Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə22/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   18   19   20   21   22   23   24   25   ...   84

 
89 
(əmr) sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun 
mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədə 
uyğun olub-olmadığını  təyin etməyə qadir olan) kimsələr 
bilərdilər.  
1. Bu ismi şərifi zikr edən kimsəni Allah əfv edər, bütün 
pisliklərdən mühafizə edib, qoruyar.  
2. Bir kimsə “Ya Ğafur“ isminin vəqfini bir qol saatın 
arxasında yazıb, üzərində  gəzdirsə  və  hər gün bu ismi zikr 
etsə, mühafizə olunaraq, heç kəs tərəfindən hiddət və  şiddət 
görməz 
3. Bir kimsə məhkəməyə və yaxud da çəkindiyi bir yerə 
gedərkən, niyyət edərək, iki rükət namaz qılıb, arxasınca da 
1286 dəfə “Ya Ğafur” ismini zikr edərsə,  şər və zülmdən 
qorunar və getdiyi yerdə uğur qazanar.  
4. Bir-birinə düşmən olan, ər-arvad, dost-tanış, qohum-
əqrəbaniı barışdırma üçün niyyət edib yeyəcək və ya 
içəcəklərin üzərinə 1286 oxuyaraq, küsülülərə verilər.  
Beyti: Ğafurun və Sattarun alə kulli muznibin,  
Şəkurun alə əxbəbihi və muvassilə.  
Mənası: ”Hər günahkara şəfqət və  mərhəmətini yayan
Ya Sattar, Ya Ğafur. Dostların az əməllərinə qarşı çox böyük 
əcr və mükafat ehsan edənsən Ey Şakur! Nə olar məni də 
məhəbbət məqamına çatdır və  məni Öz əsgərlərinin sırasına 
qoy!” 
 
əş-Şəkur-526-Az bir yaxşılığa qarşı çox mükafat verən. 
Onun yolunda görülən işlərə artıqlaması ilə qarşılıq və 
mükafat verən. "Çünki Allah, onların mükafatlarını tam verər 
və lütfündən onlara daha çox bəxş edər.  Şübhəsiz, O, çox 
bağışlayan, şükrün qarşılığını bol-bol verəndir. " 
 
90
“Azacıq təşəkkürə belə tez qarşılıq verən” anlamına 
gələn əş-Şəkur ismi Allahın bir ismi olaraq Quranda 4 yerdə 
keçir.  
əş-Şəkür ismi Rəbbinə qul olan, onun verdiyi nemətlərə 
qəlblə, əllə, dillə, bədənlə təşəkkür edən insanlar üçün istifadə 
edilmişdir. Qəlbimizdə ilah olaraq Allahdan başqasına yer 
verməməklə Rəbbimizə təşəkkür edirik.  
Dilimizdən çıxan kəlmələrin çoxu Allahı, kitabını, Pey-
ğəmbəri, əmr və qadağaları anlatmaqla məşğuldursa, dilimiz-
lə teşəkkür etmiş oluruq.  
Quran oxuyan, namaz qılan, gizli-açıq kömək edən, 
(Fatır 29, 30), yaxşılıq edən (Şura 23), kömək olsun deyə 
borc pul verən (Təğabun 17) insanların bu əməllərinin hamı-
sının Allaha təşəkkür olduğunu və Allahın da bu təşəkkürə 
daha çox qarşılıq verəcəyi ifadə edir.   
Təşəkkür böyük bir nəzakətdir, ancaq təşəkkürə daha 
yaxşı və gözəl qarşılıq vermək daha böyük bir incəlikdir.  
1. əş-Şəkur isminin vəqfini qızıl və ya gümüş bir lövhəyə 
yazdırıb boynunda daşıyan və  hər gün 526 dəfə “Ya Şakur” 
ismini zikr edən kimsənin ruzisi çoxalar, tale yolları açılar, 
neməti daimi və bərəkətli olar. Bütün istəkləri Allahın izni ilə 
rahat çatar.  
 
əl-Aliyyu-110- Böyüklüyü, ucalığı, elmi sonsuz olan, çox 
uca və yüksəkdə olandır- deməkdir. Aliyyu ismi-şərifi Qu-
randa 8 dəfə keçmişdir (Loğman-30, Taha 68, Ali İmran 139).  
1.  Bu  ismi  hər gün namazdan sonra 110 dəfə zikr edən 
kimsəni Allah bütün bəla və müsibətlərdən qoruyar. Üzünə 
elm qapıları açar. Qəlbini hikmət və qüvvətlə doldurar.  
2. əl-Aliyyu ismini zikr edərkən”Aliyyul-azim” deyə zikr 
etmək və Quran tilavətini bitirdikdən sonra “Sadəqallahu 


 
91 
Aliyyul-azim” deyə zikr etmək, həm duaların qəbul olun-
masına, həm də  mətləb və muradınızın gözlədiyinizdən də 
artıq verilməsinə səbəb olar.  
3.”Huvəl Aliyyul Azim”-deyə zikr edən kimsəyə hamı 
hörmət edər.  
4. Bir müsəlman hər gün “Ya Aliyyu” ismi-şərifini 
davamlı oxusa, ruzisi artar,  
Allahın izni ilə zəngin olar. Qəriblikdə olan kimsə oxusa, 
vətəninə dönər.  
 
əl-Kəbir-232-Ən ulu, ən böyük olandır. Zat və sifətlərı 
anlaşılmayacaq qədər böyük, ulu olandır. Çünki Allah ucadır, 
böyükdür. Böyüklüyünü yalnız Özü bilən, böyüklüyü heç bir 
məxluq tərəfindən bilinməyən və heç vaxt bilinməyəcək olan-
deməkdir.  
Quranda Kəbir Allahın bir ismi olaraq 7 dəfə keçmişdir. 
Kəbir, Mutəkəbbir, Kibriya, Əkbər isimlərilə  də tanıdılan 
Rəbbimizin elmilə, qüdrətilə, sənətilə, nemətlərilə yaradılmış-
ların hamısından böyük olduğu çoxlu vurğulanır.  
İlk nazil olan surələrdən Muddəsir-3-də “Yalnız öz 
Rəbbini uca tut!”ayəsində  də bu vurğulanır. Özünü böyük 
görən  şahlar, padşahlar, krallar çoxdan yox olub gediblər. 
“Ən böyük Allah’dır” deyənlər təkəbbürdən uzaq olarlar. 
Allahın yaratdığı, gözümüzün gördüyü ən kiçik bir şeydə belə 
Allahın böyüklüyünü görürlər. Rəbbin mülkində, yer üzündə 
hər gördüğümüz, duyduğumuz, tutduğumuz, qoxladığımız və 
daddığımızın hamısı Allahın böyüklüyünü anladır.  
1. Hər gün namazdan sonra 232 dəfə “Ya Kəbir“ ismini 
zikr edən kimsəyə heç kim böyüklük və qürur göstərə bilməz. 
Heç kəs sözünü kəsməz və hamı ona hörmət edər.  
 
92
2. Bir zalımı susdurmaq üçün 232 dəfə “Ya Kəbir” ismini 
zikr etmək lazımdır.  
3. Kim gündə 100 dəfə”Ya Kəbir”ismi-şərifini oxuyarsa 
insanlar arasında hörmətli və əziz olar.  
4. Yola getməyən  ər-arvad arasında mehribanlıq 
yaratmaq üçün yedikləri yeməyə bu”Ya Kəbir” ismi-şərifini 
oxusalar araları düzələr.  
5. “Ya Kəbir” ismini borclu olan bir kimsə 232 dəfə zikr 
edərsə, borcdan qurtarar, işdən çıxarılan işə qayıdar.  
Beyti: Aliyyun və qad alə məqamə həbibihi,  
kəbirun kəsirul-xayri vəl cudi muczilə.  
Mənası: Həqiqətən, elçilərinin ən üstünü olan Həbibinin 
qədrini yüksəltmisən Ya Aliyyun!Xeyrinin və  səxavətinin 
çoxluğunu artırdığın kimi mənim də  qədrimi  əziz et, Ya 
Kəbir! 
 
əl-Hafiz-Qoruyan, nəzarət edən. Edilən işləri bütün incə-
likləri və təfərrüatı ilə bilib, saxlayan deməkdir. Bütün məx-
luqatı müəyyən zamana qədər Öz arzu və iradəsinə görə hər 
cür qəza və bəlalardan qoruyandır.  
əl-Hafiz ismi-şərifi Quranda altı yerdə keçmişdir. “Şüb-
həsiz mənim Rəbbim hər  şeyi qoruyub gözləyir.” (Hud 57) 
Ayəsində hər şeyin Allahın nəzəri altında olub, qorunduğunu 
bildirir. Heyvanların hamısı Allahın verdiyi duyğu ilə hansı 
heyvanın zərərli və ya zərərsiz olduğunu, həmçinin hansı ot 
və bitkinin də xeyirli və ya xeyirsiz olduğunu onlara 
öyrətmişdir. Arıya balı gül və çiçəkdən düzəltməyi də Allah 
öyrətmişdir. Hər heyvana öz dünyasına görə yaşama sistemini 
də Hafiz olan Allah öyrətmişdir.  İnsana isə  ağıl və düşüncə 
sistemini bəxş etmişdir. Hz. Nuha gəmi düzəltməyi öyrətmiş, 
(Hud 37) Hz. Davuda sapand atmağı öyrətmişdir. (Ənbiya 80) 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə