Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə15/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   11   12   13   14   15   16   17   18   ...   84

 
61 
36`5 dərəcə  hərarətlə yavaş-yavaş yanaraq, axirətdə dözə 
biləcəyimiz qədər varlığımızı tükədərək gedirik.  
Peyğəmbərimiz tərəfindən söylənən hədislərdə belə bu-
yurulur: ”Ölüm səni sevdiklərindən ayırmağa yetər. Nə qədər 
yaşasan da aqibət yenə də olümdür. İstər yaxşılıq elə, istərsə 
də pislik, mütləq aqibətdə özünə qayıdacaqdır. Nəyi sevər-
sənsə, sev, axirda ayrılacaqsan. Biliniz, möminlərin  şərəfi 
gecə ibadətləri, izzəti də xalqın əlindən gözünü çəkməsidir.”  
“Fəttah” ismi Quranda bir dəfə keçmişdir.  
Səba-26-"De ki: Rəbbimiz hamımızı bir yerə toplayaraq, 
sonra aramızda haqq ilə hökm edəcəkdir. "  
Bu ayə son anını yaşayan kimsənin ürəyini dirildən 
xüsusi bir kəlamdır. Bu hər kəlamdan  əvvəl varlığı qoruyan 
bir vardır.”Fəttah” ismi, ”bu sondur”-deyən ürəyə bir ümid, 
səssizliyi səssizcə yaran bir işiqdır.  
Yalançı dinlərin və  təriqətlərin, haqqı batilə qarışdıran-
ların, ruhunu maddi və  mənəvi dəyərlərə satanların  əməlləri 
əl-Fəttah olan Allah tərəfindən açılacaqdır. O gün hamı 
həqiqəti görəcək, lakin artıq gec olacaqdır.  
Bu haqda Bəqərə-42-də xəbər verilir. Bu mövzu Quranda 
açıq-aşkar yeddi dəfə təkrarlanmışdır.  
1.”Ya Allah -Ya Fəttah”, ”Ya Allah -Ya Quddus”, “Ya 
Allah -Ya Sələm”, ”Ya Allah-Ya Vəkil” bu kimi Əsmalar 
vəsvəsəyə və doymayan nəfsə qarşı ən gözəl müdafiədir. Bu 
isimlər hər gün dəstəmazlı halda zikr edilir. Bu Əsma zənciri 
isə bizi zalımlardan, aravuranlardan, haqsızlıq və böhtandan 
Allaha sığınmaq üçün imkan yaradır.  
 2. Niyyət edərək “Fəttah” ismini çoxlu zikr etmək, insa-
nın göz və  qəlbinin açılmasına, həmçinin ruzi, sevinc və 
bütün bağlı qapıların açılmasına yol açar.  
3. Bu ismi zikr edən kimsənin üzünə Allah-təala qeybdən 
maddi və mənəvi qapılarını açar. Bu ismin vəqfini yeni ayın 
 
62
əvvəlində yazıb və 489 (dörd yüz cəksən doqquz) dəfə zikr 
edərək üzərində gəzdirsə, yolları açılar.  
4. Hicri Qəməri tarixinin ilk cümə günündə yuxarıdakı” 
Ya Fəttah və Ya Razzaq” isimlərinin vəqfini gümüş bir lövhə 
üzərinə yazıb iş yerinin, mağazanın  əl çatmaz, yuxarı bir 
yerinə qoyulsa və yerin sahibi hər gün 797 dəfə “Ya Fəttah, 
Ya Razzaq” isimlərini zikr etsə, bütün zərərlərdən qorunub, 
çoxlu ruzi-qazanc əldə edər.  
5. Evlənmək istəyən qız“Ya Fəttah”ismini Hicri qəməri 
tarixinin ilk cümə günü bir kağıza yazıb, ipək bir parçaya 
bükərək üzərində gəzdirsə və hər gün 489 dəfə 
 “Ya  Fəttah“ ismini zikr etsə, Allah onun tale yollarını 
İnşallah açar. (Əlbəttə, burada iman, ibadət, itaət, əxlaq, təq-
va, yəni əməl və niyyət mühüm rol oynayır.) 
6. "İnnə  fətəhnə  ləkə  fəthən Mubinə" ayəsini 313, 489 
dəfə zikr edənlər də  bəzi sirlərdən agah olarlar. Bütün bağlı 
qapılar, evlilik, ruzi yolları açılar.  
Beyti: Və bil fəthi Ya Fəttahu nəvvir bəsirati,  
Və bil’elmi ənilni Ya Alimu təfəddulə.  
Mənası: Bəsirətimi fəth səbəbilə nurlandır, Ya Fəttah! 
Fəzlınlə məni elmə çatdır Ya Alim!  
Duası: ”Ya Fəttah! Damla qədər də olsa lütf eylə. Cən-
nətini mənim üçün aç. Çaşıb qalsa ağlım, mənə kərəm eylə və 
Sənə gələn yolları aç. Mən düşdüm bu yollara. Yox olmaqla 
Sənə qovuşaram. Səndən xeyirli elm istəyirəm.”  
 
 
əl-Alimu-150- “Hər şeyi çox yaxşı bilən, elmi hüdudsuz 
və yalnız özünə xas olan və  hər  şeyin haqqını biləndir.  əl-
Alim ismi-şərifi Quranda 162 dəfə zikr edilmişdir.  
4 dəfə  əl-Allam-çox yaxşı bilən olaraq zikr edilmişdir. 
Elm kəlməsi 105 dəfə təkrarlanmışdır.  


 
63 
Yediyimiz yeməklər, içdiyimiz su, geydiyimiz geyim, 
evlərimizin hazırlanması və istifadə etdiyimiz hər şey yalnız 
elmlə  əldə edilir. Allah –təala Hz. Adəmi yaradanda bütün 
elmlərini ona öyrətmişdi. Bugünkü və  gələcəkdə insanların 
öyrənib, kəşf etdiyi elmlər bəlli elmlərdir. Sadəcə olaraq 
Allah insanlara bu elmləri yavaş-yavaş öyrədir və yaxud da 
unutdurur. Bu gün insanlar özlərinin kəşf etdikləri və aldıqları 
biliklər üçün sevinirlər,  əslində bu elmi, biliyi Allah onlara 
verib, qismət etmişdir.  İnsan öz bədənindəki bir hüceyrəni 
belə yarada bilməz, nə  də ki, bədəndəki hüceyrələrin say və 
hərəkət hökmlərini bilə bilməz. Genetiklər genlərin  şifrəsini 
öyrənməyə çalışırlar. Əslində isə genlərin şifrəsini Allah-təala 
Hz. Adəmin genlərindən kodlaşdırmışdır.  
Biz Alim olan Allahın yaratdığı elmlərdən faydalı isti-
fadə etməyi öyrənəcəyik. Quran elmlərini öyrəndiyimiz kimi 
təbiət, yaranış elmlərini də öyrənəcəyik. Quranı da bizlərə 
endirərək bəxş edən Allahdır. Təbiəti, canlı, cansızları da ya-
radan Allahdır. Biz isə Onun endirdiyi kitabı və yaratdıqlarını 
anlamağa çalışacağıq. Bu, elə Allaha ibadətin özüdür.  
İnsana qələmlə yazmağı öyrədən(Ələq-4), Kitabı öyrədən 
(Maidə 110), Quranı öyrədən (ər-Rahman-2),  İsimləri öyrə-
dən (Bəqərə-31), cihadı öyrədən (Ənbiya 80), Hz. Süleymana 
quş dilini öyrədən (Nəml 16), bilənlərlə bilməyənlərin eyni 
olmadığını bildirən (Zumər 9) Allah “Hər elmin sahibinin 
üstündə daha alim biri vardır”-deyə buyurur. Yusuf surəsi 76-
cı ayədə elm adından hegemonluq edən, elmindən istifadə 
edərək insanları özünə tabe edən və özündən bir az savadlını 
hər cür şər, böhtanla, yalanlarla sıxışdırıb məhv etmək istə-
yənləri, elmdə paxıllıq, qısqanclıq edənləri də xəbərdar edər
anladar ki, bu elmi ona da, sənə  də. qismət edən Mənəm… 
Kimə  nə verib, nə aldığımı da Mən bilirəm, bu işdə  Mənim 
heç bir şərikim yoxdur. Sən bəs niyə narahatsan?... Yoxsa ki, 
Allaha  şərik çıxan Tağutsan…Çünki Allah verib, aldıqlarını 
 
64
bəyənməyib, özü bildiyi kimi hər  şeyi idarə etmək istəyən 
insanlara Tağut deyilir. Tağutun da, Fironun da aqibəti 
bəllidir…Mal artdıqca yükünüz artar. Mal dağıldıqca azalar, 
Elm isə dağıldıqca çoxalar. Yeməkdən doymaq olar, elmdən 
doymaq olmaz. Siz malı qoruyarsınız, Elm isə sizi qoruyar.  
Bəqərə surəsinin 30-33-ayələrində, Uca Allahın mələk-
lərə belə öyrətmədiyi elmləri Hz. Adəmə öyrətdiyi bildirilir. 
İnsan bilmədiyini, hər  şeyi bilən Rabbindən öyrənmişdir. 
Deməli, ilk insandan başlayaraq insana elmi verən Allah idi. 
Eyni vəziyyət Peyğəmbərimiz Hz. Muhəmmədin heç nə bil-
mədən Allah tərəfindən elm alması da Hz. Adəmin elm al-
masına bənzəyir: Ələq surəsi 1–5: “Yaradan Rabbinin adıyla 
oxu. O, insanı  əlaqdən (qan laxtası  şəklində embriondan) 
yaratdı. Oxu, Rəbbin  ən böyük kərəm sahibidir. O, insana 
qələmlə yazmağı öyrətdi.” 
Heç nə bilməyən insan Allahın istəyi və izni olmasa, heç 
nə də bilə bilməz.  
Allah ona bu yolu qoymasaydı, o da öyrənməzdi. O halda 
bu gün insan aldığı bütün elmlərə görə  Rəbbinə çox həmd 
etməlidir.  İnsan həm Onun verdiyi ağlı,  əli, barmağı, gözü, 
əzmi, hirsı, qabiliyyəti, qələmi, kitabı, zamanı, bütün əza və 
əşyaları istədiyi kimi istifadə edəcək, həm də  Rəbbinə qarşı 
çıxacaq? Sanki öyrəndiklərini elə özü öyrənmiş və hər şeyi də 
bilməyə, öyrənməyə qadırdir. Bu, çox böyük təzaddır. Allah 
Alimdir. O halda sən də cahillərdən olma. Allah Alim oldu-
ğuna görə cahilləri heç sevməz. Bu səbəbdən də  cəhalətdən 
üz çevir və üzünü öyrənməyə çevir və elmə önəm ver. Allah 
da hər inananı bu ünvana yaxınlaşdırar. Elmsiz iman olmadığı 
kimi, imansız da elm olmaz. Allaha iman etməyənin Onun 
elmindən yararlanması da mümkün deyildir. Allah Alimdir. 
O, elm arxasınca gəzənləri sevər. Bu üzdən də bütün ina-
nanlar bilərək Rəbbinə iman etməli, nəyə iman etdiyini bil-
məli, Allahdan nə  əmanətlər aldığını, Rəbbinin hökmlərini 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə