Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə19/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   15   16   17   18   19   20   21   22   ...   84

 
77 
2. Qulaq ağrıları üçün “əs-Səmi” ismi-şərifini 180 dəfə 
zikr etmək xeyirlidir.  
Sin hərfi: “əs-Səmi” ismi-şərifinin açarlarıdır.  
Ənəm-117 (Ya Rəsulum!) Rəbbinin sözü düzgün və 
ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək 
bir kimsə yoxdur. O, (hər şeyi) eşidəndir, biləndir!  
4. Bu ismin vəqfini yazıb üzərində daşıyaraq hər gün 180 
dəfə “Ya Səmiu” ismini zikr etməyi adət edən kimsənin Allah 
dualarını qəbul edər.  
5. Qulağında eşitmək qüsuru olan bir kimsə gündə 180, 
360, 1800 dəfə“Ya Səmiu” ismini zikr etsə, Allahın izni ilə 
şəfa tapar.  
Beyti: Fəl ilmukə kafin ya Səmiu fəkun izən 
Bəsiran bi həli muslihən mutəkəbbilə.  
Mənası: Elmin mənə kafidir ya Səmi! Halımı düzəltdiyin, 
qəbul etdiyin halda halımı görücü ol, Ya Bəsir !  
 
Ya Bəsir 
 
Ya-Bəsiru-Hər  şeyi çox yaxşı görəndir deməkdir. Allah 
etdiklrini ən yaxşı biləndir. (Hadid 4, Mülk 19) Hər şeyi gö-
rən, yaratdıqlarına da göz verəndir.  İnsanların gözü zəif-
ləyərək, görmədikdə həkimlərə müraciət edirik. Həkim də ya 
əməliyyat aparar və ya da ki, eynək yazır. Rəbbimiz bizlərə 
iki göz və bir də, bir qəlb gözü vermişdir. İki gözümüzün pa-
sını, kataraktasını  təmizləmək üçün həkimə müraciət etdi-
yimiz kimi, qəlb gözümüzü də  təmizləmək üçün Allahın 
göndərdiyi Quran, Peyğəmbər və  İmamlardan öyrəndiyimiz 
elm və helmlə cilalaya bilərik. Allahın hər an bizi gördüyünə 
və Onun kamerasının hər anımızı belə  çəkdiyinə tam 
yəqinliklə inandıqdan sonra bağlı qapılar arxası etdiklərimizə 
daha çox diqqət yetirməyə çalışacağıq. Çünki müəyyən bir 
yerdə kameranın bizi çəkdiyini hiss etdikdə tez özümüzü 
 
78
yığışdırır, hətta bəzən özümüzü belə itiririk. Halbuki, Allahın 
kamerası bizim hər anımızı belə  çəkməkdədir. Məhşər günü 
hamının önündə nümayış etdirdiyində  və  əzalarımız da bizə 
qarşı üzümüzə duraraq şəhadət verdikdə görən halımız necə 
olacaq?! Allahın Bəsir isminə imanı olmayanlar özlərini bu 
dünyada həqiqətən də faili-muxtar hiss edərək, onları heç 
kəsin görmədiyinə və onların əməllərindən və rəzalətlərindən 
heç kəsin xəbəri olmadığına inanırlar. Halbuki Allahın Bəsir 
isminə inam və imanının verdiyi izzət və  şərəf elə bu dün-
yadan başlayır. Yəni Allahın nəzərini üzərində hiss etdikdə , 
insanın qəlbində sevgi ilə qorxu hissi arasında qeyri-adi 
ahəng yaranır və insan hər bir hadisədə yalnız özünü 
günahkar görür.  
1. Bir müsəlman cümə günü namazdan əvvəl 100 
dəfə”Ya Bəsiru”ismi-şərifini oxusa, bəsirət gözləri açılar, 
Tanrı yanında şərəfli bir bəndə olar.  
Beyti: Fəlimukə kəfin ya Səmiu fəkun izən 
Bəsiran bihəli muslihən Mutəkəbbilə.  
Elmin mənə kafidir ya Səmi! Halımı düzəldib, qəbul 
etdiyin kimi halıma da qoruyucu ol Ya Bəsir! 
 
əl Həkəm-68- haqqla hökm edən, haqqı yerinə yetirən 
deməkdir. Hökmü özünə  məxsus olan, hökmü altında tutan, 
son hökmü verəcək olan, hökm edən, haqqı yerinə yetirən, 
elmi, sözü, işi düz və doğru olan deməkdir. Allah İsmi-
Əzəmdə zatı ismidir. Bütün əsmalar bu ismin bir sifətidir. 
Nəfsi  əmmarənin islahı, pis sifətlərin yanması bu adla 
mümkün olur. Təriqətdə bütün dərəcə  və  məqamlar bu 
əsmanın bərəkətilə əldə edilir. Bu mübarək ad bütün Əsmau-
Hüsnanın içində toplanmışdır.  


 
79 
1. Allahdan bir diləyi olan, illərlə qazana bilmədiyi 
haqqında sahib olmaq üçün üç gün oruc tutaraq, sübh 
namazından sonra “Ya Həkəm” ismini 4624 dəfə zikr edərək, 
səcdə halında Allahdan istədiyini dilərsə, Qadir Allah 
dualarını qəbul edər. Beyti; Fəyə Həkəmu ədlin bi xalqıhi 
Xabirun bimə yəxfə və mə huvə muctələ.  
İstədiyinə görə hökm və qəzasını icra edən ya Həkəm!Və 
icra etdiyi hökm və qəzasında ədaləti gözləyən, Ya Adlu!  
 
 
əl-Ədlu-404- “Çox ədalətli” anlamına gəlir.  əl-Ədl ismi 
Qurani-Kərimdə bir neçə yerdə keçmişdir:  İnfitar-7 “O 
Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan 
şəklinə) saldı.” 
 Bu  ayədə O insanın vücudunun yaradılmasında  Ədl 
kökündən gələn feldən istifadə etmişdir “Şübhəsiz, Allah 
ədaləti və yaxşılığı  əmr edəndir.”ayəsində  də  Rəbbimiz top-
lumda  ədaləti  saxlamağımızı istəmişdir. Hakimin hökm 
verərkən ədalətli hökm etməsi (Nisa 58), qərarı yazarkən əda-
lətlə yazması (Bəqərə-282), insanlar arasında olarkən ədalətli 
davranması(Hucurət-9). Danışarkən  ədalətlə danışması 
(Ənam-152) əmr edilir.  
Bir adam böyük qoz ağacına baxaraq, düşünmüş: Alla-
hım, bu boyda böyük ağaca balaca meyvə qismət etmisən, 
yerdə olan incə bir budağa bu yekəlikdə balqabaq  yetişdir-
misən –deyə düşünər. Elə bu zaman ağacdan bir qoz dənəsi 
adamın başına düşər, bu zaman: “Ya Rəbbi mən günah etdim. 
Sən Alim Allahsan. Əgər bu ağacdan yekə balqabaq başıma 
düşsəydi, gör halım necə olardı?- deyərək , tez tövbə edər.  
Rəbbimiz mömin bəndələrinə  bəzi bəlalar, müsibətlər, 
xəstəliklər verdikdə, gərək bunu ədalətsizlik kimi başa düş-
 
80
məyək. Həkim xəstəyə  ağrıdıcı iynələr və acı  dərmanlar ve-
rər, bəzən də  sıradan çıxmış müəyyən xəstə bir orqanı  əmə-
liyyat edərək götürər ki, xəstə sağalsın. Həmçinin xəstəyə 
dadlı-duzlu,  şirin yeməkləri yeməyi qadağan edər.  Əlbəttə, 
bütün bunlar xəstənin sağalması üçündür. Allahında bizə 
qarşı olan imtahan və qadağaları bizim günahlardan saflaş-
mağımız üçündür.  
1. Hakimlər bu ismi-şərifi hər gün 104 dəfə oxusalar
Allah ən doğru hökmü onların qəlblərinə salar.  
2. Haqqını verməyən bir zalımdan haqqını almaq üçün üç 
gün oruc tutub iftardan sonra 10816 dəfə “Ya Ədl“ ismini 
zikr edib, sonra səcdəyə gedərək” Ey Adili- Mütləq olan 
Allahım! Haqqımı verməyən filan kimsədən“Ədl”ismi-şərifin 
hörmətinə almanı rica edirəm”, -deyərək dua etsə, həmin 
adam haqqınızı qaytarar.  
3.”Ədl”isminin vəqfini qızıl saatın arxasında yazdırıb, 
qolunda gəzdirəm və hər gün 104 dədə “Ədl” ismini zikr edən 
kimsəyə Allah doğru olmağı və doğru hökm verməyi qismət 
edər.  
 
 
əl-Lətif-129-Lütf, kərəm sahibidir. Yaxşılığı hüdudsuz 
olan, ən incə işləri bilən, bilinən bilinməyən, görünən görün-
məyən, yollardan və yerlərdən bəndələrinə cürbəcür ehsanlar 
verən və faydalar bəxş edən və mülayimliklə  iş görən Allah 
deməkdir. "Gözlər Onu görməz; halbuki O, gözləri görür. O 
əşyanı çox yaxşı bilən, hər şeydən xəbərdar olandır. "  
İncəlik göstərən, gözləmədiyin yerdən nemətlər verən 
anlamına gələn əl-Lətif ismi Quranda 7 yerdə keçmişdir: “O 
heç yaratdığını bilməzmi? O Lətifdir, hər  şeydən xəbər-
dardır.” (Mülk-14) 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə