Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə10/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   6   7   8   9   10   11   12   13   ...   84

 
41 
“əl-Muheymin” ismi, Quranda Rəbbimizin ismi olaraq 
bir dəfə keçmişdir. “O, Salamdır, Mömindir, Muheymindir.” 
(Həşr-23) 
Rəbbimiz Quranı bizə tanıdarkən: “Biz, sənə kitabı haqq 
ilə  səndən  əvvəlki kitabları (Tövrat, Zəbur,  İncili )təsdiq et-
mək və onu qorumaq üçün endirdik.” (Maidə-48) Allahın 
Muheymin isminə iman edənlər Allahın bu kitabları endirib 
qoruduğu kimi öz qəlblərində onları qoruyarlar.  
Məhəmməd Füzuli: “Muheymina, Samədə, bəndei siyəh 
ruyəm Sahifei aməlim məsiyət həddilə qara” Yəni: “Mu-
heymin və Saməd Allahım! Qara üzlü bir qulunam. Əməl 
dəftərim üsyan yazısıyla qapqaradır”-deyərək əfv diləyir.  
Bir insanın daxilini Allahın “Mumin” ismi, xaricini isə 
“Muheymin” ismi qoruyar. Məsələn: Allah, bir qozun xaricini 
“Muheymin” ismi ilə mühafizə edir. Lazım gələrsə, içindəki 
ləpəni qorumaq üçün qabıq özünü sipər edər. Başqa bir misal: 
Balıqlar dənizdə “Mumin” ismi ilə qorunur. Dəniz özü isə 
Muheymin və Allahın buna bənzər digər isimləri ilə qorunur.  
Bu ismi zikr etmənin böyük faydası, insanın diqqətli 
olması və onun hər hərəkət və duyğusundan Allahın xəbərdar 
olmasına  əminlikdir. Bu isim insan ruhuna böyük bir hüzur 
və sakitlik bəxş edər.  İnsanı qoruyub saxlayan, onun etdiyi 
hər  əməlindən, ibadətindən, yaxşılığından Allahın xəbərdar 
olmasına və Allahın onu görüb duymasını hiss edərək 
yaşamasına səbəb olar. Allahın qoruması altında olduğunu 
hiss etmək isə qəlb üçün böyük bir güvənc və hər əməli üçün 
cavabdehlik qaynağıdır.  
1.  əl-Muheymin ismini 145 dəfə oxuyan qalib olar, 
qəlbində elm nuru parlayar.  
Allahin bu ismini zikr etmənin böyük faydası vardır, 
insanı gözəl işlər görməyə həvəsləndirib, pis işlərdən də uzaq 
durmağı öyrədər.  
 
42
2. “Ya Muheymin” ismini hər namazdan sonra 145-dəfə 
zikr etmək insanı bütün pisliklərdən qoruyar. Allah onu insan 
və şeytan şərindən qoruyar.  
3. Kim niyyət edərək bir həftə ərzində gecə namazından 
sonra 5000 dəfə “Ya Muheymin” ismi-şərifini zikr edərsə, 
dini elmlərin sirlərinə bələd olar.  
4. Bir müsəlman“Ya Muheymin”ismi-şərifini 145 dəfə 
dəstəmazlı vəziyyətdə zikr etsə, mənəvi dərəcəyə və arzusuna 
çatar. Bu ismi-şərifi davamlı oxuyan kimsənin izzət-şərəfi, 
zəka-yaddaşı çox olar.  
Bu mübarək ismin bir çox ilahi sirləri vardır və bu ismi-
şərif övliyaların da zikr etdiyi isimlərdəndir. Bu zikri 
145x145=21. 025 şəklində zikr etməklə bir çox elmi sirləri 
öyrənmək olar.  
5. Dostluq və  məhəbbət niyyəti ilə namazdan sonra bu 
ismi zikr edən arzusuna çatar.  
Beyti: Və ya Muminu həbli əmənən muhəqqaqa,  
Və sitran cəmilən ya Muheyminu musbəla.  
Mənası: Ya Mumin! Mənə həqiqi və gerçək güvənci ba-
ğışla. Ya Muheymin! Gözəl olan örtüyü üzərimə yay, mənim 
günahlarımı ört, gizlət, əfv eylə...  
Duası: ”Ya Muheymin! Sənsən qəlblərin sığınacağı, Sən-
sən kimsəsizlərin dayağı, Sənsən haqqı himayə edən, Sənsən 
ağlımı çaşmaqdan qoruyan, Sənsən ayağımı  tələlərdən qoru-
yan, Sən ki, zəifləri qüvvətlilərin şərlərindən himayə edərsən
Məzlumların haqqını zalımlardan almağı vəd edərsən, Sən ki, 
mənim ən kiçik arzularımı belə bilir, mənə mərhəmət edərsən, 
Nəfsimə aldanmaqdan qoru məni. Bizi Sənsiz buraxma, Bizi 
xeyirli elmindən ayırma Ya Rəbbim!” 
 
 


 
43 
əl-Əzizu-94-İzzət sahibi, əziz-izzət və  şərəfdə  bənzəri 
olmayan, həmişə qadir və qalib olan deməkdir. Məğlubiyyət 
bilməyən güclü və tək qalib olandır.  
Ona hər an şiddətlə ehtiyac duyulan və Ona çatmağın 
mümkün olmadığı zat deməkdir.  
əl-Əziz ismi Quranda 90 dəfə keçmişdir. Quranın Allah 
kəlamı olmasını  və Quranın sifətini bildirən Əziz kəlməsi isə 
bir yerdə, Fussilət surəsi 4-ci ayədə gəlmişdir. “Əziz “kəlməsi 
Yusuf surəsində Misir şahının vəziri olan Əziz ismi kimi, 
Tövbə surəsi 128-ci ayədə Peyğəmbərimizin bir sifəti kimi 
keçmişdir.  
Əziz olan Allaha könül verən kişi izzət tapar. Allahın 
yüksəltdiyini kimsə alçalda bilməz. Allahın alçaltdığını kimsə 
yüksəldə bilməz. Qəlbdə haqq böyüdükcə, dünya kiçilir. 
Dünya kiçildikcə insan özünü tanıyır, özünü tapır.  İnsanın 
kimliyi isə  qəlb, bədən və dildən ibarətdir.  İnsan bədəni dili 
ilə alçalırsa,  şərəfinin yarısı gedər, qəlbi ilə alçalarsa, onda 
hamısı gedər. Allah qorusun.  
Toplum içində etibar qazanmaq, evdə, işdə hörmət 
qazanmaq, qorxu halında olanda, yolda çaşıb qalanda bu 
ismi-şərifi zikr etmək xeyirlidir. Ruzini artırmaq, evdə sevgi 
və hörmət, məhəbbət yaratmaq və insanlarla yaxşı münasibət 
yaratmaq üçün bu ismi-şərifi zikr etmək lazımdır. Bu zikri 
davamlı oxuyanlar dünyada və axirətdə şərəfli bir yerə sahib 
olurlar. Bu əsmanın əbcəd sayıdır: 94/8836 
1. “Ya Əziz”deyə 40 gün sabah namazından sonra 40 
dəfə oxuyan müsəlman heç kimə möhtac olmaz. İzzət və 
şərəfli, qüvvət və mətanətli olar və düşmənlərinə qalib gələr.  
1.”Ya  Əziz“ ismini qızıl bir lövhənin üzərinə yazdırıb 
üzərində gəzdirən və hər namazdan sonra 94 dəfə “Ya Əziz” 
ismini zikr edən kimsə düşmənlərinə qalib gələr.  
2.”Ya Əziz “ismini hər gün 94 x 94= 8838 dəfə oxuyan 
və heç zaman bu zikri tərk etməyən kimsə üçün Allah ruzi, 
 
44
izzət və  səadət qapılarını açar. Peyğəmbərimiz Muhəmməd 
(s.ə.s.) buyurmuşdur ki: ”Az olub, ancaq davamlı olan ibadət, 
çox olub tərk olunan ibadətdən xeyirlidir”  
Beyti: Azizən əzil ən nəfsiy-əz-zullə və əhmini 
Bi izzikə ya Cəbbaru min kulli mudələ.  
Mənası: Ey Əziz Rəbbim! Nəfsimdən zilləti çıxar, çətin 
və müşkül işlərimi asanlaşdıraraq mənə yetiş, Ya Cəbbar!  
Duası: ”Ya Əziz! İzzət Sənindir Səndəndir izzət. Sən is-
təsən heç kim zillətə düşməz. Sən verməsən, heç kimdə izzət 
qalmaz. Qəlbim yalnız Səni anar. Varlığında  əziz eylə  qəl-
bimi. Ruhum yalnız Səni anar, hüzurunda əziz eylə ruhumu. 
Halım yalnız Sənə  bəlli. Başqalarının yanında rəzil etmə 
məni. Bizi Sənsiz buraxma, bizi bizə buraxma, Ya Rəbbim! 
Amin... Amin... Ya Cəbbar!” 
 
əl-Cəbbar-206-Hökmünü bütün varlıqların üzərində yeri-
dəndir. Əmr və fərmanına qarşı çıxılmayan, qırılanları düzəl-
dən, bağlayan, istədiyini güclə etdirməyə də gücü çatan.  
Hər günah işlətdiyimizdə  qəlbimizdə qara bir iz qoyur. 
Günlər gəlib keçdikcə, günah əməllər çoxaldıqca artıq qəlb 
qapqara qaralır və qəlbin təmizlənməsi üçün isə artıq Allaha 
dönmək həvəsi də sönər. Allah ona axirətdə mütləq əzab edə-
cək qorxusu onun qəlbinə dolar. Başına gələn bəla və  fəla-
kətlər onun üçün artıq mənasız olar. Artıq onun üçün hidayət 
qapısı bağlanar və qəlbi də möhürlənər. Allah da belə insan-
ların “əl-Cəbbar” ismi ilə dünyada öz üsyanları ilə özbaşına 
buraxmışdır, axirətdə  də onun böyük əzaba uğraması üçün 
hökm vetmişdir.  
“Qırılanı, pozulanı düzəldən, hər şeydən uca və istədiyini 
güclə etdirən”, - mənalarına gələn “Cəbbar” ismi Quranda bir 
dəfə zikr edilmişdir. (Həşr-23) O Özündən başqa heç bir tanrı 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə