Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə21/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   17   18   19   20   21   22   23   24   ...   84

 
85 
Qurani-Kərimdə Allah-təala buyurur:  
əl-Ənam-18-O Öz qulları üzərində hakimi-mütləqdir. O, 
hikmət sahibidir, (hər şeydən) xəbərdardır! 
Mücadilə-7-(Ya Peyğəmbər!) Məgər görmürsənmi ki, 
Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Aralarında 
gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altın-
cısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsa-
lar, (Allah) yenə  də onların yanındadır. Sonra qiyamət günü 
(Allah) onlara etdikləri  əməlləri bir-bir xəbər verəcəkdir. 
Allah hər şeyi biləndir! 
Duası: ”Səni düşünərək acizliyimi etiraf edirəm, Allahım. 
Səni düşünüb böyüklüyünü idrak etməyə çalışıram, Allahım. 
Səni düşünüb Uca Yaradanıma bəndə olmaq şərəfinə nail 
olmanın cavabdehliyini anlayaraq əriyirəm, Allahım. Aci-
zəm... Səni tanımaqda acizəm. Ya Allah, məni razı qalacağın 
yola yönəlt. Biz nəyin necə sona çatacağını bilmərik. Sən 
nəhayətsiz qüdrət və elm sahibisən. Sənin razılığını qazanmaq 
üçün başladığımız hər işi xeyirli eylə. Son nəfəsimizdə  ən 
gözəl kəlmələrini və isimlərini deyə-deyə  Sənə qovuşmağı-
mızı nəsib eylə.” 
Bu mübarək ismin xüsusiyyətləri:  
1. Bir müsəlman ixlasla "Ya Xabir" deyə bu mübarək 
ismin zikrinə davam edərsə, onun təcəllisinə nail olar. Pis 
əxlaqdan qurtular. Zehni açılar.  
2. “Ya Xabir “ismini niyyət edərək 812 dəfə zikr etmək 
zehnin güclənməsinə səbəb olar.  
3. Bu ismi 812 dəfə oxuyan zalım və  şər insanların 
şərindən qurtarar.  
4. Bir kimsə  tərəfindən  əsarətə  məruz qalan bu ismi 
davamlı oxusa, əsarətdən qurtarar.  
5. Bir kimsə müəyyən bir işin aqibətinin necə olacağını 
bilmək istərsə, dəstəmazlı yerinə girib yuxuya gedənə kimi 
“Əla yələmu mən xaləq və huvəl lətiyful xabir”, -deyə 
 
86
oxumalıdır. Lakin oxuyan kimsənin iman dərəcəsi çox önəm-
lidir.  
6.”əl-Xabir” ismini 812 dəfə zikr edərsə, ürəyində tut-
duğu niyyətin cavabını yuxuda görər.  
 
əl-Həlim-88-Əfvi, bağışlaması hüdudsuz dərəcədə çox 
olan.  əl-Həlimu-Helm sahibi, günahkarları  cəzalandırmağa 
tələsməyən. Tələsən zaman səbrlə  hərəkət edən və onların 
tövbə etmələrini, peşman olmalarını gözləyən, onların günah-
larına qarşılıq həmən cəza verməyə, cəzalandırmağa tə-
ləsməyən.  
Nəhl-61-"Allah insanları etdikləri haqsızlıqlar üzündən 
cəzalandırsaydı, onda yer üzündə canlı qalmazdı. Ancaq 
onları bəlli bir zamana qədər gözləyər. Zamanı gəldikdə onu 
nə bir saat gecikdirə bilərlər, nə də ki, qarşısını ala bilərlər. "  
Peyğəmbərimiz buyurmuşdur: ”Ən böyük zəfər savaş 
meydanlarında qazanılan deyil, insanın nəfsinə  və  qəzəbinə 
hakim olmasıdır. "  
İnsan qəzəblənən zaman ağlına tam hakim ola bilmir. Bu 
səbəbdən də vəli olan insan dönüb dəli olur. Əsəbləşdiyimiz 
zaman ağlımız başımızda olmadığından insanların qəlbini 
qırır, ayıldıqdan sonra isə peşman oluruq. Bu səbəbdən də 
Peyğəmbərimiz buyurur: "Qəzəbləndiyiniz zaman haqlı və ya 
haqsız olsanız belə özünüzü ələ alıb, oradan uzaqlaşın və 
yaxud da heç cavab verməyin, bunun əvəzi Cənnətdə bir 
mənzildir. “ 
Qəzəblənən zaman Allahın“əl-Həlim”ismi-şərifini zikr 
etmək çox faydalıdır.  
“əl-Həlim”-Yaratdıqlarına qarşı son dərəcə yumşaq dav-
ranan, həddi aşan bəndələrinə qarşı  səbr edən və onların 


 
87 
günahlarına qarşı tez cəza verməyib, sonraya saxlayan, 
peşman olmalarını gözləyən, tövbələrini qəbul edəndir.  
Əslində Allahın bütün isimləri insana hüzur verir, əsas 
məsələ yetər başa düşərək, dilimizdə əzbərləməkdir.  
1. Kim bu ismi hiddət və  qəzəbli bir insanın üzünə 88 
dəfə oxuyub üfürsə, həmin adamın qəzəbi sakitləşər. Hər kəs 
məhkəmə hakiminin zülm və haqsızlığından qorxursa, 
məhkəməyə girərkən 88 dəfə “Ya Həlim” ismini zikr etsə, 
hakimin qəzəbindən əmin olar.  
2. Bir gümüş lövhənin üzərinə “Ya Həlim” ismini həkk 
edib, gecə ağlayaraq yatmayan uşağın boynundan asarlarsa və 
gündə 88 dəfə bu ismi zikr edərlərsə, uşaq sakitləşər. Bu uşaq 
sakit təbiətli və əmin uşaq olar.  
3. Bir müsəlman davamlı “Ya Həlim”ismi-şərifini oxusa, 
bütün bəla və müsibətlərdən qorunmuş olar. Əkin və 
meyvələrə bu ismi-şərifi oxunsa, bol-bərəkətli olar.  
Beyti: Fəhilmukə qasdi yə həlimu və umdəti,  
Və əntə əzimun əzmu cudikə qad alə.  
Mənası: ”Məqsəd və dayağım helmindir Ya Həlim! Sən 
ucasan. Uca comərdliyinin sonsuzluğu gerçəkdən çox alidir 
(insana gözəl sifətlər bəxş etdiyin üçün) 
Ya Azim!”                                            
 
 əl-Azim-1020-Böyüklüyü, hüdudsuz, ölçüsüz olan və 
Özündən başqasının idrakı mümkün olmayan Allahın Ali 
ismi deyilir.  
1. Bu ismi-şərifin vəqfini bir qızıl saatın və ya bir qızıl 
lövhənin üzərinə  nəqş etdirib, üzərində  gəzdirən və  hər gün 
1020 dəfə “Ya Azim” deyə zikr edən kimsə bütün istədiyi 
arzularına çatar.  
 
88
2. Hər kim bu ismi səhər namazından sonra 1020 dəfə 
oxumağı adət etsə, qısa müddətdə olduğu vəziyyətdən 
yüksəlməyə başlar. Hər kəs tərəfindən sevilər, hörmət görər. 
Qorxduğu hər şeydən əmin olar.  
 
əl-Ğafur-1286-Bəndələrinin günah və ayıblarını mələklə-
rə belə unutduran, əfv və bağışlaması sonsuz olan deməkdir.  
“əl-Ğafur” ismi-gizlədən, örtən, bağışlayan  əfv edən 
mənalarına gəlir və Quranda 91 dəfə,  əl-Ğafir  İsmi isə iki 
dəfə çəkilmişdir.  
əl-Ğafur olan Rəbbimiz içimizi, zahir və batinimizi 
bildiyi halda ayıblarımızı, günahlarımızı gizlətməkdədir. 
Allahin bu İsmi-şərifi sanki incə bir pərdə kimi, daxilimizdə 
olan və heç də xoş görsənməyən qanımızı, damarlarımızı və 
iç daxili orqanlarımızı incə bir pərdə ilə, dərimizlə örtür, 
həmçinin düşündüyümüz pis fikirləri də üzə  çıxarmayaraq 
gizlədir.  Əgər qəlbimizdən keçənlər üzümüzdən bilinsəydi 
necə olardı halımız? Qohum, dost, tanış  və düşmənlərimiz 
haqqında düşündüklərimiz üzümüzdən bilinsəydi, yəqin ki, 
qorxunc bir vəziyyət alınardı.  
“Ğafur”olan Allaha iman edən insanlar özgələrin ayıb və 
pis xəbərlərini yaymazlar. Bununla da həmin pisliyi yayaraq
başqalarının da ağlına gətirməmiş olurlar. “Ğafur” olan 
Rəbbimiz buyurur: “Möminlər arasında pislik yayılmasını 
istəyənlərə dünyada da, axirətdə də açıqca əzab vardır. Allah 
bilir, siz bilmırsiniz .” 
 (Nur-19) Biz də pislikləri, ayıbları örtəcəyik.  
Nisa-82-Onlara (münafiqlərə  bəzi müsəlmanların sadə-
lövhlüyü üzündən döyüş meydanından)  əmin-amanlıq və ya 
qorxu xəbəri gəldikdə  dərhal onu yayarlar. Halbuki əgər 
Peyğəmbərə  və ya özlərindən (möminlərdən) olan ixtiyar 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə