Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə12/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   8   9   10   11   12   13   14   15   ...   84

 
49 
İnsan və təbiət Xaliqimizin bizə əmanətidir. Onu qoruyaq 
və könül Kəbəsini oda verməyək.  
əl-Bəqərə-29-Yer üzündə  nə varsa, hamısını sizin üçün 
yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında 
düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!  
əz-Zariyat-56-Mən cinləri və insanları yalnız Mənə 
ibadət etmək üçün yaratdım! 
1. Sıxıntı  və  çətinliklərdən qurtarmaq və  mətləb və mu-
rada çatmaq üçün dəstəmaz alaraq 731 dəfə Ya Xaliq ismini 
zikr etmək xeyirlidir.  
2. Övlad istəyən qadın Qoç, Aslan və Oxatan bürclərində 
olanda gümüş bir üzüyün içinə “Xaliq” ismi-şərifinin vəqfini 
yazdırıb üzərində gəzdirsə, övladı olar.  
Beyti: Və dəcumlət-əl ədai ya Mutəkəbbir 
Və ya Xâliqu huzlî əniş-şərri məzilə  
Bütün düşmənləri alçalt, ey Mutəkəbbir! 
Məni şərdən qurtararaq, şərliləri məndən ayır Ya Xalıq.  
Duası: ”Ya Xaliq! Sən ol deyincə  hər  şey olar. Ol! de 
olum... Yaratdıqlarının arasında qalım. Xəlq etdiyin kimi əx-
laqlanım, Sən gözəl yaratdın deyə gözəl oldum, Hər an qəlb 
və sima gözəlliyimdə qala bilim. Ancaq Sənin qapının qulu-
yam. Sadəcə yalnız Sənə heyran bir qulunam mən. Səndən 
xeyirli elmini diləyirəm. Ya Rəbbim! Məni Öz elminlə bütöv 
əhatə et, Ey Rəbbim!” 
 
 
əl–Bariu-214-Yaradan, icad edən, var edən mənasındadır. 
Ən gözəl və yaxşı düzəldən.  əl-Bari ismi Quranda üç dəfə 
keçmişdir. (Həşr 24, Bəqərə-54) 
Torpaqdan insanı yaradan Xaliq, o insanda əl, qol, üz, 
göz və əzalar düzəldən Baridir.  
 
50
1. Bir müsəlman 7 gün, 100 dəfə”Ya Bariu”ismi-şərifini 
oxusa, maddi və mənəvi bəla və müsibətlərdən əmin olar.  
2. Hər gün zikr edən qəbir vəhşətindən, qorxu və 
qaranlıqdan qurtarmış olar.  
3. Övladı olmayan qadın 7 gün oruc tutub və hər iftarında 
“Ya Xaliqu, Ya Bariu, Ya Musavvir!”ismi-şəriflərini 21 dəfə 
zikr etsin.  
4. Haqsız yerə  həbs edilən bir kimsə  dəstəmazlı 
vəziyyətdə bir dəfəyə 45796 dəfə  “əl Bariu” ismini zikr 
edərsə, o adamın xeyrinə hökm verilər. Bu işi 2-3 nəfər də 
birlikdə  də edə bilər,  əvvəlcə iki rükət niyyət edərək namaz 
qılmaq, sonra zikr edib qurtarana kimi dünya söhbətlərini 
etməmək lazımdır.  
5.  Bu  ismi  sənətkar insanlar daha çox zikr etsələr, 
işlərində yeni-yeni nailiyyətlər əldə edərlər.  
6. Başı çox ağrıyan kimsə “Ya Bariu”isminin vəqfini bir 
gümüş üzüyün üzərində yazdırıb barmağına taxarsa, az bir 
zamanda xəstəlikdən qurtarar.                   
 
 
əl-Musavviru-336-Hər  şeyə  təsir edən, bütün varlıqlara 
şəkil verəndir, cild və qiyafətlərə salan. Hər məxluqu  əzəli 
hikmətini bildiyi kimi sürətləri də yaradan Allahdır.  
1. Düşmənliyi dostluğa çevirmək üçün olduqca xeyirlidir. 
Övladı tez-tez düşən qadınlar bu əsmanı hamiləlikləri boyun-
ca oxusalar, Musavvir olan Allah onu qoruyar.”Musavvir” 
ismi hörmətinə xeyirli, ruzili övlad qismət edər.  
2. Bir müsəlman 336 dəfə ”Ya Musavvir” ismi-şərifini 
zikr etsə, bəla və afətlərdən, sıxıntı və müsibətlərdən qorun-
muş olar.  
3. İstədiyi kimsəni və istədiyi mətləbə aid işarəni yuxuda 
görmək üçün yatarkən niyyət edərək 1000 dəfə müqəddəə 


 
51 
həriflərindən ”Kəf, Hə, Yə  Əyn, Sad” və 3360 dəfə  də “Ya 
Musavvir” ismini zikr etməlidir.  
4. Uşaq doğularkən 1281 dəfə”Ya Xalıq, Ya Bariu, Ya 
Musavvir” isimlərini oxumaq xeyirlidir.  
5. Bir müsəlman 7 gün 100 dəfə”Ya Bariu, Ya Musav-
vir”ismi-şərifini oxusa, maddi və mənəvi bəla və müsibətlər-
dən əmin olar.  
6. Hər gün “Ya Musavviru”ismini zikr edən qəbir vəhşə-
tindən, qorxu və qaranlıqdan qurtarmış olar.  
7. Övladı olmayan qadın 7 gün oruc tutub və hər iftarında 
"Rahmən və Rahim olan Allahın adıyla”-deyərək “Ya 
Musavviru” ismini zikr etsə, Allahın istəyi ilə arzusuna çatar.  
8. Bu ismi davamlı oxuyan sənətkarlar və araşdırmaçılar 
olduqca uğurlu nəticələr əldə edərlər.  
9. Uşaq düşürən qadınlar “əl Musavvir” ismini Bazar 
ertəsi, günəş doğarkən və ya qəmər saatında (ay bədirli 
olanda) gül suyunda həll edilmiş zəfəranla “Ya Məlik” ismi-
nin vəqfini yazıb, onun da ətrafına bu ayəni yazaraq üzərində 
daşıyarsa və gün ərzində 336 dəfə “Ya Musavvir” ismini 
davamlı zikr edərsə, övlad sahibi olar.  
 
 
“Allahummə  əntə musavvirul əşkəli və muşəkkilu də-
qaiqı bədəiıl əşkəl.” 
Zikri: ”Ya Xaliq, Ya Bariu, Ya Musavvir “1281 dəfə zikr 
etməklə düşündüyünüz böyük bir proyekti (istər sənətdə, 
istərsə  də biznesdə) həyata keçirə bilərsiniz.  Əbcəd sayı: 
336/112896 
Beyti: Və ya Bəriən-nəməi zid feyda ni’mətin,  
Əfədtə aleynə ya Musavviru əvvələ.  
 
52
Mənası: Nemətləri üzərimə axıt, nemətləri yaradan ey 
Bəri!  İlk dəfə  mənə surət verdiyin kimi nemətlərini də 
gözəlləşdir Ey Musavvir olan Allah!  
Kimisini etdin vəli, kimisini bəndi-dəli. Sənə inanmayan 
qulu, yumşaldıb mum etdin “Yâ Musavvir”. İnsanın mayasını 
eyni, huyunu ayrı-ayrı  Sən etdin Allahım! Məni Sənə yaxın 
eylə,  şübhəsiz hər  şeyi bilib, görənsən. Bir damlanı can və 
insan eylərsən, Qapına gələni sultan eylərsən, Münəzzəhsən 
nöqsanlıqdan. Hər  şeyi var etdin yoxdan. İnsanları  fərqli-
fərqli, müxtəlif irqlərdən Sən etdin “Ya Musavvir”. Duası: 
”Rəbbim! Bu gözəl isimlər səni tərif etməkdədir. Bu gözəl 
isimlərini aşkar etməzsən ruhum qaranlıqda qalar. Əsmau-
Hüsnanı bizə  şahid yaz, Ya Allah. Sənsən Allahım! Ruhum 
Səni axtarır. Yalnız Sənə qulluq edirəm. Varlığım Səni arar, 
Səndədir çarəm. Başqasına deyil, Sənə möhtacam. Başqasına 
deyil Sənə  sığınıram. Səndən başqa Allah yoxdur. Özündən 
başqa heç kəsə məni möhtac etmə Allahım! Ya Rəbbim bizə 
xeyirli elm qismət et. Ya Musavvir!Yoxluğu varlıq surətinə 
gətirən, heçliyi varlıq boyasına salan Sənsən. Gözəli gözəl 
edən yalnız Sənin təsvirindir. Sən mənə surət verdin ki, məni 
də tanısınlar. Öz qatında da məqbul olan gözəlliklə təsvir eylə 
surətimi. Ey eşq günəşi, təzə Ay kimi zəif və solğunam. 
Üzümü bədirlənmiş, bütövlənmiş aya çevir, xeyirli elm ver 
bizə Ya Rəbbimiz.” 
 
 
əl-Ğaffaru-1281-Günahları bağışlayan, bağışlaması, məğ-
firəti çox olandır. Bəndəyə  işlətdiyi günahlarını unutduran. 
Əfv və bağışlaması dərəcəsiz bol olan.  
Allah ona tövbə edərək, bağışlanma diləyənlərin tövbə-
lərini qəbul edər.  Şeytan isə insanı hey aldadar, günahlara 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə