Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə17/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   13   14   15   16   17   18   19   20   ...   84

 
69 
Çünki “Ümidsizlik” hər müvəffəqiyyətin qarşısını bağlayar.  
Qabid" ismi, qorxunun, "Bəsit" ismi  isə ümidin önəmli bir 
qaynağıdır. Yəni, mömin olan insan həm Allahın cəlal və əzə-
mətindən qorxaraq, qəbir əzabını və Cəhənnəmi xatırlayacaq, 
həm də Onun rəhmət və  məğfirətindən daima ümidli olacaq 
və ona görə  əməl edəcəkdir. Bu iki termin belə  tərif edilir: 
Qabz və  Bəst uca və ruhi iki hal olub, ariflərə  məxsusdur. 
Allah onları sıxdığı zaman, yemək, içmək və əylənmək kimi 
caiz olan şeylərdən və qidaların bir qismindən uzaqlaşarlar. 
Ariflərin könlünü açdığı zaman da, özlərini sınamaq məq-
sədilə, caiz olan şeyləri onlara qismət edər. Qabz, arifin belə 
bir halıdır ki, özünü bu halda da yalnız Allaha sığınmış bilər. 
"Qabd" və "Bəst" anlamının fel olaraq işləndiyi: “Kimdir 
Allaha gözəl bir borc verəcək o kimsə ki, Allah da o borcu 
(ruzini)ona artıqlaması ilə qaytarsın.” 
Allah daraldar və genişləndirər. Ancaq ona dönəcəyik. 
(Bəqərə-245) Bu ayədə  hər iki feldə Allahın vəsfı, "Allah, 
ruzini qısar da, açar da" (yəqbidu və  yəbsutu) Ayədə keçən 
"yəqbidu" feli, fərd və toplumlara ehsan, nemət və ruzini bir 
hikmətlə  əvvəldən qısar, daraldar mənasındadır. Quranda bu 
anlam, "qadr" və "qatr"  kəlmələrilə  də ifadə edilmişdir:  
“Allahın qədrini lazımınca bilmədilər, Yer üzü Qiyamət gü-
nündə bütünlüklə Onun əlindədir. Göylər Onun qüdrətilə 
durmuşdur. Allah onların ortaq qoşduqlarından ucadır.” 
(Zumər-67)Bu ayə, Allahın Qiyamət günü yer və göyləri gü-
cü və qüdrətilə yox edəcəyini bəyan edir. Yeri yox etməsi ilə 
əlaqəli olaraq "qabza" kəlməsi istifadə edilmişdir. Bu ismin 
insan üzərindəki təcəllisini düşündükdə; insan, bütün aləmin 
Allahın Qabd qüdrətinin təcəllisini altında olduğunu bilmə-
lidir. O, istədiyi qulundan daha əvvəl ehsan etdiyi sərvət və 
zənginliyi, övlad və ailəsini, zövq və könül fərəhliyini hər an 
geri almağa qadirdir. Allah, hakimdir. Qulunu bəzən "bəst" 
ilə, bəzən də"qabd" ilə  sınayar. Həyat və dünya bəndə üçün 
 
70
imtahandan ibarətdir.  İnsan "Qabd" (darlıq) vaxtında, vəzifə 
və ruzisi əldən çıxdığı zaman, bunu Allahın bir imtahanı kimi 
qəbul etməli və üsyan etməməlidir. Allah, istədiyi bəndənin 
imkanlarını artıraraq  şükr edib-etməyəcəyini, istədiyinin də 
imkanlarını daraldaraq nankorluq edib-etməyəcəyi ilə sınayar. 
Əslində insanların sahib olduqları  və ya hələ olmadıqları 
şeylər, onlar üçün bir qazanc deyildir. Bunlar sadəcə olaraq 
əsl yurdumuz olacaq. Əbədi həyatımız üçün Allahın yaratdığı 
sınaq və imtahan vasitələridir.  
İnsan, bu dünya həyatında sevindirici və  qəmləndirici 
hadisələrlə daima imtahandadır. Elə sevincli və  kədərli gün-
lərlə  də bu dünyada yaşayaraq qəbir evinə köçüb gedərik. 
İmanla köçənlər üçün o aləmdə  Bəsit ismi təcəlli edər və 
qəbir evi , Allah Rəsulunun ifadəsilə, ‘Cənnət bağçalarından 
bir bağça olar.” İnanmayanlar üçün isə Qabid ismi təcəlli edər 
və onun üçün qəbir, “Cəhənnəm çuxurlarından bir çuxu-
ra” çevrilər, insanı çox sıxar. Və bu yolçuluğun sonu Cənnət 
və  Cəhənnəmlə sona çatar. Birincisində  hər cür genişlik, 
ikincisində isə hər cür darlıq vardır.  
Bu hallar Allahın Cəlal və Camal isimlərinin də 
təcəllisidir. Necə ki, xəstəlik Allahın Şafi isminin təcəllisinin 
nəticəsi ilədir, sıxıntı halı da Allahın  əl-Darr ismi kimi 
isimlərinin təcəllisidir. Rahatlıq və genişlik halı da Allahın əl-
Vasi ismi kimi isimlərinin təcəllisinin nəticəsidir. Bu haldan 
qurtarmaq üçün dəstəmazlı gəzməyə adət etmək, həmçinin də 
Qurani-Kərimi tez-tez oxumaq lazımdır.  
Deməli, çəkilən hər maddi və mənəvi çətinliklər, dünya-
da baş verən və axirətdə olacaq bütün çətinliklər Qabid 
isminin bir təcəllisidir.  Əsas məsələ isə Qabid ismi-şərifinin 
təcəllisinə  səbir ilə dözümlülük göstərmək, hər sıxıntıdan 
sonra bir rahatlığın olacağına iman gətirərək dua, ibadət və 
itaət ilə acizliyini və fağırlığını Allaha bəyan, izhar etməkdir.  


 
71 
 
 
Ya -Xafidu-1481-Alçaldan, zəlil edən, varlıqdan yoxlu-
ğa, elmdən cahilliyə, sağlamlıqdan xəstəliyə, yuxarıdan aşağı 
endirən deməkdir.  Ən uca mərtəbədən  ən aşağı  mərtəbəyə 
endirən Allah deməkdir. Bu adın düşmənləri pərişan etməyə, 
onların hiylələrinə qarşı qorunmaya qarşı böyük bir təsiri 
vardır. Bu əsmanı oxumağa davam edən düşmənləri zəlil və 
pərişan edərlər. Zalım, azğın mərhəmətsiz kimsələrdən 
çəkinmək, onların insanlara edəcəkləri pisliklərdən qorunmaq 
üçün Allahın bu uca adını anmaqda böyük sirlər vardır.  
Əsmanın əbcəd dəyəri: 1481 x 2=2962 
“Alçaldan” mənasına gələn“əl-Xafid”  İsmi-cəlili Quran-
di–Kərimdə Vaqiə surəsinin 3-cü ayəsində Qiyamətin alçal-
dıcı və yüksəldici olduğunu xəbər verən şəklində keçir. Qiya-
məti yaradan Allah olduğuna görə alçaldan da, yüksəldən də 
Allahdır.  
Çünki Xabir isminin kökü Xafid isminə bağlıdır. İçimiz-
dəki, kiçik olanı dəyərləndirmək, qısılmış və kiçiklənmiş kimi 
özümüzü hiss etdikdə, yenidən dirilib, həvəslənərək həyatı-
mızın ilahi planının bir parçası ola bilməkdir Xabir. Yəni, 
artıq acizliyin son həddinə çatdıqda, yenidən həyata və 
gələcəyə ümid və  həvəslə baxmaq halıdır Xabir. Bu isim 
sufilərin həyat rəhbəridir. Allah kimi istəsə, alçaldar, kimi də 
istəsə yüksəldər. Hər halda düzünü Allah bilir.  
Həşr-18 Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs 
sabah üçün nə etdiyinə (axirət üçün özünə  nə hazırladığına) 
nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdikləriniz-
dən xəbərdardır! 
Mülk-14- Məgər yaradan (sizin gizli saxladığınız hər 
şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər 
şeydən) xəbərdardır! 
 
72
Hər  şeyi Uca Allah yaratmışdır və O yaratdıqlarının 
hamısını çox gözəl tanıyır. Göylərdə və yerdə olanları Allah 
bilir. Hər bir insanın düşündüyü, danışdığı vaxt ikinci eşidən 
və duyan Allahdır. İki insanın danışdığı yerdə üçüncü Allah-
dır, üç insanın danışdığı yerdə dördüncü mütləq ki, Allahdır. 
Allah bir göz qırpımı müddət də belə bizdən ayrı deyildir və 
Qiyamət günü etdiklərimizdən bizə  xəbər verəcəkdir. O, 
Xabir olandır, bəndələrinin nə etdiyini biləndir.  
1. Hər gün 1481 dəfə “Ya Xafidi” ismini zikr edən kim-
səyə hamı hörmət edib ehtiram göstərər.  
2. Bir müsəlman üç gün oruc tutub 70 dəfə “Ya Xafi-
du”ismi-şərifini oxusa, bütün düşmənlərini məğlub edər və 
düşmənləri ona zərər verə bilməz.  
3. Hər hansı arzu üçün 500 dəfə oxuyan muradına çatar. 
Ancaq unutmayaq ki, Allah kimin haqq və ya haqsız oldu-
ğunu daha gözəl bilir və  ağızdan çıxan hər bir alqış  və ya 
qarğışın mütləq ki, iki başı var. Bizdən hansı enerji ərşə 
qalxırsa, həmin qüvvədə özümüzə qayıdır. Bu səbəbdən də 
hər işdə yalnız Allaha sığınmaq və  ən düzgününü Allah 
bildiyi üçün, Allaha rucuh etmək (həm bu dünya, həm də ki, 
əbədi dünyada) daha xeyirlidir.  
 Beyti: Və ya Xafiduh fəd qadrə kulli munafiqın 
Və ya Rafiur fə`ni bi ravhıkə əs’ələ  
Hər münafiqin qədrini,  şərəf və heysiyyətini alçalt, ya 
Xafid!  
İmdadınla məni yüksəlt ya Rafi!                        
 
 
 
ər-Rafiu-351-“Yüksəldən, qaldıran, zillətdən izzətə götü-
rən, çirkabdan çıxaran, dərəcəni artıran deməkdir 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə