Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə16/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   12   13   14   15   16   17   18   19   ...   84

 
65 
bilməli və yer üzündəki rolunu, missiyasını tam anlamalıdır. 
Allahın Alim olduğuna iman etməklə yola çıxan öz 
məqsədinə çatar və özünü yetişdirməklə  məşğul olar. Heç 
bilənlə bilməyən bir olarmı? 
Dünya elmlə  əldə edildiyi kimi, axirət də elmlə  əldə 
edilir. Elm iki növdür:  
Birinci, Metafizik, yəni mənəvi və ruhani elmlər.  İkinci 
isə Dünya elmləridir. Hər hansı bir sahədə olursa olsun bir 
kimsə oturarkən, yeriyərkən, yatarkən, çalışarkən, hər bir 
vəziyyətdə və hər bir zaman bu Ləfzi-Cəlalı qəlbən davamlı 
oxusa, mütləq qəlbində hikmət və elm bulaqları qaynayar. O 
hər kəs tərəfindən hörmət və sevgi görər.  İşləri  ən yaxşı 
şəkildə davam edər, sözü keçərli olar. Fağırlıqdan, ehtiyacdan 
qurtarar. Ağla gəlməyən təsəvvufa çatar. Bu ismi-şərifi 
ixlasla zikr etmək lazımdır.  
“Rabbənə  ətinə fiddunyə  həsənətən və fil axirati həsə-
nətən vəqınə azəbənnər.” 
“Ey Rəbbimiz! Bizə dünyada xeyir və  həsənəni ehsan 
eylə. Və axirətdə ilahi rizanı, Camalı məqamını və bütün yax-
şılıqları ehsan eylə. Və bizi dünyanın hər cür əzablarından, 
iztirablarından, xəstəliklərindən qoru və axirətdə Özünün və  
Hz. Muhəmmədın mərhəmətindən məhrum eyləmə  və 
Cəhənnəm əzabından qoru.  
“Mən elmin şəhəriyəm; Əli onun qapısıdır” hədisi şərifini 
bir çox məqamlarda, dəyişik mənalarda idrak edə bilirik.  
Hər varlıq (İns, cin, mələk, heyvan, nəbatət) öz elmini 
bilmə məqamında  
“Mənlik” qazanaraq, Alim əsması altında varlıq taparaq 
həyatdadır. Gerçək həyatı var edən elm, Külli Əqldır. Küllü 
Əql  şüur və “Mən” deməkdir. Hər varlıq öz varlığını Alim 
əsmasında yaşayaraq, “Mənlik” qapısından özünü göstərir. 
Bil ki; “Mən” liyi var edən Külli Əqldır. Hər varlıq Mən-
 
66
liyincə  Əqlinin qapısıdır. Eyni zamanda hər varlıq,  Əqlinin 
məna dəryasını “Mənlik” hökmündə göstərir.  
Deməli, “Mən”-lik qapı, Əql şəhərdir. Hər varlıq “Mən”-
liyicə Əlidir. Əqlicə isə Muhəmməddir.  
 1. Bir gümüş üzüyə “Ya Alim” ismini yazdıraraq üzə-
rində gəzdirən və hər gün 150 dəfə zikr edən, bir çox elmləri 
öyrənə bilər.  
Beyti: Fə əlləmənə min kulli xayrin muəyyidin,  
Və əzhəra finəl-ilmə vəl hilmə vəlvələ.  
O da, qüvvətli hər xeyri bizə öyrətmiş.  
Elmi və helmi -dostluğu bizə açıqlamışdır.                
Duası: ”Ya Alim! Sənin üçün elmi bilmənin əvvəli, axırı 
yoxdur. Mən bir damla belə bilmirəm. Ancaq Sənin 
bilmədiyin bir şey yoxdur. Mən ancaq bəzən bilirəm. Sən isə 
açıb söylədiyimi və söyləmədiyimi, hətta unutduqlarımı da 
bilirsən. Öz quyularıma ağlımın ipini salaram. Hey dolanaram 
ki, nə isə tapım. Ancaq özümə belə  ağlım çatmaz, yenə  də 
Sən istəsən qəlbimi bilə bilərəm. Məni də bilənlərdən eylə. 
Sənə  məlum olan ayıb və qüsurlarımla utandırma məni. 
Məhcur etmə Ya Rəbb! Utandırma bizləri... Bizləri xeyirli 
elm dənizində üzdür. . .” 
    
 
 əl-Qabid-903-sıxan, daraldan mənasındadır.  
1.  əl-Qabid ismi-şərifini söyləyən  ələm və  sıxıntılardan 
qurtarar.  
2. Bir Müsəlman inanaraq ixlasla "Ya Qabid" deyə bu 
mübarək ismin zikrini davamlı oxuyarsa, zülmdən, fikirlərdən 
və sıxıntılarından qurtarar.  
3. Bir kimsə "Ya Qabid" ismini 40 gün qırx tikə çörək 
üzərinə oxuyub, yesə: o kimsə, aclıq möhnətindən əmin olar.  


 
67 
4. Düşmən şərindən qorunmaq üçün 903 dəfə oxunur.  
Beyti: Və Ya Qabidu-Qabid qalbə kulli muənidin 
Və Ya Bəsit-ubsutnî bi əsrarik-əl-ulə.  
Hər inadcılın qəlbini silkələyərək al Ya Qabid! 
Ülviyyətinin əsrarıyla sirlərini yay, məxluquna bildir, Ya 
Bəsit!  
Duası: ”Ya Qabid! Ya Bəsit! Sənə şükr etməyəni darlığa 
salarsan. Dara düşəndə  də  şükr edəni genişləndirən Sənsən, 
təqdir Sənindir. Ya Rəbbi! Sən ki, imkansızı imkanlı edərsən. 
Darda qoyma məni, dara düşdüyümdə  də  şükr edənlərdən 
eylə  məni. Sən ki, Sənə möhtac olanları  nəzərində tutarsan. 
Məni Öz nəzərindən ayırma Allahım. Şükür... şükür. . şükür... 
yenə də şükür YA Rəbb ... Min şükürlər olsun Sənə. Biz Sə-
nin qulunuq! Bizi Qapından boş qaytarma, Ya Rəbbim! Xe-
yirli elmini bizlərə də qismət eylə Ya Rəbbim!” 
 
 
 
əl-Bəsit-72-Açan, genişləndirən və yayan deməkdir. Hə-
yat verən, ruzi yağdıran, açan, genişləndirəndir.  
1.  Bu  ismi  hər gün sabah namazından sonra 72 dəfə 
oxumağı adət edən kimsənin ruzisi-bərəkəti bol və daimi olar. 
Hər kəs tərəfindən sevilər. Bütün qapılar üzünə açılar.  
1. Bu ismi incə bir kasa suya 72 dəfə oxuyaraq, bir ruh 
xəstəsinə yeddi gün içirdilərsə, Allahın köməyi ilə şəfa tapar.  
2. Bu ismi incə bir kağıza yazaraq, suda isladıb və üzə-
rinə 5184 dəfə “Ya Bəsit” ismini oxuduqdan sonra sağalmaq 
məqsədilə bütün xəstəliklər üçün içmək olar.  
3. Su qabının içinə bu ismi yazıb və hər gün o qabdan su 
içərkən 72 dəfə Ya Bəsit ismini zikr edən kimsədə inkişaf 
başlar və qəlbində hikmət bulaqları qaynar.  
  
 
68
Qabid və Bəsit ismi-şərifləri haqqında açıqlama 
 
Qabid və Bəsit ismi Qurani-Kərimdə bu adlarda keçmir. 
Lakin  Əsmau-Hüsnada bu isimlər zikr olunur. "Nemət və 
ruziləri müəyyən ölçüdə verən, ruhları  bədənlərindən alan" 
anlamlarında işlədilir. (Əsmau-Hüsna) 
Ərəb dilində işlədilən “Qabd "kəlməsi almaq, lazımlı bir 
ölçüdə tutmaq, daraltmaq, qısmaq" mənasındadır. "Qabd" 
məstəri Quranın bəzi ayələrində (Bəqərə-245, Furqân-46, 
Mülk-19, Zümər -67) müxtəlif fellərlə Allah haqqında işlə-
dilmişdir. "Bəsit"ın ruzi ilə əlaqədar istifadə edildiyi ayələrdə 
ruzini azaldıb, verməyən, müəyyən bir ölçüdə tutan mənasın-
da qabd" və "qadr"kəlmələrindən istifadə edilmişdir. Belə-
liklə də ruzinin çoxalması və ya azalması, mütləq bir qanun, 
İlahi iradəyə bağlı olaraq müxtəlif dövrlərdə dolanışığın 
çətinləşməsi və ya aşıb daşması 
Allahın "Qabid" və "Bəsıt" isimləri ilə ifadə edilmişdir. 
Deməli, "Qabz" sıxılma,  əyilmə,  əzilmə  mənalarında olub, 
yayılma, açılma, iç açılması demək olan"Bəsit"in ziddidir. 
Qabz, qorxu (xof) halını yaradan ruhi bir haldir. İnsanda bu 
sıxıntı halını meydana gətirənin Allah olduğu qəbul edilir.  
Qabid və Bəsit halları; lügət mənası olaraq ruhən sıxıntı, 
daralma və genişləmə, sıxıntı  və  fərəhlik mənalarına gəlir. 
Bəzi ruhu sıxıntılarımız Allah tərəfindən bizi səbrlə və nəfslə 
mücadilə etməyi öyrətmək üçün bizə verilən Rəbbani bir 
qamçıdır. Burada qamçı ifadəsi necə ki, tənbəlləşən bir məx-
luqu hərəkətə  gətirmək üçün istifadə edilməsi mənasındadır. 
Eyni ilə tənbəlləşən eyniləşən həyat içində yaşayan bir insanı 
da bu Qabz və Bast halları silkələməkdədir.  Ən çox da mö-
minlər qamçılanmaqda və  vəzifəsinin çox ciddi olduğu 
anladılmaqdadır.  
Ancaq əmin halı Bəst halının nəticəsi olmamalıdır. Yəni 
sıxıntı ardından gələn rahatlıq bizi arxayın etməməlidir. 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə