Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə25/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   21   22   23   24   25   26   27   28   ...   84

 
101 
2. Evlənmək üçün 10 dəfə  İstiğfar, 10 təkbir (Allahu 
əkbər), 10 Kəlmeyi-Tövhid, 10 Salavatdan sonra 95 dəfə 
”Bismilləhir Rahmənir Rahim, Fərdun, Heyyun, Qayyumun, 
Ədlun, Quddusun, Allahı bin nası  lə Raufun Rahim”-deyib, 
arxasınca 15 dəfə Ayətəl-Kürsü oxuduqdan sonra 1200 dəfə 
“Ya Vədud” ismi zikr edilir. Oxumağın ən rahat zamanı gecə 
yarısından başlamaq məsləhətdir.  
3. Bir-birinə düşmən olan iki kişini barışdırmaq üçün 2-ci 
bənddə yazılan  şəkildə  hərəkət etmək lazımdır. Sadəcə “Ya 
Vədud” ismini 2000 dəfə deyil, 4000 dəfə zikr etmək 
lazımdır.  
4. Küsülü ər-arvadı barışdırmaq üçün 19 gecə“Ya 
Vədud” 2000 dəfə ismini zikr etmək və gözəl qoxulu buxur 
yandırmaq lazımdır. “Ya Vədud, Ya Rauf, Ya Atuf, Ya Rauf 
“isimlərini də oxumaq olar.  
5. Daima “Ya Vədud” ismini zikr edən kimsəni hər kəs 
sevər və “Allahummə Ya Vədud” deyə zikr edən kimsənin 
sözü keçərli olar.  
Beyti: İlahi Hakimun əntə fəəhkim məşahidi,  
Fuddukə indi ya Vədudu tənəzzələ.  
Mənası: İlahi, Hakimsən Sən. Duygu və batini hisslərimi 
təqvalı edərək, sağlam et Ya Hakim! Nəbzimdə sevgini, eşq 
və  məhəbbətini daimi et, Ya Vədud! Rəhmətinlə  şəfqət qa-
nadlarını üzərimdə aç! 
  
 
əl-Məcid-57-“Şanı uca”, şərəflidir.  Şanı uca Allahın 
görmədiyi bilmədiyi gücünün yetmədiyi, heç bir şey yoxdur. 
"...  Şübhəsiz ki O, tərifə layiqdir, yaxşılığı boldur.” “əl-
Məcid”şəni uca olan, inam və ehsanı bol olan deməkdir.  
 
102
“əl-Məcid” ismi-şərifi Quranda əl-Məcid olaraq keçmə-
mişdir. Ancaq “əl-Məcid” mənasını bildirərək Quranda iki 
dəfə  keçir:  “O  tərifə layiqdir, şanı ucadır” (Hud-73) Kəf-1) 
“Ərşin sahibidir, ucadır”. (Buruc-15-21)  
“əl-Məcidə” iman edən bizlər, günəş kimi pisliklərdən 
ucalarda olacaq, bütün pislikləri unudacağıq. Güllər kimi 
gözəlliklərə rənq və qoxu qatacağıq.  
Yolçunun yoldaşı, qəriblərin qardaşı, yetimlərin könülda-
şı, xəstələrın  əlacı, məzlumların acısını paylaşan, zalımların 
zülmünü əngəlləyən olaraq şanımızı ucaltmağa çalışacağıq. O 
çox comərddir. Ona səcdə edənləri çox gözəl tanıyır. O kö-
nüllərə şəfa verən və qoruyan, ona qat-qat mükafat verəndir. 
Bunun əvəzi də həmd və şükürdür. Rəbbim: "Dünya səni al-
datmasın qulum, əsl yurd, axirət yurdudur və ora sənin üçün 
daha xeyirlidir, hazırlığını axirətə görə et", - deyə quluna 
səslənir.  
"Ey zatı və isimləri ən uca olan Allahım, verdiyin inam 
və ehsanının qarşısında alınlarını  səcdəyə qoyan bəndələ-
rindən bu mərhəmətini əsirgəmə.” 
“Allahın nemətlərininsaymaq istəsəniz sayıb qurtara 
bilməzsiniz.” 
Dinləyin sevgini, dinləyin və  rəhməti hiss edin. Göylər-
dən ərşə axan məhəbbət yağışının, selinin içərisinə daxil olun. 
Qurani-Kərimdə Peyğəmbərimiz üçün endirilən, ona xitab 
olunan Duha surəsi sanki bütün Muhəmməd ümmətinə xitab 
edilmişdir. Bu ayələri oxuyarkən, düşünürsən ki, Uca Yara-
dan bizə  həqiqətən də  həyatımız boyu mərhəmət və lütf 
etmişdir. Qurani-Kərimi səhər-axşam oxuduqca, bir müddət-
dən sonra bütün başına gələn hadisələr zamanı: “Mən səni 
ömrün boyu heç tək qoymadım və səni heç vaxt yalqız qoy-
mayacağam”, -deyən bir səsi qəlbində hiss edəcəksən. Bax 
elə o duyğu Allahın Məcid ismi-şərifidir.  


 
103 
Uca Allah Ona qəlbdən inanıb, iman gətirən bəndəsini 
həyat yollarında yalqız buraxmaz. O Ona inanmayan bəndə-
lərindən belə Öz lütf və  mərhəmətini  əsirgəməz. O kərəmi, 
lütfü və ehsanı bol olandır. O bəndələrinə sonsuz nemətlər 
bəxş etdiyi halda, verdiklərini heç vaxt başa vurmaz. İnam və 
ehsanı sonsuz olan Allah O comərddir, comərd olanı sevir.  
"Ey zatı  və isimləri ilə  ən uca olan Allahım, verdiyin 
inam və ehsanının qarşısında alınlarını  səcdəyə qoyan 
bəndələrindən bu mərhəmətini əsirgəmə.” 
“Məcid”sən, Ucalardan ucasan, Sənə qulluq edəni səcdə-
səcdə ucaldarsan.  
“Bais”sən. Sən istədiyin üçün “qaf” ilə “nun” birləşdi. 
“Kun” dedin, yox, var oldu, ”Ol” dedin, sözünlə varlıq davam 
etdi. “Şəhid”sən, mənsə öz qəllbimə qarşı belə koram, 
qəlbimin qəmlərinə biganəyəm, ruhumun əziyyətinə yadam, 
sonsuzluğa sonsuz qədər uzağam.  
Ayətəl kürsünün ədədi kəlməsi 57-dir. Quranda Zuxruf 
surəsinin 44-cü ayəsində buyurulur ki: Quran sənin və qöv-
mün üçün böyük bir şan və  şərəf vasitəsidir. Eyni zamanda 
Quran  ən böyük möcüzədir. Sizlər faydalanıb istifadə edə 
bilərsiniz.” 
1. Hər kim 57 dəfə Ayətəl-kürsü oxuyub, 3249 dəfə “Ya 
Məcid ismini zikr edərsə, qısa zamanda böyük maddi və 
mənəvi faydalar görər.  
2. Bir kimsə “əl-Məcid” isminin vəqfini yazıb, üzərində 
gəzdirdiyi halda hər gün sabah namazından sonra 57 dəfə zikr 
etsə, xalq arasında hörmət və sevgi görər.  
3. Bir kimsə  hər gün 336 dəfə “Ya Məcidi Ya Raz-
zaq”isimləri zikr etsə, məişət və maddı çətinliklərdən qurtarar 
və ruzisi çoxalar.  
4.”Ya Məcid” və “Ya Cəlil” ismi-şəriflərini birgə vəqfini 
bir gümüş lövhə üzərində yazdırıb, üzərində gəzdirən və hər 
 
104
gün 130 dəfə “Ya Məcid və Ya Cəlil isimlərini zikr edən 
kimsə vəzifədən çıxarılıbsa, təzədən vəzifəyə təyin olunar.  
5.”Məcid” ismini “Ya Məcid, Ya Vasi” şəklində hazır-
lanmış  vəqfini üzərində  gəzdirən və 194 dəfə zikr edənin 
bütün müşkül işləri və çətinlikləri yox olar. Hər işi rahatlıqla 
yerinə yetər və hər işdə uğur qazanar.  
Hədislərdə söylənilir ki, Peyğəmbərimiz(s.ə.s.) hər na-
mazdan sonra Salavat gətirərək “İnnəkə  Həmidun-Məcid”-
deyə namazını bitirərmiş.  
 
əl-Baisu-573-Ölüləri dirildən, qəbirdən çıxaran, səbəb və 
vəsilə olandır –deməkdir.  
əl-Baisu ismi Quranda “əl Bais” olaraq deyil, sadəcə 
qəbirlərdə ölüləri dirildir şəklində keçmişdir. (Həcc-7) "əl-
Bais" isminin bir mənası da dəfələrlə  bədən dəyişdirməkdir. 
Yəni, bioloji bədən gedəcək, ruhani bədən gələcək. Ruhani 
bədən gedəcək, nurani bədən gələcək. Və ya, onun xaricində 
başqa cür bir bədən gələcək. “Bais"ismi dar mənada yeni bir 
bədənlə yaranma kimi başa düşülməməlidir.  İslam dininə 
görə  hər kəs yalnız öz bədənində, hətta öz barmaq izləri ilə 
birlikdə “Bais” isminin təcəllisi ilə yenidən diriləcəkdir.  
“Bais" isminin təcəllisi hər an öz əsəri ilə görülən bir 
addır. Məsələn: Ölüm meydana gəldiyi anda, insan fiziki 
bədəndən ayrılar, bioloji bədənlə əlaqəsi kəsilər. Lakin o anda 
bədənlə ruh arasında həyatı əlaqə kəsilməz və həyat başqa bir 
şəkildə davam edər. Yəni, ruh əql, yaddaş və şüur ilə maddi 
bədənsiz həyatını davam etdirər. Bu səbəbdən də bütün in-
sanlar ölüm anında belə ölüb, yox olacaqlarına heç cür inan-
mırlar. Çünki insanın ruhu Allahın ruhundan olduğu üçün 
“Heyy”dir, nə yatar, nə mürgüləyər, nə də ki, ölər. Hətta biz 
yatdığımız zamanda belə ruhumuz ruhlar aləminə  pərvaz 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə