Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə20/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   16   17   18   19   20   21   22   23   ...   84

 
81 
Hz. Yusifin(ə. s. )quyuya atılmasını, bazarda satılıb, həbs 
edilməsini və Misir sultanı olmasına qədər gedən yola aparan 
və hökm edənin Lərif olan Allahın olduğunu xəbər verir. 
(Yusuf-100) 
Bu ayədə  də göy üzündən su endirib yer üzünü 
yaşatdıranın Lətif olan Allah olduğunu xəbər verir Rəbbimiz. 
(Həcc-63) Göy üzündə, yer üzündə və ya bir qayanın içində 
xardal dənəsi ağırlığında bir şey olsa, onu belə bilir və 
hüzuruna gətirir. O Lətif olan Allahdır. (Loğman-16) 
Əlimizi, ağlımızı, ruhumuzu yaradan Lətif Allah, görün-
məyən qəlbimizə sevgi-məhəbbət də verən yenə də Lətif Al-
lahdır. Allahın Lətif isminə iman edənlər bütün yara-
dılmışlarla lətif davranıb və onlara qarşı ədalətli olar.  
Qurani-Kərimdə buyurulur: "O gün bir çox üzlər, Rəb-
lərinə baxıb parlayacaqdır. " (Qiyamət-22-23) 
"Yaxşılar  şübhəsiz, nemət içində  və taxtlar üzərində 
ətrafı seyr edərlər. Onların üzlərindəki parıltıdan tanırsan. " 
(Mutaffifın-22-24) .  
1.”Ya Lətifu” ismi Heyyul-Qayyum ismi-şərifi kimi 
kəskin bir qılıncdan da təsirli Allahın ismi-şərifidir. Hər gün 
səhər və axşam 1000 dəfə bu ismi kim zikr etsə və yaxud da 
birinci həftə 500 dəfə, ikinci həftə 600 dəfə, üçüncü həftə 700 
dəfə, beləliklə, hər həftə 100 artıraraq, aşağıdakı salavatla 
birlikdə zikr etsə, dilək və muradına çatar. Qisməti açılıb, 
ruzisi çoxalar və heyrətedici uğurlar qazanar. Salavatı:  
 
 
 
82
Əssalətu vəssələmu aleykə yə seyyidi, yə Rasuləllah. xuz 
biyədi qallət hiləti  ədrikni bilutfikə  və  kəramikə  yə sahibəl 
lutfi vəl ihsəni yə rahmətəl lil aləmin.  
2. Hər hansı bir hacət üçün iki rükət namaz qıldıqdan 
sonra 10 salavat, 10 İxlas, 10 Təkbir və yenə də 100 Salavat 
və 1 Fatihə deyərək, üzü qibləyə oturub, niyyət edərək “Ya 
Lətif” ismini 129x129=16641 dəfə zikr etsə, Allahın izni ilə 
hacətinə çatar.  
3. Bir xəstə üçün kimsə 16641 dəfə “Ya Lətif” ismini 
zikr etsə, xəstə sağalar.  
4. Bir kimsə  hər namazdan sonra 129 dəfə “Ya Lətif” 
ismini zikr edərsə, hər cür təhlükə və bəlalardan qorunar.  
Beyti: Gizlicə nemətləri bəndələrinə yetirən “Ya Lətif”. 
Qulunun gizli və  aşkar olan bütün hiss və  hərəkətlərindən 
xəbərdar olan “Ya Xabir”! 
 
 
əl-Xabir-812. əl-Xabir-Allah hər şeydən xəbərdardır. Hər 
şeyin iç üzündən, gizli tərəfindən xəbərdardır, olanları  və 
olacaqları  ən yaxşı  şəkildə bilən, mülkində  nə varsa hər 
şeydən xəbərdar olan deməkdir.  əl-Xəbirdir-yəni bəndəsinə 
Qurani-Kərim ilə xitab edərək yol göstərən və onun iki 
cahanda da xoşbəxt olmasını istəyən Rəhman, Rəhim, Xabir, 
Alim və verən-verdirən olan Allahdır.  
Bu ismin incəliklərindən xəbərdar ola bilmək insanın 
həyatda yaşaması üçün bir rahatlıq gətirər və insanın axirətə, 
əbədi dünyasına hazırlanmasına vəsilə olar. Uca Allah, za-
mandan və  məkandan asılı olmayaraq, zaman və  məkanın 
əhatə etdiyi hər  şeyi, kainatda keçmişdən gələcəyə  qədər 
olmuş  və olacaqların hamısını bilir, sadəcə  əməlləri deyil, 


 
83 
ağıllardan keçənləri, sinələrdə saxlananlardan da xəbərdar 
olandır.  
Bu ismi, bütün hikmətləri ilə anlamağa çalışan bəndə, 
ruhunun böyük bir güvəncin və rahatlığın içinə dolduğunun 
şahidi olur. Çünki Uca Allah daima yanındadır, nə etmək 
istədiyini bilir və qulunu daima qoruyur.  
Bütün vəzifəmiz, “Ələst gecəsində verdiyimiz “Tovhid 
əhdi”ni isbat etmək üçün gəldiyimiz bu müvəqqəti dünyada, 
sözümüzü və sevgimizi sübut etməkdir. Allaha ”qulluq” isə 
bir ağacın altında kölgəsindən istifadə etmək üçün bir neçə 
dəqiqə dayandığımız zaman müddəti qədər qısa olan bu 
dünya həyatını saleh əməllərlə doldura bilməkdən ibarətdir.  
Qadir Allah Xabirdir, ən kiçik molekulların, hüceyrənin 
hərəkətindən, havada uçuşan, qaynaşan zərrələrin hərəkətin-
dən xəbərdar olduğu kimi mülkinin hər tərəfindən, işlərin 
başdan-ayağa baş vermə  səbəb və  vəziyyətlərindən, səmada, 
yerdə, dənizdə baş verənlərdən, insanın ən gizli, qəlblərin heç 
kimə açılmayan sirlərindən, qəlblərdə pis və ya yaxşı düşüncə 
və niyyətlərdən də  xəbəri vardır. Bunların heç birini hökm-
süz, mükafat və ya cəzasız buraxmaz. Bir duyğu duyan, bir 
şeyi düşünən, bir niyyət edən, bir söz söyləyən, gizlincə 
olaraq bir iş görən və bu işi görərkən nə  qədər gizlətmək 
istəsə öz qəlbindən, Allahdan gizlədə bilməz. Bu halda bütün 
gizlinlərin həqiqətini bilən, bütün məxluqatın yaradıcısı bunu 
daha əvvəldən və daha düzgün şəkildə bilir. Bu duyğularımız, 
nəfslərimiz,  əməllərimiz də belə Allahın izni ilədir. Çünki 
Onun izni olmasa, heç bir kimsə nə düşünə bilər, nə əlini, nə 
dilini, nə ayağını  tərpədə bilər, nə  də ki özünü duya bilər. 
Hamımız bilirik ki, insan bir anın içində iflic və ya qıc ola 
bilər və bu zaman “Mən bu işi edəcəyəm” deyən nəfs yerlərdə 
sürünərək qalar. Bu zaman onu yenidən qaldıran, hərəkət 
verən, Yaradanın onu təzədən dünyaya qaytaran və onun 
əzalarını özünə qaytaran yalnız Qadir Allahdır. Hər zərrə, hər 
 
84
şüur, hər  şey yalnız onun elm və qüdrət  əsəridir və Yara-
dandan yaratdıqları heç nə gizlədə bilməz. Hər bir yaradılan 
məxluq özündə, sonradan meydana gələn biliyin, elmin ona 
bəxş olunmasının mənasını, hələ özünün dünyaya gəlməmiş 
ondan  əvvəl onu və onda olan bilgini bütün həqiqətləri ilə 
yaradan yaradıcısının elminə borcludur. Yaratdığı məxluqatda 
hər hansı bir hadisə baş verirsə, Lətif və Xabir Allah bilir.  
Allahın “Ya Xabir” ismi Ona imanı olan bəndələri 
yalandan, hiyləgərlikdən, pis əməl və vərdişlərdən çəkindirir. 
Ondan gizlin heç bir hərəkətin mümkün olmadığını xatırladır. 
Bizlər dua və ibadət etmək  əvəzinə, ehtiyaclarımızdan həqi-
qətən də  xəbəri olmadığını  zənn edərək, istəklərimizi yerinə 
yetirmək üçün vasitə və adam axtarırıq. Halbuki, Allah bən-
dələrinin ehtiyac və vəziyyətlərindən hər an belə xəbərdardır. 
Bəzən bir anın içində müəyyən bir çətin vəziyyətdən çıxmaq 
üçün insanın beyninə  bəzi fikirlər gəlir. Lakin içimizdən bir 
səsin “hələ bu işin hazır olmayıb, səbrli ol! ” duyğusu sanki 
bizi xəbərdar edir. Daxilimizdəki bu səs, duyğu həyatımız 
boyu bizimlə sanki söhbət edir, dərdləşir, yol göstərir, xəbər-
dar edir. Bu səs gözləmədiyimiz anda və dərk etmədiyimiz bir 
qaynaqdan gəlir. Həmin səs Allahın “Xabir” isminin hikmət-
lərindəndir.  
Bu səbəbdən də bizə  bəxş olunan hər  şeyə görə qürur-
lanaraq şeytana uymasaq və yalnız gözəl əxlaq, araşdırma və 
elmimizi artırmaqla Allaha üsyan etməkdən çəkinsək, bütün 
əməl, söz və gizli düşüncələrimizdə Allahdan həya etsək, bu 
zaman “Mən sizə  şah damarınızdan da yaxınam”ayəsinə 
qəlbdən inanar və ruhumuzun da yalnız Ona aid olub və bu 
bədəndə müvəqqəti olduğumuzu hiss edərik. Allahın sifət-
lərini, hökmlərini, halal və haramını öyrənib, Allaha daha da 
yaxınlaşdıracaq mərtəbələrə yüksəlmək üçün mücadilə edə-
rik. Bu ayədə Uca Allah varlığını, idrak edə bildiyimiz bütün 
vasitələrlə bizə hiss etdirir.  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə