Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə29/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   25   26   27   28   29   30   31   32   ...   84

 
117 
 
əl-Heyy-324-Diriliyi sonsuz olan, hər  şeyə  həyat və can 
verən deməkdir.  
“Diri” anlamına gələn “əl-Heyy” ismi Quranda 5 dəfə 
təkrarlanmışdır.  
Heyy(daima diri olan, sonsuz həyat sahibi olandır, nə ya-
tar, nə də ki mürgüləyər) ismi digər isimlərin təməli hökmün-
dədir. Necə ki, təməl olmadan bina tikilməz. Allahın bütün 
sifətləri və isimləri Heyy ismi üzərində qurulmuşdur. Həyat 
sahibi olmayanda qüdrət, elm, iradə, kəlam kimi sifətlər də 
ola bilməz. Halbuki kainatda hər şeyin arxa planında Allahın 
bu sifətləri durur. Bu sifətlərin ardında da Allahın Heyy sifəti 
durur. Demək olar ki, Qayyum (bütün varlıqları, yeri, göyü 
hər  şeyi ayaqda tutan) isminin qayyumu Heyy ismidir. Yəni 
neçə  əşyanın davamı  və daima baqi olması Allahın isim və 
sifətləri ilə olur. Allahın isim və sifətlərinin davamı və baqisi 
də Allahın Heyy sifəti ilə olur. Bu səbəbdən də Heyy sifəti 
Qayyum ismi ilə birlikdə ayrılmaz isimlərdir.  
Ayələrdə  də bu isimlər birlikdə zikr edilir. Çünki Heyy 
isminin  əşyada təcəllisi yoxdur. Ancaq Allahın (Qüdrətini), 
Muhyi (tərzində), yəni həyatı yaratma tərzində  təcəllisi var-
dır. Bizim həyat dediyimiz şeylər, Allahın qüdrətinin təcəl-
lisindən ibarətdir və Heyy isminin təcəllisi deyildir. Elmi-
kəlamda Heyy sifəti digər sifətlərdən ayrı tutulmuşdur. Heyy 
ismi yalnız Allahın özünə xas sifətdir. Həyat bir sifətdir, 
Qüdrətdə Heyy isə bir isimdir. Bunlar ayrı-ayrıdır. Lakin 
bunların ayrı-ayrı olması Tək olan O Varlığı ayrı etməz. Heyy 
həyatdan bəslənir. Həyat sifəti Allahın həyat sahibi olması 
deməkdir. Heyy ismi isə xəlq edilmişlərin həyat tapmasıdır.  
Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifət-
ləri ilə  hər  şeyə qadir olub bütün kainatı yaradan və idarə 
 
118
edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) 
əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göy-
lərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olma-
dan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və 
ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? 
O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş 
və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən 
Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməz-
lər. Onun kürsüsü (elmi, qüdrət və  səltənəti) göyləri və yeri 
əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də 
çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə-255)  
 “Həyatdır, bütün sifətlərın anası. Heyydir, bütün Rəbb-
lərin rəbbi. Həyatdır bütün sifətlərı var edən. Heyydır, bütün 
Rəbblərə hökm edən” 
 1.  Hər gün namazdan sonra 324 dəfə “Ya Heyy”ismini 
zikr etməyi adət edən kimsənin qəlbində həyat məna daşıyar. 
Bir çox məsələləri yuxusunda görüb agah olar. Hər kəs 
tərəfindən hörmət, məhəbbət görər.  Ətrafi nurlanar, ömrü 
uzun olar, həyatı varlıq, bolluq , sağlamlıq və səadətlə keçər. 
Heyy və Qayyum isimləri İsmi Əzəmdən bir halqadır.  
 
əl-Qayyum-780- Göyləri, Yeri hər  şeyi ayaqda tutan 
deməkdir. Qayyum ismi-Kainatı ayaq üstə tutan sirr-demək-
dir. Hər şeyin varlığı Ona bağlı olub, kainatı idarə edən, "Al-
lah, Ondan başqa Allah yoxdur. O, Heyydir, Qayyumdur. "  
“əl-Qayyum” ismi-şərifi Quranda üç yerdə keçir. “ O gün 
üzlər (bütün insanlar) əzəli,  əbədi olan (məxluqatın hər işini 
yoluna qoyan, onları dolandıran) Allaha təslim olub zəlil bir 
görkəm alar. Zülmə (günaha) yüklənən (Allaha şərik qoşan, 
küfr edən) ziyana düşüb mətləbinə yetişməz (ümidsizliyə 
uğrayar).” (Taha 111) 


 
119 
Allahın isimlərindən biri də Qayyum ismidir. Bu kainatın 
yaradıcısı Qayyumdur. Yəni Qaimdir, Daimdir, Baqidir. 
Bütün  əşya onunla ayaqda durur, davam edir. Kainatda 
böyük-kiçik, canlı-cansız hər  şey, bütün varlıqlar Cənabi-
Haqqın Qayyum ismilə ayaqda durur, varlığını davam etdirir. 
Əgər kainatda bir dəqiqə belə olsun Qayyumiyət nisbəti 
kəsilsə, kainat məhv olar.  
Heç bir varlıq yoxdur ki, varlığı və varlığının davamı öz 
əlində olsun. Yaradılmışların  ən ağıllısı olan insan dünyaya 
gəlişində  və dünyadan gedişində belə başqasına möhtacdır. 
Biz oturanda, duranda, gəzəndə, yatanda qəlbimizi döyündü-
rən, qanımızı dövr etdirən, yediklərimizin vücudumuzun ehti-
yaclarını ödəməsi üçün həzm etdirən və bizi yaşadan birisinin 
varlığını  fərq etməsək də, O bizi yaşadır.  əl-Qayyuma iman 
edənlər olaraq bizlər də ehtiyac sahibi hər canlının ehtiyacını 
qarşılamaq  üçün çalışacağıq.  
Allahın nə zatında, nə sifətində  və  nə  də fellərində bir 
bənzəri, ortağı yoxdur. O bir evi və ya bir sarayı idarə edər 
kimi bütün kainatı bütün varlıqlarıyla bərabər idarə edən
tərbiyə edən sonsuz elm, hikmət və qüdrət sahibidir. Ulduz-
ların yaradılması, zərrələrin yaradılması  qədər, bütün səsləri 
birdən eşidən, bütün varlıqların hədsiz ehtiyaclarını yerinə 
yetirə bilən, heç bir məkanda olmadığı halda, hər bir yerdə və 
hər bir məkanda qüdrətli elmi ilə hazır olur. Hər  şey ondan 
dərəcəsiz uzaq olduğu halda, o isə  hər  şeyə  dərəcəsiz yaxın 
ola bilən bir zatı“Heyyi Qayyumu zul Cəlalın” əlbəttə heç bir 
cəhətdən misli, bənzəri, ortağı olmaz və olması imkansızdır.  
Bu kainatdakı ulduz və  gəzəgənlərin qiyamları, davam-
ları  və  bəqaları Qayyumiyyət sirrinə bağlıdır.  Əgər o Qay-
yumiyyət cilvəsi bir dəqiqədə üzünü çevirsə, bir qismi dünya-
mızdan min dəfə böyük milyonlarla ulduzlar, fəzanın ucsuz-
bucaqsız boşluğunda dağılacaq, bir-birinə dəyəcək, darmada-
ğın olacaqlar. “Qayyumu zul Cəlal” olan Allah Qayyum is-
 
120
milə; Yeri, göyü və bütün yaratdıqlarını ölçü və nizamla idarə 
edir. Bunlardan bəzisi dünyamızdan min və bir qismi bir 
milyon dəfə böyük olan milyonlarla o böyük kürələri dirək-
siz, istinadsız, boşluqda durdurmaqla bərabər, hər birinə bir 
vəzifə vermiş və möhtəşəm bir ordu şəklində “Əmri kun fəyə-
kun” (bir şeyi dilədiyi zaman ona ol deyər, o iş həmən olar ) 
Allahdan gələn  əmrlərə mütləq itaət etdirməsi Qayyum 
isminin geniş bir təzahürüdür.  
Yenə bunun kimi hər bir varlığın zərrələri belə ulduzlar 
kimi Allahın Qayyum ismilə varlığını davam etdirir. Həyat 
sahibi bir varlığın bədənindəki zərrələrin, hər bir üzvə məxsus 
bir  şəkil ilə az-az toplanıb dağılmadıqları  və sel kimi axan 
ünsürlərın fırtınaları içində  vəziyyətlərini mühafizə edib 
dağılmamaları  və durmaları göstərir ki; bu vəziyyətlər öz-
özünə olmayıb, qayyumiyət sirrilə varlıqlarını davam etdirir-
lər. Yer üzündəki bütün varlıqlar və göy üzündəki ulduzlar 
necə Qayyum ismi ilə varlıqlarını davam etdirirlərsə, bu 
zərrələr də hədsiz dillərilə qayyumiyyət sirrini elan edirlər.  
Kainat Qayyumiyət sirri ilə qaimdir. Heyy və Qayyum 
olan Cənabı-Haqq, bu kainatda insanı yaratmış  və insanı 
bütün kainata bir mərkəz etmiş və kainat qədər geniş bir ne-
mət süfrəsini insana açmış, kainatı insana xidmət etdirmişdir. 
Beləcə kainatın insanın xidmətinə verilmə- qayyumiyyət sirri 
və Özünün də Qaim olma hikmətini bilmək insanın  əsəs 
vəzifəsi olduğunu bildirmişdir.  
Bu haqda Qurani-Kərimdə buyurulur: ”Qayyum olan 
Cənabı-Haqq, bu kainatda insanı iradə etmiş və kainatı onun 
üçün yaratmışdır.”(Yunus-22, Ənkəbut-65, Loğman-32) 
 
Allahın yaratdığı və hər biri bir sənət əsəri olan varlıqları 
heyrət ilə  təqdir və  təhsin etməkdədirlər: Subhənallah, 
Maşallah, Bərəkallah deyərək  ən yüksək səslə, təşəkkürlərin 
bütün növlərilə, bütün nemətlərin növlərinə  və çeşid-çeşid 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə