəm, 
Günəş şəfəq saçıb güləndə aləm 
Artdı İskəndərin ahü naləsi, 
Ucaldı çalınan zənglərin səsi. 
Hər dərdə yüz çarə bilən Ərəstu 
Bu dərdin önündə çarəsiz durdu. 
Şahın sağaltmağa tapmayıb əlac, 
Özünü görərək əlaca möhtac, 
Şaha söylədi ki: "Ey şəfəqli şam, 
Şahlar nur alıbdır şöləndən müdam! 
Qalıbdır dərdinə həkimlər naçar, 
Üzünü allaha çevirib yalvar. 
Hələ haqlamamış coşğun sel bizi, 
Niyə dəyişmədik öz yerimizi? 
Bu şərab qədəhdən aşıb daşmadan, 
Nə üçün ölmədim, çıxmadı bu can? 
Dilərəm: bir tükün əsməsin sənin, 
Bir tükün əskilsə ölərəm, yəqin! 
Ancaq bir şərbətdir bu ölüm, gərək 
Qoca da, cavan da, - hamımız içək! 
Nə deyə bilərəm: iç bu badəni! 
Çünki bihuş edər içəndə səni;  
Nə də almaq olar qədəhi səndən, 


                                                                                                                                      
194
Çünki şah bəzmində ədəbliyəm mən! 
Əfsuslar olsun ki, bu nurlu çıraq,- 
Qurtarıbdır yağı, - xamuş olacaq. 
Ancaq yağsızlığın qalma dərdinə, 
Bəlkə yağ yetişdi, oyandı yenə..." 
İskəndər dedi ki: "Bu sözdən əl çək, 
Əcəli yetəndə insan öləcək! 
Əmrimdə deyildir dövr edən göylər, 
Əlimdə deyildir Günəş, Ay, Ülkər... 
Bir ovuc torpaqla bir qətrə suyam, 
Bunlardan yoğrulub əzəldən mayam. 
Haqqın sayəsində böyüdüm, artdım, 
Nəhayət, elə bir rütbəyə çatdım 
Ki, Şərqdən Qərbədək gəzdim hər yanı, 
Keçirdim əlimə bütün dünyanı. 
O zaman cahana bir şah idim mən, 
Canımda can vardı, sağlamdı bədən. 
Indi ki, zəiflik üz verdi cana, 
Gərək səfər edəm başqa cahana. 
Məğrurluq meylinə uyma ki, heyhat, 
Dolmaz bu quyuya o abi-həyat! 
Susuza eyləməz cəhənnəm əlac, 
Sən o dörd çeşməli behiştdən söz aç
241

Yalvarıb allaha, eylə ibadət, 
Bəlkə o eyləyə mənə mərhəmət..." 
Günəş köçüb getdi, qaraldı dünya, 
O şahlar şahı da getdi yuxuya. 
Qorxunc əjdahatək gecə qapqara, 
Qatı bir qaranlıq çökdü yollara. 
Daş qəlbli bir gecə, dəhşətli zülmət, 
Zülmətdə kim görmüş şəfqət, mərhəmət? 
Işləri düyünə salan ulduzlar 
Sanki dodağına vurmuşdu mismar. 
Bu oğru fələk də, oğrular tutan 
Ay da qır küpünə düşmüşdü çoxdan. 
Qapqara tüstüyə bürünmüş dünya,  
Tüklə cəhənnəmdən asılmış guya. 


                                                                                                                                      
195
Sanki ərimişdi şah səhərədək 
Iyirmi yeddinci gecəki aytək
242

Anası yadına düşdü, İskəndər 
Sarsıldı, ürəkdən oldu mükəddər. 
Buyurdu, hüzura ağıllı, zirək 
Rumlu katiblərdən biri gələrək, 
Qələmi qapqara hislə doldurub, 
Əziz anasına yazsın bir məktub. 
Ana dili kimi şirin dil ilə 
Ona and verərək başlasın belə: 
"Anacan, sən məni eyləyəndə yad 
Sıxma ürəyini, qoparma fəryad!" 
Hər kim oxusaydı bu yazılanı 
Qapqara görərdi bütün dünyanı. 
Katib qələmini çərtdi qurtardı, 
Ucuyla fələyin bağrını yardı. 
Vərəqə əbiri yaydıqca qəşəng, 
Kağız dönüb oldu müşkin bir ipək
243

Yazanda o zərif mənalı sözü 
Katibin heyrətdən qaraldı gözü 
Insanın gözünə işıq bəxş edən 
Tanrının adına o yazdı əhsən: 
"Bir olan allaha hamı möhtacdır, 
Hamının dərdinə tək o əlacdır!" 
Böyük yaradanı gətirib dilə 
Katib məktubunu başladı belə: 
"Məndən - İskəndərdən bu namə getsin, 
Dörd yox, bircə olan anama yetsin
244

Anacan, qətrəyə döndüsə çeşmə, 
Su qabı suda da sınar, qəm çəkmə! 
Ağacdan düşdüsə bir qızıl alma, 
Narınctək rövnəqdən düşüb saralma! 
Soldu, sarı-gülün getdi növrağı, 
Qalsın qızıl gülün yaşıl budağı. 
Anacan, bu sözə inanmıram mən: 
Məhəbbət könüldə çox olur dildən.  
Eşidib od tutar sinəndə ürək 


                                                                                                                                      
196
Ki, şahlar gülünü aparıb külək. 
Yanma, bəslədiyin balan qayıtmaz, 
Əlini o yanan ürəyinə bas! 
Zaman etsin səni bu oddan kənar, 
Sənə səbir versin o pərvərdigar! 
Səni and verirəm əmdiyim südə, 
O şirin laylaya, o ilk öyüdə, 
Dünyadan gənc getmiş bir övladına, 
Ağlayan ananın o fəryadına, 
Dinə əməl edən pak insanlara, 
Dünyanı yaradan pərvərdigara, 
Qanun-qayda qoyan hər peyğəmbərə, 
Cənnətdə əbədi ömr edənlərə, 
Torpağın altında həbs olanlara, 
Behişt gülzarından zövq alanlara. 
Bütün canlılara can verən cana, 
Qəmdən nicat verən, can qurtarana, 
Səxa dənizinin coşğunluğuna, 
Vücudu yaradan haqq buyruğuna, 
Adların fövqündə dayanan ada, 
O nəqşə ki, ziynət verir vücuda, 
Yeddi qat ucalan göy pərgarına. 
Yeddi ulduzun da pak adlarına, 
Allahı sevənin mərifətinə, 
Şüur sahibinin fərasətinə, 
Elmdən nurlanıb yanan hər şama, 
Mərhəmət sahibi fazil adama, 
Elə bir başa ki, bəxtə nur saçıb, 
Elə ayağa ki, düz yollar açıb, 
Pakizə fikirli, o saf ərənə, 
Müşküllər açana, nicat verənə. 
Darda qalanların pak niyyətinə. 
Azad insanların xoş adətinə, 
Yoxsulları sevən comərd sultana. 
Sultantək gözü tox, yoxsul insana, 
Sübhün gül-çiçəklə gülüşməsinə,  
Gözlənməz təamın xoş düşməsinə, 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə