Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə31/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   27   28   29   30   31   32   33   34   ...   84

 
125 
bir-birinə  bənzədiyi halda özünəməxsus xüsusi əlamət ilə 
fərqlidirlər. Bu da Allahın “Fərd” isminin cilvəsidir  
Fərd-Allah Fərdir. Yəni tək, bir tək, izzətdə və əzəmətdə 
tək, üstünlükdə misilsizdir. Şan,  şərəf və ülviyyətdə  bənzər-
siz, bütün kamal sifətlərdə  təkdir. Zatında birlik sahibidir, 
təklikdə  bənzərsiz və  fərdiyyət sahibidir. Peyğəmbərimizin 
bildirdiyi kimi Fərd ismi Allahın Vahidi Əhəd, Ferdi Saməd, 
fərdiyyət və fərdəniyyət sahibi olduğunu bildirir. Hz. Əli (ə. 
s.) ”Fərd” ismi haqqında bildirir ki: ”Fərd” isminin İsmi-
Əzəmdə olan altı isimdən biridir və bu yeddi işarə ilə“Fərd” 
isminin göstərdiyi həqiqi tövhidi bəyan edir.  
1-ci “Fərd”  İsmi-Əzəmi bir bütün olaraq kainatın hər 
yerinə Tovhid imzası, vəhdəniyyət möhürü vurmuşdur.  
2-ci“Fərd”isminin vəhdət cilvəsi, bütün kainatı bir birlik 
içinə almışdır. Hər şey o birliyi elan etməkdədir.  
3-cü”Fərd” isminin təcəllisi, kainatın hər bir fərdi bir-
birinin içində, gül qönçəsinin içinə girmiş  ləçəklər kimi 
hədsiz məktub səhifələri kimidir.  
4-cü”Fərd” isminin yüksək cilvəsinin vücudu həm günəş 
kimi tək və açıq, həm də vücub dərəcəsində çox önəmlidir. 
Bu cilvənin  əksi və müxalıfı olan şirk isə sonsuz dərəcədə 
ağıldan uzaq və imkansızdır.  
5-ci Allahın fərdiyyəti bəşərin bütün istək və arzularının 
meydana gəlməsi üçün  
yeganə çarədir. Bəşərin çox şiddətli bəqa(daimi) arzusu 
buna misaldır... .  
 
 
əs-Saməd-134-Hər şey ona möhtac, o heç bir şeyə möh-
tac deyil. İman edənləri, boynu bükük olanları geri çevirmə-
yəcək-anlamına gələn “əs-Saməd” Quranda bir dəfə keçir. 
“De ki, O Allah təkdir. Allah Saməddir.” (İxlas-2) 
 
126
Rəbbimiz Zuxruf surəsinin 32-ci ayəsində  fərqli yaradı-
lışımızın hikmətini bir- birimizin işini görmək olduğunu bil-
dirir. Ancaq ehtiyacımızı qarşılayan hər insanı, hər damlanı, 
hər dənəni, hər  əlacı yaradan Allahdır. Hər nəfəsdə biz Ona 
möhtacıq.  İnsanlar bizə kömək etdikləri zaman insanlara tə-
şəkkür edirik. Əslində isə o insanları yaradan və bizə yardım 
etməyi həmin insanın qəlbinə salan Allaha həmd etməliyik. 
Belə ki: O, doğmamış və doğurmamışdır. Onun heç bir bən-
zəri yoxdur.  
1.”Ya Saməd”ismini 520 dəfə”La ilahə ilallah”zikri ilə 
birlikdə zikr edən kimsə, aclıq hiss etməz.  
2.”Ya Saməd” ismini hər gün, hər namazdan sonra 132 
dəfə zikr edən kimsə yemək, içmək kimi maddi ehtiyaclarını 
ödəmək üçün əziyyət çəkməz. Allahdan başqa kimsəyə möh-
tac olmaz. Bu ismi zikr etdiyi müddətcə maddi və mənəvi eh-
tiyaclarından qurtarmış olar, əzab və iztirablardan uzaq olar.  
 
 
əl-Qadir-305-Qüdrətli, istədiyini istədiyi kimi etməyə 
gücü çatandır.  
Dəstəmaz aldığımız zaman “Ya Qadir” ismi-şərifini oxu-
yan düşmən  şərindən  əmin olar, məqsəd və arzusuna çatar. 
Hər şeyə gücü yetən, yeganə Qüdrət sahibidir.  
"Ona Rəbbindən bir möcüzə endirilsəydi!-dedilər. De ki: 
Şübhəsiz, Allah möcüzə endirməyə qadirdir. "  
1. Hər namazdan sonra 305 dəfə  və ya hər gündə 1525 
dəfə“Ya Qadir” deyə zikr edən kimsəyə Allah çox böyük 
məhəbbət ehsan edər. Düşmənlər ona pislik edə bilməz, hər 
sözü dinlənilər. Hər bir işdə bacarıqlı olar.  
Qadir, Qaviyy və Mətin isimləri arasındakı fərqi bilmək 
üçün bu isimlərin, sıra ilə qüdrət, qüvvət və  mətanətlə 


 
127 
əlaqədar olduqlarını bilmək gərəkdir. Qüdrətin ziddi acizlik, 
qüvvətin ziddi zəiflık və gücsüzlük, mətanətin ziddi isə  zəif 
olmaq, gücsüz olmaqdır.              
 
 
əl-Muqtədir-744- Hər  şeyə gücü yetən, qüdrətli. Qüdrət 
və qüvvət sahibləri üzərində istədiyi kimi təsəvvüf edən
iqtidar sahibidir.  
“Muqtədir” ismi-şərifi Quranda üç yerdə keçmişdir. Bir 
çox şəxs, qurum və müəssisə vardır ki, özü üçün hər bir gücə 
sahibdir. Lakin sahib olduğu gücün fərqində deyildir. Bəzən 
gücündən artıq iş görmək istəyər, lakin bu iş alınmır, yəni 
Muqtədir olmur.  
Quranda bu haqda buyurulur: Kəhf- 45-Allah isə hər şeyə 
gücü çatandır. Həm də O gücünü istədiyi zaman və məkanda 
istədiyini etmək gücünə sahibdir.  
Cənnətdəki Maliki-Muqtədirin yanında olmağın  şərti, 
muqtədi olmaqdır. Yəni, Allahın  əmrlərini yerinə yetirərkən 
belə: -“Sevdiyimə layiq işi görə bilmədim” - deyərək heyfsi-
lənənlər, daxilini Haqq üçün, xaricini isə xalq üçün bəzə-
yənlər Cənnətdə Rəbbinə yaxın olacaqlar.  
1. Hər gün bu ismi-şərifi zikr etməyə adət edən kimsə 
bütün işlərində güclü və qalib olar. Hər tutduğu iş sona qədər 
uğurlu olar. Bütün işlərinin yolları açıq olar. Ona heç kim 
zülm və əziyyət edə bilməz.  
2.  əl-Qadir və  əl-Muqtədir  əsmalarını bir kasa suya 
oxuyaraq xəstəyə içirdilərsə, Allahın izni ilə xəstə şəfa tapar.  
3. Kimsə zülmə məriz qalıbsa, 744 dəfə: ”Ya Allahu, Ya 
Qayyumu, Ya Qahharu, Ya Qadiru, Ya Zəl Cəlali bətşiş 
şəbibi  əntəlləzi lə yutakun tiqamuhu huz haqqi min filanin 
(adını)-deyə, dua edərsə, zülm edənin əlindən qurtarar.  
 
128
4. Bir kimsə“Ya Muqtədir”ismini müəyyən mətləb və 
niyyət üçün 7744 dəfə oxusa, arzusuna çatar. Bütün pis və ya 
yaxşı niyyətlər gec-tez bumeranq kimi, yaxşısı- yaxşı, pisi də 
pis olaraq mütləq özümüzə qayıdacaqdır.  
 
 
əl-Muqaddim -184 –İstədiyini önə keçirən, lider edən 
deməkdir.  
əl-Muqaddim və əl-Muəxxir “Önə keçirən, sonra buraxan 
mənalarına gələn bu iki isim Quranda bu adlarla deyil, bu an-
lamı verən fel halında keçmişdir. Qaf surəsi-28-ci ayədə 
“Qaddəmtu” feli, İbrahim surəsi 41-ci ayədə Muqaddim və 
Muaxxirin Allahın ismi-şərifi olduğu bizə bildirilir. 
 
Hz. Adəmi və övladlarını əvvəl yaradan, bizləri isə sonradan 
yaradan Allahdır. Bizlərdən sonra gələnləri və daha sonra 
gələcəkləri də bilən Odur. əl-Muqaddim Rəbbimiz bizi önə 
keçirməyi üçün dua edəcəyik.  İnkara, fağırlığa, qorxaqlığa, 
tənbəlliyə düşməmək və geridə qalmamaq üçün bu ismi-şərifi 
zikr etmək olar.  
1. Bir kimsə  hər gündə 184 dəfə Ya Muqaddim” ismini 
zikr edərsə, hansı mövqedə olursa-olsun irəliləyərək ön 
sıralara keçər.  
2. Gəlməsini istədiyiniz bir kimsəni düşünərək bir gün 
bütün günü “Ya Muqtədir” ismi zikr edilsə, həmin insan 
qayıdar.  
3. Niyyət edərək 18400 dəfə “Ya Muqtədir” ismini zikr 
edən kimsə yarışda qalib gələr.  
4. İmtahana getməzdən əvvəl bir düyü dənəsinin üzərinə 
181 dəfə “Ya Muqtədir “ ismini oxuyub, udduqdan sonra 
imtahana gedən kimsə Allahın izni ilə uğur qazanar 
             


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə