Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə24/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   20   21   22   23   24   25   26   27   ...   84

 
97 
davam edərlər.  İnsanların xəta və günahlarını görməməyə 
çalışar, insanların balaca bir yaxşılığını könüllərinə xoş olsun 
deyə gözlərində böyüdərlər.  İnsanlara yaxşılıq edərkən buna 
layiq olub-olmadığını düşünməz və əvəzini ummazlar. Çünki 
Kərim olan Rəbbimiz bizlərə nemətlər verərkən bizim ona 
layiq olub-olmadığımızı hesaba qatmadan Öz Kərəmindən 
vermişdir. Yəni bütün sahib olduqlarımızı yalnız Kərəm sa-
hibi olan Allah bizlərə bəxş etmişdir və istədiyi vaxt əlimiz-
dən ala da bilər.  
1.”Ya Kərim”isminin vəqfini yazıb üzərində daşıyan və 
hər gün 270 dəfə ”Ya Kərim” deyə zikr edənə Allah asanlıqla 
bərəkətli ruzi ehsan edər. Çətin işlərini yoluna qoyar. Fağırlıq 
və kasıblıqdan əmin olar.  
2.”Ya Allah, Ya Kərim Ya Vahhab” əsmau-şərifləri zikr 
edənlərə Allah ruzi, bərəkət, var-dövlət ehsan edər.  İşlərini 
yoluna qoyar və  çətinlikdən qurtarar. Hər kim gündə 1171 
dəfə bu əsmalara zikr etsə, görünməz səadət və nemətlərə 
sahib olar. Allahın istəyi ilə  hər cür bəla və  dərdlərdən 
qurtarar.  
 
 
ər-Raqib-312 -Gözləyən, qoruyub, nəzarət edən. Bütün 
varlıq üzərində güclü və bütün işlər Özünün nəzarəti altında 
olan və Onun əmri ilə meydana gələn deməkdir.  
“ər-Raqib” ismi-şərifi Quranda üç yerdə keçmişdir. 
“Şübhəsiz Allah üzərinizdə nəzarətçidir” (Nisa-1)  
Əgər həyatımızın bir gününün gizli kameraya çəkildiyini 
öyrənsək, o gün axşama qədər bütün hərəkətlərimizə nəzarət 
edər və boş  işlərlə  məşğul olmarıq. Allahın ”ər-Raqib”olan 
isminin də bizi hər an, hər saniyə belə nəzarət etdiyini bilib, 
ona iman etsək, İslam qanunlarına uyğun yaşamağımızı təmin 
 
98
edərik. Əlimizdən və dilimizdən heç kəsə, hətta özümüzə də 
zərər vermərik.  
1. Bir kimsə“ər-Raqib”ismini yeddi gün bir su dolu kasa-
ya oxuyaraq səhər, acqarına içərsə, hafizəsi güclənər. Həm-
çinin zehni inkişafdan qalan uşağa içirdilərsə, uşaq sağalar.  
2. Hər kəs hər namazdan sonra 312 dəfə  ”ər-Ra-
qib”ismini zikr etsə, Allah hər bir işində onu mühafizə edər.  
Beyti: İlahi Kərimun əntə fə əkrim məvahibi,  
Və kun li əduvvi ya Raqıbu mucəndilə.  
Mənası: Allahım Kərimsən Sən! Bağışla məni. Düşmən-
lərimlə qarşılaşdığımda, məni qoruyaraq, onları  cəzalandır. 
Ya Raqib!  
  
 
əl-Mucib-İstək və arzulara qarşılıq verən.  
1. Bu ismin vəqfini Cümə günü Günəş doğarkən bir 
lövhə üzərində  nəqş etdirib üzərində  gəzdirən və  hər gün 
3025 dəfə”Ya Musib”ismini zikr edənin hər niyyəti qəbul 
olar.  
2. Xüsusi bir niyyət üçün oxunduğu zaman o niyyətə aid 
ismi-şərifi “Ya Musib” ismi ilə birlikdə zikr edilir. Yəni ruzi 
üçün “Ya Razzaq” ismini ”Ya Mucibu Ya Razzaq” deyə zikr 
etmək lazımdır.  
3. Arzu və istəklərin qəbul olunması üçün “Ya Mucib” 
ismini 3025 dəfə zikr edən, Allahın izni ilə öz mətləbinə 
çatar.  
 
əl-Vasiu-137-Mərhəmətli, çox geniş iman və ehsanı, 
neməti bol olan-deməkdir.  


 
99 
“Ya Vasiu” ismi-şərifini davamlı oxuyan kimsənin ruzisu 
bol olar.  
Vasiul Mağfirəti-  Əfvı, Məğfirəti geniş olandır. Vasia-
Sonsuz, geniş rəhmət sahibi 
Nəcm-32-(O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) 
istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) 
çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi 
torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym 
halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə 
çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin 
kim olduğunu ən gözəl biləndir! 
(Ənam-147)  Əgər onlar səni yalançı hesab etsələr, de: 
“Rəbbiniz böyük mərhəmət sahibidir. Onun günahkar bir 
tayfaya (verəcəyi) əzabın da qarşısı alına bilməz!” 
1. Sağlam bir ömür yaşamaq üçün “əl-Vasiu” ismini çox 
zikr etmək lazımdır.  
2. Bu ismi gümüş  və ya qızıl bir lövhə üzərində yazıb, 
boynunda gəzdirən və  hər gün 11 dəfə Fatihə surəsini 
oxuduqdan sonra 137 dəfə“Ya Vasiu” ismini zikr etməyi adət 
edən kimsənin Allah ömrünü uzadar, sağlamlıq, ruzi, bərəkət 
verər, pis əməllərdən uzaqlaşdırar.  
3. Dolanışığı pis və  çətin olan bir kimsə  hər namazdan 
sonra“Ya Vasiu”ismini oxumağa adət edərsə, Allah can 
sağlığı verər və ruzi bərəkətini bol edər, ömrü uzanar.  
4. Cümə günü 137 dəfə“Ya Vasiu” ismini yazdıqdan 
sonra bir dükanın giriş qapısının üstünə qoyarlarsa, orada 
bərəkət və bol müştəri olar.  
5.”Ya Vasiu” ismini hər gün davamlı zikr edən kimsə 
bolluq və fərəh içində yaşayar.  
Beyti: Də`əvtukə ya Məvla mucibən ilmən dəa 
Qadimul-ətayə vasiəl-cudi filmələ  
Ey ulu Mövla!Sənə yalvarıram. Yalvaranlara rəhm 
edənsən əlbət.  
 
100
Çox qədimdən bağışlayıcısan. Aləmdə comərdlik və 
səxavətin genişdir Ya Vasi! 
 
 
əl-Həkimu-Hikmət sahibi. Hökmü rədd edilməyən ha-
kim, haqqı yerinə yetirəndir. Bütün iş  və  əmirləri yerində 
olan. Bütün əmr və  işləri hilmətlə dolu olandır-deməkdir. 
Allah bu iki ismin elmlə bağlı hikmətdən meydana gəldiyini 
bildirir.  
1. “Şübhəsiz ki bu Quran, Hakim (hikmət sahibi), Alim 
(her şeyi bilən) Allah tərəfindən sənə endirilmişdir”.  
2. “Bu kitabın endirilməsi:  Əziz (güc-izzət sahibi), 
Hakim (hikmət sahibi) olan Allah tərəfindəndir.” 
3. Hər namazdan sonra 78 dəfə “Hakim” ismini zikr edən 
kimsəyə Allah elm və hikmət verər, həmçinin uzaqgörmə 
qabiliyyəti olar.  
4. Ürək xəstələri yeddi gün sabah ac qarına “Həkim” 
ismini 78 dəfə bir kasa suya oxuyaraq içərsə, xəstəliklərdən 
qurtarar.  
5. Hər kimsə gecə yuxuya gedənəcən”Ya Həkəmu” ismi-
şərifini oxusa ilahi hikmət və incəliklərə nail olar.  
6.”Ya Hakim”ismi-şərifini oxuyan kimsənin qəlbini Al-
lah-təala nuruyla nurlandırar və yüksək mərtəbələrə çatdırar.                  
 
əl-Vədud- 400-Çox sevən və sevilən. Sevilməyə  və 
dostluğa ən çox layiq olandır. Çox sevən və sevilən. “Mütləq 
ki, Rəbbim çox mərhəmətlidir (möminləri) çox sevər.” 
 1. “Ya Vədud” ismini 400 dəfə zikr edən kəs hamı 
tərəfindən sevilər, hörmət görər.  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə