Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə9/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   5   6   7   8   9   10   11   12   ...   84

 
37 
gözlərini bərabərləşdirə bilməmişlər. Bu vəziyyəti bir alimə 
söyləyirlər. Alim adam həmin yüngül olan sümük parçasına 
baxıb, belə deyir: “Bu, gözü doymayan, hirsli bir adamın 
gözünün  ətrafındaki sümükdür. Dünyanı belə versəniz, gözü 
doymaz. Tərəzinin o biri gözünə bir ovuç torpaq tökün. 
Torpağı tökən kimi tərəzinin gözləri bərabərləşmişdir.  
Bu haqda sevgili Peyğəmbərimiz belə buyurur: “Əgər 
Adəm oğlunun bir ada dolusu qızılı olsa, daha bir qızılla dolu 
ada istər. Onun ağzını ancaq torpaq doldurar.” (Müslim, 
Zəkat, 117, Hədis 1048)  
1. Yaradılanları günahlarından təmizləyib, salamlığa çat-
dıran Salam adının çox zikr edilməsinin cinlərə və şeytanlara, 
pis insanlara və  təhlükəli xəstələklərə qarşı çox böyük təsiri 
vardır.  
2. Əsasən qorxu içində qıvrılan, hər şeydən qorxan insan-
lar bu ismi davamlı zikr etsələr, qorxudan əsər-əlamət qal-
maz. Hətta qorxunu inkar edəcək hala gələrlər. 3. Qoruyucu 
bir qalxan kimi olan Salam isminə ananlar, təbii fəlakətlə 
ölməzlər: (zəlzələ, yangın, boğulmaq, qəza və bu kimi) Salam 
təcəllisi buna yol verməz. Düşməni çox olanlar bu ismi anın-
ca düşmənlərinin hər biri bir fəlakətə uğradılar. Bu ismi anan-
lar harada olurlarsa, olsunlar, fəlakətlərə  məruz qalmazlar. 
Qalsalar da sağ-salamat qurtararlar. Bu ad cinləri məhv edər. 
Cinlər onlara pis niyyətlə yaxınlaşa bilməzlər, sanki zihrin 
içinə alınarlar.  
4. Bu ismi zikr edənləri ilan və  əqrəb sanca bilməz. 
Çarəsiz qalınan xəstəliklərdən qurtarmaq üçün bu ad olduqca 
təsirlidir. Bu adı ixlasla zikr etməyi davam edənlər hər cür 
təhlükəli xəstəliklərdən qurtularlar. Bu ad, Yasin surəsinin 
"Saləmun qovləm mir Rabbir Rahim" ayəsi ilə deyilərsə, 
ortaya əsrarlı təsəvvuflar meydana çıxar. Çox xeyirli nəticələr 
alınar. Bu ayə (131, 313, 432, 817) bu sayların hər hansı biri 
qədər zikr edilərsə, çox üstün nəticələr əldə edilər. Salam adı 
 
38
qurtarıcı bir rəhmətdir. Qoruyucu bir zirehdir. Çox əzəmətli 
bir isimdir. Salam əsmasının əbcəd sayı : 131/17161  
5. Xeyir və salamatlıq və  mətləblərinə çatmaq üçün, 
niyyət edərək, Salam ismini 131 dəfə zikr etmək, sonra isə 
aşağıdakı duani 3 dəfə oxumaq lazımdır.  
 
 
 
Oxunuşu: Bismilləhir Rahmənir Rahim. Allahummə səl-
ləmni minəl xavətırin nəfsəniyyəti və əhyi qalbi bi nuri məa-
rifətikəl qud`siyyəti və səllimni minəl kəduratiz zul`məniyyəti 
vərraunətin nəfsəniyyəti vəc`nubni kullə  məkruhi. və  ənil`ni 
kullə rif`ətin vəkşif Ya Quddusu Ya Sələmu Ya Muminu Ya 
Muheyminu və  Məllikni nəsıyətəl məlikil xadimi Ətyəil 


 
39 
vəkşif beyni və beynətul hicəbə vəqdı həvaici bihəqqis mikə. 
Allahummə Ya Sələm. və bihurməti seyyidinə  və  nəbiyyinə 
və həbibinə və nuri əbsarinə və qurrati uyuninə Muhəmmədin 
salləllahu təalə aleyhi və səlləm.  
6. Ya Salam ismini 131 dəfə zikr edən hər kəs tərəfindən 
sevilər və hörmət görər. Əgər subaysa tezliklə evlənər.  
7. Bir qadın qızıl bir halqaya və ya üzüyə Ya Salam ismi 
yazdırıb üzərində  gəzdirərsə  və  hər gün 131 dəfə Salam 
ismini zikr edərsə, çox təməli möhkəm olan bir ailə qurar.  
8. Psixoloji və ruh xəstəliklərinin müalicəsi zamanı 
Salam və Quddus ismi-şəriflərini bir kasa suya 131 dəfə 
oxuyub, üfürərək xəstəyə içirdilsə, çox xeyri olar.  
8. Hər gün 131 dəfə  və ya bütün günü 655 dəfə Salam 
ismini, niyyət edərək zikr edən kimsəyə heç kim ziyan 
vuraraq, aldada bilməz.  
9. Hər gün niyyət edərək 131-dəfə “Ya Salam”ismini 
oxuyan kimsə üçün uğur qapıları açılar.  
10. Yatağında  əziyyət çəkən bir xəstə üçün: ”Salamun 
qovləm mir Rabbir Rahim” ayəsi 160 dəfə oxunsa, xəstənin 
əcəli gəlməmişsə, Allahın izni ilə şəfa tapar.  
Beyti: Və ya Məliku Quddusu qaddis şərirəti,  
Və səllim vucudi ya Səlamu min-əl-bələ.  
Ey Rəbbim, Sahibim! Ruhumu, sirlərimi, günahlarımı 
təmizlə.  
Ey günahlardan Pak və Munəzzəh! 
Vücudumu bütün bəlalardan salamat eylə, Ey Salam.  
 
 
əl-Mumin-137-Bəndələrinə  əmin-amanlıq bəxş edəndir. 
Göylərdə  və yerdə iman işığını yandıran, Ona sığınanlara 
aman verən, rəhm edib, əzablardan qurtaran, rahatlıq və 
güvənc verən deməkdir.  
 
40
Mumin isminə iman edənlər güvənilən bir insan olmağa 
çalışarlar. Bu ismi-şərifin, Salam ismindən sonra gəlməsinin 
xüsusi bir önəmi vardır. "İmana gəl ki, ələmdən əmin olasan. 
Qədərə təslim ol ki, salamat qalasan.” İmana gələn insan istər 
xeyir olsun, istərsədə şər olsun, hər şeyin Allahın yaratdığını 
bilir. Allahın həqiqi Malik olduğunu bildiyi üçün Mülk 
aləmindəki heç bir varlıqdan qorxmaz.  
1. Mumin ismini hər gün sabah namazından sonra 137 
dəfə oxumağı adət edən kimsə  qətiyyən zərurət və ehtiyac 
bəlasına düşməz. Hər cür mənəvi və maddi bəlalardan, 
xəstəliklərdən qorunmuş olar.        
2. Mumin ismini bir kasa suya 137 dəfə oxuyub, üfürərək 
içən kimsə ruhi xəstəliklərdən, qəlbi qorxu və  vəsvəsədən 
Allahın köməkliyi ilə qurtarar.  
3. Yenə də niyyət edərək “Ya Mumin”ismini hər gün 137 
dəfə zikr edən kimsə bütün pisliklərdən amanda olar.  
4. Bir müsəlman 137 dəfə”Ya Mumin”-deyə zikr etsə, 
bütün malını, mülkini, övladını və varlığını bəla, müsibətlər-
dən və cin-şeytan şərindən Allahın izni ilə qorumuş olar.  
Duası: ”Ya Mumin!Sən hidayətini göndərməsən, qəlblər 
necə müti olar, Sən qəlblərə  əminlik verməsən, kim 
inandığından əmin olar. Sən inandırmasan, kim mömin qalar. 
Nəfsimin tələsinə düşürmə  məni. Elə mömin et ki, öz 
peşmançılığım məni Sənə döndərsin. Xeyirli elminə həsrətik, 
Öz elminə bizi çatdır, Ya Rəbbim!” 
 
əl-Muheymin-145-Bəndələrini davamlı himayəsi altında 
saxlayandır.  
"Gözləyici və qoruyucu." "Hər şeyi muraqəbə və muhafiz 
edən. " "İbadətlərin savabını artıqlaması ilə verən" .  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə