Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə4/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   2   3   4   5   6   7   8   9   ...   84

 
15 
Allahın gözəl isimləri hərflərdən yaranıb və o isimlər 
bizə Allahı xatırladır.  Əsl olan isə “Allahın qoyduğu qanu-
larla əxlaqlanmaqdır.” Əxlaq Əsmau-Hüsnanın biz insanlarda 
olan təcəllisidir. Rəbbimizi işarə edən, O, Ona, Onu, Ondan, 
Sən, Səni, Sənə, Səndən, Sənin üçün əvəzlikləri bura daxil 
deyildir. Allah adını çox zikr edən kimsələr nəfslərini idarə 
etməyi öyrənərək Kamili-insan olarlar, sufilər kimi.  
Beyti: Və əşhədu Ənnəllahə lə rabbə ğayru-Hu,  
Tənəzzəhə ən həşril-ukuli Mukəmmələ.  
Mənası:  Şəhadət edirəm ki, həqiqətən Allahdan başqa 
Rəbb yoxdur.  
Allahın Zati Şərifi kamilən ağılların Onu qavramasından 
pak və münəzzəhdir.  
               
Ya Hu 
 
Allahin bir ismi də “Hu”-dur ki, heçlikdə Allahın zatını 
anladır. Hu “heç”likdə  və “həm”likdə olan Allahın ismidir. 
Heç + Həm= Allah = Hu-dur. Qul əvvəliyyatı özündə tapıb 
yaşayarsa,  əvvəl də, axır da bir olur. Əslində, Allah o qədər 
aşkardır ki, onu görməyən özünü də görüb tanıya bilmir. 
Allah kəlməsi “İsmi Əzəm”dir və Ülviyyətə işarə edir. İnsan 
da İsmi Əzəmdir. Aynaya baxan özünü görər, hökmünü anlar 
ki,  İnsan,  İsmi  Əzəmın özüdür. Allah isminin açması, “Tək 
Bir an” məqamı adı altında toplanır. “Tək Bir An” məqamının 
aynadaki əksi, “an Bir Tək” məqamı olaraq insan məqamında 
görünməsidir. “Allahın bir ismi də  İnsandır.” Quranın son 
surəsi olan Nas surəsi Mürşidi-Kamilə işarədir.  
Allah ləfzinin açması Bismilləhir Rahmənir Rahimdir. 
Bismilləhir Rahmənir Rahim ləfzinin açması Qurani-
Kərimdir. Qurani-Kərimin açması “Mim-Kainat” Furqandır.  
“Xalq aləmi” “Əmir aləminin” sonsuz seyrinə keçmək 
üçün qapı hökmündədir. Xalq aləmi, misallar aləmi olduğu 
 
16
üçün,  əşya misallarının arxasında yatan mənaları,  Əmr 
aləminin gözəlliklərinə bir qapı hökmündə keçid yeridir. 
Qapıdaki bütün mənalar,  Əmr aləminin ruhani sonsuzluğu 
dövrünə şahidlik etmək üçündür. Xalq aləminə şahidlik aləmi 
də deyilir. Məna-qapıdır. Mütləq  şüura çatdırar. Məna 
qapısından keçməyən Əmri-Sultana çata bilməz.  
Kun (Ol) ləfzi "Qaf" və "Nun" hərflərinin tərkibində 
doğan bir əmrdir. "Qaf" kiminə görə ağıldır. Xəyal sultanıdır. 
"Nun" da xəyal Sultanı olan ağılın xəyallarının zahirə 
çıxışıdır. "Nun" ilahi qələmdir. Xəyali olan qul əli ilə zahirə 
çıxışıdır. Xəyal zahir olunca, "Qaf" və "Nun" hərfləri birləşdi, 
deməkdir. "Qaf" və "Nun" birləşincə "Kun" olar. Xülasə, 
"Qaf" xəyal sultanıdır. Varlıqlar xəyal sultanının qələmi olma 
hökmündə Nun'dur.  
İnsan “Qaf” olan cüzi ağlında hər şey xəyal edər. Xəyalı 
həyata keçirən isə insanın vücududur. Vücud da “Nun” 
hökmündə qələmdir. Quranda “Hu” ilə bağlı ayələr: ”Hu vər 
Rahmənir Rahim”, ”Hu Allahu Əhəd”, “ Hu vəl  Əvvəlu vəl 
Axıru, vəz-Zahiru, vəl Batinu”, Hu vəl Aliyyul Azim”, ”Hu 
vəs Səmiul Bəsir” və Həşr surəsinin son üç ayəsi.  
Əvvəl “Hu”dur. Axır quldur. Qul əvvəliyyatı özündə 
tapıb yaşarsa,  əvvəl də, axır da bir olur. Qul olan Axır 
əvvəliyyatı yaşarkən“Abdullah” əsmasında Rəsulullahdır.  
İnsan, “Mən” kəlməsində yaşarkən Rəhmaniyyəti yaşar. 
Rəhmaniyyət zamanın özüdür. Necə ki, zaman görünməz bir 
varlıqdır.  İnsan “Mən” ləfzində bütün dünyanı qucaqlayaraq 
yaşamaq istərkən. Rəhman ismində vücudu kainatda zamanı 
yaşayır. Necə ki, zaman görünməz, “Mən” ləfzi də insanın 
görünməyən, lakin yaşanan tərəfidir. Bil ki, ”Mən”liyi  şüur 
var edər.  Şüur zaman və  məkanın gerçək sahibi və özüdür. 
Şüurun vücudu kainatdakı tövhidi var olan mənlikdir.  İnsan 
da “Mən”kəlməsi ilə vücuda sahiblənər və Haqq ləfzində 
yaşar. Xülasə, daxilimizdə  Rəhman (varlığı), xaricimizdə 


 
17 
Rəhim (feli) isimlərində bütün olaraq var olan varlıq insandır. 
Hz.  Əlinin buyurduğu kimi: burada olan sirr insandır. Yəni, 
insandır bütün Mim-kainatın sirri.  
Hz Peyğəmbərin: “Mən elmin şəhəriyəm; Əli onun qapı-
sıdır” hədisi-şərifində buyurduğu kimi dünya və din elmlərini 
bilmək üçün gərək Əlinin elmini öyrənib, dərk edəsən. İnsanı 
gerçək həyatda var edən Külli Əqldır(şüurdur) Əql öz elmini 
“Mən” likdə göstərir. Külli Əqlın qapısı“Mən” lik məqamıdır. 
“Mən” liyi var edən Külli Əqildır. Hər varlıq “Mən”liyincə 
Əqlinin qapısıdır. “Mən” lik qapı,  Əql  şəhərdir. Hər varlıq 
“Mən” liyincə  Əlidir.  Əqlincə Muhəmməddir. Rəhman və 
Rəhim olan Allahın Bəsmələi-şərifdə ki, tək müraciəti“sirr 
olan”insandır. Deməli, insan da Rəhman və Rəhim olandır.  
 
Amin demək 
 
“Mən də bu istəyə qoşuluram”, “elə olsun”, ”duamızı 
qəbul et” mənalarını ifadə edir. Xüsusilə birisi bir şey dilədik-
də, dua etdikdə onu dinləyən həmin deyilənlərlə razılaşdığı 
zaman”amin” deyir. Bu söz dinlər tarixinə çox qədim zaman-
lardan məlimdur. İbrani (ibrit) dilində “amen”sözü yuxarıdaki 
mənalarda hələ Musa Peyğəmbərin ümməti zamanında 
işlədilmişdir.”Amen”in mənası kəskinliklə, qəti olaraqdır. D-
ha sonralar arami dilində  və süryani dillərində “amin” kimi 
adətən, dua mərasimləri bitdikdə  işlədilirdi.  Ərəb dilində 
əmin-amanlıq, iman etmə, əminlik anlamlarını da ifadə edən 
“amin” digər səmavi dinlərdəki kimi dualardan sonra işlədilir. 
Əlbəttə, Quranda bu sözə rast gəlinmir. Amma hədislərdə 
belə bir ənənənin də müsəlmanlar arasında olduğunu görürük. 
Hədislərdə o da bildirilir ki, insan bir şeyi sidq ürəkdən dilə-
dikdə mələklər də”amin” deyər. Ona görə də hər kəs dilədiyi 
şeyə diqqətlə yanaşmalıdır. Adətən, xoş  məramlı edilən 
dualarla yanaşı, bəzən insanlar fərqinə varmadan öz əzizlərinə 
 
18
qarğış edirlər. Bu zaman mələklər də”amin”desə və dua qəbul 
olunsa, görün necə böyük faciələr baş verər. Allah bütün xoş 
dualarımızı  qəbul etsin. “Amin” demək sünnətdir. Bu o 
deməkdir ki, Muhəmməd Peyğəmbər (s.ə.s.) özü də belə edib 
və müsəlmanlara bunu məsləhət görüb. Bu məsələ ilə 
əlaqədar aşağıdakı hədislərdə belə qeyd edilir.  
Hz. Rəsulullah (s.ə.s.) belə buyurmuşdur:  
1) “Pişnamazda: “Amin”, – deyən kimi siz də: “Amin”, – 
deyin. Çünki kimin “amini” mələklərin “amini” ilə üst-üstə 
düşsə, keçmiş günahları bağışlanar” 
Buxarinin külliyatında belə bir hədis də var:  
2) “Qari (oxuyan zaman), “amin” dedikdə siz də deyin. 
Çünki mələklər də“amin” deyirlər. Kimin “amini” mələklərin 
“amini” ilə üst-üstə düşsə, keçmiş günahları bağışlanar”.  
(Buxari,  Əzan-112, Müslim, Səlat-72 (410), Muvatta, 
Səlat-44 (1, 87) Tirmizi, Səlat-185. Nəsai,  İftitah-34-35, 
Buxari, Dəavat-63) 
       
Allahın başqa dinlərdə olan isimləri 
 
Bütün varlıqları yaradan və ümumilikdə idarə edən İlahi 
Varlıq sözü "İlah”dır.  İlah sözü nəzərdə tutduğumuz Allah-
Yaradan, Yaşadan, Yardım edən, ən Uca, ən Böyük kimi ən 
ülvi mənaları özündə  əks etdirir. Hazırda işlətdiyimiz Allah 
sözünün kökündə  məhz „İlah“sözü dayanıb. Sadəcə,  ərəb 
dilində bu kəlmənin  əvvəlinə „AL“(əl) müəyyənlik artikuli 
qoşulub və artıq müəyyən "İlah" mənası verən, daha dəqiq, 
daha konkret olan”Allah" sözü ərsəyə  gəlib. Lakin ərəb 
dilinin qramatikasının inkişafı tarixində “Al” müəyyənlik ar-
tikulindən sonraki "İ" saitinin öz mahiyyətini itirməsi nəticə-
sində “Al-lah ” ifadəsi “Allah” kimi oxunmağa və səslənməyə 
başlayıb.  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə