Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə7/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   2   3   4   5   6   7   8   9   10   ...   84

 
27 
Rəhman “Mən”likdir, Rəhim vücuddur.  
Rəhman şəfqətdir, Rəhim mərhəmətdir 
Rəhman kişidir, Rəhim qadındır.  
Rahman Əli’dir, Rəhim Fatimədir.  
Rəhman Ərşı Əladır, Rəhim Cənnətdır.  
Rəhman Əli’dir, Rəhim Muhəmməddir. (s.ə.s.) 
Rəhman Əhməddir, Rəhim Muhəmməddir. (s.ə.s.).  
Rəhman qaranlıqdır, Rəhim qaranlığı aydınlığa 
çevirəndir.  
Rəhman yaradandır, Rəhim yaradanın yaradıcılığını 
sərgilədiyi zühur məkanıdır.  
Rəhman başdır, Rəhim gövdədir.  
Rəhman malikdir, Rəhim malikə yetişdirəndir.  
Rəhman ruhdur, Rəhim şüurdur.  
Rəhman Mürşidi-Kamildir, Rəhim arzu edənlərdir.  
Rəhman Əmr aləmidir, Rəhim Xalq aləmidir.  
Rəhman şəfqətdir, Rəhim mərhəmətdir.  
Rəhman zamandır, Rəhim məkandır.  
Rəhman “Mən”likdir, Rəhim vücuddur.  
Rəhman ruhdur, Rəhim şüurdur.  
Rəhman başdır, Rəhim gövdədir.  
Rəhman qaranlıqdır, Rəhim qaranlığı aydınlığa çevirən-
dir.  
Rəhman qurbiyyətdir, Rəhim nübuvvət.  
Rəhman Ərşi-Əladır, Rəhim Cənnət.  
Rəhman malikdir, Rəhim malikə yetişdirən.  
Rəhman Bəqa cəhəti olan Ruhu Əzimunşşan, Rəhim Fani 
cəhəti olan bəşrəiyyətdəki halıdır.  
Rəhman yaradandır, Rəhim yaradanın yaratdıqlarını, 
yaradıcılığını sergilədiyi zühur məkanıdır. Hansı  məqamdan 
nəzər etsəkdə, Rəhman və Rəhimi ayrı-ayrı seyrlərdə görərik. 
Hər seyrdə  Rəhman və  Rəhimi iki cəhətdə, eşq-məhəbbətlə 
birlikdə tək və bütün görərsən. Qadın ilə kişi, Zatı etibarilə də 
 
28
birdirlər. Şəxsiyyət kimi bir-birinin aynasıdırlar. Aralarındakı 
fərq sifətdir. Biri Rəhmandır, biri Rəhimdir. Sifətləri də bir-
birlərini tamamlayarlar.  
Beyti: Bihəqqıkə Ya Rahmənu bi Rahmətilləti,  
Əhətət fəkun li ya Rahimu mucəmmilə.  
Mənası: Hər yeri bürüyən rəhmətində maddi və  mənəvi 
ruzimi dilərəm Ya Rəhman! Əbədi dünyada mənə rəhm ehsan 
et. Ey Rəhim ! 
 
 əl-Məlik-90-Bütün kainatın sahibi və hökmdarı. 
Məlikul-Mulku: Mülkin sahibi, yeganə, tək və davamlı sahib 
olandır.  
 “Ya  zəl-cəlali vəl ikram”və “Ya Malikəl-mulki ya zəl 
cəlali vəl-ikram”ismi- şəriflərini oxuyan kimsə, hər mətləb və 
məqsədinə nail olar. Zul-Cəlali Vəl-İkram, Cəlal(böyüklük və 
ululuq) və Kərim sahibidir.  
Ümumuyyətlə,  əl-Məlik-“Həqiqi hökmdar”olan Allahın 
“Məlik” ismi Quranda beş  dəfə keçmişdir. Yusuf surəsində 
Misir kralı üçün “Məlik” kəlməsi istifadə edilmişdir. Bəqərə 
surəsi 246-cı ayədə Talut üçün də“Məlik” kəliməsindən isti-
fadə edilmişdir. Fatihə surəsində və Ali-İmran surəsi 26-cı və 
Qəmər surəsi 55-ci ayələrdə də “Məlik” ismi zikr edilmişdır.  
Bu ayədə bildirilir ki, Mülkin Maliki olan Allah, Quranın 
da sahibidir. Bütün mülki tək-tək sayıb bildiyi kimi Quranın 
da hər hərfini tək-tək sayıb bilir. Bu isə, Quranın Allahdan 
gəldiyini göstərir. Bu ayəyə qədər Allah ismi 306 dəfə, eyni 
kök hərflərindən gələn  İlah kəlməsi 11 dəfə, Məlik kəlməsi 
bir dəfə keçmişdir. Buna görə burada “Allahummə” kəlməsi 
319-cu sıradadır. Bu ifadənin əbcəd dəyəri 319-dur. Quranda 
bu ayədə  gələn “Allah” və “Məlik” isimlərinin bu ayəyə 


 
29 
qədərki təkrar sayı: 319-dur. Bu ifadənin Quranda yer aldığı 
ayə də 319-dur.  
N. Gəncəvinin “Mal sahibi, mülk sahibi, hanı bunun ilk 
sahibi” dediyi kimi Hz. Adəmdən bu günə  qədər neçə Pey-
ğəmbərlər, kral, şah, padşah, Qarunlar, Fironlar gəldi-getdi. 
Heç biri bu dünyadan bir ovuc topraq belə götürə bilmədilər. 
Əslində torpağın yetişdirdiyi ruzilər ilə  bəslənən bədənimiz 
yenidən torpağa geri qaytarılacaqdır. Bu səbəbdən də Mülkin 
sahibinin Allah olduğunu bildikdən sonra bu mülk üzərində 
yaşayarkən mülkin sahibinin qoyduğu  şərtlərə, qanunlara 
riayət edərək yaşamağa çalışmalıyıq.  
Kainatı yaradan və qoyduğu təbiət qanunları ilə dünyanı 
idarə edən və heç kəsi özünə şərik etməyən Allahın “Məlik” 
isminə iman edən bir mömin, təbiətin Allahın Mülki 
olduğunu qəbul etdikdən sonra, yer üzündə Allahın yaradıb, 
yaydığı torpağın üzərində elə yeriyər ki, bir qarışqaya, bir 
bitkiyə belə zərər verməsin.  
Hər gün namazda “Nas” surəsini oxuyarkən insanların 
tək hökmdarı Allah olduğunu iqrar edirik. Allahın yaratdığı 
bəndələrini haqsız yerə incitməkdən çəkinməyə çalışırıq. 
“Məlik” olan Rəbbimiz də  bəndələri arasında heç bir fərq 
qoymadan, bu mömindir və ya kafirdir deyərək, dil, din, 
millət fərqini etmədən belə hamıya can və  bədən verir və 
hamının da öz ruzisini verir. Hamıya eyni günəşi, ayı, gecəni, 
gündüzü və müxtəlif nemətləri bəxş edir.  
Ruzi üçün bu ayəni oxuyun:  
 
 
30
Oxunuşu: Qul Allahummə  Məlikəl Mulki tu`til Mulkə 
mən təşau və  tənziul Mulkə mimmən təşəu və tuizzu mən 
təşau və tuzilli mən təşəu biyədikəl xayru. innəkə alə kulli 
şeyin qadir.  
1. Bu ayənin vəqfini kiçik bir qızıl lövhə üzərində 
yazdırıb üzərində  gəzdirən kimsə  hər kəs tərəfindən hörmət 
görər. Zülm və haqsızlıq görməz, qüvvətli və nüfuzlu olar.  
2. Bu ismi-şərifi hər namazdan sonra 90 (doxsan)dəfə 
oxuyan kimsə zahirən və batinən çox qüvvətlənər. Çox mal 
mülk sahibi olar. Hər cür təhlükələrdən qorunmuş olar.  
3. Hər namazdan sonra 121 dəfə  əl-Məlik ismini zikr 
edən bütün insanlar arasında şərəf və etibarı çox olar.  
4. Hər gün qəlbən inanaraq ( 40 gün müddətində )” Ya 
Məlik” ismi-şərifini 101x101=10201 dəfə oxuyarsa və  hər 
101-dən sonra aşağıdakı duanı oxuyarsa, çox böyük yardım 
və lütflərə nail olar.  
 
 


 
31 
 
 
Bismilləhir Rahmənir Rahim. Allahummə  əntəl məlikul 
quddusu heyyil ərvahi vən nufusi məlikur riqabi və musəb-
bibul  əsbəb. Yə  Məlikə yovmiddini və muqarribəl bəi`di və 
mucibəl muztarrinə lə iləhə illə əntəl vahidul əhəd. zəllət ləkə 
riqabul muluki vəsara kulli məlikin ləkə abdən məmlukən. 
Əsəlukə Alləhummə bismikəl məlikil quddusi ən təmlıkə-
niyyi nəsıyəti təkşifəli həqaiqa aləmil cəbərutil ləhutıyyi bi 
əsrarir rabbəniyyəti vəl  əyətil məktubəti və  əsvədə bi işraqı 
cinsi və  məllikni. Allahummə  nəsıyyəti avəlimusmikəl 
ə`əzamilləzi tə  əzzəztə bihi vələ tusəmmə bihi ğayrukə  yə 
məluku ya Quddusu Ya Məlikəl Mulki ya Zəl Cəlalu sahibu 
həzəl ismil cəlili və  mədinnini biruhin min ruhəniyyətikə 
yəxdimni fi cəmii həvaici ya rabbəl aləmin.  
5. Bu ismi-şərifini oxuyan hər kəs izzət və hörmət sahibi 
olar, davamlı oxuyan kəs halal mal ilə zəngin olar.  
Duası: Ya Məlik!Kimsənin kimsəyə fayda vermədiyi gün 
hökm Sənindir. Göylər yarılarkən, sahibim Sənsən! Ulduzlar 
 
32
dağılarkən sahibim Sənsən!Varlığım mənə aid deyil, varım-
yoxum Sənsən!  Əlimdə olanlar mənim deyil, sahib olduq-
larım da Sənindir! Yoxluğa düşürmə  qəlbimi. Darlıq vermə, 
qəlbim Sənindir! Sonsuz bəxtiyarlıq və xeyirli elm ver bizə, 
Ya Rəbb!                         
   
 
əl-Quddus-170- Xətada, bəladan qəflətdən, hər cür ayıb 
və qüsurlardan, acizlikdən, bütün nöqsanlardan uzaqdır, 
tərtəmiz olandır. Quddus isminin, kainatdaki təcəllisi, səma 
üzündən dəniz üzünə, çiçəklərdən düzlərə  qədər olan hər 
şeydə mükəmməl bir təmizliyin hökm sürməsidir.  
əl-Quddus ismi Quranda iki dəfə keçmişdir. (Həşr-23 və 
Cumə-1) 
İnsanı dünyaya gətirərkən günahsız və təmiz yaradan Uca 
Rəbbimiz, böyüdükcə çirklərini dəstəmaz və qüsulla təmiz-
ləyir. Günahlarımızı tövbə və istiğfarla təmizləməyi öyrədən 
isə Allahın “Quddus” isminin təcəllisidir.  
Bizim çirklətdiyimiz Yer üzü yağıntılarla (yağış, qarla) 
təmizlənir, günəşlə qurudulur. Çirklənən suları buxara dön-
dərir, havanı təmizləyib, yenidən tərtəmiz yağışa döndərərək 
yerə endirir. Rəhmət damlalarıyla dünyamızı təmizlədiyi kimi 
Quranın rəhmət ayələri ilə də bizim batinimizi və zahirimizi 
təmizləyir.  
İmanla bizi şirk, inkar pisliyindən təmizləyir. İtaətlə bizi 
üsyan küfründən təmizləyir. Dinlə bizi kindən və  qəzəbdən, 
nifrət və müxtəlif nəfsani rəzalətlərdən təmizləyir.  
Tövratın endiyi yer “Müqəddəs vadi”dir. (Taha 12), 
Quranı gətirən Cəbrail “Ruhul Quddus”dur.” (Nəhl-102)  
Bizlər də bu dünyadan Rəbbimizin hüzuruna tər-təmiz 
getmək istəyiriksə, “Quddus” olan Rəbbimizin “Müqəddəs” 
kitabı olan Qurana görə həyatımızı qurmalıyıq.  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə