Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə26/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   22   23   24   25   26   27   28   29   ...   84

 
105 
edər. Yatan isə bizim əqlimizin tərk etdiyi “heyvani 
ruh”umuzdur yəni, bədənimizdir.  
Həyatda buna bir nümunə: Qış mövsümündə saylarını 
yalnız Allaha bəlli olan çəyirdəklər və tumlar sanki yarpaq-
larına sarınaraq, üzərlərinə də qardan kəfənlər geyinərək tor-
pağın altında qalırlar. Bahar fəsli gəldikdə, sanki Hz. İsrafilin 
suru çalmasına bənzər kimi səhər yelləri əsməyə başladıqda, 
ölmüş  çəyirdəklər də çüçərməyə başlarlar. (Qəzalinin 
Esmaül-Hüsna “Ölümün içyüzü” bəhsi) 
Qurani-Kərimdə bu haqda belə buyurulur: ”Öz yaradı-
lışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!”-deyə, 
hələ bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: “Onları ilk 
dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu yara-
dılışından  əvvəl də, sonra da çox gözəl tanıyandır!” (Yasin 
78-79) 
1. İradəsi zəif, acız bir insan hər gün 573 dəfə“Ya Bais” 
ismini zikr etsə, özündə bir dəyişiklik hiss edər, işləri uğurlu 
alınar.  
2. Evlənmək və ya övlad sahibi olmaq istəyənlər hər gün 
1062 dəfə ”Ya Bais” və“Ya Fəttah” isimlərini birgə zikr 
etsələr, mətləblərinə çatarlar.  
3. İş və dükan sahibləri ”Ya Bais Ya Fəttah “ isimlərini 
hər gün 573 dəfə birlikdə zikr edərlərsə, qazancları bol və 
bərəkətli olar. Malın tez satılması üçün də 1062 dəfə bu isim-
ləri birlikdə zikr etmək lazımdır. Bu, iki ismi-şərifin qiymə-
tini bilənlər və oxuyanlar üçün bir xəzinədir.  
 
 
əş-Şəhid-310-Hər zaman və hər məkanda, hər an hazır və 
nazir olan və gözündən heç bir şey qaçmayan şahid, demək-
dir. Hər  şeyi qoruya bilən, görsənən və görsənməyən bütün 
 
106
aləmlərə  şahid olandır "Allah etdiklərinizi görür və bilir”- 
deməkdir.  
“əş-Şəhid” ismi Allahın bir ismi olaraq Qurani-Kərimdə 
20 yerdə keçmişdir. “Şübhəsiz, Allah hər şey üzərində şahid-
dir”. (Nisa 33) “Şahid olaraq Allah yetər”. (Nisa 79) Bu ayə 
Quranda səkkiz dəfə  təkrarlanmışdır. Örtülü şəkildə doqquz 
yerdə və ən çox Buruc surəsinin 9-cu ayəsində (Quranda axır-
dan hesab edəndə 319-cu ayədə) keçmişdir.  
“Hər yerdə hazır olan və hər şeyi görən”anlamına gələn, 
“əş-Şəhid” ismini Allah-təala Quranda təkrarlamaqla bəndə-
lərinə qarşı anadan da daha mərhəmətli olduğunu xatırladır. 
Bəndələrinə  hər an onları gördüyünü və onlardan xəbərdar 
olduğunu bildirir.  
Rəbbimiz, Peygəmbərimizə “Rəbbinin hökmünə səbr et! 
Şübhəsiz sən gözlərimizin önündəsən”-deyə buyurmuşdur. 
(Tur-48) 
1. Övladı itaətsiz olan bəndə, şəhadət barmağını övladın 
alnına qoyub 1000 dəfə “Ya Şəhid” ismi-şərifini oxusa, 
övladı islah olar.  
2. Həyat yoldaşına itaət etməyən qadına da eyni şəkildə 
oxunmalıdır.  
1. Hicri qəməri ayının ilk cüməsində Günəş doğarkən və 
ya Cümə namazından sonra 319 dəfə “Ya Şəhid” ismini zikr 
edən kimsə hər kəs tərəfindən sevilər və hörmət görər və sözü 
keçərli olar.  
2. Qırx gün oruc tutub, iftar vaxtı arpa unundan bişirilmiş 
çörək yeyərək və hər namazdan sonra 1000 dəfə “Ya Şəhid” 
ismini zikr edən bir çox sufi elmlərin sirrindən agah olar.  
3. Hər gün sabah namazından sonra 319 dəfə”Ya  Şəhid 
“ismini zikr edənə Allah şəhadət mərtəbəsi qismət edər.  
 


 
107 
əl-Haqq-108-Həqiqətən var olan, varlığı heç dəyişməyən, 
mövcudluğu və hökmləri gerçək olan. "Sonra insanlar gerçək 
sahibləri olan Allaha dönəcəklər. "  
“Haqq”ismi Qurani-Kərimdə 10 dəfə  təkrarlanmışdır. 
(Kəhf-44, Taha-114, Həcc-6, 62, Loğman-30, Nur-25, 
Zuxruf-86, Hədid-16, Mumtəhinə-1) 
Ayrıca Haqq kəlməsi Quranın adı olaraq doğru,  ədalət, 
haqq, hissə, gerçək anlamlarında Qurani-Kərimdə 218 dəfə 
təkrarlanmışdır.  Əlimizlə tutduğumuz, gözümüzlə gördüğü-
müz bu varlıq aləmində hər an dəyişikliklər baş verir. Dünya 
fırlanır, günəş, ulduzlar dövr edirlər.  İnsanlar ölür, ağaclar 
quruyur. Bütün bunları əmələ gətirən Allah nə doğulmuş, nə 
doğmuş, nə mürgüləyir, nə də ki, yatır.  
 ən-Nur 25-Allahın onlara verdiyi vədin açıq-aşkar bir 
haqq olduğunu biləcəklər! 
əs-Sad 84-“Həqiqətən, doğru deyirəm, - deyə buyurur.  
1. Bir kimsə  aşağıdakı ayəni oxuyub, sonra da “Ya 
Haqq” ismini 11664 dəfə oxusa bütün uğursuzluqlardan qur-
tarar, qazanc-bərəkəti artar.  
 
 
 
 Və əmmə mə yənfəun nəsə fəyəmkusu fil ardi.  
2. “Ya Haqq”ismini daima zikr edən kimsə imanında və 
ibadətində sabit olar. Haqsızlıqlara qarşı  çıxaraq,  ədalətin 
tərəfində olar. Doğrunu söyləyər. Bir çox hikmətlərdən başı 
çıxar.  
3. Bu ismi 108x108=11664 dəfə zikr edən kəs gördüyü 
işin axirətindən xəbərdar olar və çox bacarıqlı olar.  
4. Bir kimsə “Ya Haqq” ismi-şərifini 1000 dəfə oxusa, 
aqibəti xeyirli, bəxtiyar və pisliklərdən qorunmuş olar.  
 
108
5. Bir kimsə “La ilahə illəllahul-Məlikul-Haqqul-Mu-
biyn”zikrini gündə 100 dəfə oxusa fağırlıqdan qurtarıb, zən-
gin olar. Allahın izni ilə bütün işləri yoluna düşər.  
 
 
əl-Vəkil-66-İşlərini yalnız Onun öhdəsinə buraxıb, Onun 
daha yaxşı yerinə yetirəcəyinə inanmaq.”əl-Vəkil”-Bəndə-
lərinin işlərini görən, onların mənfəətlərini biləndir. “Güvə-
nilən, ümid edilən” anlamına gəlir.  
“əl-Vəkil” İsmi-Camalı Quranda 13 dəfə keçmişdir.  
Yaradılmışların ən dəyərlisi olan insan sahib olduğu bü-
tün imkanlara baxmayaraq çarəsiz qaldığında dayanıb-durur. 
Özünü faili-muxtar bilən insan hər şeyin öz əlində olduğunu 
düşünür. Güzgü qarşısında özünə heyran olur, ağlı, bacarığı, 
diləyi və bütün bacardıqlarının özündən olmasına inanır. 
Lakin bir pis hadisə baş verəndə, evinin uçduğunu görəndə və 
ya hər hansı bir fəlakətə  və ya müsibətə rast gəldikdə aciz 
qalaraq, onların qarşısını almağa qadir olmadığını anlayır və 
bu zaman “Allaaah!” deyə fəryad etməyə başlayır.  
Qurani-Kərimdə bu haqda buyurulur: ”Sizi suda və qu-
ruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir 
külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevin-
dikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gə-
milərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları 
bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən 
Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu 
təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq”. (Yunus-
22, Ənkəbut-65, Loğman-32) 
Allahın “əl-Vəkil” isminə iman edən möminlər isə  ən 
rahat görə biləcəyi işlərində belə Allaha təvəkkül edərək işə 
başlarlar. Ana bətnindən başlayaraq son nəfəsimizəcən bizi 
ruzisiz qoymayan Allahdır. Yəni, “Məndən başqasını özünüzə 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə