Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə23/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   19   20   21   22   23   24   25   26   ...   84

 
93 
Toplum və  fərdin varlığını  və birliyini, yaşam tərzini 
təşkil edən  şeyləri, nəyin düzgün olub-olmadığını da 
Peyğəmbərlər vasitəsilə bizlərə öyrətmişdir. Əsrlərdir Quranı 
qoruyan Allah, onu Qiyamətə  qədər belə qoruyacağını  “əl-
Hafiz” ismi ilə vəd edir.   
1. Bir kimsə ”Hafizu” isminin vəqfini gümüş bir lövhəyə 
yazıb üzərində gəzdirsə, və 998 dəfə zikr etsə, vəhşi heyvan-
lardan, oğrulardan və bütün canlı  və cansız təhlükələrdən 
qorunar.  
2. Dənizdə  və quruda səyahətə  çıxan kimsə  hər səhər 
yeddi dəfə Ayətəl-Kürsü oxuyub, dairəvi şəkildə hər tərəfinə 
üfürdükdən sonra səkkizinci Ayətəl-Kürsünü oxuyub, arxa-
sınca da, 998 dəfə “Ya Hafiz” ismini zikr etsə  və Allahdan 
onu qorunmasını istərsə, səfər nə qədər uzun və təhkükəli olsa 
da, Allah onu bütün bəlalardan qoruyar.  
3. Bir lövhə üzərinə ”Hafiz”isminin vəqfini yazıb və 
üzərinə 998 dəfə“Ya Hafiz“ ismini oxuyub bir mülkin və ya 
malın üzərinə qoyulsa, bütün bəla və pisliklərdən qorunmuş 
olar.  
Beyti: Hafizun fələ şey`ə yəfutu li ılmihi 
Muqitun yuqitul-xalqa alə və əsfələ.  
Mənası: Mövcudatı zavaldan qoruyucusan Ya Hafiz! 
Ən  əla olan, bu qədər məxluqatın ruzisini hazırlayıb 
çatdıransan ya Muqit! 
 
əl-Muqitu-550-Yaratdığı bütün məxluqatın ruzilərini 
verən və ruziyə çatdıran deməkdir. Bədənlərin və ruhların 
qidasını yaradıb verən və qoruyan.  
"Allah hər şeyin qarşılığını vericidir. "  
“əl-Muqit” ismi Quranda bir dəfə keçir. “Allah hər şeyə 
qadir və qida verəndir” (Nisa 85) ayəsində bizlərin bir tikə 
 
94
ruzi üçün, insanlara boyun əyərək zillətə düşməməyimiz 
üçün, yalnız bizim deyil, dənizdəki balıqların, havadakı 
quşların, çöldəki heyvanların belə qidasını Allahın verdiyini 
xəbər verir və yemək üçün torpağı  əkmək lazım gəldiyini 
bildirir. “ər-Razzaq”ismi-şərifinin açıqlamasında Zuxruf surə-
sinin 32-ci ayəsində ruzi verənin Allah olduğu bildirilmişdir.  
“Hər kəsə uyğun olaraq qidalarını Allah kainatın yara-
dılışında dörd gündə  təqdir etdi” (Fussilət 10)ayəsində Al-
lahın ruzini kimə  nə  qədər və necə verəcəyini yalnız Özü 
bildiyi haqda xəbər verilir. “İnsana ancaq çalışdığının qar-
şılığı vardır” (Nəcm 39) deyərkən, insanı çalışmağa təşviq 
edir. Ancaq hər çalışanın da Allah istəməsə qazanmağı 
mümkün deyildir.  
1. Bir kimsə, niyyət edərək”Ya Muqit, Ya Razzaq” 
isimlərini birlikdə yazıb dükan və ya mağazadan asarsa və hər 
gün 858 dəfə bu iki ismi birlikdə zikr edərsə, müştərisi 
çoxalar, qazancı artar, bol xeyir və bərəkət götürər.  
2. Hər gün sabah namazından sonra 550 dəfə” Ya 
Muqitu”ismini zikr etməyi adət edən kimsəyə Allah-təala ona 
lazım olan ruzi-bərəkəti artıqlaması ilə verər.  
 
əl-Həsib-80-Yaratdıqlarının hamısına yetən və onları 
hesaba çəkən. Bütün varlıqların varlıqları boyunca etdiklərini, 
gizlətdiklərini və  aşkar etdiklərini  ən incə nöqtəsinə  qədər 
bilib, mütləq haqq-hesabını edən və edəcək deməkdir.  
"... Hesab sorucu olaraq da Allah yetər. " 
 əl-Həsib: “Muhasib: Hər kəsin həyatı boyunca etdikləri, 
bütün təfsiratı  və  təfərrüatı ilə hesabını bilən “Həsib”ismi 
bütün varlığın hər an etdiyinin hesabını hesablamaqdadır.  


 
95 
 “əl-Həsib” ismi Qurani-Kərimdə beş  dəfə keçmişdir. 
Ayrıca yeddi dəfə  də “Hesabı tez görəndir” mənasına gələn 
kimi də keçməkdədir. (Nisa 86), (Zilzal) 
O (möminlərə) insanlara “Şübhəsiz düşməniniz olan 
insanlar sizin için qüvvətlərini topladılar. Onlardan qorxu-
nuz”-dedikdə bu onların imanını daha da artırdı  və onlar: 
“Allah bizə yetər, O nə gözəl vəkildir”-dedilər.  
Dünyanın bütün orduları birləşib bir möminin üzərinə 
gəlsə, Allahın “əl-Hasib” isminə iman edən kəs“Həsbunəllah 
və niəməl Vəkil-“Allah bizə yetər, O nə gözəl vəkildir”Allah 
bizə yetər deyərək yoluna davam edər.  
1. Bir kimsə  hər gün”Ya Həsib”ismini 400 dəfə oxusa, 
haqsızlıq edən düşməndən qorunmuş olar.  
2. Bir çətinlik zamanı niyyət edərək 720 dəfə“Ya 
Həsib”ismini zikr etsə, Allah işini yüngülləşdirər və həll edər. 
Ümid etmədiyi yerdən qismət və ruzi yolları açılar, bütün 
qorxduğu şeylərdən əmin olar və insanlar tərəfindən sevilər.  
Beyti: Fəhilmukə xasbî ya Hasibu təvəlləni,  
Və əntə Cəlîlun kun li ğammi munəkkilə.  
Mənası: Helmin mənə kafidir, hər işimi görürsən Ya 
Hasib!Ali və  cəlal sifətlərini daşıyansan Ya Cəlil! Dərd və 
kədərlərimi məndən uzaqlaşdır! 
 
əl-Cəlilu-5329-Şanı uca, əzəmət, kübarlıq, böyüklük və 
şanı olan Allah deməkdir. Günah, inkar və üsyan içində olan 
insanların könüllərindən tutaraq onların da yüksəlməsinə 
çalışar. Allahın Cəlil ismi bütün kamal sifətlərə sahibdir, yəni 
Alidir və ucalığı yayandır.  
əl-Cəlil ismi Quranda iki yerdə”Zul-Cəlal” kimi keçir. 
(ər-Rahman 27, 28) 
 
96
Allahın “əl-Cəlil” isminə iman edən və Quran əxlaqı ilə 
yaşayan kimsə bütün rəzalət və pisliklərdən uzaq olar və 
Allahın ”əl-Cəlal” ismi onu bu pisliklərdən qoruyar. Günah, 
inkar, üsyan içində çabalayan kimsə“Ya-Cəlil” ismini zikr 
edərək, bu dərdlərdən Allahın izni ilə qurtarar və könlündə 
fərəh, sevinc yaranar.  
1.”Ya-Cəlil”isminin vəqfini yazıb üzərində  gəzdirən və 
hər gün 365 dəfə zikr edən bütün haqsız işlərə qarşı durub, 
qalib gələr.  
2. Bu ismi zikr edən hər kəs tərəfindən hörmət görər. 
Zalımlar və zülmkarlar ondan çəkinərlər.  
3. “Ya-Cəlil”ismi-şərifini davamlı oxuyan kimsə Tanrı 
yanında şərəfli və qiymətli bəndə olar.  
 
 
əl-Kərim-270-Hər cür fəzilətə sahib olan, nəhayətsiz 
kərəm sahibi və bütün mövcudata şamil olan deməkdir.  
"... Şükr edən yalnız özü üçün şükr etmişdir. Nankorluq 
edən isə, o bilsin ki, Rəbbinin heç bir şeyə ehtiyacı yoxdur, 
çox kərəm sahibidir.” 
Quranda “əl-Kərim” ismi “Yaxşılıq edən”, ”Kərəmi bol 
olan”- anlamında iki yerdə keçmişdir. (Nəml-40)“Ey insan, 
Kərim olan Rəbbinə qarşı səni aldadan nədir?” (İnfitar-6) 
Kərim olan Rəbbimiz bizi yaratmış. Ehtiyacımız olan ha-
vanı, günəşi, suyu bol miqdarda yaratmış. Vücudumuzun or-
qanlarını pulla almaq istəsək gücümüz belə çatmaz. Lakin 
Allah bütün bunları mömin və ya kafir olaraq heç fərq qoy-
madan hamımıza təmənnasız bəxş etmişdir. Bəndələrinin qo-
naq olaraq gəldikləri bu dünyanı da çiçəklərlə, ulduzlarla, də-
nizlərlə  və bir çox nemətlərlə  bəzəmişdir. Azacıq ibadətləri-
mizə, sədəqələrimizə bol cavab vəd edən Allahın Kərim ismi-
nə iman edənlər, Allahın bəndələrinə qarşı yaxşılıq etməkdə 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə