Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə11/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   7   8   9   10   11   12   13   14   ...   84

 
45 
olmayan, ixtiyar sahibi olan, bəndələrinə salamatlıq,  əmin-
amanlıq bəxş edən, göz-qulaq olub qoruyan, yenilməz qüdrət 
sahibi, hamını istədiyi hər hansı bir şeyə məcbur etməyə qadir 
olan, Allahdır.  
1. Bu ismi zikr edən kimsənin əmr və arzularına qarşı heç 
kəs çıxa bilməz. Hər kəs tərəfindən sevilər və hörmət edilən 
adam olar.  
2. Bu ismi zikr etməyi adət edən bir həkim xəstələrini 
özünə inandıraraq tez sağalmalarına şərait yaradar.  
“Ya Cəbbar. Ya Zul Cəlali vəl ikram “zikrini gündə 1306 
dəfə zikr edən kimsə hamı  tərəfindən sevilər və  hər kəsin 
gözünə şirin görünər.  
3.”Ya Məlik, Ya Cəbbar “ bu ismi-şərifləri 296 dəfə 
oxuyarsa və hər yüz dəfədən bir “Ya Cabira kulli kəsirin” və 
ya Musəhhilə kulli əsir” deyə oxuyan kimsə böyüklər yanında 
hörmətli və əziz olar.  
4. Bir zalımın zülmünə məruz qalan və zalımın ondan əl 
çəkməsini istəyən kimsə bir gün oruc tutub, bir və ya bir-iki 
nəfərlə bir oturuşda 42436 dəfə “Ya Cəbbar “ ismini zikr 
edərsə, həmin zülmkar peşman olar.  
Oxunuşun sonunda 41 dəfə  aşağıdakı duanı oxumaq 
lazımdır. 
 
Huvallahulləzi lə iləhə illə hu. alimul ğaybi vəş şəhədəti 
hivər rahmənir rahim.  
4.”Ya Quddus, Ya Cəbbar” isimlərini çox oxuyanların” 
Ya Quddus” günahlarını aparacaq, ”Ya Cəbbar” gizlədəcək 
və Ayətəl-Kürsü də bizi qoruyacaqdır. Bu zikr fiziki bədə-
nimizi, auramızı gücləndirəcək və xəstəliklərə qarşı dözümlü 
edəcəkdir.  
 
46
5. Bir müsəlman hər gün 21 dəfə “Ya Cəbbar” ismi-
şərifini zikr etsə, hər cür müsibətlərdən əmin olub, qorunmuş 
olar. 211 dəfə oxuyan həbsdən qurtarıb, arzusuna çatar. Zalı-
mın zülmünə  uğrayan kimsə, bu ismi-şərifi davamlı oxusa, 
zalımın zülmündən qurtarar.  
6. Onurğa xəstəliyi üçün: “əl-Cəbbar” ismini zikr etmək 
xeyirlidir.  
Duası: ”Ya Cəbbar! Sən ki məğrurları gururlarına  əsir 
edərsən. Sən ki, təkəbbürlənənlərin boynuna öz kibr yükünü 
yükləyərsən. Sən ki, zor işlədib, zülm edənlərin vicdanlarını 
öz ayaqlarında həbs edərsən. Ya Allahım yüküm ağır, özgə-
lərin də yükünü üzərimə almağa vəsilə olacaq dilimi, gözü-
mü, qulağımı  Sənə  həvalə edirəm. Qoyma insanlara paxıllıq 
edim, qısqanım, həsəd və qeybət edim. İnsanların ayıblarını 
araşdırıb, öz ayıblarımı unudum, insanları güdərək, izləyərək 
mənliyimi itirim. Allahım, qoyma yalanlarla, şübhələrlə, 
vəsvəsə və xislətimdən döğan düşüncələrlə insanlara şamatət, 
rişxənd edərək özümü bəla, müsibət və  fəlakətlərə sürüklə-
yəm. Özgələrin günahlarına bürünərək Cəhənnəmə sürünəm. 
Sən istəsən, kimsə zillətə düşməz. Sən verməsən, heç kəs iz-
zət sahibi olmaz. Yalnız sənə sığınıram. Yaxınlığınla qəlbimi 
əziz eylə. Halım yalnız sənə  bəllidir.  Əstəğfirullah,  Əs-
təğfirullah,  Əstəğfirullah,  Əfvinə  sığınıram. Bizə xeyirli elm 
nəsib eylə!”  
 
əl-Mutəkəbbir-622-Yaratdıqların vəzifələrinə  bənzəmək-
dən ucadır.  Əzəmət və ucalığını izhar edən. Hər  şeydə, hər 
hadisədə və hər zərrədə böyüklüyünü göstərən və böyüklüyü 
görünən deməkdir.    
"O, elə Allahdır ki, Özündən başqa heç bir Allah yoxdur. 
O, mülkin sahibidir, qüsursuz münəzzəhdir, salamatlıq verən-


 
47 
dir, əmniyyətə qovuşdurandır, saxlayıb qoruyandır, üstündür, 
istədiyini mütləq edən, böyüklükdə tayı olmayandır. Allah, 
müşriklərin ortaq qoşduqları şeylərdən münəzzəhdir. " 
“Mutəkəbbir”ismi Qurani-Kərimin Həşr surəsinin 23-cü 
ayəsində bir dəfə zikr edilmişdir. Özünü Allah yerinə qoyan, 
böyüklük axtaran Fironun haqqında Mumin surəsi 27-35-ci 
ayələrdə Mutəkəbbir olaraq tanıdılır. Sonra da zalim birinin 
ədalətlə  cəzalanmasını  təsvir edir. Lakin Mutəkəbbir olan 
Allah isə bir zərrədən tutmuş ulduzlara qədər olan yaratdıqla-
rının yalnız Onun hökm və istəyi ilə olduğunu və Yaratdıq-
larının heç nəyə qadir olmadığını bildirir. Həmçinin həddini 
aşanın mütləq cəzalandırılacağını Quran ayələrində müxtəlif 
misallarla açıqlayır. (Nəcm 17)  
Mutəkəbbir -Mutləq böyük və ulu olan. Böyüklüyü, 
əzəmətilə sonsuz olan Allah deməkdir. Bu əsma cin və insdən 
düşmənləri olanlara bir zireh kimidir. Günaha girməkdən 
özünü qorumayanlar bu əsmanı çox oxusalar, istəsələr də 
belə, günah etməyə  cəsarət etməzlər. Cinnilər bu əsmadan 
çox çəkinirlər. Mutəkəbbir  əsmasının təcəllisi cinləri məhv 
edib öldürə bilər. Ruh xəstəliklərinə  uğrayanlar bu ismi 
anmaqla böyük xeyirlər qazanarlar.                                       
1. Ayın ilk bazar günü günəş doğarkən “Ya Allah, Ya 
Mutəkəbbir cəllə  cəlaluh” deyə zikr edən kimsə zalımdan, 
vəhşi heyvanlardan özünü qoruyar və arzusuna çatar.  
2. Kim Cümə günü Günəş doğarkən bir lövhə üzərində 
“əl-Mutəkəbbir” isminin vəqfini yazıb, yüksək bir yerdən 
asarsa, o iş yeri bütün pisliklərdən və  zərərlərdən qorunmuş 
olar.  
3.”Ya Mutəkəbbir” ismi-şərifini davamlı zikr edən kim-
səyə, Allah xeyirli övlad qismət edər, geyim və bərəkət içində 
yaşayar.  
4. Bazar günü günəş doğarkən müşk və ya zəfəranla.”Ya 
Mutəkəbbir” ismi-şərifini yazıb, üzərinə “Ya Allah, Ya 
 
48
Mutəkəbbir cəlli cəlaluh” deyə zikr edən və bunu davamlı 
surətdə oxuyan kimsə hamı tərəfindən hörmət və qayğı görər, 
sözü hər yerdə keçər, hamı tərəfindən sevilər. Başqa canlılar 
ondan qorxar. Hər gün yeni-yeni nailiyyətlər əldə edər. Əbcəd 
sayı 662/438244 
Beyti: Vədə cumlətəl ə’dai ya Mutəkəbbir 
Və ya Xaliqu huzli əniş şərri mə`zilə.  
Mənası: Bütün düşmənləri  alçalt  Ey  Mutəkəbbir! Məni 
şərdən qurtararaq, şərliləri məndən ayır Ya Xaliq!  
Duası: ”Ya Mutəkəbbir! Mən acizəm, Sən Qadirsən. Mən 
fağıram, Sən Rəhimsən.  
Mən ölüyəm, Sən Heyysən, Mən çarəsizəm, Sən əhədsən. 
Mən möhtacam, Sən Samədsən, Mən çağırım, eşidən Sənsən. 
Mən koram, görən Sənsən, Mən dilsizəm, danışan sənsən. 
Mən yaradılmışam, yaradan Sənsən, Mən yoxam, var edən 
Sənsən.  
Mən heçəm, ancaq əməllərim böyükdür, Mən yoxsulam, 
ancaq istəklərim çoxdur, Mən istərəm, çünki Sən böyüksən. 
Ey Allahım Sən, Səni, Özünü bildiyin kimisən. Mənim 
həddim isə bilmədiyimi bilməkdir. Məhəbbətini könlümüzdə 
bərqərar edən Rəbbimiz! Bizi xeyirli elm dənizində üzdür.”  
 
 
əl-Xaliq-731-İstədiyi kimi yaradan. "Rəbbiniz Allah 
Odur. Ondan başqa Allah yoxdur. O, hər şeyin yaradıcısıdır. " 
Yaradan mənasına gələn “əl-Xaliq” ismi Quranda səkkiz 
yerdə təkrarlanmışdır. 150 dəfə yaratdı, yaradır şəklində Alla-
hın yaratmasını  xəbər verən ayələr vardır. “Kun-Ol” əmrilə 
kainatı yaradan, topraqdan çiçək yaradan kimi Adəmi yara-
dan, məni də yaradan, bu yer üzünün torpağını bütün canlılar 
üçün yaradan Odur.  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə