Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə2/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   2   3   4   5   6   7   8   9   ...   84

 

əbcəd sayı 66-dır və bunu özünə vuranda 4356 alınır. Deməli 
Allah ismini bu sayda zikr etməyə nail ola bilməkdə çox 
əzəmətlu sirlər və hər ismə müvəkkil olan mələklər, ruhanilər 
vardır Sufizmdə bu sirlərə nail olan bir çox dahilər olub.                         
     
Allahın isimlərinin hamısı on qisimdə toplanır 
 1.  Bəzi isimlər sadəcə uca zatı tanıdır. Allah ismi belə 
isimlərdəndir. Buna yaxın bir isim də "Haqq-təala"dır. Bu 
ismi deyəndə varlığı vacib olan Allahın zatı kəsb edilir ki, o 
da Allah ismi kimi zatına xas bir isimdir.  
  2- Bəzi isimlər uca zatını tanıtmaqla yanaşı Onu nöqsan 
sifətlərdən uzaq tutma mənasını da bildirərlər: əl-Quddus, əs-
Salam, əl-Ğani, əl-Əhəd və bənzəri isimlər kimi. əl-Quddus, 
ağla gələn və  xəyal edilən bütün nöqsan, pozğun, ayıblı 
şeylərdən uzaq və təmiz deməkdir.  
əs-Salam-bütün ayıb və qüsurlardan təmiz, uzaq demək-
dir.  
əl-Ğani-heç kimsəyə möhtac olmayan deməkdir.  
əl-Əhəd-heç bir ortağı və bənzəri olmayan deməkdir.  
 3.  Bəzi isimlər uca zatını tanıtmanın yanında ayrı bir 
sifət mənası da bildirərlər.  
əl-Ali,  əl-Azim,  əl-Əvvəl,  əl-Axır,  əz-Zahir,  əl-Batin və 
bənzərləri kimi.  
əl-Ali-dərəcə olaraq digər bütün zatların üzərində olan 
zat deməkdir. Bu isim, uca zatı tanıtdığı kimi, Onun ayrı bir 
sifətini də tanıtmaqdadır.  
əl-Azim-idrak və ağıl hüdudlarını aşan, uca deməkdir.  
əl-Əvvəl-bütün mövcud olan varlıqlardan əvvəl var olan 
deməkdir.  
əl-Axır-bütün mövcudatın sonunda dönəcəyi zat demək-
dir.  
əz-Zahir-varlığı ağıl yoluyla bilinəcək zat deməkdir.  
 
8
  4-cü  Bəzi isimlər uca zatı tanıtmağın yanında Onu 
noqsan sifətlərdən uzaq tutmaq və ayrı bir sifət mənasını da 
daşıyırlar:  əl-Məlik,  əl-Əziz kimi. əl-Məlik, heç bir şeyə 
ehtiyacı olmayan, hər şeyin Ona möhtac olduğu zat deməkdir. 
əl-Əziz-bənzəri olmayan, Ona hər an şiddətlə ehtiyac duyulan 
və Ona çatmağın mümkün olmadığı zat deməkdir.  
  5-ci  Bəzi isimlər uca zatı tanıtmaq, yəni başqa varlıq-
larda da əlamət və nişanələri olan sifət mənasını da bildi-
rərlər.  əl-Heyy (diri), əl-Alim (bilən),  əl-Qadir (gücü yetən), 
əl-Murid (diləyən),  əs-Səmi (eşidən),  əl-Bəsir (görən),  əl-
Mutəkəllim (danışan) kimi.  
  6-cı  əl-Xabir-açıq gizli bütün şeylərdən xəbəri olan 
deməkdir.  
əş-Şəhid-görsənən və görsənməyən bütün aləmlərə şahid 
olan deməkdir.  
əl-Muhsi-böyük-kiçik, hər şeyi elmi ilə qoruyan demək-
dir.  
 7- Bəzi isimlər qüdrətlə birlikdə sifət mənası da daşıyar: 
əl-Qavi,  əl-Mətin,  əl-Qahhər kimi. Qüvvət, hər  şeyə gücü 
yetəndir. Mətanət, şiddətli qüvvət deməkdir. Qəhr, qüdrət, hər 
şeyə hakim və qalib olmaq deməkdir.  
  8-ci  Bəzi isimlər iradə ilə birlikdə fel mənasını daşı-
yarlar, ər-Rəhman, ər-Rəhim,  
ər-Rauf, əl-Vədud kimi, rəhmət, iradə edib zəif və möh-
tac kimsənin ehtiyacını ödəmək deməkdir. Rafət (şəfqət)-
dərəcəsiz acımaq, mərhəmət deməkdir.  
əl-Vədud, iradə və istəklə sevdiklərinə ehsan edən, nemət 
verən deməkdir.  
Rəhmət felində möhtac olan bir kimsəyə qarşı doğrudan 
da sevgi və ehsan vardır.  
  9-cu  Bəzi isimlər uca zatı tanıtmanın yanında ayrı bir 
sifət mənasını da bildirər.  


 

əl-Xalq,  əl-Bari,  əl-Musavvir,  əl-Vahhəb,  ər-Razzaq,  əl-
Fəttah,  əl-Basit,  əl-Qabiz,  əl-Xafid,  ər-Rafi,  əl-Muiz,  əl-
Müzil, əl-Ədl, əl-Muqit, əl-Muğis, əl-Mucib, əl-Vasi, əl-Bais; 
əl-Mubdi, əl-Muhyi, əl-Mumit, əl-Muqaddim, əl-Muahhir, əl-
Vali, əl-Bərr, ət-Təvvab, əl-Muntaqim, əl-Muqsidu, əl-Cami, 
əl-Muti, əl-Mani, əl-Muğni, əl-Hadi və bənzərləri kimi.  
  10-cu  Bəzi isimlər fel mənası yanında ayrı bir sifət 
mənası da bildirər:  əl-Məcid,  əl-Kərim və  əl-Lətif kimi, 
şərəfli, uca zat mənası yanında, bol nemət və ehsan mənasını 
da bildirir.  
                    
İsmi-Şəriflər 
Huvəllahulləzi lə iləhə illə hu, ər-Rahmənu,  ər-Rahimu, 
əl-Məliku,  əl-Quddusu,  əs-Sələmu,  əl- Mumin, əl-Muhey-
minu, əl-Əzizu, əl-Cəbbaru, əl-Mutəkkəbbiru, əl Qahhəru, əl-
Vahhəbu,  ər- Razzau, əl-Fəttahu,  əl-Alimu,  əl-Kəbiru,  əl-
Bəsitu, əl-Həfidu, ər-Rafiu, əl-Muizzu, əl-Muzillu, əs Səmiu, 
əl-Bəsiru,  əl-Həkəmu,  əl-Ədlu,  əl-Lətifu,  əl-Xəbiru,  əl-Həli-
mu, əl-Əzimu, əl-Ğafuru, əş-Şəkuru, əl-Əliyyu, əl-Qadiru, əl-
Hafizu,  əl-Muqitu,  əl-Hasibu,  əl-Cəlilu,  əl-Kərimu,  ər-Raqi-
bu, əl-Mucidu, əl-Vasiu, əl-Həkimu, əl-Vədudu, əl-Baisu, əş-
Şəhidu,  əl-Haqqu,  əl-Vəkilu,  əl- Qaviyyu, əl-Mətinu,  əl-
Valiyyu,  əl-Həmidu,  əl-Muhsi,  əl-Mübdiu,  əl-Muidu,  əl-
Muhyi,  əl-Mumitu,  əl-Həyyu,  əl-Qayyumu,  əl-Vacibu,  əl-
Vahidu, əs-Samədu, əl Qadiru,  
əl-Mukətəbbiru, əl-Muqaddimu, əl-Muəxxiru, əl-Əvvəlu, 
əl-Axıru, əz-Zahiru,  
əl-Batinu,  əl-Vali,  əl Mutəali,  əl-Bərru,  ət-Təvvabu,  əl-
Muntəkimu,  əl-Əfuvvu,  ər-Raufu, Məlikul-Mulki, Zul-Cəlali 
Vəl İkrami, əl-Məniu, əd-Darru, ən-Nafiu, ən-Nuru, əl-Hadi, 
əl-Bədiu,  əl-Baqi,  əl Varisu, ər-Raşidu,  əs-Saburu. (Cəllə 
Cəlaluh) 
 
10
Huvəllahulləzi lə iləhə illə hu.  
Mənası: -O elə bir Allahdır ki, Ondan başqa heç bir 
ibadət ediləcək Allah yoxdur.  
Allah, Bismilləhir Rahmanir Rahim, Heyy, Qayyum, 
Cəlal, Cəmal əsmaları, Allahın şanının ismi-əzəmləridir.   
Beyti: Fəyə talibən izzən və kənzən və rif’ətən,  
Minəllahi fəd’uhu bi əsmaihil-ulə.  
Mənası: Ey maddi və mənəvi izzəti, xəzinə və yüksəkliyi 
tələb edən kimsə! Çətinlikdə, zillətdə, fağırlıqda, alçaqlıq və 
zəifliyində ali İsimlərilə Zati Allahu-təalanı çağır.          
 
 İsmi-Şəriflərin qısa mənaları 
Əlhəmdulilləh: Həmd deməkdir; Haqq-təalanın zatını 
həmdi-səna etməkdir 
Kərim-ehsan və nemət sahibi. Muqim, , Əzim-əzəmətli, 
Qadim-əzəli, Alim – sonsuz elmə malik, Həkim-hikmət üzün-
dən iş görən, Mane, Dafe-bəlaları  dəf edən, Rafe-dərəcələri 
yüksəldən, Same-eşidən, Came-cəm edən,  Şafe-şəfa verən, 
Vase-genişlik əta edən, Muin-köməkçi, Cəlil –sifətləri, Kəfil-
zamin, Kamil, Cəmil- gözəllik felləri, Vəkil –kifayət edən, 
Dəlil-düz olan, Qabil, Mudil-qələbə  və nüsrətə yetirən, 
Munil-əta edən, Muqil-xətadan keçən, Muhil-çarə, tədbir 
edən, Mömin, Muheymin, Mukəvvin-vücuda gətirən
Muləqqin-başa salan, Mubəyyin-bəyan edən, Muhəvvin-
asanlaşdıran, Muməkkin-səltənət bəxş edən, Muzəyyin-zinət 
verən, Mulin-izhar edən, Məliyy-möhlət verən,  Əliyy, 
Vəfiyy-əhdinə  vəfalı, Həfiyy-köməkçi, xeyirxah, Musəvvir-
məxluqa surət verən, Muqəddir-qəza-qədəri müqəddər edən, 
Mudəbbir-tədbir edən, Mutəhhir-pak edən, Munəvvir-nur 
saçan, Muyəssir-asan edən, Mubəşşir-müjdə verən, Munzir-
qorxudan, Daim, Qaim-daimi, həmişəlik olan, Şahid-bütün 
işlərə  şahid olan, Məcid-izzət sahibi, Həmid-təşəkkür edən, 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə