Microsoft Word isk?ND?Rnam?-S?R?Fnam?-nizami doc



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə70/114
tarix15.07.2018
ölçüsü2,24 Mb.
#55735
1   ...   66   67   68   69   70   71   72   73   ...   114

_______________  

Milli Kitabxana

  ________________ 

286 

 

Sözümdən dönmədim, iqrarım - iqrar. 



Hər əhdə, peymana söz verdi dilim, 

Əhdimdən dönməyə varmadı əlim. 

Məqsədim, Yəğmaya, Çinə çapmaqdan 

Yəğma, Çin gözəli deyildir, inan. 

Özümün qiymətli incilərim var, 

Çinli qulamlarım, bir çox pərim var. 

Irandan Çinə at sürmək bir kərə 

Mənimçin göylərdən düşməkdir yerə. 

Çin türkü, beynində nə varsa, burax, 

Bu kəskin küləkdə yandırma çıraq. 

Xəzinə və bəxşiş vermək yerinə 

Neçin bu aslanla başladın kinə? 

Neçin yol ağzına toplanmış ordun? 

Yolumda İskəndər səddini qurdun? 

Bizimlə döyüşə etdinsə niyyət, 

Buxuru atəşə tökmüşsən əlbət. 

Bəxtimi pişvaza gəldinsə, nədən 

Önümdə baş əyib üzr istəmirsən? 

Xəbər ver, hesabdan qalmayım geri, 

Səbətdə ilandır, ya sümükləri?

226

 

Ordu səbr etməkdən doymuşdur cana, 



Mənim bu səbrimdən gəlmiş həycana. 

Çinin ceyranını görmüş şirlərim, 

Az görmüş belə kök ceyran əskərim. 

Zəncirini qırmış qızmış aslanlar, 

Susamışdır qana qoç pəhləvanlar. 

Oxların dimdiyi oxluğu dəlir, 

Döyüşmək eşqiylə həycana gəlir. 

Nizənin yoldadır gözü, ey düşman, 

Gürzüm yüz batmandır, səninki batman. 

Əlinə yay alsa nişançı türklər 

Atdığı hər oxla bir ordu yenər. 

Ox atanlara da padişah olsan, 

Kamanı tutanlar alacaq nişan. 

Tüstümə düşərsə hər bir dudman, 

Çin naxşı olsa da olacaq duman. 



_______________  

Milli Kitabxana

  ________________ 

287 

 

Alçaq bir insanam, sülh etməsən sən. 



Su içmək qədər də səbr eyləsəm mən. 

Nizəmdə məhv edər bu əъdahanı, 

Necə od tufanı yeyər samanı. 

Pəhləvan köksünə oxum yan alır, 

Aslanlar böyrünü hey nişan alır. 

Dənizin dibi də çarpışsa, bəzən 

Qılınc toz qaldırar göyə dənizdən. 

Qarşıma dağ çıxsa dayanmaz bir an, 

Bir dağ dikəldərəm dəmir oxlardan. 

Fil pəncə atarsa ayaqlaram mən

Filgövdə padşaham - filləri yenən. 

Ceyranı belindən, ovu budundan 

Çeynəmək şir üçün olduqca asan. 

Dənizlər laçını çıxsa şikara, 

Quşlardan yem verər o, balıqlara, 

Siz əlsiz, ayaqsız bir balıqsınız. 

Ağzında əъdaha nəhəngəm yalnız. 

Itlər ki, çox yaman sümük çeynəyir, 

O xəncər dişiylə çörək də yeyir. 

Qüvvətim hər yerə dirəmiş ayaq, 

O yerdə zəfərdir mənə bir dayaq. 

Kinlə qarşılaram kin yolu getsən, 

Məhəbbət edərəm, məhəbbət etsən. 

Cəvahir, ya nəhəng istəsən əgər, 

Dənizim həm nəhəng, həm gövhər verər. 

Görmədin, qılıncım başlarkən döyüş. 

Nəhəngdir, üstünə gövhər tökülmüş? 

Mənəm o xəzinə əъdaha peykər, 

Camımda zəhər var, həm də pazəhər. 

Məndə gövhər də var, əъdaha da var, 

De, görüm, hankısı işinə yarar? 

Ipəyə tutaram, hüzura gəlsən

Kəməndə salaram, inad eyləsən. 

Səninlə həm yumşaq tərpəndim, həm sərt, 

Hər iki sınaqla sınadım, əlbət. 

Qapıma sülh ilə qədəm qoysan sən, 




_______________  

Milli Kitabxana

  ________________ 

288 

 

Günəştək çəkilib gedərəm Çindən. 



Yoxsa ki, düşərəm bu kin izinə, 

Çini tökdürərəm Çin dənizinə. 

Məktubu oxuyub salma təxirə, 

Barışıq, ya döyüş: göstər bir kərə. 

Sel tökən buludlar cuşa gəlirkən

Ayıq ol, dəhşətlə kükrəyən seldən." 

Çağırdı dil bilən kamil bir insan, 

Ömründə kimsədən qorxu duymayan. 

Yazılan məktubu tapşırdı ona, 

İskəndər möhrüylə verdi xaqana. 

Elə ki, məktubu oxudu xaqan 

Az qaldı yıxılsın uca taxtından. 

Məktubdan qəlbinə düşdü həyəcan, 

O həm zirək idi, həm zirək anan. 

Bu iki xəyala sarıldı ancaq: 

Sülh ilə yanaşmaq, yoxsa çarpışmaq? 

Fikrə əzab verər ikilik hər an, 

Yatağa baş qoyar çarə axtaran. 

 

 

XAQANIN İSKƏNDƏRƏ CAVABI 



 

Ey saqi, gülabtək şərabı bir an 

Üstümə sən mənim, qalxım yuxudan 

Bu gülgün gülabdan ciyər su alır. 

Hər bir başağrısı ondan azalır. 

 

Keşikçi, qapını, durma, tez bağla! 



Sonra get, sən də öz dərdinə ağla! 

Qəlbimi sıxıntı, qəmdən et uzaq, 

Məni öz düşüncə, dərdimə burax! 

Kimsəylə danışmaq həvəsim yoxdur, 

Özümlə etməli söhbətim çoxdur. 

Uzaq bir ölkədən müştəri kimsə 

Gövhər mədənini görməyə gəlsə, 

Baxarsa Nizami xəzinəsinə




_______________  

Milli Kitabxana

  ________________ 

289 

 

Düşsə söz bəzminin şən nəşəsinə, 



Söylə: "Ev sahibi evində yoxdur, 

Olsa da, yadlara qarşı soyuqdur." 

Yox, xəta söylədim, düşün, ey rəqib

Qəribə düşmənlik olmazmı qərib? 

Qapımı bağlama, get, açıq burax, 

Uğurlu sayılmaz qapı bağlamaq. 

Madam ki, söz mənə dəniz ad vermiş, 

Qapımı dəniztək açın siz geniş. 

Qapını aç, sula, durma bu yerdə, 

Ay kimi çadır qur xərabələrdə. 

Qoy gəlsin arayan kəslər, nəhayət, 

Bu söz sultanını etsin ziyarət. 

Üzümə sabah bir pərdə çəkirkən 

Gilədən Gilana tələsərəm mən. 

Müştərilər gəlir mənə hər yandan

Məni görmək üçün tapmazlar imkan. 

Rəssam fırçasından tək bir mənzərə 

Çəkilmiş görərlər bəyaz dəftərə. 

Sözümdən, bax, necə kənara çıxdım, 

Hardaydım, gör, gəlib bir hara çıxdım? 

Bu parlaq xəznənin baş surətgəri 

Saçdı sərvətindən bu gövhərləri: 

Əfrasiyab mülkünün varisi erkən 

Başını günəştək ucaltdı Çindən

227



Tutmuşdu xəbər ki, Rumdan bir müdhiş



Kükrəyən əъdaha ölkəyə gəlmiş. 

Məktubu oxuyub dalmışdı xaqan, 

Dəhşətlər içində qalmışdı xaqan. 

Təmiz bir düşüncə, sağlam fikirlə 

Işin hikmətini keçirdi ələ. 

Əvvəlcə istədi sülh üçün xaqan 

Bir məktub göndərsin ona durmadan. 

Əmr etdi: otursun o çinli katib, 

Kağıza, qələmə versin bir tərtib. 

Şahlara yaraşan bir qələm çalsın, 

Hər sözə rütbəni nəzərə alsın. 



Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə