15
Allahın gözəl isimləri hərflərdən yaranıb
və o isimlər
bizə Allahı xatırladır. Əsl olan isə “Allahın qoyduğu qanu-
larla əxlaqlanmaqdır.” Əxlaq Əsmau-Hüsnanın biz insanlarda
olan təcəllisidir. Rəbbimizi işarə edən, O, Ona, Onu, Ondan,
Sən, Səni, Sənə, Səndən, Sənin üçün əvəzlikləri bura daxil
deyildir. Allah adını çox zikr edən kimsələr nəfslərini idarə
etməyi öyrənərək Kamili-insan olarlar, sufilər kimi.
Beyti: Və əşhədu Ənnəllahə lə rabbə ğayru-Hu,
Tənəzzəhə ən həşril-ukuli Mukəmmələ.
Mənası: Şəhadət
edirəm ki, həqiqətən Allahdan başqa
Rəbb yoxdur.
Allahın Zati Şərifi kamilən ağılların Onu qavramasından
pak və münəzzəhdir.
Ya Hu
Allahin bir ismi də “Hu”-dur ki, heçlikdə Allahın zatını
anladır. Hu “heç”likdə və “həm”likdə olan Allahın ismidir.
Heç + Həm= Allah = Hu-dur. Qul əvvəliyyatı özündə tapıb
yaşayarsa, əvvəl də, axır da bir olur. Əslində, Allah o qədər
aşkardır ki, onu görməyən özünü də görüb tanıya bilmir.
Allah kəlməsi “İsmi Əzəm”dir və Ülviyyətə işarə edir. İnsan
da İsmi Əzəmdir. Aynaya baxan özünü görər, hökmünü anlar
ki, İnsan, İsmi Əzəmın özüdür. Allah isminin açması, “Tək
Bir an” məqamı adı altında toplanır. “Tək Bir An” məqamının
aynadaki əksi, “an Bir Tək” məqamı olaraq insan məqamında
görünməsidir. “Allahın bir ismi də İnsandır.” Quranın son
surəsi olan Nas surəsi Mürşidi-Kamilə işarədir.
Allah ləfzinin açması Bismilləhir Rahmənir Rahimdir.
Bismilləhir Rahmənir Rahim ləfzinin açması Qurani-
Kərimdir. Qurani-Kərimin açması “Mim-Kainat” Furqandır.
“Xalq aləmi” “Əmir aləminin” sonsuz seyrinə keçmək
üçün qapı hökmündədir.
Xalq aləmi, misallar aləmi olduğu
16
üçün, əşya misallarının arxasında yatan mənaları, Əmr
aləminin gözəlliklərinə bir qapı hökmündə keçid yeridir.
Qapıdaki bütün mənalar, Əmr aləminin ruhani sonsuzluğu
dövrünə şahidlik etmək üçündür. Xalq aləminə şahidlik aləmi
də deyilir. Məna-qapıdır. Mütləq şüura çatdırar. Məna
qapısından keçməyən Əmri-Sultana çata bilməz.
Kun (Ol) ləfzi "Qaf" və "Nun" hərflərinin tərkibində
doğan bir əmrdir. "Qaf" kiminə görə ağıldır. Xəyal sultanıdır.
"Nun" da xəyal Sultanı olan ağılın xəyallarının zahirə
çıxışıdır. "Nun" ilahi qələmdir. Xəyali
olan qul əli ilə zahirə
çıxışıdır. Xəyal zahir olunca, "Qaf" və "Nun" hərfləri birləşdi,
deməkdir. "Qaf" və "Nun" birləşincə "Kun" olar. Xülasə,
"Qaf" xəyal sultanıdır. Varlıqlar xəyal sultanının qələmi olma
hökmündə Nun'dur.
İnsan “Qaf” olan cüzi ağlında hər şey xəyal edər. Xəyalı
həyata keçirən isə insanın vücududur. Vücud da “Nun”
hökmündə qələmdir. Quranda “Hu” ilə bağlı ayələr: ”Hu vər
Rahmənir Rahim”, ”Hu Allahu Əhəd”, “ Hu vəl Əvvəlu vəl
Axıru, vəz-Zahiru, vəl Batinu”, Hu vəl Aliyyul Azim”, ”Hu
vəs Səmiul Bəsir” və Həşr surəsinin son üç ayəsi.
Əvvəl “Hu”dur. Axır quldur. Qul əvvəliyyatı özündə
tapıb yaşarsa, əvvəl də, axır da bir olur. Qul olan Axır
əvvəliyyatı yaşarkən“Abdullah” əsmasında Rəsulullahdır.
İnsan, “Mən” kəlməsində yaşarkən Rəhmaniyyəti yaşar.
Rəhmaniyyət zamanın özüdür. Necə ki, zaman görünməz bir
varlıqdır. İnsan “Mən” ləfzində bütün dünyanı qucaqlayaraq
yaşamaq istərkən. Rəhman ismində vücudu kainatda zamanı
yaşayır. Necə ki,
zaman görünməz, “Mən” ləfzi də insanın
görünməyən, lakin yaşanan tərəfidir. Bil ki, ”Mən”liyi şüur
var edər. Şüur zaman və məkanın gerçək sahibi və özüdür.
Şüurun vücudu kainatdakı tövhidi var olan mənlikdir. İnsan
da “Mən”kəlməsi ilə vücuda sahiblənər və Haqq ləfzində
yaşar. Xülasə, daxilimizdə Rəhman (varlığı), xaricimizdə
17
Rəhim (feli) isimlərində bütün olaraq var olan varlıq insandır.
Hz. Əlinin buyurduğu kimi: burada olan sirr insandır. Yəni,
insandır bütün Mim-kainatın sirri.
Hz Peyğəmbərin: “Mən elmin şəhəriyəm; Əli onun qapı-
sıdır” hədisi-şərifində buyurduğu kimi dünya və din elmlərini
bilmək üçün gərək Əlinin elmini öyrənib, dərk edəsən. İnsanı
gerçək həyatda var edən Külli Əqldır(şüurdur) Əql öz elmini
“Mən” likdə göstərir. Külli Əqlın qapısı“Mən” lik məqamıdır.
“Mən” liyi var edən Külli Əqildır. Hər varlıq “Mən”liyincə
Əqlinin qapısıdır. “Mən” lik qapı, Əql şəhərdir. Hər varlıq
“Mən” liyincə Əlidir. Əqlincə Muhəmməddir.
Rəhman və
Rəhim olan Allahın Bəsmələi-şərifdə ki, tək müraciəti“sirr
olan”insandır. Deməli, insan da Rəhman və Rəhim olandır.
Amin demək
“Mən də bu istəyə qoşuluram”, “elə olsun”, ”duamızı
qəbul et” mənalarını ifadə edir. Xüsusilə birisi bir şey dilədik-
də, dua etdikdə onu dinləyən həmin deyilənlərlə razılaşdığı
zaman”amin” deyir. Bu söz dinlər tarixinə çox qədim zaman-
lardan məlimdur. İbrani (ibrit) dilində “amen”sözü yuxarıdaki
mənalarda hələ Musa Peyğəmbərin ümməti zamanında
işlədilmişdir.”Amen”in mənası kəskinliklə, qəti olaraqdır. D-
ha sonralar arami dilində və süryani dillərində “amin” kimi
adətən, dua mərasimləri bitdikdə işlədilirdi. Ərəb dilində
əmin-amanlıq, iman etmə, əminlik anlamlarını da ifadə edən
“amin” digər səmavi dinlərdəki kimi dualardan sonra işlədilir.
Əlbəttə, Quranda bu sözə rast gəlinmir.
Amma hədislərdə
belə bir ənənənin də müsəlmanlar arasında olduğunu görürük.
Hədislərdə o da bildirilir ki, insan bir şeyi sidq ürəkdən dilə-
dikdə mələklər də”amin” deyər. Ona görə də hər kəs dilədiyi
şeyə diqqətlə yanaşmalıdır. Adətən, xoş məramlı edilən
dualarla yanaşı, bəzən insanlar fərqinə varmadan öz əzizlərinə
18
qarğış edirlər. Bu zaman mələklər də”amin”desə və dua qəbul
olunsa, görün necə böyük faciələr baş verər. Allah bütün xoş
dualarımızı qəbul etsin. “Amin” demək sünnətdir. Bu o
deməkdir ki, Muhəmməd Peyğəmbər (s.ə.s.) özü də belə edib
və müsəlmanlara bunu məsləhət görüb. Bu
məsələ ilə
əlaqədar aşağıdakı hədislərdə belə qeyd edilir.
Hz. Rəsulullah (s.ə.s.) belə buyurmuşdur:
1) “Pişnamazda: “Amin”, – deyən kimi siz də: “Amin”, –
deyin. Çünki kimin “amini” mələklərin “amini” ilə üst-üstə
düşsə, keçmiş günahları bağışlanar”
Buxarinin külliyatında belə bir hədis də var:
2) “Qari (oxuyan zaman), “amin” dedikdə siz də deyin.
Çünki mələklər də“amin” deyirlər. Kimin “amini” mələklərin
“amini” ilə üst-üstə düşsə, keçmiş günahları bağışlanar”.
(Buxari, Əzan-112, Müslim, Səlat-72 (410), Muvatta,
Səlat-44 (1, 87) Tirmizi, Səlat-185. Nəsai, İftitah-34-35,
Buxari, Dəavat-63)
Allahın başqa dinlərdə olan isimləri
Bütün varlıqları yaradan və ümumilikdə idarə edən İlahi
Varlıq sözü "İlah”dır. İlah sözü nəzərdə tutduğumuz Allah-
Yaradan, Yaşadan, Yardım edən, ən Uca, ən Böyük kimi ən
ülvi mənaları özündə əks etdirir. Hazırda
işlətdiyimiz Allah
sözünün kökündə məhz „İlah“sözü dayanıb. Sadəcə, ərəb
dilində bu kəlmənin əvvəlinə „AL“(əl) müəyyənlik artikuli
qoşulub və artıq müəyyən "İlah" mənası verən, daha dəqiq,
daha konkret olan”Allah" sözü ərsəyə gəlib. Lakin ərəb
dilinin qramatikasının inkişafı tarixində “Al” müəyyənlik ar-
tikulindən sonraki "İ" saitinin öz mahiyyətini itirməsi nəticə-
sində “Al-lah ” ifadəsi “Allah” kimi oxunmağa və səslənməyə
başlayıb.